TƏKLİK VƏ YALNIZLIQ – 2

Sən özünlə yaşamırsan. Nə vaxt tək qalsan, hüzursuz olursan; dərhal narahatlıq keçirirsən. Nə etməli? Hara getməli? Kluba, kilsəyə və ya kinoya gedə bilərsən – təki bir yerlərə gedəsən, başqaları ilə qaynayıb-qarışasan. Və ya alış-verişə çıx. Varlılar üçün alış-veriş ən böyük oyundur, yeganə idmanlarıdır; onlar alış-verişə çıxırlar. Kasıbsansa, mağazaya getməyin lazım gəlmir, vitrinlərə baxaraq küçədə gəzə bilərsən. Təki get!
Yalnız olmaq çox çətindir, alışılmışın çox xaricində, fövqəladədir. Bəs yaxşı niyə? – çünki yalnız qalanda bütün anlamın yox olar. Barı, get dükandan bir şeylər al; ən azından satıcı sənə bir anlam verəcək… aldığın şey yox, çünki lazımsız şeylər almağa davam edirsən. Sırf, almaq üçün alırsan. Lakin satıcı və ya dükan sahibi, onlar sənə kral kimi baxır. Sanki həyatları sənə bağlıymış kimi davranırlar – və sən rola girdiklərini bilirsən. Dükançılar belə davranar. Əslində, satıcı səni önəmsəmir; gülümsəməsi də saxtadır. Hər kəsə yalandan dişlərini ağardır, sənə məxsus bir hal deyil. Amma sən əsla bunlara baxmazsan. O yalandan dişlərini ağardır və səni sevilən bir qonaq kimi qarşılayıb dəvət  edər. Özünü rahat hiss edərsən, sən kimsə-sən, sənə güvənən insanlar var; bu dükançı səni gözləyirdi.

“Tək” olan insan kimdir? Ehtiyac duyulma ehtiyacı ortadan yox olmuş insandır, səndən, sənin gözlərindən və davranışlarından bir anlam gözləməyəndir. Xeyr! Eşqini versən, minnətdar olar, ama vermsən də şikayətlənməz. Verməsən, yenə yaxşı davranar. Ziyarətinə getsən, xoşbəxt olar, amma, getməsən də xoşbəxtdir o. Bir topluluq içində isə bundan həzz alacaqdır, amma, əgər bir manastırda yaşayırsa, bundan  da zövq alar.
“Tək” olan bir insanı bədbəxt edə bilməzsən, çünki özü ilə yaşamağı və xoşbəxt olmağı öyrənib. Özü -özünə kifayət edər. Buna görə də, bir-biri ilə qohumluq bağı olanlar, digər insanın  ruhsal olmağını əsla istəməzlər – ər meditasiyaya yönəlsə, həyat yoldaşı narahat olar. Niyə? Nələr olduğunun və ya nə üçün hüzursuzluq duyduğunun belə fərqində olmaya bilər. Və qadın bu istiqamətində irəliləyəcək olsa, əri bundan narahat olar. Niyə?
Şüura şüuraltı bir qorxu yerləşər. İnsanın həyat yoldaşı özünə yetəcək hala gəlməyə çalışır; budur qorxu. Qadına bu cür seçim təqdim edilsə, “Ərinin bir sərxoş mu olmağını, yoxsa meditasiya ilə məşğul olmağını istəyərsən?” desələr, sərxoşluğu seçəcək. Eyni formada, kişiyə, “Həyat yoldaşının sanyasin olmağını, yoxsa düz yoldan çıxmağını mı istəyərsən?” deyə soruşulduğu zaman, kişi ikincini seçəcək.
Sanyasin özünə kifayət edən, heç kimə ehtiyacı olmayan, heç bir halda asılı olmayan insan mənasındadır. Və bu, qorxu yaradar – o zaman işə yaramaz hala gələrsən. Öncədən bütün varlığın onun sənə olan ehtiyacı üzərində qurulu idi. Sən yoxkən o bir heç idi, sənsiz bomboş idi, səhra kimi; ancaq səninlə birlikdə yaşıllaşırdı. Amma əgər tək başına ikən də çiçək aça bildiyini fərq etsən, o zaman dava yaranar, çünki eqon incinər.
Kim tək başınadır? İsa, yalnızlar müqəddəsdir, deyir…. Bunlar, tək başına ikən, bütün dünya yanında imiş kimi rahat yaşayıb, balaca uşaqlar kimi özlərini məşğul edə bilən insanlardır.

Bəli, başqaları ilə əlaqə yarada bilərsən, amma bu əsla bir münasibətə çevrilməz. Əlaqə qurmaq çox yaxşıdır. Hər ikisi, “tək başına” olan iki insan, əlaqə qura bilər, amma bir münasibətə girə bilməzlər.
Münasibətə, əsla yalnız qala bilməyənlər ehtiyac duyar. İki yalnız insan, bir münasibətin içinə düşər. İki “tək başına” insan əlaqə qurub görüşərlər, amma yenə də təkliklərini qoruyarlar. Təklikləri pozulmaz, saf və bakir qalar. Başı buludlara dəyən Himalay təpələri kimidirlər. İki təpə əsla bir araya gəlməz, amma yenə də küləyin, yağışın, göllərin, günəşin və ulduzların sayəsində bir-birilə əlaqə yaradarlar. Bəli, bir görüş yaşanar, bir çox dialoq keçər aralarında. Bir-birlərinə pıçıldayarlar, lakin təklikləri əsla pozulmaz, bu barədə əsla güzəştə getməzlər.

Tək başınalığında rəqs et, mahnı oxu, onu dolu-dolu yaşa!
Mən sənə sevmə demirəm. Hətta əslində ancaq tək başına olan bir insanda sevmək qabiliyyəti var. Yalnız inanlar sevə bilməzlər. Onların ehtiyacı o qədər böyükdür ki, sadəcə yapışarlar – necə sevə bilərlər axı? Yalnız insanlar sevə bilməz, ancaq istismar edə bilərlər. Yalnız insanlar aşiq roluna girərlər; əslində sadəcə sevgi almaqdır dərdləri. Verəcək sevgiləri yoxdur, verəcək heç bir şeyləri yoxdur. Sadəcə tək başına və keyifli olmağı bacara bilən bir insanın içi o qədər sevgiylə doludur ki, onu paylaşa bilər. Sevgisini yadlarla paylaşa bilər.

Və unutma, təkbaşına olmağı bilən insan əsla yalnız qalmaz. Tək başına olmağı bilməyən insanlar, bax onlar yalnızdır.

Mənbə: Osho – “Aşk, Özgürlük, Tek başınalık” kitabı.
Hazırladı: Fidan Aslanova

Beyenmeler
16   0  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın