TƏBİİ SEÇMƏ QANUNU

2b7d1c3c-41f2-4420-bddb-902cadb4bc11TƏBİİ SEÇMƏ QANUNU – Olduqca güclü və təsirli bir təbiət qanunudur. Çünki vəhşi təbiət, bu anda evinizdə oturduğunuzda xəyal edə bilməyəcəyiniz qədər kompleks proseslər üzərinə qurulmuşdur və ən kiçik bir səhv ölümlə nəticələnir. Hərçənd heç bir canlı mükəmməl olmadığı və Müxtəliflik Mexanizmləri sayəsində davamlı olaraq canlılar arasında bəzi fərqliliklər meydana gəldiyi üçün, təbiətdə bəzi canlılar mühitə uyğunlaşmış, bəziləri isə uyğunlaşa bilməmişdir. Bu, təbiətdə davamlı bir seçmənin olmasını da özü ilə gətirməkdədir. Çünki ilkin canlılıqdan bəri təkamülləşən “var olma məqsədimiz” aydındır: Həyatda qalmaq və törəmək.
Təbiətin bir parçası olan insan həyatı  da bu təbiət qanununun təsirindən kənarda qalmamışdır.

TƏBİİ SEÇMƏ QANUNU İNSAN HƏYATINDA.
İnsan dünyaya gəldikdən sonra həyatla tanış oldu və onunla uyğunlaşmaq, həyatda qalmaq üçün təbiətin qanunlarına tabe olmaq lazım olduğunu görmüşdü. O, əvvəlcə özünə güvənir və daha sonralar özündən üstün güclərə ( təbiət hadisələri, vəhşi heyvanların hücumu və s. ) şahid olaraq onlarla mübarizə üçün digər insanlara güvənmək məcburiyyətində qalmışdı. İnsan ilk öncə, güvənməyi öyrəndi və daha sonra özgüvənindən bir parça ayıraraq onu ətrafındakı insanlara bəslədi. Hər şey bir məqsəd üçün idi – SAĞ QALMAQ.

muharibələr - sahib olmaq ehtirası İnsanlıq tarixinin ilk dönəmlərində bu proses kortəbii şəkildə baş versə də, insanlar istəklərində səmimi idi. Çünki sağ qalmaq bir zərurət idi. Sonra insan əqli daha da inkişaf etdi. Rəqabət apara biləcəyi başqa sahələr kəşf etdi, artıq təkcə sağ qalmaq uğrunda deyil, sahib olmağa çalışdığı hakimiyyət, nüfuz, mal-mülk uğrunda mübarizə aparırdı. İnsan özünə süni ehtiyaclar yaratmışdı. Məntiqi sonluq olaraq, insan sonu olmayan bir oyunun içinə düşərək özünü itirmək təhlükəsi ilə qarşılaşdı, ehtirasına aludə olan insan elə həddə çatdı ki, yer kürəsi belə vəhşiliyə hələ şahid olmamışdı. Sonra birilərinin ağlına humanist qanun-qaydalar yaratmaq gəldi. Lakin həmin qanunlar yalnız kağızlarda, kitabələrdə yazılı qaldı, əmələ çevrilmədi. Qanunlar humanist görünsə də, zəiflərin əleyhinə işləyərək güclüləri daha artıq vəhşilik etməkdən uzaqlaşdırmamışdı.

Tanrı işə qarışdı. O zaman-zaman fədakar insanların qəlbi ilə insanlarla danışdı, mübarizənin adil olmasını və belə davam etməyəcəyini söylədi. Dinlər yarandı. Amma bu da yaxşı sonluqla nəticələnmədi. Din də bu mübarizənin, hətta deyərdim, müharibənin silahlarından birinə çevrildi. Və insanın əlinə daha tutarlı səbəblər, bəhanələr keçdi. O artıq həqiqət və vəhdət deyə bağıraraq, ehtiraslarını müdafiə etdi, ixtilaflar saldı.

dünyanı dəyişMərhəmət deyə kəşf etdiyi sifətin arxasında daha yaxşı gizləndi və o bu sifəti qazanılmayan haqqı lütf etmək anlamında deyil, qazanılmış lakin qəsb olunan haqqın bir qismini sahibinə qaytarmaq anlamında işlətdi. Ədalət, bərabərlik, səbr etmək qavramlarına fərqli biçimlər verdi. Aldıqlarının bir qismini bu sifətlərin arxasında gizlənərək minnətlə qaytardı. Ədalətli, mərhəmətli oldu.

İnsan heç adil olmadı, o, həyat oyununda cığallıq etdi. Fərqindədir, bəzən reform etmək istəyir, bəzən də həyat budur deyə yoluna davam edir. Amma yaşadığı həyat onu məmnun etmir, daha başqa nələrsə istəyir..

Artıq insan təbiətə zidd bir ənənə qoymaqdadır.
Bəli, insan bu yolu keçdi. O təbiətə yad ənənə qoyaraq humanistliyi də kəşf etmişdi axı. Bilirik ki, təbiət ədalətlidir, amma mərhəmətli deyil. Amma, insan təbiətə meydan oxuyur. O, həm mərhəmətli və ədalətli olmaq istəyir. Və biz artıq təbii seçim etmək istəmirik, biz artıq bütün insanların haqqı olaraq sülhün hökm sürdüyü bir dünyada yaşamaq istəyirik. Və bəşər olaraq dünyanı bu qəlibə salmaq istəyirik. Artıq mərhəməti, ədalətli olmağı, sevgini gerçək anlamında (o anlamı da özümüz inşa edib, ona yeni sifət veririk) yaşamağı istəyirik. Dini düşüncələrə, rituallara ehtiyac duymadan insani keyfiyyətləri özümüzdə tərbiyə etmək istəyirik, etməliyik də.

Elə bir sima qazanmaq istəyirik ki, səmimilik bizə yaraşsın. Sözlərimiz də səmimiyik, sevərkən səmimiyik, ədalətli ikən səmimiyik. Artıq tələlər yoxdur. Məqsəd artıq sağ qalmaq deyil. Əbədiyyətdir! Biz artıq ölümə meydan oxuyuruq, ölümdən qorxmuruq. Dünyada əbədiyyətə qədər davam edəcək faydalı bir irs qoyuruq. Artıq silahlarımız deyil, gözlərimiz bir-birilə danışır. Artıq bizi əhatə edən əşyalar deyil, biz intelektualıq. Dünyanı düşünərək idarə edirik. Biz kortəbii şəkildə yaşamırıq. Axı biz insanıq və biz yer kürəsinin ən şüurlu, ən ağıllı varlığıyıq. Biz bu lahiyə- irs üzərində çalışırıq..

 

Müəllif: Fidan Eyvazzadə

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 16 votes)

Fidan Eyvazzadə

Fitret.az yazarı. Müəllim.

 
Facebook

2 comments

  1. İnsan nəfsi çox günahlar, çox azğınlıqlar etmək istəyər. Lakin bunu din qədər, konkret islam qədər buxovlayan, düzgün məcraya istiqamətləndirən ikinci bir nəzəriyyə yoxdur. Allah öz yaratdığının xoşbəxtliyini özü daha yaxşı bilir.
    Digər tərəfdən heç də bütün insanlar həqiqət və vəhdət deyə bağıraraq, ehtiraslarını müdafiə etmir, ixtilaflar salmır. Əksinə həqiqət vəhdət deyənlərin bir çoxu ehtirasını deyil humanistliyi müdafiə edir, ixtilaf salmır, əksinə birliyə çalışır. Yazınızdan başa düşdüyüm qədər dinin də dünyada insanlara xoşbəxtlik gətirə bilməyəcəyinə, özünüzün lahiyə- irs adlandırdığınız bir şeyin xoşbəxtliyi təmin edəcəyindən danışırsınız.
    Birincisi bu lahiyə- irsin buna qadir olacağına nə təminatınız var və bunun digər mədəniyyət və ya nəzəriyyələrdən fərqi nədir ki, yalnız bununla insani keyfiyyətlərin tam bərqərar olacağını iddia edirsiniz? İkincisi də siz islam dininin dünyada haqq-ədaləti bərpa etməyə kifayət etmədiyini necə əsaslandıra bilərsiiz?
    Qeyd edim ki, burada islam və müsəlmanlıar anlayışını qarışdırmamaq lazımdır. İstənilən bir nəzəriyyəni onu yaşayanlara görə deyil, nəzəriyyənin özünə görə mühakimə ediriksə, islamı da gördüyümüz müsəlmanlara görə deyil islamın özünə görə və ya onun ən gözəl tətbiqçisi olan peygəmbərimizə görə mühakimə etməliyik.

Bir cavab yazın