Saç tökülməsi ən çox irsi səbəblərlə meydana gəlir, lakin qeyri-kafi qidalanma səbəbi ilə ortaya çıxan vitamin və mineral əskikliklərinin də saç tökülməsinə yol açdığı bilinir.

SAÇ TÖKÜLMƏSİ VƏ QİDALANMA

Saç tökülməsi ən çox irsi səbəblərlə meydana gəlir, lakin qeyri-kafi qidalanma səbəbi ilə  ortaya çıxan  vitamin və mineral əskikliklərinin də saç tökülməsinə yol açdığı bilinir. Əgər saçlarınız irsi səbəblərlə tökülürsə, bunu qidalanmanızı qaydasına salmaqla dayandırmağınız mümkün deyil, amma düzgün bir qidalanma proqramı ilə saçlarınızın daha sağlam görünməsini və tökülmənin yavaşımasını təmin də bilərsiniz. Saçlarınız müəyyən bir səbəb olmadan tökülməyə başlayıbsa, başqa bir xəstəliyin əlaməti ola biləcəyi üçün bir həkimə görünməyiniz tövsiyyə edilir.

YAŞIL YARPAQLI TƏRƏVƏZLƏR : Dəmir baxımından zəngin olan yaşıl yarpaqlı tərəvəzlər dəmir əskikliyinə bağlı saç tökülməsini dayandıra bilər. Dəmir əskikliyi anemiyasının xarakterik əlaməti saçların nazikləşməsi və tökülməsidir. Dəmir əskikliyi, qandakı oksigen səviyyəsini aşağı salaraq orqanlara və saç köklərindəki hüceyrələrə kifayət qədər oksigen daşınmamasına yol açır. Hamiləlik dövründəki qadınlar və uşaqlar dəmir əskikliyi riski daşıyır. Gündəlik qidalanmanıza bol miqdarda tərəvəz əlavə edərək bu mineralın əskikliyinin yaratdığı problemlərə qarşı qorunmanı təmin edə bilərsiniz.

MEYVƏLƏR: Bir çox meyvə güclü immunitet sistemi üçün gərəkli olan C vitamini baxımından zəngindir və antioksidant təsiri yaradır. C vitamini vücudunuzdakı infeksiyaları əngəlləməyə kömək edir; istilik, günəşin zərərli şüaları və hava çirkliliyi səbəbi ilə korlanan saçların sağlamlığını da qoruyur. Portağal, qreyfurt, qarpız, çiyələk başda olmaqla, C vitamini ehtiva edən meyvələrlə saçlarınızın daha sağlam olmasını təmin edə bilərsiniz.

ÇƏRƏZLƏR: Saçların normal uzanma dövrünün qorunmasında E vitamini, efir yağı turşuları və kükürd ehtiva edən çərəzlər olduqca təsirlidir. Qoz, fındıq, badam kimi çərəzlər saçlara təbii parlaqlıq verir, yerfındığı saç tökülməsinə səbəb olan    qalxanvari vəzi problemlərini əngəlləyən yod baxımından zəngindir.

QATIQ: Saçların uzanmasına kömək edən kalsium və protein baxımından zəngin olan qatıq eyni zamanda həzmə kömək olan faydalı bakteriyaları ehtiva edir.

DƏNİZ MƏHSULLARI: Balıq, krevet kimi dəniz məhsulları saç köklərini gücləndirən və hormonları tarazlamağa köməkçi olan sink ehtiva edir. Kişilərdə olan saç tökülməsində sink əskikliyi ilə tez-tez qarşılaşmaq olur. Lakin həddindən artıq  sink istehlakının da saç tökülməsinə yol aça biləcəyini nəzərə alaraq sinklə möhkəmləndirməyə başlamadan öncə həkiminizlə məsləhətləşməlisiniz.

PAXLA: Heyvan mənşəli qidalar yolu ilə qəbul edilən proteinlə müqayisədə daha sağlam bir alternativ olan paxla, sağlam saçlar üçün gərəkli olan proteini    təmin   edə bilər.

TOYUQ, HİNDUŞKA: Kifayət qədər protein qəbul etmədən sağlam saçlara sahib olmaq, qeyri-kafi qidalanma səbəbi ilə ortaya çıxan saç tökülməsini dayandırmaq mümkün deyil. Gərəkli proteini sağlam olmayan, yağlı ət kimi qidalardan qəbul etmək yerinə az yağlı olan keyfiyyətli protein qaynağı sayılan toyuq və hinduşka ətini yeyə bilərsiniz. Bundan başqa, A12 vitamini və biotin ehtiva edən yumurta saçlarınızı gücləndirəcək.

KÖK: Gözlərə olan faydası ilə yanaşı saç dərisini də qoruyan A vitamini ehtiva edən kök , sağlam saç kökləri üçün yeyilə bilər. Saç dərisinin sağlam olması, saçların uzanması, parlaq və dayanıqlı olmağı baxımından önəmlidir.

BALQABAQ TUMU: Qoz kimi balqabaq tumu da omeqa 6 yağ turşuları, protein, sink və dəmir baxımından zəngindir və bütün bu minerallar saç sağlamlığını qorumağa kömək  edir. Hər gün bir ovuc balqabaq tumu yeyərək dah sağlam saçlara sahib ola bilərsiniz.

Kişilərdə olan saç tökülməsi zamanı az yağ ehtiva edən bir qidalanma proqramı ilə tamamilə dayandırıla bilməsə də, yavaşıtmaq olar. Bəzi elm adamları kişilərdə keçəlliyin yetkinlik dövründə artan testosteron səviyyələri ilə əlaqələndirirlər. Heyvan mənşəli qida təməlli yüksək yağ, testosteron səviyyələrini artıraraq saç köklərinə mənfi yöndə təsir edə bilər. Proteindən ibarət olan saç telləri üçün gündəlik qidalanma yolu ilə qəbul edilən protein və B vitaminləri çox önəmlidir. Bu proteini yağlı qidalar yerinə paxla, mərci, qatıq kimi qidalardan ala bilərsiniz. Avropada aparılan bəzi araşdırmalar, soya proteininin saç böyüməsini 15%  artırdığını göstərir.

Mənbə: iyigelenyiyecekler.com
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +16 (from 20 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

2 comments

Bir cavab yazın