QURANDA ANLATMA SƏNƏTİ

“Quranda Anlatma Sənəti” (əl-Fennu’l-Qəsəs Fil-Quranil-Kərim) mövzulu bu doktorluq dissertasiyası oxucunu 2 əsas hədəfə çatdırmağı məqsəd qoymuşdur:

1. Quran qissələrındəki izahat tərzinin, ədəbi və ya bədii baxımdan araşdırılması. Bu cür bir araşdırma Quran icazının bəzi incəliklərini ortaya çıxarma xüsusiyyəti daşıyır. Çünki bu araşdırma Quranın rəvayəti bina edərkən izlədiyi yolu, alimlərin rəvayətləri necə anlayıb yorumladıqlarını və onların bu anlayış və yorumlamalarının hansı nəticələr doğurduğunu ortaya qoyur. Bu araşdırma, eyni zamanda, rəvayətin planında Quranın izlədiyi yolu, bunun necə və hansı şərt və mühitlərə bağlı olduğunu ortaya qoymaqdadır. Ayrıca, qissələrdəki şəxslərin canlandırma (rəsm), hadisələri təsvir etmə və dialoq meydana gətirmədə, Quranın nə kimi bir yol izlədiyini ortaya qoymaqdadır.

2. Bu tezis, tənqidçilərin Quran qissələrinə yaxınlaşmasına açıqlıq qazandıran; təfsirçilərin qarşılaşdığı bir çox problemi həll edən və son olaraq da, şərqşünas, missionerlərin və onların izlərini təqib edən üsulsuzların bütün tənqidlərinə cavab verə biləcək bir qayda və ya nəzəriyyəni meydana gətirməyi hədəfləməkdədir.

Yunus surəsində keçən “Onlar elmini qavraya bilmədikləri və hələ yozumu da özlərinə bildirilməmiş olan Quranı yalan hesab etdilər. Onlardan əvvəlkilər də belə təkzib etmişdilər. Haqsızlıq edənlərin aqibətinin necə olduğuna bir bax!” (10/39) ayəsinin təfsirində; Razi və Nisaburinin dilə gətirdiyi yanaşma tərzinə bağlıdır. Bu yanaşma tərzi bunları ifadə edir: Kafirlər yalnız hekayənin quruluşuna baxmışlar, lakin özünə baxmamışlar, dini və əxlaqi əmrləri, psixoloji və sosioloji qanunlara diqqət etməmişlər.
Təfsirçilərin problemlərinin həlli bu üsuldan asılıdır. Belə ki, böyük alim Məhəmməd Abduh, Bəqərə surəsində keçən, Adəm və Harut-Marut qıssələrinin təfsirini edərkən bu üsula diqqət çəkmişdir. Bu üsulda bu xüsus vurğulanmaqdadır: Doğru olan, Quran qissələrinin ədəbi-bədii bir yanaşma başa düşülməsidir və rəvayətlərin tarixi bir yanaşma ilə başa düşülməsi doğru deyil. Bir çox yerdə təfsirçilər, bu üsulu izləmişlər və qarşılaşdıqları problemləri bu əsasa görə çözmüşlərdir. Bu məzmunda, Sad surəsində keçən “Davud və iki mələk” hekayəsi ilə Yəhudilərin İsaya “Allahın Elçisi” demələrini və başqa nümunələri verə bilərik.
Şərqşünas və missionerlərin tənqidlərinə cavab vermək üçün bu əsasa söykənmək lazımdır. Quran rəvayəti, həmsöhbətlərin inanclarına və cəmiyyətin tarix mövzularıyla əlaqədar təsəvvürlərinə görə bina etmişdir. Bunun tək səbəbi budur: Quran hidayət və irşad etmək, öyüd-nəsihət və ibrət vermək kimi məqsədləri qarşısına məqsəd qoymuşdur; heç bir şəkildə, tarix məlumatı verməyi və ya tarix sənədlərini şərhi deyil.

Quranın izlədiyi üsul; bütün dillərdə görülən, bütün ədəbiyyatçıların istifadə etdiyi və bir çox təfsirçilər də diqqət çəkdiyi bir üsuldur. Kimi klassik alimlər, bu üsulu dilə gətirmişlər. Quranın rəvayət izahat üsulu budur. Bu üsul, bütün İslam düşmənlərinin etirazlarını çürüdəcək bir üsuldur. Çünki onlar, etirazlarını; tarixi ziddiyyətlər yəni Quran qissələrinin, kəşf və araşdırmaların isbat tarixi nəticələri ilə uyuşmaması tezisi üzərinə bina etməkdədir. Bu xüsus, qeyri müslim tarixçilərin dilə gətirdiyi və daha əvvəl vurğuladığımız ədəbiyyat ənənəsinə uyğun olmayan bir yanaşma tərzidir. Çünki, tarix mövzularını bilməməkdən qaynaqlanan tarixi ziddiyyət, bu dastançı üçün qüsur sayıla bilər, lakin həmsöhbətləri, izah edilənlərin arxa planına aparacaq bir vasitə olan, ədəbi üsuldan qaynaqlanan izahat isə qüsurlu qəbul edilə bilməz, xüsusilə də bu kəşf və araşdırmaların ortaya çıxardığı tarixi məlumatlar, yüzlərlə il sonra ortaya çıxsa … isbat edildiyi defolt ziddiyyətlər; (Ancaq ərəb) coğrafiyasının tarix məlumatı ilə ziddiyət təşkil edə bilər. Bu cür ziddiyyətlər isə heç bir şəkildə Qurana zərər verə bilməz. Çünki Quran, tarix məlumatı verməyi, insanlara tarix öyrətməyi və onların arasında tarixi sənədləri şərhi məqsəd qoyduğunu ifadə etməmişdir.Bu mənim görüşümdür. Siz, məndən fərqli düşünə bilər və ya məni təsdiqləyə bilərsiniz.

Müəllif: Məhəmməd Əhməd Halefullah
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın