Sokrat- Yunan fəlsəfəsinin qurucularından olan antik yunan filosofu. Əxlaq fəlsəfəsinin qurucusu olaraq qəbul edilən Sokratın həyatının ən diqqətə çarpan hadisələrindən biri, haqqında açılan ittiham olmuşdur. Platonun, Sokratın müdafiəsi adlı əsərində bəhs etdiyinə görə, Sokrat, şəhərin tanrılarına inanmamaq, onların yerinə başqa tanrılar qoymaq və beləcə, gəncləri zəhərləməkdə təqsirlənir. Sokrat, bu ittihamlar nəticəsində ölümə məhkum edilir.
Kant, Sokratı “ağlın idealı”, Hegel, “bir insanlıq qəhrəmanı, fəlsəfəsini yazmayan amma yaşayan gerçək bir filosof” olaraq təsvir edir. Nitsşe isə əksinə, onu, ölüm qorxusu nədir bilməyən, yaşayan biri olaraq yox, yalın ağıl olaraq ölən və həyatın instinktindən tamamilə qopmuş bir “canavar” kimi təsvir edir.
Sokrata aid yazılı bir əsər günümüzə gəlib çatmamışdır. Bu səbəblə, bütün təlimlərini şifahi olaraq etdiyi mühakiməsi çıxarılır. Sokrat haqqındakı məlumatlar başqalarının vasitəçiliyi ilə günümüzə qədər gəlmişdir. Bu gün sahib olduğumuz əsərləri yazmış olan başlıca filosof Platondur. Platon, Sokratın şagirdidir. Sokratla bağlı məlumatların böyük əksəriyyəti Platonun yazılarından əldə edilməkdədir. Platon Sokratın xatirəsini canlı tutmaq üçün onu və onun təlimlərini izah edən yazılar yazmışdır.
SEÇMƏLƏR:
İnsan, gülmədiyi günü, yaşadım deyə, həyat dəftərinə qeyd etməməlidir.
Dəyişikliyin sirri, enerjinizi, köhnə ilə döyüşməyə yox, yenini inşa etməyə fokuslanmaqdır.
Müdriklik, özümüzü məğlub etməkdir.
Cəhalətsə, özümüzə məğlub olmaq.
Müdriklik, maraqla başlayar.
İnsanlıq, dini doktrinadan tamamilə azad bir əxlaq sistemi qurmağa müvəffəq ola bilmədi.
Yaşıllıqlar, torpağın çirkinliklərini örtdüyü kimi, şirin söz də insanların qüsurlarını örtər.
Bir şeyi həqiqətən bilmək, onu anlatmaqla olar.
Yeganə yaxşılıq bilgi, yeganə pislik, cəhalətdir.
Əslində, söylədiklərimdən çox,
gizlətdiklərimdə gizliyəm ..
Siz, ən yaxşısı, məni anlamaq üçün
danışdıqlarımdan çox,
susduqlarımı dinləyin.
Kimsəyə heç bir şey öyrədə bilmərəm, yalnız, onların düşünmələrinə kömək edə bilərəm.
Bir şeyləri dəyişdirmək istəyən insan, işə, əvvəl özündən başlamalıdır.
Özünü tapmaq istəyirsənsə, özün üçün düşün.
Sorğulanmayan həyat, yaşanmağa dəyər deyil.
Dürüst bir insan, hər zaman uşaqdır.
Bir hakim, yaxşı niyyətlə dinləməli, ağılla cavab verməli, sağlam düşünməli, tərəfsiz qərar verməlidir.
Nə qədər az şey istəyirsənsə, o qədər Tanrıya yaxınsan.
Təhsilin, bahalı olduğunu düşünürsünüzsə, cəhalətin bədəlini hesablayın.
Hazırladı: Fidan Aslanova