SƏNƏT VƏ YARADICILIQ

Ancient-Architecture-ancient-history-9232021-1280-800Sənət, insanın sadəcə bioloji varlıq olmamasının ən gözəl nişanıdır. Minilliklərdir insan bioloji və fizioloji inkişaf edib təkamül etdikcə, hələ də qaya üstü rəsmlərə qayıdır, onları qoruyur və sanki nələrisə xatırlayır. Onlarla bir bağlılığımız vardır. Nədir bu bağlılıq?
Sənət, insan təkamülünün süjet xəttidir. İlk vaxtlar təbiətdə hazır qida arayan bəşər övladı zamanla əkinçilik, maldarlıq kimi həyat fəaliyyətini formalaşdırdı, sonralar bu fəaliyyətlərin əmək alətlərini ortaya qoyaraq böyük bir sənət yolunu keçdi. İnsan daim təkamüldədir, təkamüllə də formalaşır. Kamillik elə bu yolun nızamındadır. Hazır heç nə yoxdur. Bütün statik nemətlər dinamikaya, hərəkətliliyə möhtacdır.
Sənət, statikanı dinamikləşdirmək, kəşf etmək, ortaya çıxarmaqdır. Bu bir qulluqdur. Düşünürəm ki, Adəm obrazı insanın sənətkarlıqla formalaşdırdığı bir insanlıq nümunəsidir. Sənət, Tanrı ilə münasibətin doğru qurulmasıdır. Bir insanın yaradıcılığı yoxdursa, o münasibəti doğru qurmamışdır deməkdir. Yaradıcılıq, müxtəliflikdən müxtəlif şeylər düzəltməkdir.
4459955-R3L8T8D-650-david

SƏNƏT, ARTIQLARI TƏMİZLƏYİB ATARKƏN ORTAYA ÇIXANDIR!

Məşhur heykəltaraş və rəssam Mikelancelodan soruşurlar:
– Siz bu sənət əsərlərini necə düzəldirsiz?
Mikelancelonun cavabı möhtəşəmdir:
– Mən sadəcə artıqları yonub atıram…və ortaya çıxanın adı sənətdir.

Bəli, əsl sənət elə həqiqəti anlamaqdır. Sənətkar bunu anlamışdı. O anlayırdı ki, həyatın özəyində gözəlliklər var, bizə düşən sadəcə artıqları təmizləyib o gözəlliyə varmaqdır. İşimizin adı ortaya çıxarmaq olarsa, onda həm vəzifəmizin təmizləmək olduğunu, həm də sadəcə var olanı ortaya çıxaracağımızı anlayarıq.
Amma qeyd edim ki, hər kəsin artıq deyə təmizləyərək ortaya çıxardıqları da eyni deyil. Məsəslən, mən də bir qaya parçasını yonaraq bir şeylər çıxara bilərəm, amma DAVİD əsəri kimi bir heykəli ərsəyə gətirmək üçün həm də MİKELANCELO kimi zəngin təsəvvür və təxəyyülə sahib olmaq lazım.

O zaman gəlin artıqları yonub ortaya çıxaracağımız gözəlliyin ilk öncə xəyalın quraq. Elə xəyal edək ki, hər artığı təmizlədikə onun necə reallaşdığını və düşündüyümüzdən də gözəl olduğunu görə bilək.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

  1. Antik Yunanıstanda sənət təbiəti əks etdirmək olaraq bilinirdi. MİMESİS, təbiətin əks olunması olan sənət əsəridir. Eynilə Mikalencelo’nun dediyi kimi, bu əks olunmadan çoxluqları atırıq. Şəkillər bir-birinin əksinə, aradan seçmək məsələdir. İncəsənət bizə bu ayrı-seçkilikdən köməkçi olur. Gerçəyi bizə əks etdirir.

Bir cavab yazın