Hal hazırda, satış peşəsi günü gündən inkişaf edir. Göz açıb bağlayana qədər yeni rəqiblər çıxır və bir-birinə bənzər məhsullar bazara girir. Hansı sektorda olduğunuzun heç bir əhəmiyyəti yoxdur, bir neçə il əvvəl işə yarayan şeylər bu gün işə yaramırlar. Sınaq və yanılma üçün zaman yoxdur. Zaman, satma zamanıdır. İndi sizə işdə satış performansınızı artırmanıza və satış xərcinizi aşağı salmağa köməkçi olacaq 10 ipucu verməyə çalışacağıq:
1 – Hədəfinizi təyin edin
Hədəfinizi anlayaraq işə başlayın. Ən yaxşı bacardığınız şey nədir? Etdiyiniz şeyə kimlərin ehtiyacı var? Potensial müştərilərinizə necə yaxınlaşacaqsınız? Müştəriləriniz məhsulunuz və ya xidmətiniz üçün nə qədər ödəyəcəklər? Bu suallara dəqiq cavablar verin.
2 – Missiyanızı müəyyən hədəflərə bölün
İdarə edə biləcəyiniz hədəflərinizi ( gündəlik axtarışlar, aylıq təkliflər vs. kimi ) yazın. İrəliləmənizi ölçmək üçün nəticə hədəflərini ( aylıq satışlar, satış başına məbləğ, satış başına qazanc vs. kimi ) təyin edin və yaxından izləyin. Faliyyətinizi artırın və nəticələri qiymətləndirin. Hədəflər fikirlərinizi cəmləmənizə və hərəkətə keçmənizə köməkçi olacaqdır.
3 – Müştərinin ehtiyaclarına görə satın
Müştərilərin, yalnız ehtiyac duyduqları şeyləri satın aldıqlarını fərz edin. Belə bir ehtiyacları olduğuna dair onları necə razı salacaqsınız? Məhsulunuzun və ya xidmətinizin xərcləri aşağı salan və problemləri həll edən xüsusiyyətlərini vurğulayın. Lazım olsa məhsulunuzu yenidən mövqeləndirin. Satış və marketinq mövzusunda yaradıcı olun.
4 – Diqqəti cəlb edin
Təsirli marketinq, istinadlar, güclü satış bacarıqları və strateji suallar diqqəti cəlb etmənin açarlarıdır. Yaxşı müştəri xidmətləri varsa bu sizə qarşı marağı daha da artırmanın açarıdır.
5 – Məqsədə görə satın
Həm nə etdiyinizi həm də niyə bunu etdiyinizi bilin. Kimləri hədəfləyirsiniz və niyə bu kəsləri hədəfləyirsiniz? Onlara nə söyləyəcəksiniz və niyə bunları söyləyəcəksiniz? Onlardan nə istəyəcəksiniz və niyə istəyəcəksiniz? Necə bir təklif təqdim edəcəksiniz və niyə belə bir təklif təqdim edəcəksiniz? Satış müddətinin hər addımından əmin olmanız lazım olduğunu ağılınızdan çıxarmayın.
6 – Soruşun, dinləyin və hərəkətə keçin
Satış müvəffəqiyyətini bu üç söz yekunlaşdırır. Sualınız yaradıcı, planlı, əlaqəli və doğrudan olmalıdır. Dinləmə bacarıqlarınız çox yaxşı olmalıdır. Müştərini dinlədiyinizi sübut etmək üçün cavab vermək və hərəkətə keçmək məcburiyyətindəsiniz.
7 – Məsuliyyəti qəbul edin
Qrup lideri olduğunuzun fərqində olun. Ehtiyacınız olduğunda, sizin üçün əlindən gələnin çoxunu edəcək güclü bir dəstək qrupu qurun. Qrupunuzun arxasında olun və işlər tərs gedərsə günahı üzərinizə almağı bacarın.
8 – Təməl prinsiplər üzərində işləyin
Hər zaman irəliləməyə və inkişafa açıq olun. Zəif istiqamətlərinizi inkişaf etdirin və xoşlanmadığınız şeyləri etmək üçün hədəflər təyin edin. Araşdırma və təqdimat bacarıqlarınızda daha yaradıcı olun. Mükəmməl satışçını xəyalınızda canlandırın və ideal olanla özünüzü müqayisə edin.
9 – Tutumunuzu inkişaf etdirin
Tutumunuzu idarə edə bilərsiniz. Qorxularınızın öhtəsindən gəlin. Müvəffəqiyyətinizə maneə törədən inanclarınızı dəyişdirin. Düşüncə vərdişləriniz dayanıqlılığınızı, coşğunuzu, səbrinizi, elastikliyinizi, xoşbəxtliyinizi və etibarınızı idərə edir. Bunların fərqində olun, hansılarının səmərəsiz olduğuna qərar verin və dəyişdirmək üçün özünüzə söz verin. Zaman və səy ilə istədiyiniz insan ola bilərsiniz.
10 – Zamanınızı düzgün idarə edin
Hədəflərinizə fokuslanın. Əhəmiyyətinə və vacibliyinə görə hər hərəkəti test edin. Bir iş proqramı hazırlayın. Unutmayın ki, günün yalnız bir saatını belə daha məhsuldar şəkildə istifadə etməniz, bir ildə ən az altı həftə daha məhsuldar olmanızı təmin edəcəkdir.
Mənbə: yeniisfikirleri.net
Tərcümə etdi: Müşviq Osmanlı