RƏNGLƏR NECƏ DANIŞIR?

Rənglərin insan psixologiyasına təsiri danılmazdır. Rənglərlə bağlı insanlar müxtəlif fikirdə olsalar da, nəfəs alma, qan dövranı, nəbz, əzələ fəaliyyəti rənglərə görə dəyişir. Rənglər insanı fəallaşdıra, sakitləşdirə, həyəcanlandıra, üşüdə və ya isidə, narahatlıq və ya rahatlıq gətirə bilər. İsti rənglər sarı, qırmızı, narıncı, qəhvəyidir. Soyuq rənglər yaşıl, mavi, bənövşəyi və bozdur.  Soyuq rənglər qan dövranının azalmasına, damarların genişlənməsinə səbəb olur. İsti rənglər isə əksinə qan dövranının artmasına, narahatlığın çoxalmasına səbəb olur. Parlaq rənglər aktivlik hissi verir. Tutqun rənglər isə istirahət və rahatlıq hissi verir.

rənglərin dili, rənglər danışır –  neytral rəngdir, lakin bütün rənglərin sintezindən əmələ gəlmişdir. Ağ, günəş şüalarını olduğu kimi əks etdirir. Bu baxımdan ağ rəng, şəffaflığı, saflığı, sabitliyi əks etdirir. Onda həm işıq parıltısı, həm də buz soyuqluğu var. Toy günü gəlinlərin bu rəngdə geyinməsi də bu təmizliyə  işarədir. Ağ rəngə üstünlük verən insanlar, hadisələrin mərkəzində olmaq istəyən, həyatsevər, işgüzar insanlar olurlar.

QARA –  sadə bir rəngdir. Qara rəng, günəş şüalarını içinə çəkir və çölə hər hansı bir rəng buraxmır. Qara, şüuraltı olaraq, başqalarında maraqlı və qəribə təəssürat oyatmaq istəyənlərin rəngidir. Belə insanlar öz həssaslığını boğmağa çalışır. Cəsur, təşəbbüsə meylli, sağlam xarakterli olurlar. Bu rəng, tez inciyən insanlar üçün müdafiə rolunda çıxış edir. Qara rəngdən həddən artıq istifadə, həyatın inkarına, xaosa, boşluğa gətirib çıxara bilər.
Gördüyümüz hər hansı bir işdə diqqətimizin dağılmamasını istəyiriksə, qara rəngdən istifadə etməliyik. Kinoteatrlarda baxılan kinoya diqqətin cəlb olunması üçün bütün işıqlar söndürülür və ətraf qaranlıq olur. Lentlərin yuyulması zamanı lentlərin yanmaması üçün oradakı şərait qaranlıq olmalıdır.

BOZ –  qara ilə ağ rəngin birləşməsidir. Bu rənglər, hər biri tək istifadə olunduqları zaman yeknəsək görünürlər. Lakin bacarıqlı bir əlin köməyi ilə, uyğun aksesuarlarla gözəl şeylər meydana gətirmək olar. Boz, diplomatik və ağır rəng olmasına baxmayaraq, hərəkətsizliyi, ciddiyyəti təmsil edir. Boz rəngi seçənlər, ətrafdakılardan qiymət  gözləyirlər. Digər insanların fikirlərinə qarşı diqqətlidirlər, şəxsi mənfəət güdmürlər. Yaxşı dost olur, xəyalpərəstdirlər, duyğularını gizlətmirlər. Bu rəngi seçənlər, güvənli bir cəmiyyət içində yaşamağı arzu edirlər. Dözümsüz olduqları üçün özlərini xoşbəxt saya bilmirlər. Sıxıntılarını,  ürəklərində saxlamaqları psixoloji problemlər yaradır.

QIRMIZI –  bu rəng güc, sağlamlıq və həyat eşqinin rəngidir. Həyata açıq, sadə, rənglər danışır, göyqurşağıkomplekssiz baxanların rəngidir. Əgər təbiətcə sakit bir insan bu rəngə üstünlük verirsə, demək, bu rəngdən güc, enerji alır. Qirmızı sevənlər lider olmağı sevirlər. Emosiyalara qapılmasalar, onlardan yaxşı lider olar. Həyatı, canlılığı, dinamikanı sevirlər.
İştahaçıcı dərmanların böyük bir hissəsi qırmızı rəngdədir. Bir çox yemək firmalarının loqoları qırmızıdır.
İşıqforlarda dayanma işarəsi də qırmızıdır. Avtomobili işə salamq üçün açarı burduğumuzda, qarşımıza yağı göstərən işıq, əl tormozunun işığı, qapıların açıq olub-olmadığını göstərən işıq, təhlükəsizlik kəmərini bağlamağımız lazım olduğunu göstərən işıq çıxır ki, bunları da göstərən işıqların çoxu qırmızı rəngdə olur.
Bir sözlə, qırmızı, yaxınlaşdırıcı, hücum edən, istı, canlı, həyəcanlandırıcı və ehtiraslandırıcı cəhətləri özündə cəmləşdirən bir rəngdir.

MAVİ –  mənəvi yüksəkliyi, saflığı simvolizə edir. Özünə inamlı, həyatda və karyerada önəmli yer tutmaq üçün daim çalışanların rəngidir. Mavi rəng sevənlər səyahətə meylli olur, dəniz, su daim onları özünə çəkir.
Göy üzü, dəniz mavidir. Göyün qatılığı, tündlüyü artdıqca dərinliyi də artır. Mavi rəng sakitləşdirici rəngdir. Bir çox sosial şəbəkələrin də istifadə etdiyi rəng mavidir.
Mavi rəng yemək  istəyini azaldır. Buna görə, bütün pəhriz məhsullarında göy rəngli yazılardan istifadə edilir.
Banklar göy rəngli loqolardan istifadə edərək özlərinin dərinliyini vurğulayır. Mavi rəglə böyüküklərini, yaşıl rənglə etibarlı olduqlarını vurğulayır.

YAŞIL –  mülayim və səmimi insanların rəngidir. Sakitliyi xoşlayır, diqqət mərkəzində olmağı sevmirlər. Lakin uzun müddət istifadə edildikdə yorucu təsir bağışlayır. Yaşıl cavanlığın, yazın rəngidir. İşıqforlarda yaşıl rəng “keç” rənglər danışırmənasındadır. Avtomobilin qısa faraları yandırıldıqda paneldə göstərici olaraq yaşıl işıq yanır. Şəhərlərarası məsafəni göstərən yol lövhələri də demək olar ki, yaşıl rəngdədir. Yaşılda inam, arxayınçılıq, rahatlıq və qismən bir dərinlik var.
Yataq otağının yaşıl rəngə boyadılması ailədə sakitliyə, mətbəxin yaşıl rəngə boyadılması isə aşpazların həvəslə işləməsinə səbəb olur.
Əməliyyat otaqlarında həkimlər yaşıl xalat geyinirlər və əməliyyat olunan xəstənin cərrahiyyə müdaxiləsi olunacaq yerdən başqa bütün bədəni yaşıl parça ilə örtülür. Yaşıl rəngi digər rənglərə görə ilk sıraya yerləşdirən insanlar yaradıcı olurlar.

NARINCI –  bu rəng çox tez diqqət çəkir. Əgər bir məhsulda narıncı rəngdən istifadə edilirsə, “Bu məhsul hamı üçündür” mesajı verilir. Balaca uşaqlar üçün hazırlanan oyuncaq və geyimlərdə bu rəng üstünlük təşkil edir. İnsanlar bu rəngin olduğu yerə rahat və asanlıqla daxil ola biləcəkləri hissinə qapılırlar. Bu rəngi sevənlər, başqalarının şöhrət işığında parıldamağı sevməyənlərdir. Bir qədər tərs, lakin ümumilikdə mehriban, dəyişkən şəraitə asanlıqla uyğunlaşırlar.

QƏHVƏYİ –  güclü insanların rəngidir. Hərəkət və fikirlərində tələskənliyə yol vermirlər. Təmkinli və dolğun olduqları üçün hər şeyi öncədən düşünüb, addım atırlar. Ciddi insanlardır. Sevgidə aktivdirlər. Həyatın digər sahələrində olduğu kimi sevgidə də sakit və təmkinlidirlər. Daim düşünməyə meyllidirlər. Cəmiyyətdəki problemlər, siyasi vəziyyət ilə maraqlanırlar.
Ancaq qəhvəyi rəngin gizli bir özündən uzaqlaşdırıcı təsiri də var. Bu xüsusiyyətinə görə dünyadakı fast food yeyilən bütün restoranların divarları, stolları və stulları, adətən, qəhvəyi rəngə boyadılır. Bu restoranlarda müştəriyə dillə deyilməsə də dördbucaqlı stollar, rahat olmayan stullar, tavan və döşəmənin rəngləri vasitəsilə “Burda çox oturma, yeməyini ye və get” mesajı çatdırılır.

ÇƏHRAYI –  müdafiəyə, simpatiyaya, sevgiyə ehtiyac hiss edənlərin rəngidir. Onlarda tez-tez özünə inamın çatışmadığı hiss olunur. Həyatı çox zaman nağıla bənzədir, xəyalpərəst olurlar. Xəyaldan ayrılıb reallığı görəndə böyük sarsıntı keçirirlər. Həyat rəngidir. Bu rəngi sevənlər həyatı sevir, ondan zövq almağı bacarırlar.

SARI –  bu rəngə üstünlük verənlər cəsarətli, insanları özünə cəlb etməyi bacaran, rənglər danışırfasiləsiz olaraq yeni informasiya axtaran, eqosentrik, şən və hazırcavab olurlar. Hakimiyyəti sevir, elmdə, incəsənətdə uğur qazana bilirlər. Daim xoşbəxtliyə can atır və nail olmaq üçün əllərindən gələni edirlər. Çatışmayan cəhətləri lovğa, dikbaş olmalarıdır. Rəngdə bir parlaqlıq və istilik var. Rahatlığı və aydınlığı təmsil edir.
İşıqforlarda yanan sarı işıq “hazır ol” mənasını verir. Sarı rəngdə bir keçicilik var. Günəşin sarı işıqlarında da keçicilik var. Cücənin sarı rəngində də keçicilik var.

BƏNÖVŞƏYİ –  bu rəng palitra üzərində bir miqdar mavi ilə qırmızının qarışığından ibarətdir. Mavi yaradıcı, rahatlıq rəngidir. Qırmızı isə təzyiqi artıran, sərtlik aşılayan rəngdir. Bənövşəyi rəng, bu iki rəng arasında hərəkət edən rəngdir. Hansına daha yaxın olarsa, ona uyğun təsir göstərir. Tünd tonu şiddət və yoxluğu aşılayır. Açıq tonu isə xəyal və rahatlığı aşılayır. Yasəmən rəngi də bu ümiddəndir.
Bu rəng güclü emosionallıq, yüksək mənəviyyat, nəciblik göstəricisidir. Bu rəng, harmonik inkişaf etmiş səxsiyyətə aiddir. Romantizmin rəmzidir. Bu rəngə digər rənglər arasında üstünlük verənlərin həyatında sevgi əsas yeri tutur. Özlərinə qarşı nəzakətdən xoşlanır, gözəl , cəzbedici olmağı arzulayırlar. Hər zaman istənilən kəslə yaxınlıq qurmurlar.

Müəllif :  Psixoloq Rübabə

VN:D [1.9.16_1159]
Rating: +43 (from 49 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın