SEVGİ EYNİLƏŞMƏK DEYİL, BÜTÖVLƏŞMƏKDİR

sevgi bütövləşməkdir
O xüsusi təkliyimizi itirmədən birlikdə olmağı bacaraq..

Əks cinsdən xoşumuz gələndə, biz onun kimi olmağa çalışırıq. Səbəbi aydındır, onun xoşuna gəlmək. Bu, ən çox qadınlarda müşahidə olunur. Onun donuna bürünməyə çalışırıq. İstər münasibətdən əvvəl, istərsə də münasibətdən sonra. Fikirlərini dəstəkləməyə, bəyəndiklərini bəyənməyə, bəyənmədiklərini bəyənməməyə. Bu kimi..  “O” laşmağa çalışırıq ki, bizdən xoşu gəlsin. Bu çox yalnış, uğursuz bir addımdır, əzizim! Ancaq və ancaq özümüz olanda sevilə bilərik. Fikirləşirik ki, hər halda, qarşımızdakı insanın, özü kimi birindən xoşu gələ bilər. Yox, belə deyil. Məsələn, qeyd etdiyim kimi bizim kimdənsə xoşumuz gələndə, məlum səbəbdən “o” laşmağa çalışırıq, deməli onun kimi deyilik. Amma xoşumuz gəlib. Deməli, məsələ eyni insan olmaqda deyil.  Amma bir yandan da, bizə xitab etməyən insanla da birlikdə ola bilmərik. Bilirsiniz, məsələ necədir? Anlaşmaq var, anlaşmaq var. Biri var, sənin kimi olan biriylə anlaşmaq, biri də var, sənin kimi olmayan biri ilə anlaşmaq. Bəli, bəli.. Sənin kimi olmayan biriylə də anlaşmaq mümkündür. Bu, bilirsiz, necə bir şeydir? Bir-biriylə uyuşan fərqli rənglər kimi. Qarşımızdakı insanın bizdə olub, onda olmayan şeylərə ehtiyacı ola bilər. Bizdə olub onda olmayan şeylər diqqətini çəkə bilər. Bizdə özünü tapa bilər ( və ya biz onda ) və s. bu kimi. Və buna görə simpatiya yarana bilər, nəinki eynilikdən dolayı. Tamamlanma deyilən bir şey var, çox gözəldir. Bir-birindən öyrənmək gözəldir. Buna görə də, sevilmək üçün özünüzü dəyişdirib, qarşınızdakı insan kimi olmağa çalışmayın. Sadəcə özünüz olun. Sevgi də budur. Öz beyninizlə düşünün, yaşayın. İnanın ki, səmimiyyət daha cəlbedicidir.

Bu məsələni dostluqlara da aid edərdim. Dostumuz tamamilə bizim kimi olacaq, onunla hər zaman anlaşacağıq deyə bir şey yoxdur. Və buna görə onu atacağıq deyə bir şey də yoxdur. İnsanın kimi də olsa, insan öz-özlüyündə tək bir aləmdir, təkdir. O xüsusi təkliyimizi itirmədən birlikdə olmağı bacaraq.

Müəllif: Fidan Aslanova

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +31 (from 31 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın