QURBAN, YOXSA ƏT BAYRAMI?

Qurban  kəliməsi ərəbcədən yaxınlıq, yaxınlaşma, yaxın olma mənalarını verir. Qurəba, əqrəba – yaxın qohumlar kimi bilinən kəlimələr də bu kökdəndir.  Qərib, qürbət – başqa diyara gedənə, yaxınlıq göstərilməsi vacib olduğu üçün bu ad verilir. Qürbətən ilallah ifadəsi də “Allaha yaxınlıq” deməkdir. Demək Qurban – Allaha yaxınlaşmaq üçün edilən bir hərəkət, məqsədi yaxınlıq yaratmaq üçün olan əməl, fəaliyyətdir. Həccdə bunun bir vasitəsi də heyvan kəsib ətini Allaha yaxınlaşmaq üçün ehtiyacı olanlara paylamaqdır.

Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Allah sizi doğru yola yönəltdiyi üçün Onu uca tutasınız deyə, bunları sizə belə ram etdi. Ehsan edənlərə müjdə ver! 22/37

qurban yaxınlaşmaqdırQoç kəsmək, Qurban (yaxınlaşmanın) anlamının simvolu ola bilər, amma özü deyil. Əgər Allaha bizim TƏQVA (məsuliyyətli davranmamız) lazımdırsa, onda məsul olaq. Bu gün ehtiyaclılara nə lazımdır, onlara necə yaxın olaraq Allaha yaxınlaşa bilərik? – bax bundan məsul olaq. Əgər o dövrdə əsas qida heyvanların əti idisə, indiki dövrdə ehtiyaclı insanın hər hansı bir ehtiyacını ödəyərək yardım etməsi də Qurban qəbul edilə bilər. Bunun üçün hamının Həccə getməsi də önəmli deyil.
Qurban-Allaha yaxınlaşmaqdır. Allah isə Kəbədə oturmur, O hər yerdədir, hər anda hər məkandadır. Sadəcə Yaxınlaşmaq lazımdır, nəyisə vermək, sevdiyimiz şeylərdən paylamaq lazımdır. Bir şeyləri Qurban vermək lazımdır. Ehtiyacı olana bir təbəssüm də qurban olar.

Qurban fədakarlıqdır. Allahın razılığını qazanmaq üçün etdiyin hər cür fədakarlıq Qurban sayılır.

Nümunə:
Bir nəfərin yaşamağı üçün böyrəyə ehtiyacı var və bu böyrək ancaq səndədir. Əgər böyrəyinin bir dənəsini bu adama bağışlaya bilirsənsə, bu qurbandır. Buna ət də daxil ola bilər. İnsanların ac olduğu bir dövrdə sənin gündəlik gəlirini ödəyən iki inəkdən ən azı birini onlara kəsmələri üçün verə bilməyindir, qurban. Canını Allaha verə bilməyindir. Xülasə, qurban sevdiyin şeylərdən Allah yolunda xərclədikdə onların aldığı addır.

Qurban deyiminə doğru bir məna endirsək, bu məna qurbanın heyvan da ola biləcəyi ehtimalını rədd etməz, əksinə, daha geniş fədakarlıq aşılayar. Amma bunu təkcə heyvan şəklində qəbul etsən, bu yanlış olar.

Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +24 (from 26 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın