QURANDA BƏRABƏRLİK VARMI?

“Quranda bərabərlik varmı?” sualı çox aktual bir müzakirə müstəvisinin nəticəsidir. Dindar qism bu məsələdə tərəddüd içindədir. Əslində bərabərliyi qəbul etməyən və səmimi şəkildə bunun əksini istədiyini etiraf edən tərəflər də var, bu günkü liberallıq içində itib-batan və dini müasir dünyaya uyğunlaşdırmağa çalışan tərəflər də var. İkinci tərəf iddia edir ki, Qurandakı bərabərlik ən idealıdır. Bu həqiqətənmi belədir? Çox da fəlsəfəyə girmədən, bu gün ümumişlək olan bərabərlik anlayışını ortaq anlayış olaraq ələ alaraq müqayisələr edək. İlkin olaraq, bərabərlik prinsipi İnsan Hüquqları bəyannaməsində bu şəkildə yer alır:

“Hər kəs, irq, rəng, cinsiyyət, dil, din, siyasi və ya başqa bir fikir, milli və ya sosial mənşə, əmlak, doğuş və ya hər hansı başqa bir ayrı-seçkilik güdmədən […] bütün hüquqlardan və bütün azadlıqlardan istifadə edə bilərlər. ”

Konstitusiyamızın 25-ci maddəsində də belə keçir:

I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.
III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

İndi gələk Qurana. Quranda isə yaradılışdakı fərqliliklər bir imtiyaz olaraq ifadə edilir və bərabərsizlik normal bir vəziyyət olaraq görülür:

“Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri edən və, birinizi digərinizin fövqündə dərəcə-dərəcə üstün edən Odur.” Ənam surəsi, 165; 

Allah ruzi baxımından birinizi digərindən üstün etmişdir. Üstünlük verilənlər kölələrinə öz ruzilərindən vermirlər ki, bu yöndən bərabər olsunlar. Belə olduğu təqdirdə onlar Allahın nemətini inkarmı edirlər? Nəhl surəsi, 71

Yəni, insanlıq üzərindən gördüyünüz bütün fərqliliklər, istər bioloji, istər sosioloji, insanın necə olması tamamilə Allahın iradəsi nəticəsində ortaya çıxmışdır. Eyni şəkildə Quranda bir çox surədə də Allah istədiyinin ruzisini artırdığını, istədiyininkini azaltdığını (Rum, 37), istədiyini də doğru yola çatdırdığını (Bəqərə, 213) söyləməkdədir.

köləAyrıca, kölələr Qurana görə aşağı bir sinifi meydana gətirən təbəqəni təmsil edir:

“Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qulu və özünə verdiyimiz gözəl ruzidən gizli və açıq şəkildə sərf edən kimsəni misal göstərir: Heç bunlar bərabər olur mu? Öyülməyə layiq olan Allahdır, lakin çoxu bunu bilmir.” Nəhl surəsi, 75

“Allah sizə özündən bir misal verir: Sizə verdiyimiz ruzidən, sizə verilən kölələrin, xidmətçilərin sizinlə bərabər haqq sahibi olmalarına razı olur və bir-birinizdən çəkindiyiniz kimi onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ağılla düşünənlər üçün dəlillərimizi belə ətraflı izah edirik.” Rum surəsi, 28

Müasir dünyada kökəlik tarixə qovuşmuş bir durumdadır. Amma ümumbəşər və bütün zamanlara xitab etdiyi deyilən Quran köləlik tətbiqini ləğv etməmiş, insanı satılıq mal mövqeyindən insan mövqeyinə gətirməmişdir. Bəli, İslam dini kölə azad etməyə təşviq edir, ancaq köləlik tətbiqini aradan qaldırmamaqla bərabərlik baxımından əhəmiyyətli boşluqlar, pozuntular yaradır. Nazil olduğu dövrdə köləlik labüd olsa bütün zamanlara səslənmə iddiasında olan bir kitabın bu məsələdə öklü həll qoymaması nə dərəcədə normaldır? Quranda bəzi ayələrdə kölələrə yaxşı davranılması lazım olduğuna dair hökmlər də var, lakin bunlar kölələr lehinə deyil, kölə sahiblərinin xeyrinə işləyir; sırf kölələr, ağalarına qarşı üsyan gərəyini duymasınlar və yaxşı xidmət etsinlər deyə! Beləcə kölələrə, hallarına razılaşaraq dözmələri təmin etmişdir. Təəssüf ki, insan şərəfi və sağlamlığı ilə uyğun gəlməyən köləlik quruluşunu kökdən yox etməmişdir. Buna birbaş həll də gətirməmişdir.

Bu mövzuda Allahın bu vəziyyəti yavaş-yavaş qaldıracağı və ya qaldırdığı deyirlər, bu bağlmada kölə azad etmə kimi hökmlər qoymuş olmasını dəlil olaraq təqdim edərlər. Ancaq, Allah kölə əldə etməyi qadağan etmədiyi üçün, kölə azad etmənin də bir mənası ola bilməyəcəyini hesab edə bilmirlər. Yəni, kölə azad edən bir kimsənin, yenidən kölə almasına qarşı heç bir problem yoxdur. Bundan başqa, Allah ərəbləri bu kölə vərdişindən bir anda qurtacaq gücdə deyilmi?

cariyəBənzər sualları cariyəlik tətbiqi üçün soruşa bilərik, Quranda cariyə sözünü qarşılamaq məqsədiylə “sağ əlinizin altındakılar” kimi qəribə və ləyaqəti alçaldan ifadələr yer alır. Nökərlərin ərəblərin cinsi ehtiyaclarını qarşılamaq üzrə bir haqq olaraq təsvir edildiyi açıqca görülməkdədir, artıq sözə ehtiyac yoxdur:

“Döyüşdə məhbus olaraq əllərinizə keçən cariyələr istisna olmaqla, evli qadınlarla evlənmək haramdır.” Nisa surəsi 24; [Ayrıca bax: Məaric 29-30]

Gələk bərabərlik qanunun ən əhəmiyyətli vurğusu olan qadın kişi bərabərliyinə. Quranda yuxarıda verdiyimiz qanun konspetləri ilə uyğunlaşmayan qadın-kişi ayrı-seçkiliyinə, kişilərin üstünlüyü ifadəsinə tez-tez rast gəlinir. İnsanlığa xitabı davamlı kişi üzərindəndir və bütün sanksiyalar kişi mərkəzlidir. Qurana görə şahidlik 2 kişi və ya 1 kişi 2 qadın olması lazımdır. Miras bölüşdürülməsində isə kişiyə 2 pay düşdüyü halda qadına 1 pay düşür. Məsələn:

“…Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını (şahid tutun) ki, (qadınlardan) biri unutduqda, o birisi onun yadına salsın….” Bəqərə surəsi, 282

“Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində hakimdirlər.” Nisa surəsi, 34

kol%c9%99-cariy%c9%99-islamİslamçılar tərəfindən davamlı alçaldılan, cahiliyyə deyə təyin olunan dövrdə qadınlar daha yüksək hüquqlara sahib idi, qadınlar kişilər kimi yoldaşını boşama haqqına sahib idi, yalnız kişinin qadına sanksiyalarından bəhs edilmirdi. İslam isə qadını boşama haqqından məhrum edib bu haqqı tək kişinin öhdəsinə buraxmaqla, kişilərin qadınlar üzərindəki səltənətini asanlaşdırmışdır. (Bax; Bəqərə 226-233, Nisa 220).

“Əgər kişi qadını üçüncü dəfə boşayarsa, ondan sonra qadın bir başqa kişilə evlənmədikçə onu alması özünə halal olmaz.” Bəqərə surəsi, 230

Quranda kişinin xanımına üç dəfə “talaq” deməsi onunla boşanması üçün kifayətdir. Məhəmməd peyğəmbər özünə bu mövzuda da imtiyaz tanımışdır, özünü bu mövzuda istisna tutmuşdur. Bəqərə aurəsi, 230-cu ayədə ifadə edildiyi kimi boşanan kişinin xanımını təkrar ala bilməsi üçün, qadının başqa bir kişilə evlənməsi, onunla cinsi münasibətdə olması və sonra o adamının o qadını boşamasını gözləməsi lazımdır. Və ancaq bu halda kişi boşamış olduğu qadınla yenidən evlənmə ehtimalına qovuşar.

Görüldüyü kimi, belə bir sistemin ağla və vicdana uyğun bir istiqaməti olmadığı, həm qadın və həm də kişi baxımından əzab verici istiqamətləri olduğu açıqca ortadadır.

Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

One comment

  1. Peyğənbərlər kişilər olduqları üçün ayələr kişilərə üstünlük qazandırır.Yahudilikdə də xristianlıqdada qadınalar alçaq görülmüşdür.Zina edən kişi deyil qadın rəcm edilmişdir və edilir.

Bir cavab yazın