TƏCRÜBƏ NƏDİR?

təcrübə1Təcrübə bir hadisəyə, bir mövzuya məruz qalmaq və ya müdaxilə etmək yolu ilə hakim və hazırlıqlı olmaqdır. Yəni daha əvvəl o mövzunu və ya hadisəni yaşamış, görmüş və ya dadmış olmaqdır. Sınaq sözü ilə sinonim, test və praktika sözləriylə yaxın mənalıdır. Elmdəki “sınaq” ilə yaxındır. Elm insanları bir bilgini təcrübə edər, gerçək həyatda sınaqdan keçirərək ölçərlər. Oradan əldə edilən məlumat daha sonrakı bilgilərə işıq tutar. Təcrübə də belədir. Həyatda yaşadığımız hər şey yaxşı şərh edilib mənalandırılarsa, gələcəyə işıq tutar.

Canlılar doğulub böyüyərkən təcrübələri ilə yönləndirilir. Körpəykən yüzlərlə dəfə yıxılmasaydıq, yeriməyi öyrənə bilməzdik. Hər şeyi dadmağa çalışmasaydıq, nəyi yemək lazım olduğunu seçə bilməzdik. Sınayıb yanılmasaq, danışmağı necə öyrənəcəkdik? İnkişafımızın təcrübəyə dayandığını kim inkar edə bilər? Cəhd və yanılmaq öyrənmənin təməlidir. Yalnızca oxuyaraq yanılmadan öyrənə bilərik. Bizdən əvvəlki insanlar təcrübələrini bizə nəql edərək aramızda yaşayırlar.

Hər nə qədər digər insanlar bizə təcrübələrini miras qoyarsa da, fərdi həyatlarımız fərdi səy tələb edir. Öz həyatımıza tətbiq edəcəyimiz prinsipləri və gərəkli məlumatları həyatdan dərs çıxararaq götürərik. Təcrübənin ən əhəmiyyətli şərti, dərs almaqdır. Problemləri və həlləri sintez edərək gələcəyə istiqamətli nəticələr əldə etməliyik. Bir problemlə qarşılaşınca üsyan etmək yerinə həll ortaya qoysaq, həyat boyu bir təcrübə əldə etmiş olarıq. Hər gün, hər an canımızı sıxan bir şeylər vardır. Şikayət etmək yerinə onu sınamaq və gələcək üçün təcrübə formalaşdırmaq lazımdır.

təcrübə-insanTəcrübə yalnız yaşamaqla əldə edilməz. Minlərlə dəfə eyni şeyi yaşayıb dərs almayan insanlar var. Təcrübə, yaşadıqlarımızdan çıxarış edərək daha sonrakı səfərlərdə işimizi asanlaşdıracaq bilgini əldə etməklə ortaya çıxar. Özümüzə suallar verməliyik. Təcrübənin birinci şərti özünə öyrətmək və lazım gəldiyində də soruşaraq ayırmaları istifadə etməkdir. Şərtlərə uyğunlaşma təmin etmək və əvvəlki həyatları sonrakılara işıq kimi saxlamaq təcrübənin nəticələrindəndir.
Həyatın özü də bir təcrübə məhsuludur. Kainatda görünən hər şey səbəbiyyət içərisindədir. Əvvəlki təcrübələr sonrakıları hazırlayır. Maddənin təməli fərqli təcrübələr törətmək üzərinədir. Atomlar və canlılar fərqliliklər törədir. Bizim fərqli fərdlər olmamızdan, hər elementin fərqli strukturlara sahib olmasına və atom altı dünyadakı naməlumluğu qədər uzanan bir təcrübə çalışması vardır. Eyni xətti üst-üstə çəkməyə çalışmaq kimi, həyat da eyni şeyləri kiçik fərqlərlə davamlı yaşadar. Əvvəlki təcrübə sonrakını hazırlayır.

təcrüəHəyatın nə olduğunu soruşmuşduq. Kainatın səbəbini sorğulamışdıq. Ardı arxası gəlməyən həyat zəncirinin çöldən qısaca bir görünüşünü vermişdik. Nəticədə heç bir şey anlamadıq, amma həyatın gedişini gördük. Həyat fərqli təcrübələr təqdim edir. Hamımız bu ana quruluşun bir parçasıyıq. “Fərqlilik” və “təcrübə” üçün fəaliyyətdəyik. Böyük həyat quruluşuna baxdığımızda bizim önəmimizin “təcrübəmiz” olduğunu görə bilərik. Nəticədə hər kəs ölür, ancaq təcrübələri miras qalır. Hər kəs təbiətə qarışır, ancaq yaşadıqlarımız və yaşatdıqlarımız mədəniyyətin ünsürü olur.

“Kiçik davramağı burax, sən özündən keçmiş kainatsan.” Mövlanə Cəlaləddin Rumi

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +16 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın