“Y” NƏSLİNDƏ DƏYİŞƏN DƏYƏRLƏR

Xüsusi

Y – Nəsli.

Milenyumlular.

Uşaqlar, gənclər.

İnternet gəncliyi.

Bunlar artıq eşitməyə alışdığımız anlayışlar halına gəlib. Kimlər haqqında deyilir? Kobudca 1980-2005 arası doğan kütlə üçün. Daha da əhəmiyyətlisi, kimlər bu terminləri tapır və söyləyir? Özü bu nəslin parçası olmayan, X nəsilin üzvləri.

Yəni bir nəslin üzvləri, başqa bir nəslin üzvləri ilə əlaqədar terminologiyaları inkişaf etdirir, arxasından da onlar haqqında ümumiləşdirmələr etməyə başlayır. Sanki bu işdə başdan bir çətinlik var .

Y-NəsliNədir yaxşı bu Y – nəslini və ya milenyumluları ən çox təyin etmək üçün istifadə edilənlər?

Tənbəl, özünü hər şeydən əvvəl düşünən, mən-mərkəzçi, narsist, çatmaq istədikləri üçün əvəz ödəməyi qəbul etməyən, səbirsiz, hiyləgər. Bunlarla bitmir. Cəmiyyət dəyərlərinə hörmət etmədiklərini, ailəyə əhəmiyyət vermədiklərini, yaşları 35-ə çatmasına baxmayaraq evlənib uşaq-muşağa qarışmadıqlarını, böyümədiklərini, zamanlarını oyun oynayaraq keçirdiklərini söyləyənlər də var.

Üzərinə bu təsbitləmələr yapışdırılan bu nəsil insanlarının, bir qisiminin əsəbli olmasına heç təəccüblənməmək lazımdır. Bu təsbitlər yalnız psixoloqlar, sosiologiyaçılar və şirkət məsləhətçiləri onları təyin etdiyində istifadə edilmir. Bu təriflərin nəticələri ilə gündəlik həyatlarının hər sahəsində, ailələləriylə olan dialoqlarda, iş yerində idarəçiləri ilə olan anlaşılmazlıqlarında və cəmiyyət həyatında qarşılaşdıqları digər insanlarda qarşılaşırlar.

Bu nəsil üçün deyilən müsbət şeylər də var. Məsələn daha yaradıcı, daha normaları və qaydaları sorğulayan, daha azad, daha həmrəylikçi və işbirlikci olduqlarına bağlı əhəmiyyətli göstəricilər var.

İş mühitinizi düşünün, 48 yaşındakı birinin 28 yaşındakı birinə söz arasında “sən daha kiçiksən” mesajı verdiyi ilə qarşılaşdınızmı? Və ya sizin, özünüzdən yaşca böyük insanlarla bir mövzu üzərinə danışarkən, fikirlərinizlə deyil də yaşınızla qiymətləndirildiyiniz oldumu? Mən etiraf etməliyəm, çox bənzər ssenarilərdə qarşılaşdım. Adam Grant, Originals adlı kitabı içərisində statü və güc əlaqəsindən bəhs edərkən bunu ifadə edir. Qeyri-adi, provakativ və ya qəlibləri məcbur edən bir fikri, təşkilat içində statusu (ənənəvi strukturlarda əksəriyyətlə yaşa bağlı) yüksək biri söylədiyində təqdirlə qarşılanarkən, eyni fikri hələ normaları sorğulamaq üçün kifayət qədər status qazandığı düşünülməyən biri (yeni başlayan və ya 3-4 il təcrübəli bir ) söylədiyində alçaldılma və ya xariclənməklə qarşılanır.

Bu fikri üstümüzdən ata bilmirik. Bizdən 25 il sonra doğulmuş biri həyatla əlaqədar nə belə bilər ki!

O zaman insanların yaşına və nəslinə deyil, yaratdıqları təsirə və etdikləri işlərinə baxaq.

facebook22 yaşındakı bir gəncin fikirləri sizi razı salmağa kifayət etməyə bilər. Yaxşı, ya futbolla əlaqədar danışırsınızsa və qarşınızdakı Neymardırsa ?

Messi. Yaş 28

Adele. Yaş 28

Mark Zuckerberg. Yaş 30

Instagramın qurucuları. Yaşları 28, 29.

qurucuların qurucusu. Yaş 31.

Dropboxun qurucuları. Yaşları 29, 31.

AirBnBin. Yaş 31.

Tumblr. 28.

Snapchat. 23, 25.

Tinder – Techcrunch – Oculus Rift. Yaşları 23 – 27 arası.

Bu anda yetişkin dünyanın üçdə birini Y nəsli deyilən qrup meydana gətirir və inanın bu qrup o qədər fərqli maraqları, ehtirasları, düşüncələri və dəyərləri olan insanlardan meydana gəlir ki tək bir kateqoriyada onları ümumiləşdirmək və davranışlarını böyük qəliblərə soxmağın heç kəsə faydası yoxdur.

Bunun yerinə, daha ümumi və elastik bir perspektiv ilə “yeni nəsillərin dəyişən dəyərləri” olaraq bu mövzuya baxılmalı və həm ictimai mühitdə, həm də ailə və iş mühitində bu dünyagörüşü ilə yaxınlaşılmalıdır.

 

Hazırladı: Müşviq Osmanlı

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

MÜŞTƏRİ GÖZÜNDƏ MARKA DEYİL, DUYĞU YARADIRSINIZ !

Xüsusi

duyğuYaratdığınız marka istər fərdi markanız olsun, istərsə işiniz olsun haqqını verə bilmək üçün düsturdakı bir neçə sehrli elementi yerinə yetirməlisiniz. Bu elementləri intelektual və duyğusal olaraq iki kateqoriyaya ayıra bilərik. Bir markanın satın alınmasını təmin edən ünsürlər tam olaraq bu iki elementə bağlanır.

Belə düşünün, bir markanı intelektual ölçüdə satın alırsınızsa, daha yaxşı bir qiymət, ya da məhsulun xüsusiyyətlərinə görə satın alma qərarlarınızı və markanızı dəyişdirə bilərsiniz deyilmi? Ancaq bir marka duyğusal ölçüdə satın alınırsa, istehlakçısını bir yerdən tutmuş deməkdir. Yəni siz o marka ilə duyğusal bir bağ qurduğunuz üçün o markanı daha çətin dəyişdirərsiniz. Ona görə bizlər də bu gün həmişə birlikdə markanızın istehlakçıları ilə duyğusal bağ qurması üçün izlənməsi vacib olan təməl ünsürləri görəcəyik.

Bütünlük

Ortaq duyğu və düşüncələri paylaşmaq insanları bir araya gətirib, birlik halına gətirilməsini təmin edir. Burada diqqət yetirilməsi vacib olan nöqtə, yaratmaq istədiyiniz birliyi inteqrasiya olunduracaq prinsiplərə möhkəm möhkəm sarılmanız. Prinsiplərinizi təyin etməniz insanlar tərəfindən necə bir marka olduğunuzun daha asan başa düşülməsini təmin edir.

Etibar

İnteqrasiya olunma ilə olduqca əlaqəli olan etibarınız markanızın ən çox idarə altında tutmanız lazım olan elementi. Etibar tikmək üçün tutarlı olacağına diqqət yetirməniz vacib olan ən önəmli nöqtədir. Ola biləcək müştərilərinizin başında sizinlə əlaqədar təməl prinsipləriniz mövzusunda heç bir sual işarəsi meydana gəlməsinə icazə verməməlisiniz. Əsaslı bu məzmun içində düşünüldüyündə nizamlı bir böyümə, daha çox öyrənmə və daha çox məsuliyyət götürmək mənasını verir.

Güvən

Heç kim üçün sürpriz olmayacaq ən əhəmiyyətli element güvən yaratmaqdır. Güvən hamımızın hər sahədə həyatında mövcudluğunu istəyəcəyi, tarifin gizli komponentlərindən biridir. Markanız üçün yaradacağınız güvən isə markaya duyulan bağlılığı özü ilə gətirəcək.

Əlaqə

İctimai varlıqlar olaraq hamımız həyatımızın hər sahəsində çox müxtəlif əlaqələr içərisindəyik. Həm insani, həm də markalarla möhkəm əlaqələr qurmanın yolu bütünlük, etibar və güvən yaratmaqdan keçir. Yəni insanlarla bütün, etibar və güvən yaratmaq daha çox böyümə, daha yaxşıya və irəliyə getmənin önünü açır.

Yuxarıda bəhs etdiyimiz bütün elementləri markanızın olmazsa olmazları etməniz, istər fərdi istər işiniz ilə əlaqədar olsun, güclü bir marka yaratmanız üçün olmazsa olmaz dəyəri daşıyır. Corc Bradt belə deyirdi : “İnsanlar məhsulları satın almır, markaları satın alır.”

Mənbə : pazarlamasyon.com

Hazırladı : Müşviq Osmanlı

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

METAFİZİKA NƏDİR?

Qədim Yunan filosofu Aristotel, Fizika adı verilən bir qrup kitab yazmışdır. İlk versiyalarından birində Aristotelin araşdırmaları, bəzi kitab qrupları Fizikadan dərhal sonra yer almışdır. Bu kitablar fəlsəfi sorğulamanın əsas sahəsi ilə əlaqəlidir və o dövrdə bir adı yox idi. Bu səbəblə ilk Aristotel mütəxəssisləri bu kitablara  “ta meta ta fizika” yəni “fizika ilə bağlı kitablardan sonra gələn kitablar” adını veriblər. Bu, “metafizika” kəlməsinin qaynağıdır.

Dolayısı ilə etimoloji olaraq metafizika, Aristotelin toplu olaraq Metafizika adı verilən kitablarının mövzusudur. Etimoloji mənada “metafizika” sadəcə Aristotelin Metafizika kitabının araşdırma mövzusu mənasındadır.

Aristotelin bu kitablarının mövzusu nə idi? Metafizika 3 bölməyə ayrılmışdır:

Ontologiya
Teologiya
Kainat- elm.

Metafizika, fəlsəfənin bir qoludur. İlk fəlsəfəçilər tərəfindən, “fizika elmlərinin kənarında qalan” mənasını verən “metafizika” sözü ilə fəlsəfəyə qazandırılmışdır.

İncələmələri varlıq, varoluş, universal, xüsusiyyət, əlaqə, səbəb, kosmos, zaman, tanrı, hadisə kimi qavramlar haqqındadır.

Fizika, müşahidə edə bildiyimiz şeyləri açıqlamağa çalışır və ətrafımızda gördüyümüz hər şeyin necə olduğunu söyləyir. Metafizika isə ətrafımızda və içimizdə var olan şeylərin “niyə” si ilə maraqlanır,  görünən ilə görünməyən arasındakı əlaqəni ortaya çıxarmağa çalışır. Qısası, fizika isbata söykənir, metafizikanın isə qəti bir isbatı yoxdur.

Belə düşünə bilərik, bir meşədə olan  axar su, biz orada olmayanda səs çıxarmağa davam edərmi? Səs dediyimiz şey bizim hislərimizə xitab etdiyinə görə və axar suyun yanında olmadığımız üçün axar suyun səs çıxarmadığını söyləməyimiz doğru qəbul edilə bilər. Çünki eşitmədiyimiz bu hava titrəşmələri o anda tam olaraq səs deyil. Ətrafımızda bir şey olanda, onu duyğularımızla qəbul edirik, yaxşı,  bəs bizim hissiyyatlarımız xaricində gerçəkləşən şeylərin varlığını mənimsəməliyikmi? Metafizika, bunu çözməyə çalışır. Buna görə də fizika, bilinən və anlaşıla bilən şeyləri açıqlayarkən, metafizika fizikanın bir açıqlama edə bilmədiyi nöqtələrdə işə keçir.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +26 (from 30 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

MƏN KİMƏM?

Bizi əmələ gətirən ünsürlər nələrdir? Maddi ünsürləri onsuz da bilirsiniz; cəsədiniz -yaşınız, kilonuz, cinsiyyətiniz kimi şəxsinizə aid məlumatlar. Maddi ünsürləri təyin etmədə bir çətinlik olduğunu düşünmürəm. Əsas çətinlik mənəvi olaraq, “mən kiməm?” sualına cavab tapmaq. Cavablandırmağa çalışaq:

mən kiməm?Mən- zamanım. 
Doğumdan ölümədək yaşanan hər bir dəqiqə mənəm. Doğulmamışlar və ölmüşlər “mən kiməm?” sualına cavab aramır.Yaşadığın zamanda nə edirsənsə o sənsən. Bu baxımdan “Zamanımı necə xərcləyirəm?” sualı ilə “Mən kiməm?” sualı arasında bənzərlik var.
Həyatındakı müəyyən bir zaman aralığının, saatın, günün, ay və ya ilin keçmişini əhəmiyyətsiz hesab edirsənsə, bil ki şəxsiyyətinə böyük bir hücum edirsən. Yaşadığı zamana əhəmiyyət verməyən, özünü əhəmiyyətsiz hesab edir deməkdir. Bu mövzuda hədəfimiz, hər bir dəqiqənə əhəmiyyət vermək və planlamaqdır.

Mən- Əlaqələrim.
Ən çox əlaqə yaratdığın, danışdığın, paylaşdığın kəslər qısaca yaxın ətrafın “Mən kiməm?” sualına veriləcək ikinci əhəmiyyətli cavabdır. Sən ailənsən, yoldaşlarınsan, iş ətrafınsan. Bu insanlarla qurduğun ünsiyyət keyfiyyəti, sənə qarşı rəftarları, sənin yanaşmanın, sənin şəxsiyyətini meydana gətirən ana ünsürlərdir. Bu nöqtədə seçdiklərin, səni təyin edər. “Dostunu göstər deyim sən kimsən” – atalar sözündəki kimi…

Mən- İşim.
Seçdiyiniz iş və onun ünsürləri sizi təyin edən faktorların üçüncüsüdür. İşimiz niyə bizi təyin edir? Zamanımızın çoxunu işimizdə xərcləyirik. Ehtiraslarımız, hədəflərimiz, ideallarımız onunla təyin olunur. İş dünyasında əldə etdiyimiz tutum və davranışlar ümumi xarakterimiz olur. Səhv iş, səhv insan yaradar. İş, işi görən adamı özünə bənzətməzsə bədbəxt edər.

Mən- Düşüncəm, Mən- Davranışım.
Fransız filosof Dekartın Latınca yazımıyla “Cogito ergo sum” – Düşünürəmsə deməli varam. Yəni “Mən” ilə “Düşüncə” eyni tutulmuşdur. Təəssüf ki, bu yanaşma xalqa enməmişdir. Çünki düşüncə (həyat fəlsəfəsi) tətbiq sahəsni tapa bilmədiyi zaman bir heçdir və Məni təsvir etməkdən uzaqlaşar. Tarixdə çox az insan əvvəl düşünüb sonra yaşamışdır.. Düşünüb daha sonra icra edən bir cəmiyyət, fikrimcə, uğur əldə edə bilər.

“Dünyanı dəyişmək istəyirsənsə birinci özündən başla.” Öz həyatımızı da bu baxımdan araşdırsaq, dəyişmək üçün əvvəl davranışlarımızı dəyişdirməliyik. Deməli mən davranışlarımam.

Müəllif: Naz Ramizqızı

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +31 (from 33 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus