Oksitosin – sevgi hormonu
Orqanizmin (hipofiz vəzinin) hasil etdiyi uyuşdurucu təsirli hormon (neyromediator). Bəzən “sevgi hormonu” deyirlər. Qadınlarda daha yüksək miqdarda hasil olur, çünki ana-uşaq bağlılığını gücləndirməyə xidmət etdiyindən, təbiətən belə proqramlanıb.
Sevgili, doğma, qəlbən yaxın adam barədə düşündükdə, onu gördükdə, yanında olduqda oksitosin hasilatı yüksəlir. Oksitosin insanı fiziki təmasa sövq edir. Ana uşağını qucağına alır, əzizləyir; sevgililər qucaqlaşır yaxud bir-birini sığallayır; azyaşlı dost-oğlanlar qol boyun gəzir; rəfiqələr əl-ələ tutur və s. Başqa canlılarda da belədir. Habelə, insan başqa canlılarla xoş təmas etdikdə həm onun özündə, həm təmas olunuan heyvanda (itdə, pişikdə və s.) oksitosin miqdarı artır.
Son illərdə aparılmış tədqiqatlar (ABŞ, 2011-2012) göstərib ki, insanlar qucaqlaşarkən 20 saniyədən sonra qanda oksitosin miqdarı ən yüksək hədlərə qalxır. İnsanın əhvalını dəyişir, iradəsinə təsir göstərir. Məsələn, adam xətrinə dəydiyi yaxın adamı qucaqlamaqla, sığallamaqla onun könlünü ala bilir. Ən azından yumşalda bilir. Yaxud, inanmadığı şeyə inandıra bilər. Neyroekonomist Paul Zak’ın tədqiqatlarına görə, sevgili adamların münasibətlərinin yaxşı qalması üçün onlar hər gün azı 4 dəfə qucaqlaşmalıdılar. Başqa bir tədqiqatda (Fransa, 2013) oksitosinin kişiləri öz qadınına bağlayan güclü faktor olduğu təsdiqlənib. Başqa çoxsaylı tədqiqatlar oksitosinin insan sağlamlığına, psixkiasına, yaddaşa müsbət təsirini təsdiq eib.
Adamların fiziki təmasa meyli sosiallıq instinktlərindən irəli gəlir. Onlar təmasın hans mexanizmlə təsir göstərəcəyini bilməsələr də, təmasa can atırlar, instinktiv olaraq. Məsələn, balaca uşaqlardan biri digərini qucaqlamağa çalışır, ikinci uşaq əvvəlcə müqavimət göstərir, sonra sakitləşir. O deməkdir ki, ikinci uşaqda oksitosin miqdarı artmış, oksitosin onu yumşaltmışdır. Yaxud, yetkin adam uşağı qucağına aldıqda olur ki uşaq əvvəl cırnayır, sonra sakitləşir.
Əl-ələ salamlaşan zaman adamın əlini əlinizdə bir neçə saniyə saxlamaqla onun əhvalını dəyişimş olursuz. İncimiş adamın çiyninə əlinizi qoyub saxlamaqla ona təskinlik verirsiz. İlk saniyələrdə adam neqativ qıcıqlana bilər bu təmasdan, sonrakı saniyələr vəziyyəti əksinə dəyişəcək. Çünki oksitosinin insan üzərində hakimiyyəti böyükdür. Əsas məsələ təması davam etdirmə ustalığına sahib olmaqdır. Bir çox adamlar bunun anadangəlmə ustasıdır.
Mənbə: “Kitab” FB səhifəsi, Xəyyam Ağa