SENEKADAN SEÇMƏLƏR

Lútsius Ánneus Senéca (lat. Lucius Annaeus Seneca) — stoyaçı-filosof, şair, yazar, dövlət xadimi. SenekaRomastoisizminin ən görkəmli nümayəndəsi. İmperator Neronun müəllimi olmuşdur. “Gənc Seneka” kimi də tanınır. Ancaq əksər hallarda onu sadəcə “Seneka” kimi tanıyırlar.

SEÇMƏLƏR:

Zamanını heç bir şeyin oğurlamağına göz yummamaq, böyük bir insanın, insana xas yanılğıların üzərində olan bir insanın bacarığıdır. O insanın həyatı da çox uzundur, çünki vaxtı nə qədər olursa olsun, azad şəkildə və bütünüylə onun buyruğundadır. Elə buna görə də zaman ona kifayət etmişdir.

Xeyir, bizə bağışlanan həyat qısa deyil, onu qısaldan bizik; ömrümüz yox deyil, biz onu boş yerə xərcləyirik. Sərhədsiz, sonsuz zənginliklər pis bir idarəçinin əllərinə düşərsə, bir anda əriyib gedər; halbuki az da olsalar, əgər yaxşı bir insanın əlində qalsalar, zamanla çoxalarlar. Eyni şəkildə, yararlanmağı bilən insan üçün həyat da uzandıqca uzanar.

Ölümün ətrafında qoparılan vəlvələ ölümün özündən daha çox qorxuducudur.

Bir insanın xoşbəxtliyi, xaricdən gələn xoşbəxtliklərə bağlıdır deyə düşünmə əsla! Xaricdən gələndən məmnun olan insan, dayanıqsız səbəblərə sığınır deməkdir. İnsanın içinə çöldən girən hər sevinc, çıxar gedər də. Amma öz içindən doğulub gələn sevinc etibarlı, qəti və möhkəmdir, inkişaf edər, davamlı olar.

Xoşbəxtlik uğura, uğur isə zamanı dəyərləndirməyə bağlıdır.

Yaxşı yaşamaq üçün tələs və bunu bil ki, hər gün başlı başına bir həyatdır.

Üzüntünün göstərilişi, üzüntünün özündən daha çox şey tələb edər. Çox az  insan necə də öz qabıqlarının içində üzüntülərini yaşayarlar.

Xəfif acılar danışıla bilər, amma dərin acılar dilsizdir.

Kitabsız yaşamaq, kor, kar və dilsiz yaşamaqdır.

Çox şeyi qazanarkən bəzi şeyləri itirərsən. Həyatda elə seçimlər et ki, qazandığın şeylər itirdiklərinə dəysin.

Yüksək  ruhları iş qidalandırar.

Hazırladı: Fidan Aslanova 

VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

 
Facebook

Bir cavab yazın