RABİNDRANAT TAQOR

Tagore3Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqor Kəlkütdə yaşayan zəngin brahman ailəsinin 14-cü uşağı idi. Atalarının kökü XI əsrə dayanır. Bu soyun qurucusu Kanajlı bir Brahman idi. Atası Maharşi Devendranat Taqor varlı bir din adamı idi. Rabindranat, xüsusi müəllimlərdən dərs alaraq orta təhsilini bitirdikdən sonra 17 yaşında Londona göndərildi. Londonda hüquq oxudu. Burada ədəbiyyat mədəniyyətini inkişaf etdirdi.

Ən çox təsirində qaldığı ədəbiyyatçı, əsərlərində təbiətə geniş yer verən İngilis şair William Wordsworthdur. Rabindranat Taqorun həyat və sənət görüşlərinin inkişafında ən böyük rol XIX əsrin əvvəllərində Benqallı Raca Rammahun Roy oynamışdır. Müəllimi Roy Hindistanda dinin oynadığı böyük rolu bildiyi üçün, hər şeydən əvvəl bu sahədə islahat aparmaq zəruriliyini bilirdi . Özü Hindi olduğu üçün Hind dininin pozulmasına kədərlənirdi, lakin ictimai gerçəkləri görəcək qədər irəli fikirli bir insan olduğundan islahat alınmadı. 1930-cu ildə Hindistanda yeni bir məzhəb olan Brahmoizmin yarandı. Brahmo Samaj adı altında tanınan bu hərəkat Hindlilik, Müsəlmanlıq və Xristianlığın ortaq şəkildə dəyərlərini bir dam altında yığmaqda idi. Bu yeni din, möcüzə və kəraməti bir tərəfə itələyər, hər şeyə suveren mütləq və yanılmaz bir qüvvət yerinə, müdriklik və yüksək zəkanın qaynağı olan insan və dünyanı qavrayan, ucaldan bir varlığa inanar. Bu Tanrı Upanişadlardan alınan bir cümləylə tamamlanar:
“Təkdir və forması yoxdur, amma min bir məqsədlə min bir şəklə girər..”
Einstein_and_Tagore_Berlin_14_July_1930
Taqor, 1913-cü ildə Nobel Ədəbiyyat Mükafatını aldı. İki il sonra da “Sir”lə mükafatlandırıldı. Altmış səkkiz yaşında şəkil çəkməyə başladı; Moskva, Berlin, Münih, Paris, Birmingham və New Yorkda sərgilər açdı. Musiqiyə marağı uşaq yaşlarından başlamışdı. Üç mindən çox musiqi müəllifidir. Uzun bir xəstəlikdən sonra 7 Avqust 1961-ci ildə Kalkütdə öldü.
Bəlli kitabları bunlardır:
Gitanjali (1912), Böyüyən Ay (1913), Bağban (1913), Yemiş Zamanı (1916), Aç Daşlar (1916), Avara Quşlar (1916), Şəxsiyyət (1917), Sevgilinin Hədiyyəsi (1918), Yuva və Dünya (1919), Qaçaq (1921), Atəş böcəkləri (1928).

Fikirləri :

Təhlükələrdən qorunmaq üçün deyil, onlarla qorxusuzca üzləşmək üçün dua edim. Ağrım dinsin deyə deyil, ürəyim fəth etsin deyə yalvarım.
Günəş getdi deyə ağlarsan, göz yaşların ulduzları görməyə mane olar.
Kəpənək ayları deyil, anları sayar və onun belə kifayət qədər zamanı var.
Günəşə arxanı çevirmə , kölgən önünə düşər.
Heç bir əhəmiyyət daşımayan sözlərim zamanın dalğaları üstündə yüngülcə rəqs edə bilərlər, məna ilə ağırlaşdıqlarında dibə çökərlər.
Mümkün qeyri- mümkündən soruşar: «Sən harada yaşayırsan?» O cavab verər: «Acizin yuxularında.»
Ayaq üstə dayanıb suya baxaraq dənizi keçə bilməzsiniz.
Çaqıl daşlarını kamala çatdıran çəkic zərbələri deyil, suyun oxşayışıdır.
Doğan uşaqlar, Tanrının hələ insanlardan ümidini kəsmədiyini göstərər.
Həyat ağır bir yük deyil. Yolumuz onsuz da uzun sürməyəcək.
Dünyanı səhv oxuyar, sonra da bizi aldadır deyərik.

Mənbə: www. tr.wikipediya.org
Hazırladı: Naz Ramizqızı

VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

Bir cavab yazın