SIXINTIMIZ NECƏ KEÇƏR?

sıxıntı Can sıxıntısı, diqqətin yönələ bilmədiyi duyğusal vəziyyətdir. Boşluqda qalma hissidir. Bir çox mənanı içində saxlayan bir sözdür. İstənən bir vəziyyət olmadığı aşkar, ancaq qaçınılmaz bir vəziyyət olduğunu da söyləməliyik.

Hədəfinə çatan canlı daha yüksək, başqa, dəyişik məqsədlər istər. Mədəniyyətin bir çox elementi fizioloji ehtiyaclarını tamamlamış insanların can sıxıntısından qaynaqlanar. Yemək, sığınma, təhlükəsizlik ehtiyacını qarşılayan insanlar qalan zamanlarında sənətlə məşğul oldular, görüşlər edib özlərini əyləndirməyin fərqli yollarını tapdılar. Əksəriyyətlə oyun oynadılar. Çox azı can sıxıntısından dolayı pis şeylərə cəhd etdi. Can sıxıntısından dolayı yaxşı şeylərin edildiyini isə cəmiyyət formalaşdırmamızda görə bilərik. Hər nə qədər can sıxıntısından istismar edən, döyüşən, pislik edənlər mövcudsa da, insanlığın təbiətdəki mövqeyi onun birlikdəlik anlayışına dəlildir. İnsanlar birlik olub, yaxşı şeylər etməsəydi, bir-birimizi öldürüb yeməklə məşğul olardıq. Bunu edənlər hələ də var, ancaq bunu islah edilməsi lazım olan kiçik bir səhv olaraq düşünə bilərik.

SIXINTIYA QARŞI NƏ ETMƏLİ?

Can sıxıntısı nələr etdirmişdir, bunu bütün insan mədəniyyətində görə bilərsiniz. Hər şey qarınını doyuran insanın oyunlarıyla meydana gəlmişdir. Can sıxıntısının necə keçəcəyi də burada ortaya çıxar. İnsanlığın tarixində ən çox müraciət edilən həllər mədəniyyətin də gedişatını təyin etmişdir.

  1. Ünsiyyət: Ən müvəffəqiyyətli olduğumuz mövzu. İnsanların ilk çarəsi. Özümüzü güvəndə hiss etdiyimiz ilk şey. Bəziləriylə söhbət etmək, danışmaq ən primitiv, sadə və müvəffəqiyyətli həlldir. Ətrafınızla ünsiyyətə keçin. Yaxınlarınızı axtarın. Onlara yazın. Kimsə dostca bir salamı səhv anlamaz. Uzaqlara da yaza bilərsiniz. Penpal (qələm yoldaşı) və postcrossing (poçt keçmək) ilə kağız-qələmə sarıla bilər, sadə bir Google axtarışıyla “chat” (söhbət) mühitlərinə girə bilərsiniz.
  2. İctimailəşmək: Həyat yoldaşınızı, dostlarınızı, ailənizi, ətrafınızı xoşbəxt etməyə cəhd edin. Bəzən yaxınları güldürmək ən böyük xoşbəxtlikdir. Uşağınız varsa onunla vaxt keçirin. Bundan daha yaxşı bir məşğuliyyət ol ola bilməz. İnsanlığa bir şeylər vermək, özünü gələcəyə daşımaqdır. Twitter, Facebook və s. Bunlar heç bir yenilik gətirməyən, amma bütün dünyanın bildiyi məcralardır. Bunun səbəbi insanlara böyük bir toplumlaşma, ictimailəşmə fürsəti tanımağındadır.
  3. İncəsənət: Təbiətdən çox ayrıldıq, təbii istiqamətimiz korşaldı. Bəlkə də bunu kompensasiya etmək üçün sənəti icad etdik. Quşlar qədər olmasa da, bir şəkildə təbiətə gözəllik qatdıq. Musiqi ən böyük motivasiya edici, birləşdirici, əyləndirici mədəniyyət məhsullarımızdan oldu. Musiqi dinləyə, bəstələyə bilərsiniz. Ayrıca, sənətin minlərlə fərqli yolu vardır. Hər hansı bir sənət növünü  öyrənmək və onunla məşğul olmaq sıxıntınızı alır, yerinə estetika gətirir. Çalğı çalmağı öyrənin, gözəl yazı, qrafik, şəkil, heykəl kimi yüzlərlə alternatifdən birini seçin. İncəsənət tarixində özünüzə uyğun bir variant tapın.
  4. Oyun: Oyun mədəniyyətin təməli ola bilər. Fərqli bucaqlardan bir çox əsas tapmaq mümkündür, ancaq çoxumuz üçün oyun hər şeydir. Oyunla dünyanı öyrənirik. Oyunla gerçəyi sınayırıq. Oyun əylənmənin ən böyük təzahürüdür. İnsana aid hər şeyin oyun oynayaraq inkişaf etdiyini, oyunun gerçəyin özü olduğunu qeyd etmək lazımdır. Bilgi yarışması, söz oyunları, zəka oyunları, bulmacalar kimi bir çox variantı seçə bilərsiz.
  5. İdman: İnsan hər zaman özünü sınamaq istəmişdir. Çox köhnə zamanlardan bəri fiziki fəaliyyətləri oyuna çevirərək bədəni gümrah tutduq. On minlərlə ildir davam edən mübarizəmizə, başlanğıcda həyata hazırlıq üçün; sonraları da fiziki hazırlığa çatmaq üçün idman etdik. İnsan bədəninə aid yeni təcrübələri, qeyri-mümkünə çatmağı idman adı altında yaşadıq. İdman növlərindən birini seçə bilərsiniz. Ya da çalışa bilərsiniz. Fiziki iş də çox vaxt bir idmandır. Məsələn, bir neçə şitil alıb ağac əkə bilərsiniz. Küçə heyvanları üçün su və yemək gətirə, bunu qaçaraq edə bilərsiniz.
  6. Könüllülük: Könüllü işlər edərək enerjinizi həm özünüzə, həm də başqalarına faydalı şəkildə sərf edə bilərsiniz. Tema, Qızıl Ay, BMT könüllüləri olmaq həm təcrübə, həm də xoşbəxtlik gətirəcək qiymətli fəaliyyətlərdir. Ən böyük xoşbəxtlik başqalarını xoşbəxt etməkdir. Niyə tək başınıza olasınız? Xoşbəxtlik həmişə birlikdə təyin olunan bir duyğusal durumdur. Bunu digərləri ilə paylaşmaq xoşbəxtliyimizi artıracaq.
  7. Təbiətə qarışmaq: Təbiəti sadəcə izləmək belə, böyük bir əyləncə qaynağıdır. Bir ağaca eləcə baxmaq belə ovsunlayıcıdır. Səmaya doğru uzanan, çölə qarşı güclü, amma bir o qədər də köməksevər bir ağac. Hər şeyiylə canlı bir abidə. Bir bitki yetişdirmək, təbiət möcüzələrini görmək, onları araşdırmaq həyata qarışmaqdır. Evinizin eyvanında heç bir xərc etmədən belə bunu reallaşdıra bilərsiniz. Zibilə ataraq təbiətə zərər verəcəyiniz plastik qaplarınıza bitki əkə bilərsiniz. Mən edirəm. Balkon da su şüşələrinə bitki yetişdirirəm. Hər gün onları sevir və nəzarət edirəm. Betonla dolu həyatımıza canlılıq əlavə edirəm.
  8. İzləmək: Televiziya, kompüter ekranlarının həyatımıza ən böyük qatqısı ünsiyyət oldu. Fantastika yapımlardansa məlumatlandırmağı məqsəd hesab edənləri seçim edin. İnternetdəki minlərlə sənədli filmləri izləyin. Sizi düşünməyə sövq edəcək filmlərə göz atın. Youtube, Vimeo saytlarından sevdiyiniz hər hansı bir mövzunu axtarın.
  9. Məqsədlilik: Məqsədsiz bir şey etməyin. Daha çox sıxılarsınız. Müəyyən bir hədəfiniz olsa yaxşı olar. Vaxt keçirmək də bir hədəfdir, ancaq öyrənmək, düşünmək, anlamağa çalışmaq daha yaxşı hədəfdirlər. Məsələn mən, fəlsəfə üçün vaxt keçirərəm. Həyatı anlamağa çalışaram. Fərqli təcrübələr əldə etməyə çalışaram. Oradan-oraya süründürülmək yerinə sorğulayıram. Fəlsəfə üçün izlər və oynayaram.
  10. Düşünmək: Unutmayın, çətinlik zehni bir vəziyyətdir, fiziki deyil. Siz sıxıldım deməmiş sıxılmış sayılmazsınız. Çətinliyin səbəbi nədir? Niyə digər zamanlar bezdirici da indi bezmisiniz? Çətinlik müalicə edilməsi lazım olan bir şey deyil. Anlamaq və düşünmək lazımdır. Müalicəsi olmayan, müalicə lazım olmayan bir vəziyyət üçün çarə axtarmayın. Çətinliyi zehnimizdə formalaşdırdığımıza görə, cavabını da ancaq özümüzdə tapa bilərik.

    Mənbə: www.dmy.info
    Tərcümə edən: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +23 (from 25 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın