SOSİAL ŞƏBƏKƏLƏRDƏ DİALOQ PROBLEMLƏRİ

dialoq-problemiBir çox hallarda sosial şəbəkələrdə aparılan diskussiyalarda etik və məntiqi tutarsızlıqlar müşahidə etmək mümkündür. Bu hallar xüsüsən də bir inanc müdafiəsi zamanı müşahidə olunur. Bu səbəbdən əksər platformalarda inancla aparılan mübahisə, özü etibarı ilə tutarsız olması səbəbilə, bundan uzaq durmağa çalışılır. Daha çox müşahidə etdiyim və ya ümumi olaraq daha çox istifadə edilənlərin bəzilərini dilə gətirmək istəyirəm.

Ad hominem – bir fikir dilə gətirildikdə, həmin fikri söyləyən şəxsin şəxsiyyəti üzərindən fikri qaralamaq cəhdləridir. Burda söylənən fikir yox, fikri söyləyən insan hədəfə alınaraq hücuma keçilir. (Hz Əliyə nisbət olunan “sözə bax, söyləyənə yox”)

Uyuq argumenti – A şəxsinin söylədiyi fikrin içərisindən bir hissə alınır, şişirdilərək həmin alınmış hissə üzərinə hücuma keçilir. Izləyicilərdə və ya dinləyicilərdə A şəxsinin sanki, üzərinə hücuma keçilmiş həmin hissənin müdafiəçisi olduğu formasında yanlış təəssürat yaradılır.

Argumentum ad ignorantiam – yanlışlığı isbat oluna bilməyən bir şeyi doğru qəbul etmək və əksi. Bunun fərdlər üzərində bilmirəm deməli yoxdur hallarıda var. 
Məsələn: Son araşdırmalara görə kainatın 13.82 milyard yaşı var. “Mənim bu araşdırmalardan xəbərim yoxdur” – kimi olan iddialar.

İctimai qınağın yönləndirilməsi – müəyyən bir müstəvidə aparılan danışığın, bir əsası olmadığı halda çoxluq təşkil edənlərin və ya hakim görüşün qinağına gətirə biləcək ifadələrdir. Bunu əksər hallarda bir şəxsin ideologiyasına yönəlik iradlar vaxtı gələ biləcək – nə demək istəyirsən Allah bunu bilmirdi? Vəya – nədi Allahın buna inanmağımızı, vəya bu əxlaqsızlıq etməyimizimi istəyir? və s. kimi onlarla misal.

dialoq-problemləriQısır döngü vəya bir şeyin özünə dəlil olması – əvvəla qısır döngü nədir? Bu sanki bir dairənin başlanğıcını tapmaq cəhdləridir. Bir başlanğıc olmadığı üçün belə düşüncələri təməlləndirmək mümkün olmur. Məsələn: – “Mən həmişə doğru deyirəm”- deyən birisinin dogru deməsinin dəlili nədir deyə soruşsaq, gələcək cavab çünki doğru dediyini deyir. Belə bir şəxs yalan danışa bilərmi? Əlbəttə mümkündür. Bu misala dindar dilində də bir misal əlavə edim – “Allahaqqi Allah var”.

Bəs bu qədər sadə bir şeydirsə niyə bu haqqda danışaq? Əslində qısır döngü zamanı dairəni tamamlayacaq halqalar çoxaldıqca yanlışı tapmaq da çətinləşir. Yuxarıda verdiyim misallar sadəcə bir vəya ən çoxu iki halqadan formalaşan sadə formalar idi, lakin bunun olduqca uzun formaları da mövcuddur. Hətta deyə bilərəm ki, bir çox məktəbin aparıcı ideologiyası da sayılması çətin olan halqalar çoxluğundan ibarət qısır döngülərdir.

Son olaraq bütün bunlar məntiqi tutarsızlıq olmaqla bərabər eyni zamanda etik qaydalarında pozulması deməkdir. Təəssüf ki, bunu edənlərin bir çoxu nə etdiyini bilmədən sadəcə özünü müdafiə üçün çırpınır. Bu isə əxlaqi kriteriyalar baxımından bir yumşalma gətirsə də, (çünki bilmir) məntiqi cəhətdən tutarsızlığı daha şiddətli edir (çünki bilmir).

Hazırladı: Bəhruz Nurməmmədov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +17 (from 17 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın