ŞƏFAƏT

485418_137306569796410_1660777198_nŞəfaət bütün dövrlərdə ən çox müzakirə olunan bəhslərdəndir. Klassik görüşlərin əksərində şəfaətin qəbulu və izahı eynən Hz. Məhəmmədə qədər, hətta daha öncələrdə mövcud olmuş şəfaətçi, seçilmişlər tərəfindən qurtuluş anlayışlarına uyğundur. Və bu görüşlərə qarşı çıxan istənilən fikir təcrid olunmuş və Quran mətnində göz önündə bulunan şəfaət ayələrini inkar kimi qiymətləndirilmişdir. Diqqətlə baxsaq görərik ki, bu yanaşma ilə heç kəs şəfaəti inkar etmir. Buna görə mətndə keçən bütün şəfaət ayələrinə baxmaq, sintez qurmaq, yerinə və xitabına uyğun olaraq incələmək lazımdır. Şəfaət Quran mətnində var, özü də çox əhatəli şəkildə izah edilir. Sadəcə onun mahiyyəti üzərində düşünmək lazımdır. Mətn və mahiyyət arasında bağı qurmama səbəbilə yaranan problemlər çox aktualdır. Problem, onun bütünüylə Yenidən dirilişdən sonraya aid edilməsindədir. Kim dedi ki, Allahın İzin verdiyi kimsələr Yenidən dirilişdə günahkarları qurtaracaq? Bunu bizə əsas verən bir tək ayət yoxdur. Quranda 25 yerdə şəfaət anlayışına rast gəlinir və əksər ayətlərdə toplumun şəfaət anlayışını qınanır, yenidən inşa edilir. Allahın izni bu dünyadadır. Allahın diləyi bu dünyadadır. Qaldı yenidən diriliş gününə: “həmin gün heç kəsdən şəfaət qəbul olunmayacaq” deyir Quran. (bax 2/48)

Şəfaət: İnsanın olduğu hal və durumdan vasitəçılərlə olduğu halıyla qurtulması deyil.
Şəfaət: İnsanın olduğu hal və durumdan vasitələrlə, hidayətə qovuşaraq qurtulmasıdır. O şans isə yalnız bu dünyada verilir. Bir düşüncə, bir insan, bir ayət, bir olay, bir baxış və ya bütünü birlikdə Şəfaətçi ola bilər insana.


şəfaətGünah və Şəfaət!
Fitrətinə, varlığına və ya İnsanlığına məsuliyyətli birisi üçün ən böyük Şəfaətçi onun vicdanını sızladan günahıdır. Və ya; Bütün varlığımızla tövbəsini edə bildiyimiz Günahlar bizim şəfaətçilərimizdir. “Adəmin” zəngin üfüqlü, zəngin baxışlı Yeni bir İnsan oluşunun arxa planında vicdanını sızladan Günahından sonra etdiyi səmimi Tövbəsi durmur mu? Həqiqətən Allahın İzni, Allahın Diləməsi bizim onun yaratdığı kimi “Sadəcə İnsan” olmamız deyilmi? Riyasız…Nədən onun yaratdığı kimi bir İnsan olmağa üsyan edirik ki?

Birgün Dəccaldan və onun dəhşətindən danışan səhabə topluluğunu görən Hz. Məhəmməd:
-Sizə ondan da dəhşət bir təhlükəni deyimmi?-deyə soruşur.
-De, Ya Rəsulullah!-səhabələr maraq edirlər.
Allah Rəsulu Cavab verir: 
-Riya.

Müəllif: Nihad Əhmədov

VN:F [1.9.16_1159]
Rating: +13 (from 15 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın