TƏVAZÖKARLIQ NƏDİR?

tevazu-nedir-alcak-gonulluluk-nedir-aileTəvazö nədir? Təvazökarlıq aktual lüğətdə: Öz dəyərini olduğundan aşağı göstərmək, başqalarını kiçik görməməkdir. Təvazökar, alçaq könüllü isə bu xüsusiyyətə sahib olub böyüklənməyən ( kimsə) deməkdir. Qavramsal lüğətdə: Ərəb – Va z ( d ) وضع “aşağı endirmə” mənasını verər. Qısaca: İnsanlığını ucaltmayan, özünü önə çıxarmayan mənasını gəldiyi deyilə bilər. Qərbi Avropada istifadə olunan “humble” (məzlum) kəliməsinə bənzərdir. Bu dillərdə və bir çox dildə: daha alçaq, yer üzündə, aşağı sözlərindən törəyən şəxsiyyət xüsusiyyətidir. Qürur, özünü bəyənmişlik və eqoistliyə zidd mənadadır.

Alçaq könüllü olmaqla nə qazanarıq? Özümüzü qazanırıq deyilə bilər. İnsanın istəkləri məhdud deyil. Yetinməyi bilmədikdən sonra ən böyük sərvət belə insanı qane etməz . Həyatı eşitmək və ondan kef ala bilmək alçaq könüllü olmağa bağlıdır. Fərdin həyatı üçün yetinməyi bilmək tək çıxarlı yoldur. Başqaları tərəfindən dünyaya gətirilən, ətrafı tərəfindən öyrədilən və həyatının qaydaları başqaların təyin olunan fərdin böyüklənməsi etibarlı bir fəaliyyət deyil. Nə vaxt gəlib nə vaxt yaşayacağımızın bilmədiyimiz və gözlə görülməyəcək qədər kiçik bir sahədə olan həyatlarımız nə qədər ucaldıla bilər ki? Haqq edilmiş bir həyat yox, ancaq bəxş edilmiş bir quruluşdan söz edilə bilər. Bizim olduğunu iddia etmək üçün belə möhkəm bir təməl də yoxdur həyat haqqında, ki həyat sonsuz kosmos-zamanda gəlib keçici bir həvəs kimidir. Bu səbəbdən Təvazökarlıq insanın qəbulunu tamamlayan həyati xüsusiyyətlərdəndir.

Alçaq könüllü adamın bəzi xüsusiyyətləri: sərhədlərini qəbul etmək, hər şeydə yaxşı ola bilməyəcəyini qəbul etmək, öz səhvlərini tanımaq, sahib olduqlarından məmnun olmaq, səhv etməkdən qorxmamaq, səhv etdiyini qəbul etmək özünü tərifləməkdən qaçınmaq, hər şeyi özünə mal etməmək, başqalarına minnətdar olmaq, özünü başqalarıyla qarşılaşdırmamaq, öyrənməyə açıq olmaq, başqalarına kömək etmək və s.

988866_632589763482518_3319360001650774204_n

Bəsit şeylərdən kef almağı təvazökarlıq sayəsində bacararıq. Eyni şəkildə , təvazö sayəsində həyatın çətinlikləri ilə mübarizə edəcək gücü özümüzdə taparıq. Təvazökar bir insansınızsa, heç bir təcrübəni aşağılamazsınız, heç bir iş yoldaşınız dəyərsiz deyil, heç bir anınızı diqqətinizi vermədən keçirməzsiniz. Təvazö sizi hər detala diqqət göstərməyə itələyər. Bir işi darıxdırıcı, yorucu, mənəvi pozucu və ya vaxt itkisi olaraq görüb keçmək yerinə, başdan sona səbr göstərər, işi ən incə nöqtəsinə qədər öyrənərsiniz.

“Hər cür yaxşılıq bir evdə toplanmış və onun açarı təvazö olmuşdur. Hər cür pislik bir evdə toplanmış və onun açarı qürur olmuşdur.”
Yunus ibn Hüseyn

“Bəy təvazökar və alçaq könüllü olmalı, günahkar kəslərin də günahını əvf etməlidir. Bəy məğrur, qoçu və qürurlu olmamalı; bəylər böyüklük göstərər və qürurlu olsalar, ey oğul onlar şübhəsiz etibar görməzlər.”
Kutadqu Biligi -Yusif Has Hacib

“Həqiqətən alçaq könüllü olan bir insan, özündən heç söz etməyən insandır.”
Jan de Labrüyer

“Böyüklənmə paltarını geyindi isə dərhal üzərindən çıxarıb at. Xalqa qarşı qürurla sinə qabartdınsa , dilini dərhal düzəlt . Allahın varlığına və birliyinə inancın əlaməti təvazökar olmaqdır . Əgər sən də mömin isən alçaq könüllü ol.”
Edib Əhməd Yükneki

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   13  
VN:F [1.9.16_1159]
Rating: +42 (from 44 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın