SƏN İKİQAYINI TAPDINMI?

National Geographic (Beynəlxalq Coğrafiya) qurumunun, ixtiralarına dəstək verdyi alim Den Byutner 5 illik araşdırmaları nəticəsində yer kürəsində bəzi zonalar aşkar etmişdir ki, sonradan buna “mavi zonalar” adı verilmişdir. Uzun ömürlülük xüsusiyyətlərinin insanlarda gedərək artması bu zonaların səciyyəsidir. Alimlər mavi zonalardakı insanların uzun ömürlülüyünün artma səbəbini araşdırarkən düzgün və nizamlı qidanın, əxlaq və mədəniyyətin buna səbəb olduğu qənaətinə gəlmişdirlər ki, bu səbədən də bu zonalardakı insanlar digər ölkə xalqlarıından daha çox yaşayırlar.

timthumb

Bu zonalardan biri kiçik Okinava adasıdır. Ümumiyyətlə Yaponiya xalqı dünyada uzun ömürlülər sırasında ilk yerlərdə olmasına baxmayaraq bu adanın uzun ömürlülük  gostəriciləri bütün bu hədləri çox-çox geridə qoymuşdur. Hansıki orta yaş həddi, kişilərdə 88, qadınlarda isə 92 ildir və qidalandıqları ərzaq əsasən balıq, dəniz məhsulları meyvə və tərəvəzdir. Bəli, burada görülən işlərin əsas ağırlığı fiziki əməyə düşür, eyni zamanda uzaq şərq mənəvi və fəlsəfi təcrübəsi də cox dayanıqlıdır. Yalnız, burada dünyada, hətta Yaponiyada da olmayan daha bir şey var ki, buna İKİQAY (İKİGAİ) deyirlər.

Bu kiçik Yapon şəhərində bir qadın xəstəlikdən çox əziyyət çəkir. Bir anda ruhunun bədənini tərk etməsini hiss edir  və gözünə ata-baba ruhları görünün. Bu zaman yüksək bir səs:

“Sən kimsən?” deyə soruşur. “Mən bələdiyyə başçısının həyat yoldaşıyam.” – cavab verir.
“Mən sənin ərin kimdir soruşmadım. Sən mənə cavab ver, sən kimsən?”
“Mən dörd uşaq anasıyam. Mən məktəbdə müəlliməyəm.”
“Məgər mən səndən neçə uşağın var və harada işlədiyini mi soruşdum?”

Bu dialoq o zamana qədər davam etdiki sonunda qadın – Mən o şəxsəm ki, hər səhər yuxudan ailəmə komək edəcək və məktəbdə uşaqlara dərs öyrədəcək bir məqsədlə oyanıram. Bundan sonra onun ruhu bədəninə qayıdır və xəstəliyi səngiyir. O artıq ikiqayını tapmışdır.

Yapon məntiqli ikiqay, tərcümədə söz olaraq konkret öz əksini tapmasa da  “həyata məna verən” və yaxud “insanları səhərlər yuxudan sevinclə qaldıran”  anlamını verir. Başqa sözlə, ikiqay insan maraqlarının zərif və kompakt təyinidir, hansı ki, həyatlara sevinc bəxş edir. Baxmayaraq Okinava adasının sakinləri ikiqay anlayışını öz həyat fəllsəfələrinə daxil edə bilmışdirlər, buna qərbdə də rast gəlinir və biz dəfələrlə onun tərəfdarları ilə rastlaşmışıq. Hətta bu insanlardan həyatlarında böyük uğurlar əldə edənlər də olmuşdur.

Yenidən işə başlamaq üçün səhərləri səbirsizliklə gözləyirik.
Vilbur Rayt (
Wilbur Wright) təyyarə ixtiraçısı.

Həyatda yalnız sevdiyiniz işi görün. Bu mütləq sizi müvəffəqiyyətə gətirib çıxaracaqdır. Hər səhər mən özümə güzgüdə baxar və soruşardım: Əgər bu gün mənim həyatımın son günü olsaydı, günlərlə gördüyüm işi bu gün də görərdimmi? Və əgər günlərlə bu suala cavab ancaq “yox” sözündən ibarətdirsə o zaman mən nələrisə dəyişdirməliyəm.
Stiv Gobs (Steve Jobs) Applenin rəhbəri

Məhz həyata maraq, istəklə öz işinə başlamaq və ən yaxşı yolla onu yerinə yetirməklə  insanlar öz əhəmiyyətlərini hiss edərlər və bu məmnuniyyət onların həyatını anlamla doldurar. O insanlar ki, öz ikiqayını tapa bilirlər, onlara  depressiyalar yaddır, onlar həyatda optimist münasibətlərini qorumağı bacarır və dağıdıcı vərdişlərə meyilli olmurlar. Buna görə də kim mənalı və uğurlu həyat istəyirsə, özünə onu səhərlər yuxudan qaldıran səbəblər tapmalıdır.

mutluluk anahtari

İKİQAYINIZI NECƏ TAPACAQSINIZ?

Hər hansı bir işlə məşğul olacaqsınızsa, əsas sizdən bu işə yetərincə zaman və enerji sərf olunması tələb olunacaqdır. Sizə məntiqli və əhəmiyyətli qərarlar qəbul etmək lazım olacaq, və çox təəssüf ki, bəzən insanlar bunun vacibliyini çox gec anlayırlar. İkiqayınızın axtarışına nə qədər tez başlasanız bir o qədər tez rahatlar və həyatınızdan məmnun qalarsınız. Aşağıda geyd olunmuş sual və cavablar sizə bu axtarışlara kömək edəcəkdir:

  • Nailiyyət.
    Həyatınızda hansı  nailiyyətlərinizi siz ən dəyərli hesab edirsiniz? Bir vərəq götürün və fəxr etdiyiniz 2-3 işinizi yazın. Bu sizə ikiqayınızı tapmaq üçün bir başlanğıcdır.
  • Bilik.
    Sizin bilikləriniz və bacarıqlarınız əsasən nədən ibarətdir? Harada siz özünüzü mütəxəssis hesab edirsiniz? Nə haqqında siz məmnuniyyətlə danışırsınız, hansı mövzuda ədəbiyyat oxuyursunuz? Asudə vaxtlarınızda hansı saytları izləyirsiniz?
  • Hiss.
    Bildiyiniz bir sahədə işləməyiniz sizin karyera müvəffəqiyyətinizin zəmanətidir. Amma əgər siz işləyərək xoşbəxtliyi də əldə etmək istəyirsinizsə, bu halda sevdiyiniz işi işləməlisiniz. İkiqayınızı iş uğurlarınız o qədərdə həyəcanlandırmır, nə qədərki bu uğurlar ürəklərə sevinclə bərkidilməmişdirlər. Məhz  ilk növbədə diqqəti buna yönəltmək lazımdır.
  • Özünə qiymət.
    Özünüzü xəyallarınızda kim  görürsünüz? Siz müəllimsiniz, hüquqşünas, ana, alim, kitab nəşriyyatçı, fermer? Mümkündür ki, məhz gələcəyinizin düzgün qiymətləndirilməsi bütün sizin səylərinizi fokuslamağa kömək edəcək  linzadır.
  • Şəxsiyyət.
    Dünyada eyni insan yoxdur və müxtəlif şəxsiyyətlər tamamilə müxtəlif işlərdə formalaşmışdırlar. Şəxsiyyətinizin tipini bilərək, siz anlayacaqsınız ki, niyə bəzi məşğuliyyətlər sizə böyük həzz gətirir, digərləri isə ruhunuzun bir siminə də toxunmurlar.

Və sonda bir şəxsiyyətin  sitatıla bu məqaləni bitirmək istərdim. Hansı ki, daha dəqiq desək, o yalnız özünü tapmadı, həm də onu bütün öz həyatı boyu izlədi.

Sən nəyi sevdiyini tapmalısan. Və öz sevdiyin işi sanki ən sevdiyin insan kimi tapmalısan. İş sənin həyatının çox hissəsini alacaq və buna görə bu işdən həzz almağın yolu bu işi anlayaraq onu əla yerinə yetirməkdir. Bunun da tək yolu bu işi sevməkdir. Əgər sən  öz sevimli işini  tapmamısansa,  onu axtarmağa davam et. Axtarışlarını bu işi tapana qədər davam et. Hər şeydə olduğu kimi qəlbinin nə istədiyini onu tapdığında anlayacaqsan. Və hər bir gözəl münasibətlər kimi sənin işə həvəsin zamanla yalnız böyüyəcəkdir. Ona görə də tapana qədər axtar və sakitləşmə.
Stiv Gobs (Steve Jobs) Applenin rəhbəri

Sən artıq ikiqayını tapdınmı?

Mətni tərtib etdi: Dmitri Qorçakov
Tərcümə edən: Qüdrət Hidayətov  

VN:F [1.9.16_1159]
Rating: +24 (from 24 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın