RİÇARD DAVKİNSDƏN QIZINA MƏKTUB

RİÇARD DAVKİNSRiçard Davkins bu məktubu 10 yaşı yenicə tamam olmuş qızına yazmışdı:

“Əziz qızım, artıq sənin 10 yaşın tamam olur, istərdim sənə bəzi vacib məsələlər barədə yazım. Heç nə vaxtsa özünə ətrafındakı hadisələrin necə baş verməsi barədə suallar vermisən? Məsələn, biz hardan bilirik ki, səmadan bizə iynə boyda görünən ulduzlar əslində Günəşin nəhəng kürələridir və bunlar çox uzaqdadırlar? Bəs yaxşı biz hardan bilirik ki, Yer Kürəsi bu ulduzların, Günəş sisteminin ətrafında fırlanır? Bütün bu sualların cavabı faktlara əsaslanır. Bəzən faktlar doğru olur. Buna görmək, eşitmək, hiss etmək və qoxulamaq daxildir. Kosmonavtlar yer kürəsindən qat-qat uzaqlara qalxaraq, buranın dairəvi olduğunu öz gözləriylə görmüşlər. Bəzən gözlərimiz bizə kömək edir. Gecələr ulduzlar səmada sayrışan bir əşya kimi görünür, amma biz ona teleskopla baxası olsaq, onun gözəl bir kürə – Venera planeti olduğunu görə bilərik. Görməklə, eşitməklə və ya hiss etməklə əşyaların öyrənilməsinə müşahidə deyilir. Amma faktlar heç də müşahidəyə əsaslanmır, müşahidələr isə faktlara əsaslanır. Əgər bir cinayət baş verirsə, bunu çox vaxt heç kim (qatil və öldürülən şəxdən başqa) görmür. Lakin dedektivlər bir neçə müşahidə aparmaqla cinayətkarın və ya şübhəlinin kim olduğunu öyrənə bilərlər. Əgər bir insanın barmaq izləri bıçağın üzərindəki barmaq izləriylə üst-üstə düşərsə, həmin şəxsin bu bıçağa toxunması artıq bir faktdır. Lakin bu heç də onun cinayət törətdiyini sübut eləmir. Amma bu digər faktların da əldə olunmasında bir ipucu olur. Bəzən dedektiv bütün faktları göz önünə gətirməklə cinayətkarın kim olduğunu bilir. Alimlər, dünya və kainat həqiqətlərini kəşf etməkdə mütəxəsis olanlar-bu detektivlərə bənzəyirlər. Onlar nəyin doğru olduğu barədə fikirlər söyləyirlər və bu fərziyyə adlanır. Sonra onlar öz-özlərinə deyirlər, Əgər bu doğrudan da həqiqətdirsə, biz gərək bu haqda düşünək və s. Bu, proqnoz adlanır. Məsələn, əgər dünya doğrudan da kürə şəklindədirsə, biz qabaqcadan proqnoz verə bilərik ki, yola düşəcək səyyah eyni istiqamətdə hərəkət edərsə, başladığı yerə gəlib çatdığını görəcək. Həkim sənin qızılcaya tutulduğunu bir dəfə baxmaqla bilməz. İlk öncə müayinə aparmaqla o, bunu təxmin edir ki, səndə qızılca ola bilər. RİÇARD DAVKİNSSonra o, öz-özünə deyir, əgər onda doğrudan da qızılca varsa, mən gərək buna yaxşı fikir verəm. Sonra o proqnozları tez nəzərdən keçirir, səndə ləkələr olub-olmadığına baxır, əlini alnına qoyur ki, görsün səndə qızdırma varmı, qulağını sinənə qoyur ki, eşitsin sən qızılcaya tutulan adam kimi xırıltı ilə nəfəs alırsanmı və s. Və o zaman həkim qərarında qəti olur və deyir: “Mən bu qızın qızılcaya tutulduğuna əminəm”. Bəzən qan analizi və rentgen kimi başqa sınaqlar da keçirməli olur və bunlar onun diaqnoz qoymasına kömək edir. Alimlərin dünyanı öyrənmək haqqında istifadə etdiyi faktlar mənim bu qısa məktubumda ifadə edəcəyimdən daha ağıllı və daha çətindir. Amma indi faktlardan danışmaq istəmirəm, çünki bu nəyəsə inanmaqda yaxşı səbəbdir. Və istəyirəm sənə nəyəsə inanmağın üç pis səbəbdən danışam, bunlar – “ənənə”, “hakimiyyət” və “ilham” dir. Birinci ənənələrdən danışım. Bir neçə ay bundan əvvəl bir televiziya kanalında 50 nəfər uşaq ilə müzakirə üçün getmişdim. Bu uşaqlar müxtəlif dini tərbiyə ilə böyümüş olduqları üçün müzakirəyə dəvət olunmuşdular. Onlardan bəziləri xristian tərbiyəsi, bəzisi yəhudi, müsəlman, hindu və başqa dini tərbiyə almışdılar. Aparıcı bir-bir uşaqlardan nəyə inandıqları barədə sual verdi. Onların söylədikləri cavablar mənim “ənənə” deyərkən nəyi nəzərdə tutduğumu açıqlayacaq. Onların inandıqlarının heç bir faktla əlaqəsi yoxdur. Onlar yalnız valideynlərinin, baba-nənələrinin inanclarını daşıyırlar və bu inanclar da heç bir məntiqi dəlilə əsaslanmır. Onlar belə deyirdilər: “Biz Hinduizmə inanırıq”, “Biz xristianıq və nəyəsə inanırıq” və s. Əlbəttə onlar müxtəlif şeylərə inandıqdan sonra bunlar heç vaxt doğru ola bilməz. Aparıcı da yəqin ki, bunu fikirləşirdi, lakin bu məsələdə uşaqlarla mübahisə etməyə cəhd etmirdi. Lakin bu heç də mənim demək istədiyim deyil. Mən sadəcə soruşmaq istəyirəm ki, onların inancları haradan qaynaqlanır? Bəli, bu ənənədir. Ənənə baba-nənədən onun uşaqlarına ötürülür, onlar da bunu öz uşaqlarına ötürürlər və beləcə nəsildən-nəsilə keçərək yaranır. Və yaxud kitablar vasitəsilə əsrlərlə nəsildən-nəslə keçərək yayılır. Ənənəvi inanclar demək olar ki, heç nədən yaranır; ola bilər ki, kimsə bu əfsanəni Tor və Zevs haqqında olan əfsanələr tək uydurub və insanları buna inandırıb. Və bu inanclar nəsildən-nəslə keçərək əsrlərlə qaldığından insanlar üçün vacib əhəmiyyət daşıyır. İnsanlar sadəcə əsrlərlə qaldığı üçün bunlara inanırlar və bu da ənənədir. Ənənənin bir pis xüsusiyyəti də odur ki, bu nağıllar neçə əsr bundan qabaq deyilməsinə baxmayaraq, onlar öz aktuallığını itirmirlər. Əgər sən hansısa bir hekayə uydursan və bu hekayə nəsildən-nəslə keçərək yayılsa, bu, heç də onun doğru olmasına dəlalət etmir. İngiltərədə bir çox insan ingiltərə kilsəsində xaç suyuna salınırlar, lakin bu, hələ xristian dininin bir hissəsidir. Xristian dininin rus ortodoksal, Roma katolik, Metodist kimi növləri vardır. Onların da inancları müxtəlifdir. Hələ yəhudilərlə müsəlmanları demirəm. Onların bir neçə təriqətləri var. Müxtəlif dinlərə inanan insanlar arasında dinləri arasında olan ziddiyyətlərə görə həmişə müharibə olmuşdur. Bəlkə sən elə düşünürsən ki, burada nəsə yaxşı səbəb var, yəni onlar öz inancları uğrunda müharibə aparırlar. Lakin onların inancları tamamilə ənənələrə əsaslanır. Gəl ənənəyə bir misalla baxaq. Roma katolikləri inanırlar ki, İsa Məsihin anası Məryəm ölməyib, cismi cənnətdədir. Başqa xristianlar isə bununla razılaşmır və deyirlər ki, Məryəm də digərləri kimi ölüb. Lakin elə dinlər də var ki, Roma Katoliklərində fərqli olaraq bu haqda danışmırlar, onu “cənnət kraliçası” adlandırmırlar. Məryəmin ölmədiyi və cisminin cənnətdə olması əfsanəsi köhnə söhbət deyil. Bibliyada onun necə və nə vaxt öldüyü haqqında yazılmayıb, orada yalnız onun adı çəkilb, vəssalam. Cisminin cənnətdə olması İsa Məsihin dövründə yaranmayıb. Əvvəlcə bu “Ağ Qar” hekayəsi kimi uydurulub və əsrlər ötdükcə bu ənənəyə çevrilib, insanlar buna ciddi yanaşmağa başlamışlar. Yalnız ona görə ki, bu bir neçə nəsldən keçərək yayılmışdır. Ənənələr nə qədər qədim olsa, insanların buna ciddi yanaşması bir o qədər artacaq. 1950-ci ildə Roma katolik kilsəsində bu əfsanə rəsmi şəkildə qeyd olunmuşdur. Lakin bir şey var ki, bu əvvəlki güvənini bir qədər itirmişdir, Məryəmin “ölüm”ündən 600 il sonra insanlar buna daha çox inanırdılar, nəinki 1950-ci ildə. Məktubun sonunda bu ənənə mövzusuna bir də qayıdacam və buna başqa mövqedən yanaşacam. Lakin ilk öncə nəyəsə inanmağın ikinci pis səbəbi olan hakimiyyət haqqında danışmaq istəyirəm. Hakimiyyət dedikdə, sənə nəyisə inandıran bir şəxs nəzərdə tutulur, sən nəyəsə inanırsan, çünki bu hansısa vacib status daşıyan biri tərəfindən söylənilib. Roma Katolik kilsəsində Roma Papası müqəddəs sayılır və insanlar inanırlar ki, o, düzgün olmalıdır, axı o, Papadır. İslam dininin bir təriqətində Ayətullah adlı saqqallı kişi müqəddəs sayılır. Gənc müsəlmanların çoxu cinayət törətmək üçün hazırlanırlar. Sadəcə ona görə ki, Ayətullah onlara fitva verib. Mən deyəndə ki, 1950-ci ildə Roma Katolik kilsəsində Məryəmin bədəninin cənnətdə olması barədə elan olundu, bu o deməkdir ki, 1950-ci ildə Papa insanları buna inandırdı. Məsələ bundanır ki, Papa bunun doğru olduğunu söylədi və beləliklə bu, belə qəbul olundu. Axı sən niyə Papanın dediyinə inanasan ki, və yaxud da insanların dediklərinə? Hal-hazırda Papa ardıcıllarına uşaqlarının olmasında limit qoyub və onlara bu limiti keçməyi qadağan edib. Əgər insanlar onun başçılığını qəbul edərsə, bu, çox pis nəticələnə bilər – böyük faciələrə, kütləvi aclıqlara, xəstəlik, müharibələrə səbəb olar. Əlbəttə, elmdə də belə şeylər var, kimsə nəyəsə sübut olaraq başqa birisinin fikrini söyləyir. Məsələn, mən heç vaxt öz gözlərimlə görməmişəm ki, işıq saniyədə 186 000 ml sürətlə hərəkət edir. Amma əvəzində kitabda bu haqqda oxumuşam deyə buna inanıram. Bu elə danışdığım “hakimiyyət”ə bənzəyir. Amma bu, ondan yaxşıdır, çünki bu kitabı yazan həmin hadisəni görüb və hər kəs bu yazılanları istədiyi vaxt sınaqdan keçirə bilər. Bu, çox rahatdır.  Amma keşişlərdə Məryəmin bədəninin cənnətdə olmasına dair heç bir sübut-filan yoxdur. İnanmağın 3-cü pis səbəbi də “lham”dir. Əgər sən 1950-ci ildə Roma Papasından soruşsan ki, siz haradan bilirsiz ki, Məryəm cənnətdədir? O da çox güman ki, belə cavab verəcək: “Mənə ilham gəldi”. O sakit durur, tanrıya dua edir. Fikirləşir, fikirləşir və öz içinə dalır. Əgər hansısa dindarın içində həqiqətə bənzər nəsə varsa və bu heç bir dəlillə sübut olunmasa da, onlar bu iç hisslərini ilham adladırırlar. İçlərində ilham olduğunu iddia edən tək Papalar deyil. Dindarların çoxu belə deyir. Bu, onların inandıqlarına səbəbdir. Amma yaxşı səbəbdirmi? Məsələn təsəvvür elə, sənə deyirəm ki, itin ölüb. Sən məyus olacaqsan və güman ki, deyəcəksən “sən əminsən?”, “hardan bilirsən?”, “bu necə baş verdi?” və s. İndi də təsəvvür elə ki, mən belə cavab verirəm. “Doğrusu mən bilmirəm ki, it ölüb, buna mənim sübutum yoxdur, amma içimdə bir hiss mənə deyir ki, o ölüb”. Sən yəqin ki, səni qorxutduğum üçün mənə acıqlanacaqsan, çünki özün bilirsən ki, itin ölməsinə inanmaq üçün bu heç də yaxşı səbəb deyil. Sənə sübut lazımdır. Düzdür, bəzən içimizdə bir hiss yaranır ki, filan şey baş verəcək, bu, bəzən doğru, bəzən də səhv çıxır. Nəyəsə qarşı, hər insanın müxtəlif hissləri olur, bəs biz haradan bilək ki, onlardan hansı doğrudur. İtin öldüyünə inanmaq üçün ən yaxşı yol onu ölü görməkdir və ya qulağını ürəyinə dayayıb, nəfəs alıb-almadığını yoxlamaq, yaxud da onun öldüyünü görən bir adamdan bunu eşitməkdir. İnsanlar bəzən deyir ki, sən öz hislərinə inanmalısan, yoxsa heç vaxt rahatlıq tapmarsan, şübhələnərsən ki, “Mənim həyat yoldaşım məni doğrudanmı sevir?”. Lakin bu, yaxşı arqument deyil. Kimsənin səni sevməsi üçün minlərlə səbəb ola bilər. Gün ərzində səninlə birgə olan səni sevə bilər, sən bunu görür və buna inanmaq üçün bir neçə sübut əldə edirsən. Bu iç hiss heç də yaxşı deyil, keşişlər bunu ilham adlandırır. Xarici hisslər də var ki, sən onun gözünə baxırsan, səsindəki mərhəməti, sevgini sezirsən, budur sübut. Bəzən insanların içlərində güclü bir hiss olur ki, bu heç bir dəlilə əsaslanmasa da, onlar həmin adamın onu sevdiyinə əmindirlər.

RİÇARD DAVKİNSMəsələn, elə bir insan olur ki, onlar elə zənn edirlər ki, hansısa məşhur fil ulduzu onu sevir, amma həmin məşhur onu heç görməyib də. İnsan düşündüklərinə bənzəyir. İç hissin doğru olması üçün dəlil lazımdır, yoxsa sən ona inana bilməzsən. Bəli, elmdə də bu var, lakin bu, səni axtarış etməyə, bunun doğru olmasına dair faktlar tapmağa sövq edir. Alim bir ideyanın doğruluğuna inanmaq üçün ürəyini danmalıdır. Amma özlüyündə bu nəyəsə inanmaq üçün heç də tutarlı səbəb deyil. Bununla yenə də sən vaxtını səmərəli keçirmək, hansısa eksperiment aparmaq, buna sübut tapmaq üçün yaxşıdır. Alimlər yalnız ideya əldə etmək üçün iç hisslərindən istifadə edirlər. Sənə söz vermişdim ki, ənənə mövzusuna bir də qayıdacam və buna başqa mövqedən yanaşacam. İstəyirəm ki, ənənələrin bizə niyə bu qədər vacib olduğunu izah edim. Bütün heyvanlar yaşamaq üçün yaradılıblar. Şirlər Afrika düzənliklərində yaşamaq üçün yaranıblar. Çay xərçəngləri təmiz suda yaxşı yaşamaq üçün yaranıblar, eləcə də istaqrozlar duzlu suda yaşamaq üçün yaranıblar. İnsanlar da, heyvanlar da yaxşı yaşamaq üçün yaranıblar. Biz şir və istaqrozları özümüz ovlamırıq, onu kimdənsə satın alırıq, həmin adamlar da kimdənsə satın almışdır. Biz insan dənizində üzürük. Balığın suda yaşaması üçün qəlsəməyə ehtiyacı olduğu kimi, insanların da başqaları ilə ünsiyyət qurması üçün ağıla ehtiyacı vardır. Dəniz kimi insanlar da çətindir. Onları öyrənmək bir dili öyrənmək qədər çətindir. Sən ingiliscə, dostunsa almanca danışır. Siz bir-birinizi daha yaxşı anlamaq üçün ortaq dildən istifadə etməli olursuz. Dillər də ənənə nəticəsində əsrlərlə keçərək yayılmışdır. Başqa yolu da yoxdur. İngiltərədə Pepe itə verilən addır, almaniyada isə ona “ein Hund” deyirlər. Lakin bu adlar Pepe almaniyada, “ein Hund” isə ingiltərədə it adı kimi işlənə bilməz. İnsan ümmanında yaxşı “üzmək” üçün uşaq gərək ölkəsinin dilini və başqa şeyləri öyrənsin və belə nəticəyə gəlmək olar ki, uşaqlar suçəkən kağızlar kimi ənənəvi məlumatları özlərinə hopdurular (Yadda saxla ənənəvi məlumatlar da baba-nənədən, valideynlərdən keçərək yayılır). Uşaq ənənəvi məlumatları öyrənmək üçün beyni ağ kağız kimi olmalıdır. Və uşağa bu ənənələrdən hansının yaxşı, hansının pis olması kimi seçimlər verilmir. Təəssüf ki, bu belədir. Lakin başqa əlac da yoxdur, çünki uşaqlar ənənəvi məlumatları çox yaxşı bilməli, yaşlı insanların onlara öyrətdiyi şeylərə inanmalı, yaşlıların nəyin doğru, nəyin yalnış olması barədə söylədiklərinə əməl etməlidirlər. Düzdür, yaşlıların söylədiklərinin bəzisi həqiqətə uyğundur, yəni faktlara əsaslanır, ya da ən azından ağıllı səslənir. Lakin onlardan bəziləri də çox axmaqcasına və ədəbsizdir. Uşaqları bu şeylərə inandırmaqdan saxlamaq lazımdır. Amma nə etməli? Bəs yaxşı uşaqlar böyüyəndə nə edirlər? Əlbəttə, onlara öyrədilənlərin hamısını bir-bir gələcək nəsillərə öyrədirlər. Və bütün bunlar hətta yalnış olsalar da, getdikcə ciddi əhəmiyyət daşıyır. Və onlar əbədi olaraq davam eləyir. Bəs bu dinlərdə də varmı? Tanrının və ya tanrıların olmasına, Cənnətə, Məryəmin ölmədiyinə, İsa Məsihin atasının insan olmamasına, duaların yerinə yetirilməsinə, şərabın qana çevrilməsinə və.s kimi inanclar heç bir məntiqi dəlilə əsaslanmır. Bununla belə insanlar buna inanır. Ola bilsin, bu inanclar, onlara çox kiçik yaşlarında, hələ heç bir şey başa düşmədikləri vaxtlarda öyrədilib deyə belədir. Milyonlarla insanın inancları da müxtəlifdir, çünki onlar hərəsi bir cür tərbiyə alıb, müxtəlif şeylər eşidiblər. Müsəlman uşaqları xristianlardan fərqli sözlər eşidib və onlar elə böyüdülüb ki, onlara öyrədilən şeylərin doğru olduğuna qəti şəkildə əmindirlər. Xristian kilsələri arasında da müxtəliflik var. Onların təbliğ etdikləri də fərqlidir. Və maraqlısı budur ki, onlar yalnız özlərinin doğru olduğunu, qalanlarının isə yalnış olduğuna inanırlar. Müxtəlif şeylərə inansalar da bu eyni səbəbdən baş verir, necə ki, sən ingiliscə, digəri isə almanca danışırsa bu da elədir. Hər iki dil olduqları ölkələrdə əsas dildir. Lakin dinlər barədə bunu demək olmaz, çünki dinlər bir-birinə zidd nəsnələrin doğru olduğunu söyləyir, məsələn Katolik kilsəsi Məryəmin ölmədiyini, Protestant kilsəsi isə öldüyünü iddia edir. Bəs biz nə edirik? Sən hələ balacasan, 10 yaşın təzəcə tamam olub, heç nə edə bilmərsən. Amma sən buna ən azından cəhd edə bilərsən. Nə vaxtsa kimsə sənə vacib bir şey söyləyəndə öz-özündən soruş: “Bu məntiqi görünürmü, buna sübut varmı? Və yaxud insanlar buna ənənə, hakimiyyət, vəhyə görə inanırlar?” Əgər kimsə sənə desə ki, filan şey düzdür, sən onlardan soruş: “Sizin buna sübutunuz varmı?” Əgər onlar sənə tutarlı bir cavab verə bilməsələr, ümid edirəm ki, sən onların dediklərinə inanmazdan əvvəl yaxşı-yaxşı düşünəcəksən.
Səni sevən atan.

Tərcümə edən: Namiq Bağırlı

 

VN:F [1.9.16_1159]
Rating: +15 (from 15 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın