SAĞLAM OLMAQ ÜÇÜN SU İÇİN!

Orta hesabla, hər gün 8 stəkan su içmək yaxşıdır.

Bədənimizin suya olan ehtiyacı, qidaya olan ehtiyacından çoxdur. Su içmək kimi bir vərdişiniz yoxdursa, bugündən başlayaraq bundan sonra bol -bol su içməyinizi tövsiyyə edirik. Orta hesabla, hər gün 8 stəkan su içmək yaxşdır.

Az su içən insanlarda yorğunluq, diqqət dağınıqlığı və yaddaş pozğunluqları ortaya çıxır. Sağlam bir yetkin kişidə bədən ağırlığının 60 faizini, qadında isə 50 faizini su təşkil edir. Bu səviyyə, yeni dünyaya gələn bir körpədə 70-75 faiz ikən, yaşa dolduqca azalır. İnsan beyninin 95 faizini və ağciyərlərin 90 faizini su təşkil edir. Bədəndəki bütün sistemlər, orqanlar və hüceyrələr kifayət qədər su olmadan funksiyalarını davam etdirə bilməzlər. Hüceyrə içərisində gedən  bütün həyati metabolik hadisələr, ancaq hüceyrə içərisində kifayət qədər su olanda həyata keçə bilir. Bədən mayesinin 2 faiz kimi kiçik bir nisbətdə azalması belə xəfif yorğunluq ,qısamüddətli  yaddaşda  xəfif pozulma, diqqəti toplama və görülən işə diqqət vermədə çətinliklərə səbəb olur. Bədən mayesinin azalmasına sadə şəkildə “dehidratasiya” deyilir. Gün boyunca davam edən xəfif yorğunluğun ən çox görülən səbələrindən biri də dehidratasiyadır.

SU:

İmmun siteminin öz vəzifəsini yerinə yetirməyi üçün su lazımdır. Bu vəzifəsi ilə gümrah və dinc olmağa kömək edir.

Oynaq sürüşkənliyini təmin edir.
Bədəndə daşıyıcı vəzifəsi yerinə yetirərək hüceyrələrə qida və oksigen daşıyır , tullantı maddələrini uzaqlaşdırır.
Böyrəklərin toksik maddələrdən təmizlənməsinə kömək edir.
Qan və limfa sisteminin böyük bir qismini əmələ gətirir.
Bədən istiliyinin qaydaya salınmasında vəzifəlidir.
Qan təzyiqini idarə edən elektrolitlərin tarazlaşmasına və daşınmasına kömək edir.
İsti havalarda bədəni sərin saxlayır və soyuq havalarda bədən izoliyasiyasını təmin edir.
Kifayət qədər içildiyi zaman, dərinin daha hamar, daha yumşaq, daha parlaq və daha elastik olmasını təmin edir.
Tüpürcək və mədə ifrazında iştirak edərək qidaların həzm edilməsinə kömək edir.
Körpə əmizdirən qadınlarda südü artırır.
İmmun siteminin öz vəzifəsini yerinə yetirməyi üçün su lazımdır. Bu vəzifəsi ilə gümrah və dinc olmağa kömək edir.
Qəbulu azaldıqca, bədəndə toplanan yağ miqdarı artır və çəki artımı başlayır.
Çatışmazlığı, bədənin bəzi funksiylarını əvvəlcə zəiflədir daha sonra da tamamilə öldürür.
Başlıca enerji qaynağıdır.
Bağırsaqları ən yaxşı işlədən yağlayıcı maddədir.
Gözlərə canlılıq və parlaqlıq verir.
Çəki itirməyin ən yaxşı yoludur.
Kafein, alkoqol və bəzi dərmanlara olan asılıqları aradan qaldırır.
Su, bədənin bütün funksiyaları üçün əsas ehtiyacdır və mütləq gərəklidir.

Xəstə olmamaq üçün bədənimizi susuz qoymamalıyıq.

Bədən su qıtlığı çəkəndə:

1) Onurğalardakı suyu istifadə etsə, bel və boyun yırtığı xəstəliyinə tutula bilərsiniz.
2) Sümüklərdəki suyu istifadə etsə, revmatik xəstəliklərə tutula bilərsiniz.
3) Ağciyərdəki suyu istifadə etsə, astma xəstəliyinə tutula bilərsiniz.
4) Mədəaltı vəzidəki suyu istifadə etsə, şəkər xəstəliyinə tutula bilərsiniz.
5) Mədədəki suyu istifadə etsə, mədə xorası xəstəliyinə tutula bilərsiniz.
6)Bağırsaqlardakı suyu istifadə etsə, qəbzlik meydana gələr və “Kolon xərçəngi” xəstəliyinə tutulma təhlükəsi ilə üz-üzə qalarıq.
7) Hüceyrədə su çox azalsa, beynimiz hüceyrəyə oksigen göndərməyi dayandırar . Oksigenin kəsilməsi nəticəsində də hüceyrə xərçəng təhlükəsi ilə üz-üzə qalar.

Xəstə olmamaq üçün bədənimizi susuz qoymamalıyıq.
Xəstə deyilsiniz, susuzsunuz!

Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +18 (from 20 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın