Sünnət, yazılı tarixdən əvvəl başlamışdır. Antropoloqlar sünnətin başlanğıcı haqqında fikir birliyinə nail olmamışdır. Sünnətin tarixini e.ə. 15.000 illərindəki daş dövrünə qədər aparanlar varsa da, Antropoloq Ashley Montagunun da müdafiə etdiyi kimi, 6.000 il əvvəl antik Misirdə sünnətin var olduğu dəqiqləşmişdir. Köhnə misir piramidalarında tapılan bəzi mumiyaların sünnətli olduqları görülmüşdür.
Tarix boyunca misirlilər, yəhudilər və babillilərin sünnət adətinə sahib olduqları təsbit edilmişdir. Sünnət, Paqan ənənəsinin tək tanrılı dinlərdəki davamıdır. İslamdan öncə bütpərəstlər də sünnət adətinə sahib idilər. Bütpərəst ərəblərdə həm qadın, həm də kişilər sünnət edilirdi. Kişinin sünnəti üçün “Hita”, qadınların sünnəti üçün “hafd” sözünü istifadə edirdilər. Ancaq “əl-hıtanan” ifadəsi sünnət edilən yer mənasında həm qadın, həm kişi üçün müştərək istifadə edilərdi. Hədislərdə Məhəmməd peyğəmbərin, xəlifələrin və səhabələrin sünnətindən bir qeydin olmaması, onların daha öncədən sünnətli olduqlarını göstərir. Qadın sünnəti yalnız bütpərəst ərəblərdə deyil, köhnə misirlilərdə da mövcud idi. Misirdə edilən arxeoloji qazıntılarda olan bəzi qadın mumyalarının sünnətli olduğunu təsdiq edilmiş, qadın sünnətinin necə edildiyi M. Ö 1600-cü illərdən qalan divar şəkillərində ətraflı bir şəkildə təsvir edilmişdir.
Bu, qadın sünnəti ənənəsinin mənşəyinin çox köhnə çağlara dayandığının göstəricisidir və sünnət ənənəsinin tarixinin tək tanrılı dinlərdən daha köhnə olduğunu, əsl olaraq bir paqan ənənəsi olduğunu, tək tanrılı dinlərə paqan cəmiyyətlərdən keçdiyini göstərir. BMT statistikasına görə bu gün dünyada 130 milyon qadın və qız uşağı sünnətlidir. Qadın sünnəti əsasən, Afrika qitəsinin orta xəttini yerləşən 30 Afrika ölkəsində tətbiq olunur. Bu bölgədəki qadınların demək olar hamısı sünnətlidir. Sünnətsiz qadınlar aşağılanır, pis və fahişə olaraq günahlandırılırlar.
Oman, Yəmən, Birləşmiş Ərəb Əmirliyində, İndoneziya və Malayziyanın bəzi bölgələrində, Şimali İraqda bəzi kürd bölgələrində yaşayan qadınlar arasında da daha az nisbətlərdə olmaqla sünnət ənənəsi yaşadılmaqdadır. Bunların içində Müsəlman, Yəhudi və Xristianlarla birlikdə çox tanrılı dinə inanalar da var. Tibbdə kişi sünnətinin az da olsa bir faydasına toxunulsa da, qadın sünnətinin heç bir faydası olmadığı, qadının cinsi istəyini öldürdüyü, ölüm və yaralanmalara səbəb olduğu bilinir. Buna baxmayaraq bu primitiv, müasir olmayan adət israrla sürdürülməkdə, həm də Allaha, allahlara söykənilərək davam etdirilməktədir.
Hazırladı: Vüsaləddin Rüstəmov