TƏNHA QADIN

tənha-qadın
Kim bilir xəyalən hansı arzularının arxasınca getmişdi?

Qaranlıq gecələrin sönüb yanan işıqlarının, gecə boyu ayaq səslərinin, sərxoşların musiqisinin və sabahın necə açıldığının uzun müddətdir ki, şahidi olurdu. Ürəyində narahatlığın doğurduğu hərarət, gözlərində buza dönmüş göz yaşları. Pəncərənin önü nə vaxtdır ki, onun ayrılmaz məkanına çevrilmişdi. Yenə gözləri onu olduğu yerdən çox uzaqlara aparmışdı.
Kim bilir xəyalən hansı arzularının arxasınca getmişdi? Bir vaxtlar xatırlayarkən çöhrəsini işıqlandıran, zamanla puç olmuş arzuların. Dünyanın ən ağır çətinliklərini yaşamasının əyani sübutu idi üzündəki qırışlar. Birvaxtlar diqqətləri özünə çəkən şux qamətli qadından indi həyat çalmışdı dodağının qırmızılığını, qara saçlarının rəngini, parlaqlığını. Həyat dolu olan bu qadın indi onu görənləri heyrətə gətirirdi. Çünki o, bu həyatda hər şeyin ən çətinini yaşamışdı. Bütün sevgilərin ən çətinini… Dost xəyanətini, sevgi xəyanətini, övlad xəyanətini yaşamışdı. Axı kimi idi bunların günahkarı? Həyat, sevdikləri, yoxsa sevdiklərinə özünü qurban verəcək qədər sevən özü?
Məncə sadaladıqlarımın hər birinin payı var onun bugünkü günündə. Dəfələrlə söz vermişdi, nə olur olsun əyilməyəcəyinə, hər şeyini onlara fəda verdiyi sevdiklərinə göz yaşlarını da qurban verməyəcəyinə söz vermişdi, amma bacarmamışdı.

İndi o romanların şeirlərin qəhramanı olan “Tənha qadın” adını qazanmışdı.
İndi o romanların şeirlərin qəhramanı olan “Tənha qadın” adını qazanmışdı.

Sevdikləri üçün fədakarlıq edərkən içində yığılıb qalan iztirabların, sıxıntının məhsulu idi bugünkü göz yaşları. İndi o romanların şeirlərin qəhramanı olan “Tənha qadın” adını qazanmışdı. Amma bu addan heç məmnun deyildi. Çünki həyatı boyu bir şeyi arzulamışdı- həyatın qəhrəmanı olmağı. Bütün əziyyətlərinə, insanlara bəxş etdiyi sevgilərə rəğmən qazana bilməmişdi. Bu həyatın qəhramanı adını elə bu acımasız həyatın acımasız insanları qazanmışdı. Bütün qınaqlardan qaçmış bu uçuq daxmaya sığınmışdı. Yorulmuşdu həyatdan. Hər şeyə hər kəsə etiraz əlaməti olaraq intaharın ən qatı formasını seçmişdi- ümid damarlarını kəsmiş, öz əllərilə ruhunu tapdalanan torpağa gömmüşdü.

Müəllif: Cəmilə Kərimli

VN:F [1.9.16_1159]
Rating: +18 (from 18 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın