ŞAGİRD UGURU. BU UĞURDA VALİDEYNİN ROLU

10338759_1510495752502633_6475770305681111807_nDərs ilinin başa çatmasıyla uşaqların əllərində qiymət cədvəlləri evlərinə fərqli ruh halıyla döndüklərinin şahidi oluruq. Dərs ilini əlaçı bitirənlər böyük sevinc içindədirlər və bu uğurlarını valideynləri ilə bölüşmək üçün tələsirlər. Cədvəldə qiymətləri zəif olan uşaqlar isə stres və nəticənin doğuracağı qayğı içində gizlənmə, utanc, qorxu duyğularıyla ana-atasının önünə çıxar. Bu kimi hallarda şagirdin maraq göstərmədiyi dərslər haqqında ailəsi ilə danışmaq və uğursuzluğunun səbəblərini birlikdə təsbit etmək şagirdi həm rahatladar, həm də uşaqla valideyn arasında münasibətləri və əlaqəni formalaşdırar. Burada diqqət edilməsi vacib olan nöqtə isə uşağa “davamlı dərs oxumaq lazımdır” -deyə təzyiq göstərilməməsidir.
İlk dövrlərdə qiymət cədvəlində zəif olan dərslər haqqında danışmaq, səbəbləri bərabər müzakirə etmək lazımdır. Uşağı günahlandırmaq, cəzalandırmaq, təhqir etmək lazımi nəticələr vermədiyi kimi, təlim motivasiyasını da aşağı salır. Yaxşı bir dinləyici olmaq, yaşadığı problemləri səmimiyyətlə paylaşmaq valideyn-uşaq arasında qurulan ən sağlam körpüdür.

-Uşağa müvəffəqiyyətsizliyin öhdəsindən gələcəyi hissini verərək özünə güvən hissinin artmasına yardımçı oluruq.

-Bunu bacara biləcək gücün özündə olduğunu, qaydasında olan bir çalışmayla hazırkı durumu istənilən səviyyəyə gətirə biləcəyini və bu yöndə ona hər zaman kömək olacağınızı deyin.

-Birlikdə bir çalışma planı hazırlayın, zəif olduğu dərsləri əsas başlıqlarıyla davamlı olaraq təkrar edin və bunu vərdiş halına gətirin.

-Lazım gəldikdə ailədən kənarda bir müəllimlə çalışmasına imkan yaradın. Öyrənməylə bağlı çatışmamazlıqlarda kömək edin.

ƏLAÇI CƏDVƏLİNİ PUL VƏ YA BAHALI HƏDİYYƏLƏRLƏ QİYMƏTLƏNDİRMƏYİN !

10363365_1510495699169305_6518912898672458950_nUğuru qiymətləndirmə uşağın yaş və inkişaf səviyyəsinə görə edilməlidir. Etdiyiniz qiymətləndirmə maddi ağırlığı olan hədiyyələr şəklində olmamalıdır. Daha çox mənəvi həzz oyandıracaq bir qiymətləndirmə üsulundan istifadə edin. Daxili təlabatları göz ardı edən pul və bahalı oyuncaqların həddən artıq istifadəsindən çəkinmək lazımdır. Uşağın öyrənmək bacarığına inanması olduqca vacibdir.
Bu sahədə uşağı cəsarətləndirərək özünə olan inamı artırmaq, müvəffəqiyyət üçün uyğun mühiti təmin edir.
Müvəffəqiyyət insanın həyat vəzifələri arsında ən önəmli hadisədir. Müvəffəqiyyət, insanın daxili motivasiyasının təsiri ilə həyata keçən uğurlu fəaliyyətinin nəticəsidir.
İbtidai məktəb illərində qazanılan “çalışqanlıq duyğusu” şagirdin enerjisini, məlumatlarını və zehni bacarıqlarını əhatə edir. Bu dövrdə uşaq müstəqil işə yönləndirilməlidir. Onun gördüyü işlər, təhsildəki müvəffəqiyyətlər kənardan hədiyyələrlə qiymətləndirilirsə, bu bir təmin duyğusu oyadacaq və hər uğurdan sonra nə ilə qiymətləndiriləcəyini düşünəcək. Öyrənmə artıq təlim motivi ilə bağlı olmayacaq.

UĞURLU BİR QİYMƏT CƏDVƏLİ NECƏ QİYMƏTLƏNDİRİLMƏLİ?

Bu məzmunda məktəbəqədər yaşlı uşaqlara mükafat olaraq istəkləri istiqamətində hədiyyələr alına bilər. Maraq duyacaqları əyləncəli məkanlara aparmaq mümkündür. Aktiv olaraq qatıla biləcəyi tədbirlər planlaşdıra bilərsiniz.

dsc04476

İbtidai sinif səviyyəsindəki uşaqları tətil zamanı səyahətlərə apara bilərsiniz. Bu sizin maddi durumunuza bağlı olaraq təşkil oluna bilər. Belə ki, tətil zamanı səyahət başqa bir ölkədə baş tuta bilər.Buna imkanınız yoxdursa ölkə ərazisində də hər hansı bir bölgəyə səyahət edə bilərsiniz. Hətta bölgələrə getmək imkanı olmasa belə, yaşadığınız şəhərin görməli yerlərinə, muzeylərə, teatrlara gedə bilərsiniz.Əvvəlcədən gedəcəyiniz yerin tarixi, mədəniyyəti haqqında məlumatlar toplayın və bunu ailə üzvləri ilə paylaşın. Bu həm ailə üzvləri arasında həmrəylik formalaşdıracaq, həm də övladınızın yenı biliklər əldə etməsinə və dünyagörüşünün artmasına səbəb olacaq. Azad düşünmə və yaradıcılığın artması müşahidə olunacaq. Uşağın xəyal dünyasının inkişafı, təxəyyülünün zənginləşməsi, müstəqil düşünə bilməsi, zehin açıqlığı yeni öyrənmələrə yol açacaq, motivasiyanı artıracaq.
Daha irəli yaşlarda usaqlar yaşıdları ilə bağlı toplantılara can atırlar. Onların ailədən kənarda sosillaşmaları, cəmiyyətə qoşulma istəkləri daha güclü olur.Bu istək və onun reallaşması sagirdin bir şəxsiyyət kimi formalaşmasında xüsusi yer tutur.

Mənbə: www.aktuelpsikoloji.com
Hazırladı: Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +23 (from 25 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın