SOSİALİZM KOMMUNİZM FƏRQİ

Sosializm kommunizm fərqi nədir?

Aktual lüğətdə Sosializm: istehsal vasitələrinin birgə istifadə edilməsi yolu ilə ictimai sinifləşməni ortadan qaldıran, cəmiyyətin təşkilatlanmasında köklü bir dəyişikliyi məqsəd qoyan ictimai təlim, cəmiyyətçilik. Kommunizm: 1. Bütün malların ortaq şəkildə istifadə edildiyi və xüsusi mülkiyyətin olmadığı cəmiyyət nizamı. 2. Belə bir nizamın qurulmasını məqsəd qoyan siyasi, iqtisadi və ictimai təlim olaraq keçməkdədir.

İlk öncə qeyd etməliyik ki, ikisi rəqib ya da əleyhdar faktlar deyil. Marksın Kapitalının bildirdiyinə görə: kapitalizmdən sonra sosializm suveren olacaq. Daha sonra da kommunizm qurulacaq. Marksın tarix nəzəriyyəsinə görə sosializm bir keçid mərhələsidir.
Burada on maddədə aralarındakı fərqi araşdıracağıq:

♦ Kommunizm sosializmin bir növüdür. Sosializmin digər növlərindən: sosial demokratiya, liberal sosializm, anarxizm, islami sosializm sayıla bilər.
♦ Sosializm bir iqtisadi sistemdir. Kommunizm həm iqtisadi, həm də siyasi bir sistemdir. Sosializm bərabər bir həyat hazırlayarkən, kommunizm həm bərabər bir həyat, həm də bərabər bir rəhbərlik hazırlayar.
♦ İkisi də ictimai bərabərliyi müdafiə edir. Ancaq rəhbərlik mərhələsində ayrılırlar.
♦ İkisi də cəmiyyətdəki bərabərliyi müdafiə edərkən Kommunizm sosializmin radikal (uc) nöqtəsi olaraq bilinir.
♦ Sosializmdə insanlar iqtisadiyyatın rəhbərliyində söz sahibidir. Əksəriyyətin qərarı tətbiq olunur. Kommunizmdə tək partiya vardır. Partiya nüfuzu etibarlıdır.
♦ Gəlirlərin paylaşmasında: sosializm fərdin məhsuldarlığına bağlı olaraq paylamanı müdafiə edərkən, kommunizm fərdin ehtiyacına görə gəlir paylaşımı müdafiə edir.
♦ Sosializmdə xüsusi mülkiyyət mümkündür. İstehsal vasitələrinin dövlətə ya da fərdlərə aid olduğu şəkillər mövcuddur. Kommunizmdə istehsal vasitələri dövlətindir. Xüsusi mülkiyyət yoxdur. İkisində də xüsusi mülkiyyət fərdləri istismar məqsədi ilə istifadə edilə bilməz.
♦ Sosializm kapitalizmlə birlikdə yaşaya bilər və bunu bir keçiş imkanı olaraq qiymətləndirər. Ancaq kommunizm sinifsiz bir cəmiyyət yaratmaq üçün kapitalizmi bütündən yox etmə fikrindədir.
♦ Sosializmdə azad din seçimi vardır. Kommunizm dini ortadan qaldırar.
♦ Sosializmdə çox partiyalı seçkilər vardır. Hökumətin-dövlətin başında liderlər ola bilər. Kommunizmdə lider yoxdur. Birbaşa olaraq xalq tərəfindən idarə olunar. Bu model indiyədək tətbiq edilməmişdir. Əsas kommunizm lidersiz və Kommunanın qərarına bağlıdır.
♦ Sosializmdə mülkiyyətin çoxu ortaqlıq içindədir və gerçək sahibliyi işçilərə aid edilməkdədir. Kommunizm isə bütün mülkiyyətin cəmiyyət və ya dövlətə aid edildiyi ictimai təşkilatlanma formasıdır.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +28 (from 28 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın