SEVGİ NƏDİR?

sevgi nədir?
Doğrudanmı sevgi adamı göyün yeddinci qatına çıxarır, yoxsa yerin yeddinci qatına salır?

Sevgi nədir? Bu suala cavab vermək üçün kimisə sevməlisən, yoxsa sevən birinə baxıb görməlisən? Doğrudanmı sevgi adamı göyün yeddinci qatına çıxarır, yoxsa yerin yeddinci qatına salır?
Sevgi – kimi bu sözü eşidən kimi ağlayır, kimi isə dəlicə gülür. Bəs sevgi hansında gerçək sevgidir? İnsan sevəndə, həqiqətənmi damarlarında qanı donur? “Sev” ilə başlayan sözlər, cümlələr, onların dərinliyində sevinc, yoxsa kədər yatır?
Müasir zəmanəmizdə sevgi yoxdur, sevgi Leyli və Məcnun, Romeo Juliettanın dövründə qaldı. Amma bəlkə də var. Amma çoxunun sonu hüznlü bitir. Elə gəlin götürək Leyli və Məcnunu, bir də Romeo və Juliettanı. Nə üçün onların sonu belə hüznlə, faciə, ölümlə bitir axı? Deməli, sevgi kədərdirmi ? Ağılsızlıqdırmı? Deməli ən ağlasığmaz hadisələr sevgi ilə başlanır və sevgi ilə bitir. Amma belə bir sual da var: Əgər Leyli və Məcnun qovuşsaydı onların sevgisi belə dərin köklü, sevgi dolu olardımı? Bəlkə də sevgi elə qovuşana qədərdir. İlk öncə inanılmaz istəklə onu istəyirsən. O sənə əlçatmaz dağ kimi görünür. Sonra isə ona qovuşanda artiq məqsədinə çatdığın üçün o həyəcan, hisslər sənin üçün ölür. Elə yaddaşlara həkk olan bu sevgilərin hər biri təsadüfi deyil ki, “ayrılıqla” sonlanıb. Əslində indiki dövrümüzdə “sevgi” sözü adiləşib. Artıq sevginin varlığına inananlar da qalmayıb. İndi sevgidən çox imkana, var-dövlətə aşiq olurlar. Bəziləri isə ağıla üstünlük verib, ağıl ilə hərəkət edir. Burada isə bir sual yaranır: Deməli sevgi ağıla qulluq edir?
İki cür sevgi var ” Mutlu sonlu, Mutsuz sonlu ” Və bildiyimiz kimi hər sevgi xoşbəxtliklə, yəni mutlu bitmir. Hətta ən müdrik şəxsiyyətlər belə “sevgi” kəliməsi qarşısında acizdirlər:

EŞQ-Ə UÇARSAN QANADLARIN YANAR (SƏDİ ŞİRAZİ)
EŞQ-Ə UÇMAZSAN QANAD NƏYƏ YARAR (MÖVLANA)
EŞQ-Ə VARINCA QANADI KİM ARAR (YUNUS ƏMRƏ)

sevgi nədir?-şəms mərdanova
Azad dünyadır eşq. Ya düz ortasında, mərkəzindəsən, ya eşiyində, həsrətində

Hətta bu dahilər belə insanı suallar arasında qoyur. Görürsünüz, sevgi qarşısında onlar belə acizdir. Bəs həqiqətən sevgi acizlikdirmi? İnsan yalnız bir dəfə dəli kimi sevə bilər: ilk sevgisində. Amma bu dəliliyə sonradan düşüncə, soyuqqanlılıq, təmkin çaları qatanda, onun dəli kimi sevmək qabiliyyəti tam realizə olunmur. Gec-tez daha bir sevgiyə tuş olmaq ehtimalı yaranır: bu dəfə son sevgisinə (Varis)
Sonsuz sevgi yoxdur. Hər bir sevginin sonu var. Yalnız bir sevgi sonsuzdur. İlahi sevgi. Yalnız o sevgidir ki, onu sonsuza qədər sevirsən. Elif Şafaqın “Eşq” romanında deyildiyi kimi:
“Eşqsiz keçən ömür bihudə yaşanıb. Görəsən ilahi, məcazi eşq arxasıncamı getməliyəm, yoxsa dünyəvi, səmavi və ya da cismanimi, deyə soruşma! Ayrımlar ayrımlar doğurur. Eşqin isə heç bir təyinə, ifadəyə ehtiyacı yoxdur.
Azad dünyadır eşq. Ya düz ortasında, mərkəzindəsən, ya eşiyində, həsrətində.”
Sevgi sadəcə iki insan arasındakı bağlılıq deyil, sevgi paylaşmaqdır. Sevgi pul deyil ki, onu payladıqca azalsın. Paylaşmağı bacarın. Hər insan sevilmək istəyir. Siz də onlara sevginizdən pay verin. Sadəcə HƏRƏYƏ BİR SEVGİ.

Müəllif: Şəms Mərdanova

VN:F [1.9.16_1159]
Rating: +36 (from 36 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

One comment

  1. Mən bu gün sevgi haqqında yazmaq istədim. Sevgi barədə çox şey yazmaq olardı əslində. Amma mən istərdim ki, bu ilahi sözün əsl mahiyyəti haqqında danışım. Sevgi, bu allahın insana bəxş etdiyi ən böyük mükafatıdır. Sevgi bir insan tərəfindən..

Bir cavab yazın