SRİ SRİ RAVİ ŞANKAR

01060020 Ravi Şankar hindistanlı guru və ictimai xadim, 1956-cı ildə  Papanasamda doğulmuşdur.  Ravi Şankar 4 yaşında ikən Bhagavad Gitanın şeirlərini söyləyə bilirdi,  onun ilk müəllimi Sudhakar Çaturvedi olur.  Ravi Şankar dünyadakı gərginliyi,ictimai problemləri, zorakılığı aradan qaldırmaq  üçün yaradılan “Yaşama Sənəti”  proqramının banisidir.  Bu proqram halhazırda dünyanın 150-dən çox ölkəsində tətbiq olunur.

 Fikirləri :

Həyat iki yol göstərir: pozitiv və neqativ. Diqqəti yaxşıya yönəlt və addımla.

“Mən vermişəm ki,mən  almalıyam”  qəmə gedən yol, “Mən almışam ki, mən verməliyəm” pozitivə gedən yoldur.

 Sevgidə münasibət əsasdır, sadəcə cazibədarlıq deyil. Sevgidə təqdimat  var. Bu sevgi ilə cazibədarlığın arasındakı fərqdir. Baxmayaraq ki, cazibədərlıq ilk addımı formalaşdırır, siz burda uzun müddət dayana bilməzsiz. Siz növbəti dayağa doğru getməlisiz. O sevgidir.

Sənin gördüyün şeylər bulanıq deyil, sən bulanıq görürsən.

Bu günü dünən baş verənlər üçün xərcləməyin.

Əgər siz sevgini kimsədən alırsızsa bilin ki, bu ilahidəndir. Necə ki, günəş işığı pəncərədən üzərinizə düşəndə onun pəncərədən yox günəşdən olduğunu bilirsiz.

Dünyada heç nə sizi öz fikriniz qədər narahat edə bilməz. Faktiki olaraq , sizə elə gəlir ki, sizi narahat edən başqalarıdır, amma elə deyil, sizin fikrinizdir.

Bəzən bizim əldən buraxmaq istəmədiyimiz, tutub saxlamaq istədiyimiz şeylər olur. Ancaq yadda saxlayaq ki, buraxmaq son deyil, yeni bir həyatın başlanğıcıdır.

Əgər sən başqaları üçün yaxşı şeylər arzulayırsansa, yaxşılıqlar sənə doğru gəlir. Bu təbiətin qanunudur.

 Başqalarını bağışladığınız kimi özünüzü də bağışlayın.

 Əgər siz bədbəxt olmaq istəmirsinizsə heç kim sizi bədbəxt edə bilməz.

Siz hər gələcəkdə Tanrını tapmaq istəyəcəksiz, çünki, özünüzü Tanrını  tapmış hesab etsəniz, axtarış etməyəcəksiz.

Zorakılıq olmayan cəmiyyət, xəstəlik olmayan bədən, titrəmə olmayan nəfəs, sıxıntı olmayan fikir, qadağan olmayan ağıl, travma almayan yaddaş və qəm olmayan ürək hamının haqqıdır

“Mən kiməm?” deyə verilən sual mənəviliyə, “Bu nədir?” deyə sorulan sual elmə yönəldər.

Sevgi bir duyğu deyil, bizim varoluş biçimimizdir.

Yeni başlanğıc göstərir ki, sən ölü idin, dirilə bilmək üçün ölmək lazımdır.

Hazırladı: Naz Ramizqızı

Beyenmeler
0   14  
VN:F [1.9.16_1159]
Rating: +13 (from 15 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook

Bir cavab yazın