TƏKLİK VƏ YALNIZLIQ – 1

Sənə lazım olan, yalnızlığını unutduracaq bir şeylər deyil. Sənə lazım olan, bir gerçəyin, yəni təkliyinin fərqinə varmağındır. Və bunu yaşamaq o qədər gözəldir ki, çünki bu sənə, çoxluqdan və həyatındakı insandan azad olmağın üçün köməkçi olar. Yalnızlıq qorxuna qalib gəlib, səni azad edəcək şey budur.

İlk olaraq anlamalı olduğun şey budur, istəsən də, istəməsən də, yalnızsan. Təklik sənin təbiətində var. Bunu unutmağa çalışa bilərsən, dost və ya sevgili tapıb çoxluğa qarışaraq yalnız qalmamaq üçün əlləşə biərsən… Amma, nə edirsənsə et, hamısı səthi olacaq. İçinin dərinliklərində sənin yalnızlığın əlçatmaz, toxunulmaz olaraq dayanır.
Hər insanın başına qəribə bir qəza gələr: Dünyaya gələndə, bir ailə şəraitinin içində doğular. Bunun başqa yolu yoxdur, çünki insan balası təbiətdəki ən zəif məxluqdur. Digər heyvanlar tam inkişaf etmiş doğularlar. Bir it, ömrü boyunca it olaraq qalacaqdır, inkişaf edib təkamül keçirməyəcək. Bəli, yaşlanar, amma inkişaf etməz, dəyişməz, fərqindəliyi artmaz, aydınlanmaz. Bu anlamda bütün heyvanlar eynilə doğulduqları nöqtədə qalırlar; heç bir təməl özəllikləri dəyişməz. Ölümləri və doğumları üfüqi ilərləyər- eyni xətt üzrə.
Sadəcə, insanoğlunun sırf üfüqi yox, şaquli gedə bilmək şansı var. İnsanlığın çoxsu, digər heyvanlar kimi hərəkət edər: həyat yaşlanmaqdan ibarətdir – böyümək, inkişaf etmək yoxdur. Böyüməklə yaşlanmaq çox fərqli təcrübələrdir.
İnsan başqa insanların içinə, bir ailəyə doğular. İlk andan etibarən yalnız deyil; bu səbəbdən hər zaman insanlarla birlikdə olmaq kimi bir psixologiyaya sahib olur. Təkbaşına olanda qorxmağa başlayar… bilinməyən qorxulardır bunlar. Nədən qorxduğunu tam olaraq anlaya bilməz, amma çoxluqdan ayrılan zaman bir şəkildə hüzursuzluq duyar. Başqaları ilə birlikdə olarkən özünü yaxşı və rahat hiss edər.
Bu səbəbdən təkliyin gözəlliyini əsla dada bilməz. Bir qrupun içərisinə doğulduğu üçün hər zaman bir qrupun parçası olaraq qalar və yaşlandıqca yeni qruplar, yeni bağlar, yeni dostlara sahib olar. Mövcud qruplar onu məmnun etməz – millət, din, siyasət, partiya – beləcə yeni bağlar qurar, Rotary Klub və ya Lions Klub kimi. Lakin bütün strategiyalar əslində tək bir məqsədə xidmət edər: əsla yalnız qalmamağa.
Bütün həyat təcrübəsi, insanlarla birlikdə olmaq üzrə qurulmuşdur. Təklik hardasa ölüm kimi gələr. Bir anlamda ölümdür; sənin, çoxluğun içində yaratdığın şəxsiyyətin ölümüdür. Bu sənə digərlərinin hədiyyəsidir. Qrupdan qopduğun zaman, o şəxsiyyətindən də sıyrılırsan.
Heç kəs bir heç olmaq istəməz. Amma əslində hər birimiz bir heçik.
Arayışa başlayan birinin ilk anlamalı olduğu şey, təkliyin təbiətidir. Bu, “heç kim” mənasındadır; sənə, toplumun hədiyyəsi olan şəxsiyyətindən vazkeçmək anlamına gəlir. Qrupdan uzaqlaşdığın zaman və özünlə tək qaldığın zaman bu hədiyyəni özünlə götürə bilməzsən. Təkliyində özünü yenidən kəşf etməyin lazımdır və heç kim, sənə orda birini tapa biləcəyinin qarantiyasını vermir.
Təkliyinə çatanlar, orada heç kimi taparlar. Həqiqətən heç kim demək istəyirəm – ad yoxdur, forma yoxdur, amma saf bir varlıq , adsız və formasız bir həyat var. Bu, tam anlamı ilə yenidən dirilməkdir və həqiqətən cəsarət işidir. Ancaq çox cəsur insanlar heç kimsəliklərini, heçliklərini sevinclə qəbullana biliblər. Heçlikləri onların saf varlıqlarıdır; həm ölməkdir, həm dirilmək.
Təkliyində eqondan və şəxsiyyətindən qurtulacaqsan və özünü həyatın ta özü, sonsuz və ölümsüz olaraq tapacaqsan. Yalnız qalmaq bacarığın yoxdursa, gerçəyi arayışın uğuruz olmağa məhkumdur.
Əslində biriləri ilə birlikdə olmaq çox çətindir, amma biz doğulduğumuz gündən etibarən buna alışırıq. Bədbəxtlik yarada bilər, işgəncə kimi ola bilər, amma biz buna öyrəşmişik; ən azından yaxşı bildiyimiz bir şeydir bu. İnsan, zonasının  xaricindəki qaranlığa çıxmaqdan qorxar, amma kollektiv maska zonasının  ardına keçmədiyin müddətcə özünü tapa bilməzsən.
Təkliyində, var olmağın nə  demək olduğunu kəşf edəcəksən. Mağazada.. bazarda belə yalnız ola bilərsən. Hər zaman fərqində, tətikdə, oyanıq olmağın kifayətdir; öz fərqindəliyindən ibarət olduğunu unutma. O zaman harada olursan ol, yalnız qala bilərsən. Çoxluq içərisində və ya dağın başında ola bilərsən; heç fərq etməz, sən eyni şüursan. Çoxluq içərisində insanları izləyərsən; dağ başında dağları izləyərsən. Gözlərini açıb varoluşu izləyərsən; gözlərini qapayıb özünü izləyərsən. Sən busan: bir izləyici.
Yalnız doğularıq, yalnız yaşayarıq və yalnız ölərik. Təklik bizim təbiətimizdə var, amma fərqində deyilik. Fərqində olmadığımız üçün də özümüzə yad qalırıq və təkliyimizi möhtəşəm bir gözəllik və xoşbəxtlik olaraq görmək əvəzinə yalnış anlayar, yalnızlıq sanarıq.
Təklikdə bir gözəllik və ucalıq, müsbət bir şey var; yalnızlıq zavallı, mənfi, qaranlıq, boğucudur.
Sıradan bir insan yalnızlığını unutmağa çalışar, meditasiya ilə məşğul olan bir insan isə, zamanla təkliyi ilə olan dostluğunu inkişaf etdirər. Dünyayı geridə buraxar, yalnız qalmaq üçün mağaralara, dağlara, meşələrə gedər. Kim olduğunu öyrənmək istəyər. Çoxluq içərisində bunu etmək çətindir; narahat edən ünsür çoxdur. Və təkliklərinin fərqində olanlar, insanın yaşaya biləcəyi ən böyük xoşbəxtliyə çatarlar – çünki sənin öz varlığın xoşbəxtliklə doludur.
Öz yalnız halınla eyni tezliyə  keçdikdən sonra xariclə maraqlana bilərsən; o zaman münasibətlərin sənə böyük zövq verəcək, çünki onları yalnızlıq qorxundan qurmazsan. Təkliyini kəşf etdiyin zaman, yaradıcı olarsan, bir çox işi birdən bacara bilərsən, çünki bunları edərkən özündən qaçmış olmazsan. Özünü ifadə etmiş olarsan; artıq bu sənin potensialının izharı halına gələr.
Lakin ən təməl olanı, öz təkliyini A-dan Z-ə tanımaqdır.
Buna görə də sənə deyirəm ki, bunu unutma, yalnızlıqla təkliyi qarışdırmamalısan. Yalnızlıq xəstəlikdir; təklik sağlamlığın  özüdür ki var. Həyatın anlam və önəmini anlamağa yönəlmiş ilk və ən təməl addımın,  öz təkliyinə girməklə başlayar. Bu sənin məbədindir; Tanrının yaşadığı yer oradır və onu başqa heç bir yerdə tapa bilməzsən.

 

Mənbə: Oşo -“Aşk, Özgürlük, Tek başınalık” kitabı
Hazırladı: Fidan Aslanova 

VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

 
Facebook

Bir cavab yazın