Quranın ilk orijinalı: Kiçik daşlar, dəri, ağac parçası, sümüyə və s. yazılmışdı. Yandırıldı.
Quranın ikinci orijinalı: Xəlifə Əbubəkrin dövründə edilən tərtibidir. Yandırıldı.
Quranın üçüncü orijinalı: Xəlifə Osmanın dövründə cildlənən “yazmalar”. Bunlar da dünyanın heç bir tərəfində yoxdur.
Edilən araşdırmalardan və rəvayətlərdən aşkar olur ki, Məhəmməd Peyğəmbərin vəhy katiblərinə yazdırdığı bildirilən Quranın nə eynisi, nə də hamısı bugünkü Quranda yoxdur. Xəlifə Mərvan öz səbəbini belə açıqlayır; “Onda yazılı olanlar Osman tərəfindən yazdırılan müqəddəs kitaba köçürülüb. Artıq ona gərək qalmayıb. Yandırılıb yox edilməsəydi, zamanla şübhələrə yol açıla bilər, ondan alınaraq yazılan mushəflər ətrafındakı şübhələrin qarşısı alınmazdı. Bundan qorxdum, o səbəblə yandırtdım.” (Mənbə: İbn Əbu Davud, Leiden 1937, yay, səh.243-Sübhi əs-Saleh Məbahis Fi Ulumil Quran).
QURAN NECƏ YIĞILDI?
Peyğəmbər dönəmində Quran ayələri bugünkü forması ilə yazılıb bir yerə yığılmış deyildi. Hədislərdə peyğəmbərə vəhy olunan ayələr müxtəlif şeylər üzərinə yazıldı, hamısı da dağınıq vəziyyətdə idi. Ayələr lihaf (kiçik daşlar), rika (dəri ağac yarpağı, bir növ kağız), ektaf (dəvə və qoyun sümükləri), usub (ağac parçası ) kimi nəsnələrə yazılmışdı.
İtib getməsin deyə hamısını bir yerə toplama fikrinə ilk dəfə xəlifə Əbubəkr dövründə ehtiyac duyuldu və bu səylər reallaşdırıldı.
Bir rəvayətdə bunların hamısının peyğəmbərin evində bir yerdə olduğu və dağılmasın deyə bir yerə yığıb ortasından iplə bağlandığı da açıqlanır.
Buxarinin yer verdiyi bir hədisə görə dindən dönmə (riddə) hadisələri və bu hadisələr səbəbiylə döyüş halı vardı. Quranı əzbərləmiş kəslərin bir hissəsi ölmüşdü. Ölənlərin sayı arta bilərdi, bunların hamısı ölüb getmədən Quranın bütün yazılı ayələri toplanmalı, hamısı bir kitab halına gətirilməli idi. Xəttab oğlu Ömər vəziyyəti və mövzunun əhəmiyyətini Xəlifə Əbubəkrə izah etdi. Ayələrin yığılmasını təklif etdi. Xəlifə başlanğıcda bu fikirlə razılaşmamışdı.
“Peyğəmbərin etmədiyi şeyi etmək necə doğru ola bilərdi?” deyə düşünürdü. Xəlifə Ömər müqavimət göstərdi və təklifini qəbul etdirdi. İşin reallaşması üçün də Zeyd ibn Sabitə vəzifə verildi. Zeyd “Əbubəkr mənə “Sən ağıllı bir gəncsən. Peyğəmbərə vəhy yazdığın üçün sənin bacaracağına güvənirəm. Araşdır və topla Quran ayələrini” dedi, Tanrıya and içərək söyləyərəm ki, dağlardan birini daşımağı tövsiyyə etsəydi, indi buyurduğu vəzifə qədər mənə ağır gəlməyəcəkdi. Yəni Quranın tərtibi qədər” deyir, amma sonda vəzifəni qəbul etdiyini söyləyir və işi necə etdiyini belə dilə gətirir:
“Quran (ayələrini) yığmağa başladım. Xurma budaqlarından, kiçik daşlardan və insanların əzbərlərini izləyib topladım. İşin sonunda Tövbə (Bəraət) surəsinin sonunu, Əbu Huzeymətul-Ənsaridə tapdım ki, başqasında rast gəlməmişdim bu hissəyə”. Zeyd bu hissəni Tövbə surəsinin sonundakı ayələri (128 və 129-cu ayələri özü meydana gətirdiyini açıqlayırdı.
Beləcə, Zeyd Quran ayələrini yığma işini edərkən iki qaynağa müraciət edirdi:
* Ayələrin yazılı olduğu obyektlər (ağaclar, daşlar)
*Əzbər bilənlərin yaddaşları.
Zeyd İbn Sabit hər hansı bir hissəni Qurana keçirmək üçün iki şahid şərti qoymuşdu. Ancaq bir şahidlə Quranı alma ehtiyacı duyduğu və keçirdiyi hissələr də vardı. Məsələn, Ubə Hüzeymədə tapdığı və Tövbə surəsinin son iki ayəsini təşkil edən hissə belə idi.
Quranı yığma və yazma işi bir il davam edir. Bu işə başlayanda Ömər ilə Zeyd məscidin qapısında oturaraq hər kəsin Peyğəmbərdən ayə olaraq əldə etdiyi nə varsa, gətirməyini istəmişlər. Nail olunan məsələ qaynaqlarda belə əksini tapır: “Quran ayələrin, surələrin olduğu iki qapaqlı bir kitabdır. Yığılıb yazılan səhifələr ölənə qədər Əbu Bəkrin yanında qaldı, sonra Ömərin (xəlifə) yanında tapıldı. O da öldükdə qızı Həfsəyə verildi.
Buxaridə yer alan bir hədis belədir: “Erməniyyə və Azərbaycanı ələ keçirmək üçün mübarizə aparılırdı. Hüzeyfə İbnul-Yəman Xəlifə Osmanın yanına gəldi. Müsəlmanların oxuduqları Quranlardakı bir-birinə uyğunsuzluqdan narahat idi: Əmirəl-Möminin! Bu ümmət özündən əvvəlki yəhudilər və xristianların içinə düşdükləri bir-birinə uyğunsuzluq kimi bir vəziyyətə düşdü!”
Bundan sonra xəlifə Osman Həfsənin yanına adam göndərdi, başqa Quran nüsxələri yazıb almaq üçün özündə olan səhifələri (yəni Əbubəkr dövründə yazılan kitabı) göndərməyini istədi. “İş bitəndə sənə geri qaytararam” dedi. Həfsə də o səhifələri Osmana göndərdi. Osman dərhal Zeyd İbn Sabitə, Abdullah İbn Züyebrə, Sad İbnul-Asa və Hişam oğlu Haris oğlu Əbdürrəhmana tapşırığını verdi.
Onlar da Hafsadan gətiriləni götürüb Quran nüsxələrini meydana gətirdilər. Osman təşkilatdakı üç adama bunları dedi: “(Mədinəli) Zeyd ilə Qurandan hər hansı bir hissədə tərs düşdüyünüz zaman həmin hissəni qureyş dili ilə yazın. Çünki Quran yalnız qureyş dili ilə enmişdir.”
Onlar da bu buyruğu yerinə yetirdilər. Sonda (əsas) səhifələrdən Quran nüsxələrini meydana gətirib işi bitirəndə Osman həmin səhifələri (Həfsədən gətirilənlər) geri göndərdi. Alınan nüsxələrin də hər bir kəsimə göndərilməsini buyurdu. Və bunlardan başqa yerdə qalan hər bir Quran səhifəsini və ya müshəfi yandırtdı. (Baxın. Buxari, əs- Səhih, Kitabu Fədailil-Quran /3.)
Buxariyə izah edilən fikirlərdən və qureyşli olanlarla olmayanlar arasında meydana çıxacaq münaqişənin həll formasından anlaşıldığına görə Quran nüsxələrini meydana çıxararkən Hafsadakı mushəfdən eynilə köçürmək mövzu deyildi.
Eynilə köçürüldüyü irəli sürülərkən, nədən nüsxə edildiyinə də ağız (şivə) fərqləri səbəb göstərilir. Ancaq Dr. Sübhi əs-Saleh Məbahis Fi Ulumil-Quran (Beyrut 1979) adlı əsərinin 80, 84, 85 səhifələrində bu səbəbin inandırıcı olmadığını ifadə edir. Dr. Sübhiyə görə o zaman eyni mətni, eyni sözləri dəyişik oxunacaq tərzdə yazıb əks etdirmək üçün lazımlı işarə və durğu yox idi. O zamankı yazı hərflərindən başqa işarəsiz hərflər də nöqtəsiz idi. Qısası, xəlifə Əbubəkr dövründə yaradılan müshəf lazım olsa belə, müxtəlif qəbilə ağızları (şivələri) daxil olan çərçivədə yazıla bilməzdi.
Vəziyyət belə olduqda bu suallar cavabsız qalır: Əbubəkr dövründə hazırlanan və Həfsədən alınıb gətirilən müshəf ilə Osman dövründə meydana gətirilən nüsxələr, müshəflər arasındakı fərq nə idi?
Yuxarıda mənası təqdim edilən hədisdə bu açıqlanmır. Ancaq hədisin davamındakı bir şərh görülən işin yalnız bir təməl nüsxədən alınıb başqa mushəflərə köçürmə olmadığını izah edir. Dörd üzvlü təşkilatda iştirak edən Zeyd İbn Sabit belə deyir: “Müshəf yaradılması işini edərkən Əhzab surəsinin sonundan bir ayəni itirdim (fakattu). Ki, Peyğəmbərin onu Qurandan bir hissə olaraq oxuduğunu eşidib şahid olmuşdum. Axtardıq bu ayəni. Və Sabit oğlu Huzeymə əl Ənsaridə gördük (Əhzab surəsinə 23-cü ayəni) o mushəfdə əlavə elədik.” (İtkan, Misir, 1978, Cild 1, səh.79.)
Mənbə: tanrivarmi.blogspot.com
Hazırladı: Aygün Ələkbərzadə
Vüsaləddin 🙏