ROBİN ŞARMA – “FERRARİSİNİ SATAN MÜDRİK”

Robin ŞarmaRobin Şarma-  Şimali Amerikanın ən görkəmli natiqlərindən biri kimi məşhurdur.  O, liderlik və həyatı təkmilləşdirmə sahəsində ən parlaq ulduzlardan biridir. Yazıçılıq və eyni zamanda da iki hüquq təhsili almış Robin Şarma “Şarma- beynəlxalq liderlik” şirkətinin prezidentidir. “Ferrarisini satan müdrik” kitabı, yazıçının bestseller-lərindən biridir. Paulo Koelyo, bu kitab haqqında deyir: “Bu cəlbedici kitab həm öyrədir, həm də heyran edir”.

 

KİTABDAN SEÇMƏLƏR:

“Pul qazanmaq” la “həyat qazanmaq” arasında yerlə göy qədər fərq var.

Mən də çoxları kimi tələbəlik illərində idealist idim. Yataqxana otağında bir fincan soyuq qəhvə arxasında  dünyanı necə dəyişdirməyi müzakirə edərdik. O vaxtdan təqribən 20 il keçib və mənim dünyanı təkmilləşdirmək istəyim evin kreditini ödəmək və özümə yaxşı təqaüd təmin etmək istəyi ilə əvəz olunub.

Edə biləcəyin ən faciəli işlərdən biri, həyatını “sonraya” saxlamaqdır.

Sən etməyi xoşlamadığın şeyləri etməyə başlamalısan. Sənin halında bu, məsələn, səhər yatağını yığmaq və ya işə maşınla deyil, piyada getməyə cəhd göstərmək ola bilər. İradənin gücündən istifadə etməyi vərdişə çevirməklə sən zəifliklərinin qulu olmaqdan çıxacaqsan.

Arxayınlıq, öldürücüdür.

Fikirlərini idarə etməyə vaxt tapmırsansa, fikirlər səni idarə edəcəkdir.

Dəmir iradə tərbiyə etmək üçün hər gün səni şəxsi intizam keyfiyyətinə doğru aparan kiçicik addımlar atmaq lazımdır.

Emersonun dediyi kimi: “ Xasiyyət, intellektdən yuxarıdır. Böyük ruhun həm yaşamağa, həm də düşünməyə gücü yetər.”

Sən gün ərzində nə düşünürsənsə, o-san.

Musiqinin gücünü heç vaxt yadından çıxarma.

Yadında saxla ki, yataqda uzanmaq, istirahət etmək və bütün günü veyllənməklə əsl xoşbəxtliyə çatmayacaqsan.

Ümumiyyətlə, xoşbəxtliyin sirri çox sadədir. Ən çox nə ilə məşğul olmağı istədiyini müəyyən et və bütün gücünü bu işə ver.

Gənc adam müdriki tapan kimi soruşur: “Sənin kimi aqil olmaq üçün mənə nə qədər vaxt lazım olacaq?”. O dəqiqə də cavab alır: “5il”. Cavan, – bu çoxdur. – deyir, – mən iki dəfə daha gərgin işləsəm, necə? Müəllim, – onda buna 10 il lazım olacaq, – deyir. – 10! Bu lap çoxdur. Bəs gecə-gündüz dayanmadan məşğul olsam? Müdrik cavab verir: – 15 il.
– Mən başa düşə bilmirəm, məqsədimə çatmaq üçün daha çox enerji sərf etməyə söz verdikcə, deyirsən ki, buna daha çox vaxt gedəcək. Niyə? – Cavab sadədir. Bir gözün son nəticəyə zillənibsə, səyahət zamanı səni istiqamətləndirmək üçün cəmi bir gözün qalır.

Mən birdən adət etdiyim steril dünyanın insanı kütləşdirdiyi, yaradıcılıq qabiliyyətlərini məhdudlaşdırdığı və zəka üfüqlərini daraltdığını anlamağa başladım.

Mən ofisimdə sakitcə oturub dünyamızın nə qədər dar olduğu haqqında düşünürdüm. Mən barmaqlarımın ucunu da batırmamış olduğum bütöv bir bilik dənizini fikirləşirdim.

Əsas müşkül, insanların çoxunun bəhanə azarına tutulmasıdır.

Nə etdiyini düşünmək üşün vaxt tap.

Müntəzəm olaraq kitab oxu. Gündə 30 dəqiqə oxumağın möcüzələr yaradacaq. Lakin səni xəbərdar etməliyəm. Nə gəldi, oxuma. Şüurunun möhtəşəm bağçasına nəyi daxil edəcəyini seçməlisən. Oxu, qida verməlidir. Özünü və həyatının keyfiyyətini yaxşılaşdıracaq şeyləri oxu.

Dördüncü ayin, Biliyə Dalmaq ayini adlanır. O, bütün həyatın boyu davam edən öyrənməkdən, biliklərini özünün və ətarfındakı insanların rifahı naminə daim genişləndirməkdən ibarətdir.

Təklik və sakitlik səni yaradıcılıq mənbəyinlə bağlayır və Kainatın hüdudsuz şüurunu sərbəstləşdirir.

– Sözdə demək asandır.
– İşdə də asandır.

Bu axşamdan başlayaraq həyatını tam nəzarətə götür. Həmişəlik öz taleyinin sahibi olmağa qərar ver. Öz oyununu apar. Öz təyinatını tap, onda ilhamlı həyatın sevincini yaşayacaqsan. Və nəhayət, həmişə yadında saxla: arxanda və qabağında olan şey, daxilində olanla müqayisədə heç nədir.

Görmədiyin hədəfə vurmaq mümkün deyil. İnsanlar ömürlərini daha xoşbəxt olmaq, daha böyük həyat qüvvəsi ilə yaşamaq və həyatlarını şövqlə doldurmaq haqqında xəyallarla keçirilər. Öz hədəflərini kağız üzərində yazmaq və həyatının məqsədi, özünün Dxarması haqqında ciddi düşünmək üçün isə ayda 10 dəqiqə belə vaxt ayıra bilmirlər. Məqsədin qoyuluşu, sənin həyatını əhəmiyyətli edəcək. Sənin dünyan daha zəngin olacaq, heyranlıq və möcüzə ilə dolacaq.

Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

 
Facebook

Bir cavab yazın