TƏKƏBBÜR NƏDİR

təkəbbür-fitretTəkəbbür, özünü başqalarından üstün görməkdir. Başqalarını bəyənməmə və özünü digərlərinin üstündə görmə davranışıdır. Bir davranış olaraq kənardan görünməyə bilər. İnsan öz içində gizli bir təkəbbür hissinə sahibdir. Bu hiss onsuz da gizlidən gizliyə aparılır. İnsan ümumiyyətlə təkəbbhürünü açıq etməz. Hamımızın içində bir şəkildə böyüklük motivi var. Bunun fərqinə varmaq çox çətindir. Az ya da çox, böyüklük iddiasındayıq. Bu iddianın təkəbbür olması ölçüsünə bağlıdır. Böyüklük iddiasının həddindən artıq olanda, cəmiyyət tərəfindən günah, yəni cinayət sayılmışdır. Davranış olaraq sosiallaşdıqda cəmiyyət tərəfindən cəzalandırılır.

Həyata qarşı böyüklənməsək nə insan ola bilərdik, nə də yetkin fərdlər. Təbiətin şərtlərinə meydan oxuyub ən çətin şərtlərə belə uyğunlaşma ortaya qoyduq. Həmişə eyni nümunəni verirəm, amma kainat olmaq belə bir böyüklük iddiasının məhsuludur. Kiçik bir nöqtədən böyüyünə genişləmək və insan deyilən uzantıda böyüklənmənin zirvələri çatmaq. Körpəlikdən başlayaraq böyüklük iddiamızı görmək mümkündür. Həmişə böyükləri təqlid edirik və yetkin olana qədər ən böyük olma həvəsində oluruq. Böyük olmaq ümumi bir varlıq təmayülüdür. Nəticədə cazibə deyə bir şey var. Varlıq böyümək istəyir. Hər maddə bir cazibə sahəsinə sahibdir və içində olduğu bütünə görə böyüyür.

özünü böyük sanmaq-fitret.azBununla birlikdə, heç bir şeyinmütləq böyük ola bilməyəcəyini gözdən qaçırmayaq. Böyük dediyimiz hər şey bizim qəbullarımız qədərdir. Bir isnad nöqtəmiz var, müqayisəmiz var. Saylar dəyişə bilər, statistika arta bilər, ancaq böyüklük istinada bağlıdır. Öz içimizdəki böyüklük ilə öyünə bilmərik. Böyüklük hər zaman çölə görədir. Dünya böyükdür, fərd olaraq kiçik bir hissəsini təcrübə edə bilirik. Ancaq bu planet Günəş Sistemində bir toz dənəsi belə deyil. Dünyadan minlərlə qat böyük olan göy cisimləri də kainatın atom altı səviyyəsi deyilə biləcək kiçiklikdədir.

Böyüklənmə təbiidir, ancaq həddindən artıq olanı, yəni əsassız təkəbbür xoş görülməz. Təkəbbürün sosiallaşması isə ayıbdır. Təkəbbürü əxlaqsız edən də sosiallaşmasıdır. Böyük olduğunu söyləmək ədəbsizlikdir. Gizli-gizli böyüyəcəksən ki, dadı çıxsın. İnsanlar minlərlə ildir belə edir. Təbii həyatdan sıyrılmaq tamamilə bunun sayəsində oldu. Aslan, fil, mamont belə ovladıq, amma heyvanların qarşısına çıxıb göstəriş edərək deyil, həmişə birlikdə böyüklüyün əsl qaynağını meydana gətirərək, cəmiyyət sayəsində etdik. Yəni birlikdə böyük olduq. Dövlət halına gəlincə də böyüklüyün təşkilati şəklini gördük. Təşkilatlanmadan sonra böyüklüyü ilə öyünən cəmiyyətlərin də bir şəkildə yox olduğuu gördük. Əslində tarixdəki bütün dövlətlər bir şəkildə yox olmuşdur. Bizim baxacağımız şey yox olma mərhələsidir. Osmanlının son dövrünə baxaq. Son əsrdə qərbin bir müstəmləkəsi olmasına baxmayaraq böyüklük iddiasını davam etdirmiş və göstərişə qaçmışdır. Almaniya təvazökar Fridrix ilə böyüyərkən, bizimkilər borc pul ilə dəbdəbəli saray tikdirib “hələ də böyüyüm” deməyə çalışmışdır. Təəssüf ki, böyüklük göstərişlə olmur.

təkəbbürlü-adamDilimizdə bu hissin bir çox adı var. Təkəbbür etmək, özünü bəyənmək, əzəmət və s. bunlardan bəziləridir. Təbii bir davranış olduğu üçün dildə yer alması adidir. Həyatda yer almasından da qorxmamalıyıq. Hər canlı bir əməliyyatın tərkib hissəsidir. Öz ölçüsünü müəyyən etmək ehtiyacındadır. İctimai rolumuzu ölçüb-biçərkən təkəbbürlü olduğumuz deyilə bilməz. Mənlik dizaynı sınama-yanılma ilə təcrübə edilir. Ancaq başqasına göstəriş etmək və gerçəkdən uzaq davranmaq təkəbbür suçluluğu meydana gətirər. Təkəbbürlü olanla olmayanın ayrı-seçkiliyi cəmiyyətdəki davranışlarımızda gizlidir. Bir şeyi pis edən başqalarının ona baxışıdır. Cəmiyyətin digər parçalarını gücəndirəcək hərəkətlər pis sayılır.

Təkəbbür ilə acizlik arasındakı sahəyə da diqqət çəkmək lazımdır. Çox böyüklənirsəniz, əxlaqsız olarsınız. İnsandan böyük şeylər var, bunlardan ilki də cəmiyyətdir. Cəmiyyət kiçik bir parçası olduğunuzu sizə xatırladır. Bununla birlikdə çox altda qalsanız da əzilərsiz. Bu da təhqir gətirər və cəmiyyət bunu da xoş görməz. İkisinin arasında bir yerdə tarazlığı tutdurmaq lazımdır. Kimsə ətrafında əzilmiş aciz insanlar görmək istəməz. Bu, eynilə təkəbbür kimi, aid olduğumuz bütünü axsadar.

Təvazökarlığı acizliklə ilə qarışdırmayaq. Təvazökarlıq, yəni alçaq könüllülük tam da olması lazım olan “davranışdır.” Özünüzü istədiyiniz qədər böyük bilərsiniz, ancaq bunu davranışa tökmək qəbul edilə bilməz. Hər kəs xəyal qurar və dünyanın hakimi olduğunu belə hazırlayar. Xəyallara mane ola bilmərik. Əhəmiyyətli olan, məcburən bunu həyata keçirməmək və başqalarına mane olmamaqdır. Biz ictimai canlılarıq. Təkəbbürə dözə bilmirik. Tam tərsi olan təvazökarlıq isə savab, yəni doğrudur. Nə qədər böyük olsaq və böyük olmağı xəyal etsək də cəmiyyət hər kəs üçün alçaq könüllü olmamızı gözləyər.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +10 (from 10 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

dmyinfo üçün bir cavab yazın Cavabı ləğv et