TƏBİƏT VƏ DİNCLİK

Təbiətə qovuşmaq, sadəcə, həyatınıza inanılmaz Təbiət və dinclikgözəlliklər gətirməklə bitməz, eyni zamanda ruh halınızı da önəmli ölçüdə yaxşılaşdırar.

Bir parkın və ya meşəlik bir yerin yaxınlığında yaşayan insanlar, daha az bədbin və daha az qayğılı olarlar. Meşədə edilən bir piyada gəzinti, bədbinliyə yaxalanmaq ehtimalını azaldar. Bundan başqa, günəş işığının da, bədbinliyi azaltdığı, uzun illərdən bəri bilinir. Təbiətin, insanların ruh hallarını yüksəltməsində bu qədər təsirli olmağının isə bir çox səbəbi var.

Təbiətə yaxın yaşayan insanlar, daha az bədbin olurlar, çünki:

Həyatla, həyatın bütün gözəllikləri ilə, və yaradıcı enerji ilə bağlarını qoruyurlar.
Günbatımına və ya gündoğumuna şahid olmaq, ruhlarımızı məmnun edir, beləliklə, bədənimiz də bundan müsbət tərsirlənər.
Sadəcə təbiətdə biraz vaxt keçirərək, sinir sistemimizi sakitləşdirə bilərik.
Təbiətə yaxın olaraq , həyatın bir parçası olduğumuzu, quşlarla, çiçəklərlə, ağaclarla və yer üzü ilə yenidən bağ qurduğumuzu hiss edərik.
Təbiətlə bağ qurmaq, həyatımıza daha çox xoşbəxtlik gətirərək, bədbin düşüncələri və mənfi duyğuları da alıb aparar.

Təbiətə yaxın yaşayan insanlar, eyni zamanda, daha çox açıq havada hərəkət edər, ətrafda dolaşar və bədənlərini işlədərlər. Başımızın üstündə uçuşan,Təbiət və dinclik mahnılar oxuyan quşlarla və ağaclarla sarmalanmış bir yoldamı, yoxsa, heç bir yerə getməyən bir qaçış zolağındamı qaçmağı istəyərik? Bir fikirləşək. Bədənlərimizi hərəkət etdirməyin depressiya ilə mübarizədəki ən güclü yollardan biri olduğunu hamımız artıq bilirik.

Bayıra çıxmaq, təbiətlə bağ qurmaq üçün atacağımız ilk addımdır, amma əsl niyyətimiz, təbiətin zehin sağlamlığımız üzərindəki müsbət təsirini önəmli səviyyədə artırmaqdır.

Axan suyun səsini içimizə çəkək. Bir çay kənarına gedək və axan suyun o müqəddəs səsini içimizə çəkək. Bu sadə addım belə, ruhumuzun gözəlləşməsinə köməkçi olacaqdır. Evdəki bitkilərimizi düşünək, sulandıqları zaman müthiş görünərlər, elə deyil?

Dəniz səsini içimizə çəkək. Dəniz kənarında yaşayırıqsa, yalnızlıq, bədbinlik və ya hirsi geridə buraxmağın ən yaxşı yollarından biri də dəniz kənarına gedib o möhtəşəm səsi içimizə çəkməkdir. Hər nəfəs verişimizdə, problemlərimizin də uçub getdiyini xəyal edək.

Günəş ilə bağ quraq. Torpağın üzərində oturaq, üzərimizdə uzanan göy üzünü hiss edək və başımızın üstündən günəş işığının içimizə girdiyini xəyal edək. Belə etmək belə, içimizdə bəslədiyimiz hirs və yalnızlıq hisslərini alıb aparacaq, daha böyük bir güclə bağ qurduğumuzu hiss etdirəcək və ətrafımızdakı həyatın bir parçası olduğumuzu hiss etməyimizə köməkçi olacaqdır.

Təbiətdə olarkən, secdiklərimizlə bağ quraq. Dostlarımızla və ailəmizlə təbiət qoynTəbiət və dinclikunda gözəl bir yerə gedib söhbət etmək, gülmək və hətta problemlərimizi müzakirə etmək belə özümüzü yaxşı hiss etdirəcək.

Təbiətin bir parçası olaq. Təbii bir yerdə piyada gəzintiyə çıxaq, dırmanmağa gedək və ya nə istəyiriksə, onu edək. Təbiət qoynunda olarkən ətrafımızda dönüb duran dünyaya bir baxaq. Onu yaradan bütün ünsürlərin, hardasa, ölümsüz olduğu bu yerdə hərəkət etdikcə, ətrafımızdakı ağaclarla, bitkilərlə və heyvanlarla bağımızı yenidən qurmuş olarıq. Belə etməklə, içimizdə yaşadığımız çətinlikləri aşarıq; böyük bir dünyada yaşadığımız fərqinə vararıq. Ən əsası da,  həyatın qarşımıza çıxardığı bütün çətinliklərin belə, bu möhtəşəm həyat döngüsünün bir parçası olduğunu öyrənərik.

Torpaq ananın gücünü alaq. Özümüzü, bitmiş, tükənmiş hiss etdiyimiz zaman, edə biləcəyimiz ən yaxşı şey, açıq havada gəzintiy ə çıxmaq və atdığımız hər addımla torpaq ananın gücünün bədənimizdə yüksəldiyini xəyalımızda canlandırmağa çalışmaqdır. Torpaq ananın gücü, sTəbiət və dinclikevgidir. Sevginin bütün bədənimizə dolduğunu və bədənimizin gücləndiyini xəyal edək. Sevgi, bir çox keçmiş zaman mədəniyyətinin şüurlu olaraq üzərində dayandığı əllə tutula bilən bir gücdür. Hamımızın bu dünyada birlikdə sülh içində yaşamağına köməkçi olar.


Mənbə: www.ruhsalyasam.com

Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

 
Facebook

Bir cavab yazın