QOCALIQ HAQQINDA

gənclik və qocalıqQocalıq – həyatımızın bütün digər mərhələləri kimi özünün siması, ab-havası və hərarəti, özünün sevinc və kədəri olan bir dövrüdür. Bütün gənc yoldaşlarımız kimi biz, ağ-saçlı qocaların da öz vəzifəsi vardır, bu, bizim mövcudluğumuza məna verir. Ölümcül xəstənin də, ölməkdə olanın da öz vəzifəsi vardır, o da vacib və zəruri işi yerinə yetirməlidir. Qoca olmaq – cavan olmaq qədər gözəl və zəruri vəzifədir, ölməyi öyrənmək və ölmək hər hansı digər bir iş kimi vacib funksiyadır – bir şərtlə ki, həyatın hansısa bir mənası və müqəddəsliyi qarşısında yerinə yetirilsin. Qocalığa, ağ saçlara və ölümün yaxınlaşmasına nifrət edən, onlardan qorxan qoca, öz işinə, gündəlik əməyinə nifrət edən və ondan qaçmağa çalışan cavan və güclü adam kimi öz həyat mərhələsinin dəyərsiz nümayəndəsidir.

Qısaca desək, qocalıqda öz vəzifəni yerinə yetirmək və öz vəzifənin öhdəsindən gəlmək uzun qocalıqla və onun özü ilə gətirdiyi hər bir şeylə razılaşmaq, ona “hə” demək lazımdır. “Hə” deməsək, təbiətin bizdən tələb etdiyinə tabe olmasaq, biz – qoca və ya cavan olmağımızdan asılı olmayaraq – öz günlərimizin dəyər və mənasını itirər, özümüzü aldatmış olarıq.

Hamı bilir ki, qocalıq özü ilə hər cür əziyyət gətirir və o, ölümlə bitir. İldən-ilə yeni-yeni qurbanlar vermək və çox şeydən imtina etmək lazım gəlir. Öz hiss və qüvvələrinə etibar etməməyi öyrənmək gərəkdir. Lap yaxın vaxtlara qədər kiçik bir gəzinti olan yol uzanır və çətinləşir. Və günlərin bir günü biz artıq bu yolu getməyə qadir olmuruq. Ömrümüz boyu sevdiyimiz yeməkdən imtina etməli oluruq.

qocalıq.Fiziki sevinc və ləzzətlərin sayı get-gedə azalır və onlara görə daha artıq ödəmək lazım gəlir. Və sonra, hər cür nasazlıq və xəstəliklər, hisslərin kütləşməsi, bədən üzvlərinin zəifləməsi, xüsusilə çox vaxt uzun və qorxulu olan gecələr bizi yaxala-yan müxtəlif ağrılar – bütün bunlardan heç bir yana qaçmaq olmaz, bunlar acı bir gerçəklikdir. Lakin özünü yalnız bu tənəzzül prosesinə təslim etmək, qocalığın yaxşı tərəflərini, öz üstünlüklərini, özünün təsəlli və sevinclərini görməmək niskil və kədərli bir iş olardı. İki qoca adam görüşəndə onlar yalnız lənətə gəlmiş padaqradan, bədənin bükülməyən hissələrindən, pilləkənlə qalxarkən əmələ gələn təngnəfəslikdən deyil, həm də sevincli, fərəhli hiss və təəssüratlardan danışmalıdırlar. Belə şeylər isə çoxdur.

Qocaların həyatının bu müsbət və gözəl tərəflərini, gənclərin həyatında heç bir rol oynamayan, biz ağsaçlılara isə tanış olan qüvvə, səbr, sevinc mənbələrini xatırladanda dinin və kilsənin verdiyi təsəllilərini nəzərdə tutmuram. Bu keşişin işidir. Lakin qocalığın bizə verdiyi bəzi hədiyyələri sadalaya bilərəm. Mənim üçün bunlardan ən dəyərlisi – uzun ömür yolundan sonrakı yaddaşda gəzdirdiyin şəkillər xəzinəsidir, fəallığın azaldıqca sən onlara qarşı əvvəllər heç bir zaman hiss etmədiyin şəfqətlə yanaşırsan. Yer üzərində artıq altmış-yetmiş ildir ki, olmayan insanların surət və simaları bizimlə dostluq edir, bizə diri gözlərlə baxırlar. Artıq yox olmuş və tamamilə dəyişmiş evləri, bağları və şəhərləri biz əvvəlki kimi dəyişməz vəziyyətdə tapırıq, on illər bundan öncə səfərlər vaxtı gördüyümüz uzaq dağları, sahilləri bu rəsmli kitabımızda yenə də təravətli gözəlliyi ilə seyr edirik.

qocalıq və uşaqlıqNəzərdənkeçirmə, müşahidə və tamaşa etmə get-gedə daha çox vərdişə və məşğuliyyətə çevrilir, müşahidəçi əhval-ruhiyyəsi və mövqeyi bunu bizə sevdirmədən bütün davranışımızı müəyyən edir. İstəklərin, arzuların, həvəslərin, ehtirasların qovduqları bizlər adamların çoxu kimi illərin və onilliklərin üzəriylə şütüyürdük, səbrsizlik, maraq və ümidlə, uğur və məyusluqdan həyəcanlanaraq şütüyürdük – indi isə öz həyatmızın kəsimli kitabını ehtiyatla vərəqləyərkən, bu yarışdan və tələskənlikdən bir tərəfə çəkilərək seyirçi həyata qapılmağın necə gözəl olduğuna təəccüblənirik. Burada, bu qocalar bağında çoxlu çiçəklər açır, onlara qulluq etməyi biz öncələr ağlımıza belə gətirmirdik. Burada nəcib “bitki” olan “səbr çiçəyi” açır, biz daha sakit və mərhəmətli oluruq, müdaxilə və hərəkət etmək ehtiyacımız azaldıqca, təbiətin həyatını, yoldaşlarımızın həyatını seyr etmək qabiliyyətimiz artır, biz həyatının gedişini tənqidsiz, onun rəngarəngliyinə təəccüblənməkdən yorulmayaraq, bəzən şəfqət və sakit kədərlə, bəzən gülüşlə, işıqlı sevinclə, yumorla müşahidə edirik.

Beyenmeler
14   0  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın