SAĞLAM HƏYATIN 31 SİRRİ

Sağlam həyatın 31 sirri1- Suyu sevin. Günə, 2 stəkan su içərək başlayıb, gün boyu 2-2,5 litr su içməyə çalışın.

2- Hər bir meyvə və tərəvəzi, mövsümündə ən az 2 dəfə yeyin. Beləcə, bütün təbiətdən istifadə etmiş olarsınız.

3- Uşaqlar üçün südü, böyüklər üçün də xüsusilə qatığı hər gün süfrənizdən əskik etməyin. Beləcə, bədəniniz üçün, həyat sirlərindən biri olan probiotikləri qazanmış olarsınız.

4- Xəstə olmasanız belə, şəfalı otlardan\bitkilərdən istifadə edərək bədəninizin müqavimətini ( immunitet sistemi) gücləndirin.

5- Evinizdə hər zaman qurudulmuş nanə, cökə, adaçayı, kəklikotu, itburnu, reyhan, kətan toxumu, zəncəfil, çörəkotu, yaşıl çay, soğan və sarımsaq olmasına diqqət edin. Hər gün bunlardan ən az birini istifadə etməyə çalışın, bunlar bədəninizin qoruyucu cəngavərləridir.

6- Sarımsaq, soğan, acıtərə, keşniş, nanə, şüyüd, reyhan kimi göyərtilərdən çox qəbul edin. Bunlar bədəninizin ən yaxşı qoruyucularıdır.

7- Salatınızın, mümkün olduğu qədər müxtəlif çeşidlərdən ibarət olmasına diqqət edin.

8- Hazır şorbaların əvəzinə, öz hazırladığınız şorbalara üstünlük verin. Beləcə, qidanın ən təbiisini əldə etmiş olarsınız.

9- Qış üçün evdə hazırlanmış pomidor pastasına üstünlük verin. Pomidor, Tanrının bizə ərmağanı olan möhtəşəm bir antioksidantdır.

10- Qatqı maddələri ehtiva edən qidaları, mövsümsüz yetişən meyvə və tərəvəzləri çox qəbul etməyin. Beləcə, bədəninizə çox dinamit verməzsiniz.

11- İldə 4 dəfə, 15 gün heç ət yeyilməməsi faydalıdır.

12- Gündəlik 3-4 ədəd badam, qoz və fındıq yemək,  sizi hər zaman qüvvətli edər.

13- Çalışın, həftədə ən az 2 dəfə paxlalı qida və balıq qəbul edəsiniz.

14- İsti yeməkləSağlam həyatın 31 sirrir üçün gil, polad və şüşə qablara üstünlük verin.

15- Qış aylarında motal pendiri, portağal, limon, greyfurt, mandarin və itburnu qəbulunu artırın.

16- Qış vaxtı bayırda işləriniz çoxdursa, günə bəkməz içərək başlayın. Bu, bədəniniz üçün donmanın qarşısını alan bir vasitədir.

17- Zehni işlə məşğul olursunuzsa, kişmiş yeyin ki, beyniniz enerjisiz qalmasın.

18- Kəpəkli çörəyə üstünlük verin, bağırsaqlar üçün faydalıdır.

19- Hər səhər, 20 dəqiqə dərin nəfəs alıb vermək, hər nəfəs alanda 4-5 saniyə nəfəsin içimizdə tutulmağı çox yararalıdır.

20- Səhərlər, ofisinizi və evinizi 5 dəqiqə tam havalandıraraq maksimum səviyyədə oksigen, gündəlik 30 dəqiqə templi piyada gəzinti ilə də, bütün orqanlarınızı qazanmış olarsınız.

21- Gülməyi heç unutmayın. Bu, ruhunuzun ən yaxşı dərmanlarındandır. : )

22- Gecə yatılan yerin qaranlıq olması, yorğun vaxtlarda isə günorta qısa müddətli yuxu yatmaq yaxşıdır. Bədənimizdəki bir çox bərpa əməliyyatı gecə həyata keçir, qısa müddətli yuxularda isə bədənimiz üçün gündəlik təmir işləri yerinə yetirilir.

23- Fürsət tapdıqca çılpaq ayaqla torpaqda gəzin, beləcə,  bütün mənfilikləriniz torpağa keçər.

24- Hər gün 5 dəqiqə gözlərinizi yumub heç bir şey düşünməməyi öyrənin. Bu sizin yenidən doğulmağınız kimidir.

25- Həyatınız boyunca çalışın, bədəninizdə çox pis soyuqdəymə olmasın.

26- Səhər yeməyində hər zaman balın olmasına diqqətSağlam həyatın 31 sirri edin. Min bir çiçəyin şirəsidir o.

27- Adətən zeytun yağına üstünlük verin, bədəniniz hər zaman bunu gözləyir.

28- Səhər yeməyinin mütləq yaxşı yeyilməsi, günorta yeməyinin orta, axşam yeməyinin də yüngül olması hər zaman yaxşıdır.

29- Duz və şəkəri ölçülü qəbul edin. Bunların hər zaman azı qərar, çoxu zərədir.

30- Marqarinlərdən çox istifadə etməmək, dərinizə, ürəyinizə və damarlarınıza verdiyiniz ən böyük hədiyyədir.

31- Gündəlik bir dənə alma və bir dənə kökün bədəninizdə möcüzələr yaradacağını unutmayın.

Mənbə: www.mailce.com
Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

İzlə:
Facebook

Bir cavab yazın