SOSİAL FOBİYA HAQQINDA POZİTİV BİR SÖHBƏT :)

Əvvəla qeyd etmək istəyirəm ki, yazının adını təsadüfi seçməmişəm. Sosial fobiya vəziyyətinə pozitiv yanaşma çox önəmli və təsirlidir.

Öncəliklə əgər sosial fobiya yaşayan birisinizsə, bunun fərqində olun və qəbul edin. Amma qətiyyən bu vəziyyəti problem olaraq görməyin! Qəbul etmək və problem olaraq görmək fərqli şeylərdir. Qəbul etmək yaxşıdır, qəbul edin. Amma problem olaraq görməyin. Bu, vəziyyəti daha da çətinləşdirməkdən başqa bir işə yaramayacaq. Sosial fobiyamız olduğunu problem etdiyimiz halda, həyatda bir addım geridə olduğumuzu və eləcə də hər zaman bir addım geridə olacağımızı, bədbəxt olduğumuzu düşünəcəyik. Hər dəfə bu vəziyyəti yaşadıqdan sonra acı çəkəcək, depressiyaya düşəcək, qayğı yaşayacaq, özümüzə nifrət edəcək, özümüzü sevə bilməyəcək, qaçıb gizlənəcək, uzaqlaşacaq,  geriyə gedəcəyik. Və ya problemi həll etməyə çalışacağıq, hər dəfə, özümüzdən asılı olmadığı halda, “növbəti dəfə belə etməyəcəm.. belə olacam” filan kimi sözlər verəcəyik və yenə də qaçınılmaz olaraq uğursuz olub özümüzü pis hiss edəcəyik. Bu mövzuda çalışıb çabalamaqla vəziyyəti düzəldə bilməz, əksinə daha da ağırlaşdıra bilərik. Yaşadığımız vəziyyət narahatlıqdır. Rahat olmağa çalışmaq isə son dərəcə yalnış bir səydir. Çünki çalışmaqla heç vaxt rahat ola bilmərik. Rahatlıq, onsuz da çalışmama halıdır. Rahatsansa, rahatsan. : ) Vəziyyəti qəbul etmək isə tamamilə fərqli bir şeydir. Necə deyərlər, qəbulda bərəkət var. Həqiqətən də belədir. Sosial fobiya yaşayan biri olduğumuzu qəbul etdiyimiz zaman, qeyd olunan mənfi şeyləri yaşamaqdan yan keçəcəyik. Yaxşı bəs, qəbul etdiyimiz zaman bir daha sosial fobiya yaşamayacağıqmı? Əlbəttə ki, yaşayacağıq. : ) Narahat olmayın, belə də olmaldır, işlər tam qaydasında gedir. Amma iş orasındadır ki, yaşayacağımız sosial fobiyanın dərəcəsi və sıxlığı getdikcə azalacaq və nəhayət xoşbəxt sonluq, yox olacaq. : ) Amma xoşbəxtlik sadəcə sonda olmayacaq. Sosial fobiya yaşadığımız dövrlərdə də olacaq. Qəbul etdiyimiz zaman anı yaşayacağıq. Nə, keçmişdə yaşadığımız sosial fobiya vəziyyətlərinə ilişib qalaraq özümüzü bədbəxt edəcək, nə də bir də bunu yaşamamaq üçün gələcəklə bağlı planlar quracağıq, çalışacağıq. Lakin qəbul etmək, tam olaraq heç bir şey etməmə vəziyyəti də deyil. Bəhs etdiyim qəbul, müsbət anlamlı bir qəbuldur. Çarəsizlikdən sığınıdığımız mənfi anlamlı bir qəbullanma deyil. Yaradıcı, produktiv bir qəbul olub, yetkin bir reaksiyadır. Edəcəyimiz şeyləri də problem həll etmək üçün etmirik, çünki ortada bir problem yoxdur, sosial fobiya vəziyyətini problem olaraq görmürük. Sadəcə olaraq müsbət anlamlı qəbulla birlikdə təbii olaraq ortaya çıxan təmkinli əməklər verməyə başlayacağıq. Bu əməklərdən sonra da sosial fobiya yaşadığımız zaman bunu özümüzə problem etməyəcəyik. Bu əməklər sosial fobiya yaşadığımız anda və növbəti dəfə sosial fobiya yaşamamaq üçün verilmir. Konkret bir gözləntimiz yoxdur. Bu əməklər, sosial fobiya yaşadığımızın, sosial fobiya yaşayan bir insan olduğumuzun fərqinə vardıqdan sonra, sosial fobiya yaşamadığımız zamanlarda inkişafa söykənən, daha geniş bir zamana yayılan təlaşsız addımlardır.

Sosial fobiya yaşayan bəzi insanlar, həll yolu olaraq içkiyə və siqaretə müraciət edir və bəziləri getdikcə hətta bu və bu kimi vasitələrin aludəçisinə çevririrlər. Əslində hər kəs, bu mövzu ilə bağlı bu yollara əl atmağın ən pis seçim olduğunun fərqindədir. Beləliklə, bu versiyanı unudun getsin və ya artıq gecdirsə, fərqindəliyinizin səsinə qulaq asın. Daha məsum alternativlər var. : )
Nizamlı idman, nəfəs, yoga, streching  məşqləri edin. Meditasiya ilə məşğul olun.
Gedəcəyiniz yerlərə daha erkən gedin.
Açıq havada daha çox vaxt keçirin.
Tez-tez topluluq içində olmağa çalışın.
Özünüz üçün telefon zəngləri, görüşlər, foto və kamera çəkilişləri  təşkil edin.
Mümkün qədər çox sayda fərqli məkanlarda olun.
Filmlərə baxın və insanları, onların davranışlarını diqqətlə izləyin.
Komplekssiz, özünə güvənən, rahat insanlarla dostluq edin, onlarla çox vaxt keçirin.
Aktiv həyat tərzi keçirin.
Beyin sağlamlığınıza diqqət edin.
Müsbət əhval-ruhiyyə yaradan kompozisiyaları tez-tez dinləyin.
İnternet, xüsusilə də sosial şəbəkə istifadənizi dügün tənzimləyin, əks təqdirdə sosial fobiyaya daha meyilli olarsınız.
İnsanların olduğu, hətta insanların çox olduğu yerlərdə kitab, qəzet və s. oxuya biləcəyiniz bir şeylər oxuyun.
Dik durun.
İnsanları gözünüzdə böyütməyin və eləcə də özünüzü gözünüzdə kiçiltməyin.
Rəqsə gedin.
Bəzi insanlara sosial fobiyanız olduğunu söyləyin, bəzən bundan bəhs edin.
Hər fürsətdə insanlarla ünsiyyət edin.
Yuxu sağlamlığınıza fikir verin.
İnsanlarla göz təması qurun.
Bayırda, fərqli məkanlarda bir şeylər yeyin, için.
Tez-tez güzgüyə baxmayın.
Tez-tez bədəninizi incələməyin.
“İlk addım”lar atın.
Heç vaxt etmədiyiniz və ya etməyəcəyiniz yaxşı bir şeylər etməyə başlayın.
Əslində sosial fobiya yaşayan insanlar, bəzi müsbət şeyləri beyinlərinə oturtmalıdırlar və bəzi məsələləri beyinlərində həll edib bitirməlidirlər. Sosial fobiya müxtəlif səbəblərdən qaynaqlanır və bu səbəblərdən biri də mənfi, yalnış fikirlərimiz, düşüncələrimiz, qavrayışımız, psixologiyamızdır. Oralarda təmizlik işləri aparmaq çox faydalı ola bilər. : )
Həyat tərzinizi mümkün qədər yaxşılaşdırmağa çalışın.
Bir çoxları kimi, sizin də xoş görünüşlü, dəyərli, önəmli biri olduğunuzu bilin.
Psixologiya ilə maraqlanın.
İşə əyləncə kimi baxın. Bəzi şeyləri sınaqdan keçirib, kiçik uğurlar əldə etdikdən.. pozitiv hiss etdikdən sonra bu sizə motivasiya verəcək və maraqla müxtəlif  maraqlı təcrübələri davam etdirmək istəyəcəksiniz.
Ən əsası isə!… Boş verin. : ) Ciddi qəbul etməyin. : ) Bir şeyi nə qədər ağlınıza ilişdirib, fikirlərinizdə dolaşdırsanız, bir o qədər çətinləşdirərsiniz və boş verdiyiniz qədər asanlaşdırarsınız. ; )

Sosial fobiya yaşadığınızdan dolayı inkişafınıza söykənən təmkinli addımlar atacağınız zaman, birdən-birə, necə maraqlı bir həyat yaşadığınızın, hətta elə yeni yeni həqiqətən yaşamağa başladığınızın  şahidi olacaqsınız. ; ) Uğurlar.. : )

Müəllif: Fidan Aslanova 

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

 
Facebook

Bir cavab yazın