DÜNYANIN ƏN YAXŞILARI UĞURA NECƏ NAİL OLDU?

Xüsusi

Jason Jennings-fitretJason Jennings, dünyanın ən müvəffəqiyyətli iş və liderlik qürurlarından biridir. İlk kitabı “Böyük balıq kiçik balığı deyil, cəld balıq yavaş balığı ovlayar” və ikinci kitabı “Az, daha çoxdur” ilə bütün dünyanın özünü tanımasına nail oldu. Onun bazara çıxardığı üçüncü kitabı isə “Böyük düşün, təvazökar davran”dır. O, bu dəfə ən qazanclı şirkətləri hədəf altına alır. Minlərlə şirkət arasından müəyyən etdiyi 9 şirkəti uğurlu edən səbəbləri ortaya qoyur. Beləliklə, Jenningsə görə “Dünyanın ən qazanclı şirkətlərini” zirvəyə aparan 10 təməl strategiya.

Jennings, kitabında yer alan şirkətləri 22 min şirkət arasından seçti. Müəyyən edilmiş kriteriyalara görə də seçmələrdən keçirdi. Ardından sabit şəkildə böyüyən 9 şirkəti təyin etdi. Onların strategiyalarını və sirlərini ortaya çıxardı. Jason Jennings ən yaxşıların 10 sirrini belə izah edir:

1. TƏVAZÖKAR İDARƏÇİLƏR

Tapdığımız ən heyrətləndirici özəlliklərdən biri, sözügedən şirkətlərdəki bütün idarəçilərin, yəni CEO ( Chief Executive Officer ) və bütün idarəçi kadrların olduqca təvazökar insanlar olması idi.Nümayişdən uzaq ofislərdə işləyir,təvazökar evlərdə yaşayır və təvazökar maşınlar idarə edirdilər.
Bir başqa heyrətləndirici ünsür isə evlərində istifadə etdikləri telefonların kontakta qeydli olması idi.Hətta bir CEO ilə bu heyrətimi paylaşdığımda, mənə baxıb belə dedi : “Sadəcə 2 qrup insan məni evdən axtarmaq ehtiyacı hiss edə bilər. Bunlar da həll edə bilmədikləri problemlər üçün işçilərim və müştərilərim. Hər ikisinin də məni axtardıqlarında tapmaqlarını istəyərdim.” Bildiyimiz klassik liderlərin əksinə bu liderlər özlərini öyrədici və yol göstərən olaraq görürlər.

zaman2. ZAMANIN YÜZDƏ ƏLLİSİ MÜŞTƏRİDƏ

9 şirkətin bütün liderləri zamanlarının ən az yüzdə əllisini müştərilərə xərcləyirlər. Onlar vaxtlarının yarısını müştəriləri axtararaq, onların ehtiyaclarını birə-bir təsbit etməklə keçirirlər. Bu da idarəçilərin işin tam qəlbində yer almaqlarını təmin edir. Bazarda nələrin baş verdiyini anında öyrənirlər. İşçilər də liderlərinin özləri kimi və onlarla birlikdə işləməsi ilə daha çox motivasiya olurlar. Halbuki bir çox böyük şirkətlərdə idarəçilər və CEO`lar, insanların onlardan uzaq durması üçün assistentlərlə əhatə olunmuş mərkəz ofislərində otururlar.

3. İŞÇİLƏRƏ GERÇƏK DƏYƏR

Şirkətlərin ortaq özəlliklərindən biri də işçilərinə verdikləri dəyər və bu dəyəri ən yaxşı şəkildə ortaya qoymaqdır. Bu mövzuda həqiqətən çox uğurludurlar. CEO və idarəçilərin mediaya verdikləri müsahibələrdə və ya illik şirkət iclaslarında işçilərini nəzərdə tutaraq “biz bir ailəlik” deyə nitq söyləmələri çox populyardır. Amma bu qətiyyən səmimiyyətsiz və yalan bir ifadədir.
Bizim araşdırdığımız şirkətlər isə işçilərinə gerçək dəyər verir və bunu sözdə deyil, hər şəkildə göstərirlər. Əvvəla işçilərinə, yaratdıqları dəyərin qarşılığını verirlər. Ödənişlər barədə ədalətlidirlər. Doğru insanları əllərində tutmaq və onlardan səmərə almaq üçün əməklərinin qarşılığını ədalətli bir şəkildə verməli olduqlarının fərqindədirlər.
Ən önəmlisi, işçilərinin fikirlərinə dəyər verirlər. Bu şirkətlərdə yüksək eqolar yoxdur. Bu şirkətlərdə fikrin kimdən gəldiyi də önəmli deyil. Önəmli olan sadəcə fikrin yaxşı olmasıdır.

müştəri4. İŞÇİLƏR QƏRAR MEXANİZMASINDA

Bu şirkətlər, işçilərinin qərar mexanizmasının içində yer almaqlarını təmin edirlər. Bu mövzuda sizə bir örnək verim. Koch İndustries, bir çox sektora məsləhətçilik xidməti verən Kansas mərkəzli beynəlxalq bir şirkətdir. Şirkətin illik gəliri 60 milyon dollardır. Koch İndustries`in CEO`su ilə görüşməyə getdiyimdə, “Tanış olmağını istədiyim biri var” deyərək məni 26 yaşındakı gənc bir adamın yanına apardı. Tanış olarkən də, “Beləliklə, bizim 4 milyard dollarlıq adamımız” dedi. İlk əvvəl nə demək bir şey anlamadım və 4 milyard dollarlıq adam deyərkən nə demək istədiyini soruşdum. Qarşılığında bu cavabı verdi: “5 ay əvvəl bizim üçün 4 milyard dollarlıq bir qərar verdi.“ Ofisinə geri dönərkən yolda ona, niyə 26 yaşındakı birinə dörd milyard dollarlıq qərar alma hüququnu verdiyini soruşdum. Bir axmağa baxar kimi mənə baxdı və “Çünki qərar veriləcək mövzuda məndən daha çox bilgisi var” dedi.

5. QAZAN-QAZAN STRATEGİYASI

Şirkətdə hər kəs qazan-qazan mövqeyini yaratmağa çalışır. Heç bir kəs işinin sadəcə məhsul və ya xidmət satmaq olduğunu düşünmür. Şirkət içindəki rollarını, həm işlədikləri şirkət həm də xidmət verdikləri müştərilər üçün qazan-qazan vəziyyəti meydana gətirəcək nəticələr yaratmaq olaraq görürlər. Fikrimcə Oracle, bütün dünyada müştəriləri tərəfindən ən çox nifrət edilən şirkətlərdən biridir. Şirkətin çox ağır işləyən bir çalışma üsulu var. Məhsul və xidmətləri çox tez köhnəlir və bu vəziyyət müştəriləri yenidən məhsul almağa məcbur edir. Kitabda yer alan heç bir şirkətdə belə bir vəziyyətin varlığından söhbət belə gedə bilməz.

6. İŞÇİ VƏ MÜŞTƏRİ İLƏ ÖZƏL BAĞ

Mən San-Fransisko yakınlarında bir neçə min insanın yaşadığı kiçik bir qəsəbədə yaşayıram. Bu qəsəbədən ayrılıb başqa bir yerdə yaşamağı isə əsla düşünmürəm. Bunun səbəbi qəsəbənin gözəlliyi deyil. Mənim o qəsəbədə insanlarla qurduğum bağdır. Bu şirkətlər də işçiləri və müştərilərinə bir cəmiyyətə aid olma duyğusunu yaratmaqda müvəffəqiyyətlidirlər.
Məsələn, Strawer Universiteti , bunu ən uğurlu olaraq edənlərdəndir. Strawer, 30 kampusu və 30 min tələbəsi olan bir universitetdir. Amma hər hansı bir universitet deyildir. Strawerə yalnız 25-45 yaş arası heç universitet oxumamış və artıq universitet diplomu almaq istəyən şəxslər qəbul edilir. Bu şəxlər də adətən işlədikləri üçün, dərslər gecə saatların və həftə sonlarında keçirilir. Universitet, eyni məqsəd və təməldə və eyni şərtlər altında görüşən insanları bir araya gətirdiyi üçün də tələbələri arasında digər universitetlərdəkindən daha fərqli və güclü bir bağ yaranmasını təmin edir.

rəqabət-rəqib7. RƏQİBLƏRİNİN KİM OLACAĞINI BİLİRLƏR

Bu mövzu araşdırmalarımda məni ən çox heyrətləndirən mövzulardan birisidir. Çünki, bütün bu şirkətlər rəqiblərinin kim olacağınıa dəqiqliklə qərar verirlər. Bilirsiniz, bir çox şəxs bir mağaza ya da bir şirkət açar və sonra hər kəslə rəqabət etməyə başlar. Amma bizim araşdırdığımız şirkətlərdə vəziyyət biraz fərqli idi.
Bunu da bir örnəklə açıqlamaq istəyirəm. Kitabdakı şirkətlərdən də biri Petco. Bu şirkət ev heyvanları üçün yemək və lazımi məmulatlar satan bir pərakəndə mağazadır. Amerikada toplam 700 mağazası yerləşməkdədir. Şirkət illər öncə kimlərlə rəqabət etməyəcəyinə qərar verdi. Bunlar da Wal-Mart və baqqallar idi. Əgər Wal-Mart ilə rəqabət etsə idilər, mütləq şəkildə uğursuz olacaqdılar. Eyni şəkildə ev heyvanları üçün yemək satan baqqallar ilə də rəqabət uğursuz olacaqdı. Bu səbəblə də özlərinə xas məhsullar satmağa qərar verdilər. Onların məhsulları həm təzə, həm də bəsləyici olacaqdı. İnsanlar istədikləri miqdarda ala biləcəklərdi.
Petco mağazalarında güvənli məhsullara kiçik qablarda yer verdi. Ev heyvanlarını uşaqları kimi görən qadınlara da istiqamətlənmiş özəl qablar dizayn etdi. Beləliklə, həm sadəcə ucuzluq konsepti üzərində qurulmuş Wal-Martla, həm də məhsulları böyük paketlərdə satan və özəl dizayn qabları olmayan baqqallarla rəqabət etmək məcburiyyətində qalmadı.

8. ÇOX MÖHKƏM RƏQABƏTÇİLƏRDİR

Kitabda yer alan hər bir şirkət gerçəktən rəqabətin sıx yaşandığı bazarlarda fəaliyyət göstərir. Ancaq, az öncə qeyd etdiyim kimi, rəqabətdə kiminlə qarşı-qarşıya gələcəklərinə qərar verirlər. Bugün iş dünyasında getdikcə daha çox tətbiq olunan və mənim çox mənasız gördüyüm bir iş görmə tərzi var. Bir çox şirkətdə bir çox idarəçi və lider bütünlüklə zaman itkisi olan iclaslarda oturub onun üçün strategiyamız nə olacaq, bunun üçün strategiyamız nə olacaq deyə davamlı olaraq qərar almağa çalışırlar. Halbuki bu kitabdakı idarəçi və liderlər belə tətbiqlərə gülürlər və sadəcə müştəri və işçilərini məmnun etməyə çalşırlar.

təşəbbüskar rol9. TƏŞƏBBÜSKAR ROLA SAHİBDİRLƏR

Mən təşəbbüskar kəliməsini bir neçə kəliməylə yan-yana düşünürəm.Yani təşəbbüskar deyincə həmin an bərabərində ağlıma şövq, əyləncə, bağlılıq, həyacan və ümid kəlimələri gəlir. Təşəbbüskar ruhu daşıyanlar sanki bir şeyləri gerçəkləşdirmə məqsədiylə bir araya gələn tanışlarmış kimi.Əslində bizim bu 9 şirkətdə tapdığımız da tam mənasıyla bu təşəbbeskar ruhu idi. Bəziləri yüz ildən daha çox keçmişə sahib olan bu şirkətlərdə biz şövqü, ümidi, həyacanı, bağlılığı və həvəskar ruh deyincə ağla gələn bütün digər ünsürləri tapdıq. Bu şirkətdə işləyənlərin hamısı canı-qəlbdən bir şəkildə orada olmaqdan xoşbəxt idilər.

10. SABİT VƏ DOZASINDA BÖYÜMƏ

Sürətli böyüməyə əsla getmədilər. Bir çoxu böyüdüklərindən daha çox böyüyə bilərdilər, bunu özləri də bilirlər. Lakin onlar daha çox böyüməməyi seçdilər. Bu 9 şirkəti uğura aparan ən önəmli faktoru qətiliklə insanlar meydana gətirir.

SABİT BÖYÜMƏ NECƏ TƏMİN EDİLƏR?

• Öncəliklə təvazökar, işin içində bütünlüklə yer alan liderlər. Davamlı olaraq yeni işlər inkişaf etdirə biləcək bir mühit. Rəqiblərini diqqətlicə seçmək. Gələcəyin liderlərini öz içində yetişdirmək
• Əgər məndən bu şirkətlərin uğurlarını sadə bir şəkildə izah etməm istənsəydi, belə deyərdim: şirkətlərdəki ən üst səviyyə (idarəçilər də daxil) hər kəsin özünü bəsit bir işçi olaraq görməsi bu şirkətlərə uğuru gətirdi.
• Məqsədləri sahildə villa almaq deyil. Hər nə qədər zəngin olsa da, məqsədləri zənginliklərini artırmaq deyil. Yəni, sahildə villa almaq, bahalı bir Mercedes sürmək və 5 min dollarlıq bir Armani dəst geyinmək üçün çalışmırlar.
• Yeniliyə çox açıqdırlar. Bir vaxtlar onların uğurlu olmalarına səbəb olan məhsulu istehsal etmək artıq daha parlaq bir fikir kimi görünmürsə, o məhsuldan rahatlıqla imtina edə bilərlər.
• Heç biri ilk işlərini görmür. 9 şirkətin 9-na da baxdığımızda heç birinin əslində ilk başladıqları işlərdə olmadıqlarını görürük. Bu arada sizinlə paylaşmaq istədiyim bir örnək var. Kitabda yer alan şirkətlərdən biri evli bir cütlük tərəfindən qurulan “Medline”-dir. “Medline” istehsalçı olmalı ikən satın almacı oldu. Cütlük şirkəti qurduqları ilk illərdə xəstəxanada işləyən həkim və tibb bacıları üçün uniforma tikirdilər. Zamanla işi böyütdülər və xəstəxanada istifadə edilməsi üzərinə, yenə uniformadan, yataq çarşaflarına qədər məhsul çeşidlərini yüz minə qədər çıxartdılar. Beləliklə tam bir istehsalçı şirkət halına gəldilər. Bugün isə şirkət fərqli bir yöndə fəaliyyətlərinə davam edir. Artıq uniforma tikib xəstəxana ləvazimatları istehsal etmir, xəstəxanaların bütün satın alma işlərini gerçəkləşdirirlər.

Mənbə: Business Ideas
Hazırladı: Nərmin Heydərova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 11 votes)

Nərmin Heydərova

Fitret.az yazarı. Müəllim.

 
Facebook

İDEAL CÜTLÜK

Bir çox insanın prioritetli xəyalları arasında xoşbəxt və sağlam bir birlikdəliyə sahib olmaq var. Məşhur psixoloq, yazıçı və sosial alim David Niven,  ’The 100 Simple Secrets of Great Relationships’ kitabında ( Mükəmməl münasibətlərin 100 sadə sirri ) mükəmməl bir münasibətə çatmağın sirlərini açıqladı. Marie Claire jurnalı bu özəl sirləri tərtib edib..

Etdiyi araşdırmalar səbəbi ilə Ohio Dövlət Universiteti və Harvard universiteti tərəfindən bir çox dəfə mükafata layiq görülən məşhur yazar David Niven xoşbəxt ailələrin, sağlam və uğurlu insanların 100 sirrindən sonra “İnsan münasibətlərinin 100 sirri” adlı kitabı ilə xoşbəxt və sağlam bir bərabərliyə gedən yolda atılmağı lazım olan addımları oxucuları ilə paylaşır.

MÜQAYİSƏ ETMƏYİN

Niven xoşbəxtliyə çatmaq istəyənlərə müqayisə etməkdən qaçınmağı tövsiyyə edir. Həyatımızı başqalarınınkı ilə müqayisə etmək onu dəyişdirməz. Lakin yazarın fikrinə görə öz həyatımız ilə bağlı necə düşündüyümüzü dəyişdirər! Beləcə, bir yoldaşımızın, mükəmməl bir münasibətin xoşbəxtliyini yaşadığını gördüyümüz zaman öz münasibətimizi sorğulmağa başlayırıq. Problemlər yaşadığını gördüyümüz zaman da öz münasibətimizin daha yaxşı olduğunu düşünürük.

PƏRİ NAĞILLARINA ALDANMAYIN

Yazarın fikrinə görə, hər nə qədər hekayələrdə yaşanan böyük sevgiləri yaşamağı gözləməsək də, içdən-içə bunun xəyalını qururuq. Nivenə görə, etməli olduğumuz, xəyalını qurduğumuz sehri, partnyorumuza qarşı duyduğumuz sevgidə görmək və nağıllarda yaşanan şeylərin gözləntisində olmamaqdır.

ORTAQ BİR MARAQ SAHƏSİ YARADINİdeal cütlük

Günümüzün çox hissəsini  kariyera arxasınca qaçmaq və gündəlik vəzifələrimizi yerinə yetirməklə keçiririk. Bu da insanların münasibətlərində ortaq maraq sahələri tapmağa çalışmalarını son dərəcə önəmli edir. Çünki ortaq maraq sahələri, partnyorlar arasında pozitiv bir ünsiyyət və əyləncənin yaranmağını dəstəkləyir.

ZEHNİNİZİ OXUMAĞINI GÖZLƏMƏYİN

Üzücü bir vəziyyətdə olduğunuz zaman partnyorunuzun, sıxıntınızı öz-özündən anlamağını gözləməyin. Qarşı tərəf, zehninizi oxuya bilməz. Əksəriyyətimiz, partnyorumuza duyğularımızı anlatmadan, onu, bizi yalnız buraxmaqda ittiham edirik. Etməli olduğunuz, partnyorunuza hiss etdiklərinizi anlatmaqdır.

TƏLƏSMƏYƏ EHTİYAC YOXDUR

İnsanların evlənməyə və uşaq dünyaya gətirməyə qərar verdiyi yaş dilimi, son yüz ildə, hər on ildə bir artır. Yazarın fikrinə görə, bu halın maddi basqılar və azadlğını elan etmək kimi bir çox səbəbi var. Tələsməyinizə ehtiyac yoxdur. Çünki münasibətlər, birinci gələnin mükafatlandırıldığı bir yarış deyil. Kitabda yer alan araşdırma, gec yaşda evlənməyin nə həyat, nə də yaşanan münasibət üzərində neqativ bir təsiri olmadığını sübut edir.

YUMOR HİSSİNİZİ İNKİŞAF ETDİRİN

Yazarın fikrinə görə bir qadın vİdeal cütlükə kişi münasibətində yaxşı bir yumor anlayışına sahib olmağın orta bir günü daha əyləncəli etməyə və pis bir günün yükünü azaltmağa faydası olar. Yazar, bu yomor hissinin pozitiv bir yönü olmağı gərəkdiyinin altından xətt çəkir. Çünki neqativ zarafatlar sadəcə təzyiqi artırır.

KEYFİYYƏTLİ VAXT

Əgər birlikdə ən çox zaman keçirmək istədiyimiz  insanı tapmışıqsa,  niyə də onunla mümkün olan ən keyfiyyətli zamanı birlikdə keçirməyək! Çünki münasibətlər birlikdə keçirilən zamanın miqdarı ilə yox, keyfiyyəti ilə inkişaf edir!

GƏLƏCƏK ÖNƏMLİDİR

Yazarın fikrinə görə bəzi insanlar münasibətlərinin uğurlu bir keçmişi varsa  o zaman edilməsi lazım olan hər şeyin  öhdəsindən gəlinmiş  olduğunu düşünmə yanılğısına qapılmış olur.  Halbuki, münasibət  keçmişə  yox, gələcəyə doğru inşa edilər.

AÇIQ OLMAQ ŞƏTDİR

Bir münasibətin xoşbəxt və ya xoşbəxt olmadığını düşünün. Partnyorların bir-biriləri ilə necə ünsiyyət qurduqları çox önəmlidir.  Yazarın fikrinə görə sağlam bir münasibət içində olan cütlüklər, yaxşı ya da pis hər nə yaşayırlarsa, bunu partnyorları ilə paylaşırlar. “Heç bir şeyi içinizdə saxlamayın! Çünki öz gerçəkliyinizi paylaşdığınız zaman həyatınızı da paylaşmış olacaqsınız və bu müddətdə partnyorunuz ilə aranızda yaranacaq olan bağ hər şeyin öhdəsindən gəlməyinizdə sizə kömək olacaqdır! ”

ONUNLA DOST OLUNİdeal cütlük

Fərz edin ki, biri ilə maşında uzun müddət davam edən bir yolculuğa çıxacaqsınız.! Bu müddət ərzində bu insana son dərəcə yaxın olacaqsınız. Dolayısı ilə həmin insanın eyni zamanda dostunuz olmağını da istəyərsiniz. Münasibəti davam etdirən, keçici həyəcan və ya zövqlərdən daha çox dostluq, qarşılıqlı hörmət, heyranlıq və maraq olacaqdır. Uzun müddətli münasibətlər, inkişaflarını və həyatda qalmalarını sağlam bir dostluq təməlinə borcludurlar!

XOŞBƏXTLİYİ ÖNCƏ ÖZÜNÜZDƏ AXTARIN

İnsanlar, sevgi dolu münasibətlərə ehtiyac duyarlar. Hamımız yaxın sosial münasibətlərdən fayda görərik. Lakin çoxumuz, münasibətin bizi tamamlayacağına, həyatımızdakı boşluqları dolduracağına inanarıq! Halbuki, gerçəkdə kim olduğunuzla bağlı olaraq xoşbəxt deyilsinizsə, bir münasibət bu vəziyyəti dəyişdirməyəcəkdir! Bu, sağlam bir münasibəti davam etdirməyinizi də çətinləşdirəcəkdir!

PULUN ÖNƏMİ AZALIR

Xəyalımızdakı partnyor varlı biri ola bilər. Lakin varlı bir insanla bir münasibət yaşamağa başladıqdan sonra pulun önəmi , münasibətinizi dəyərləndirərkən təsirsiz bir hala gələcək! Kitabda yer alan araşdırma nəticəsinə görə, sadəcə gəlirin hakim olduğu bir münasibətin uğuru ilə bağlı bir söz demək  imkansızdır! Çünki sərvət , bir münasibətin uzunluğu və məmnuniyyət  dərəcəsi üzərində əlaqəsizdir!

ONA ƏHƏMİYYƏT VERİN

Fikir, zövq və seçimlərinizin mükəmməl bur uyğunluqla görüşdüyü  bir münasibəti təəssüf ki, yaşamayacaqsınız! Niven, bu boş fantaziyaya üstünlük verməməyinizdə də  israr edir..  Ziddliklərin daima münasibəti canlı tutduğunu, uyuşuqluq hissindən uzaqlaşdırdığını və fərd olaraq inkişafı artırdığını müdafiə edir. Münasibətinizdəki çətin zamanlarda sizin üçün ən önəmli olanın nə olduğunu qarşı tərəfə göstərməlisiniz! Fərqliliklərə rəğmən ona dəyər verdiyinizi göstərməyiniz , sağlam bir münasibətin təməlini yaradar.

SORĞULMAĞI BURAXIN

Çoxumuz,  birlikdə olduğumuz insanın keçmişi ilə maraqlanırıq. Xüsusilə də ciddi münasibətləri ilə. Bu, zamanla narahatlıq, müqayisə etmə və sonda  dalaşmaq həddinə gətirib çıxaracaqdır. Siz, birlikdə olduğunuz insanın keçmişdəki partnyorları ilə  yarış içində deyilsiniz.

ÖZÜNÜZƏ İNANIN

Münasibət bir ehtiyac deyil. Əslində, sağlamlığınız və xoşbəxtliyiniz üçün bir münasibətə ehtiyacınız yoxdur. Yaşadığınız münasibət bəlkə də həyatınızın önəmli bir hissəsini təşkil edə bilər, amma siz həyatda qalmaq və inkişaf etmək üçün gərəkli olanlara onsuz da sahibsiniz! İçində olduğunuz vəziyyət hər nə olursa olsun, özünüzə inanın və öncə tək başınıza ayaqda dura bildiyiniz gerçəyini qəbul edin.

ÇEVRƏNİZDƏKİLƏRİN FİKİRLƏRİNİ DİNLƏMƏYİNİdeal cütlük

Önəmli bir qərar verməli olduğunuz zaman adətən,  ikinci bir fikir alırıq! Niven, bu cəhdi  qətiyyən dəstəkləmir. İki insanın yaratdığı dünyanı, aradakı ünsiyyət ya da elektrikin seyrini üçüncü insanların əsla analiz edə bilməyəcəyini  vurğulayır və maraqlı  fikirlər söyləyir : “Birincisi, heç kim sizin həqiqtən nəyə ehtiyac duyduğunuzu  və nəyə dəyər verdiyinizi sizdən yaxşı dəyərləndirə bilməz.  İkincisi , insanlar başqalarının münasibətləri mövzusunda öz münasibətlərinə nəzərən daha mənfidirlər. Qısası, fikrini aldığınız insanlar,  münasibətinizdə neqativ yönləri görməyə pozitiv yönləri gömrəkdən daha çox meyillidir! ”

QORXUYA MƏĞLUB OLMAYIN

Öz ayaqları üzərində duran, nə istədiyini bilən bir qadın olmağınıza rəğmən mənliyinizi doğru şəkildə yansıtmağınız,  bəzi zamanlar mümkün olmaya bilər. Fobiyalar, münasibətlərə mənfi yöndə təsir edən səbəblər arasındadır. O, əslində necə biridir, keçmişdə yaşadıqlarınızı yenə yaşayacaqsınızmı, sizdən necə bir birlikdəlik gözləyir, məncildirmi, məsuliyyətsizdirmi? Bu kimi suallar hər qadının həyatının bir dönəmində zehninə toplana  bilər. Halbuki, mənfi bir vəziyyət ilə qarşılaşdığınız zaman münasibətinizi sorğulamağı buraxmağınız lazımdır.

İŞLƏRİNİZİ EVƏ GƏTİRMƏYİN

İş gününüz bitəndə işiniz tamamilə ofisdə qalmalıdır. Zehninizdən də silinməlidir! Kitabda yer alan bir araşdırma nəticəsinə görə işləməyə ya da iş düşünməyə hardasa heç ara verməyən iş düşkünlərinin  digər insanlara nisbətən özəl yaşamlarından məmnun olduqlarını söyləməmələrinin 3 qat daha mümkün bir hal olduğu bildirilir.

ACILARINIZI UNUTMALISINIZ!

Qırıldınız və sonra sizdən üzr istənildi. Çox acı çəkdiniz amma qarşı tərəfi bağışlamağa qərar verdiniz. Lakin içinizdəki acı dərhal ortadan itmir və hiss etdiyiniz bu acının travmasını içinizdə daşıyırsınız. Lakin bu acını geridə buraxa bilməyi öyrənməlisiniz! Çünki acını içinizdə tutmağınız, yaranın təzə qalmasına səbəb olar.

MÜKƏMMƏLİ AXTARMAĞI BURAXIN

Günümüzdə xoşbəxt olmayan birlikdəliklərin bəlkə də ən böyük səbəbi, “Daha mükəmməlini yaşaya bilərəm” düşüncəsindən qaynaqlanır. Sağlam və qane edici bir münasibət daima mövcuddur ya da yaradıla bilər! “Mükəmməl münasibət” deyə bir anlayış əsla var olmamışdır. Bu səbəblə, hər mövzuda sizinlə həmfikir olan ya da hər an sizi xoşbəxt edə biləcək biri ilə qarşılaşmağı israrla gözləmək yerinə, sizi ən çox qane edən münasibəti yaşıllaşdırmağı yoxlamalısınız.

 Mənbə:  www.kigem.com
Tərcümə etdi:  Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

QADINLARDA “40 YAŞ SİNDROMU”

Qəbul etmək istəsələr də, istəməsələr də 35-45 yaş arasında qadınlar “40 yaş sindromu”nu yaşayırlar. Bu yaşlarda indiyə qədər etdikləri və edə bilmədiklərini gözdən keçirib peşmanlıq hissi duyurlar.
qadınlarda 40 yaş sindromuXarici görünüşlərindən narahat olmağa başlayırlar. Bəyənilməmə qorxusu yaşayırlar. Görünüşləriylə bağlı dəyişikliklər etmək istəyirlər. Bu istək həyat yoldaşları tərəfindən razılıqla qarşılanarsa bir müddət rahat ola bilirlər.
Qadınların əksəriyyəti 35 və üzəri yaşlarda çətin bir dövr yaşayırlar. Bu dövrdə qadınlar özlərini heç də xoşbəxt hiss etmir. Sağlamlığında baş verən hər hansı problemi çox ciddi qarşılayır. Bir-birinə zidd olan duyğuların yaşandığı bu “40 yaş sindromu”nda əksər qadın bu mərhələni çox çətin keçirir. Əgər bu yaşa qədər qadın öz məqsədlərini gerçəkləşdirməyibsə, istədiyi kimi xoşbəxt bir həyat sürməyibsə, 35-45 yaşları arasında bu krizə yaxalanmaq ehtimalı böyükdür.
Mütəxəssislərin fikrincə 40 yaş həyatın durğunlaşdığı, iş və sosial həyatda bir zəifləmə hiss edilən dövrdür. Lakin keçici bir mərhələ olduğu üçün “40 yaş krizi’ adlandırılır. Kişilərə nisbətən qadınlar daha həssas xarakterə sahib olduqları üçün bu dövrdə də olduqca həssas olurlar. Araşdırmaların bir çoxunda göstərilir ki, bu mərhələdə hormonlarda baş verən dəyişikliklər də öz təsirini göstərir. Lakin bu barədə konkret bir fikir söyləmək doğru deyil. Qadın 40 yaşında hələ öz hədəflərinə çatmayıbsa, bunun həyat yoldaşı və ya sevgilisi tərəfindən də bəyənilmədiyini düşünür və bu hiss onu daha çox narahat edir. Həmçinin iş yerində karyera baxımından istədiyi yerdə deyilsə, hələ ailə qurmayıbsa, ana deyilsə, bu sindromu yaşama ehtimalı daha çoxdur.
Bu yaşlarda qadının aldadılması onun üçün gənclik dövrünə nisbətən çox ağırdır. Əgər gənc ikən, ” Hələ irəlidə daha gözəl bir həyat var, daha doğru insana rast gələrəm ” düşüncəsi ilə yaşayırsa, indi hər şeyin sonu olduğunu düşünür.

qadınlarda 40 yaş sindromu

Əvvəllər fikir vermədikləri qüsurlara indi daha çox diqqət yetirərlər.

Övladları olan və xoşbəxt bir ailə həyatı olan bir qadın bu mərhələni rahatlıqla keçirə bilər.
40 yaş sindromunda qadın həyatını gözdən keçirir- arzuları və bu arzulara qarşılıq yaşadığı həyat. Həyata keçirə bilmədikləri şeylər üçün yaşadığı peşmançılıq hissi. Həyata keçirmədiyi arzularını bu gün gerçəkləşdirmək istəyər, amma artıq gec olduğunu düşünər, daha gənc olmadığını düşünər və çox istəyindən imtina edər. Bir sözlə, yaşlandığını düşünər. Çəkinin artması, saçların ağarması, tökülməsi, üzdəki qırışlar gözəllik hərisi qadınları məyus edər. Özündən küsər.
Görünüşündən narahat olduğu üçün yaşlanmanı gecikdirən kosmetik vasitələrdən istifadə edər. Plastik əməliyyatlara üstünlük verərlər. Əvvəllər fikir vermədikləri qüsurlara indi daha çox diqqət yetirərlər. Geyimlərinin daha gözəl və yaşlarıdan gənc göstərəcək olmasına diqqət edərlər. Bəzən həyat yoldaşı və uşaqlarından da uzaqlaşmaq, dinamik, əyləncəli bir həyat yaşamaq istəyərlər.
Bu zaman qarşı tərəfin daha anlayışlı olması lazımdır. Qadın paylaşacağı, ona dəyərli olduğunu hiss etdirəcək bir insanla özünü məmnun hiss edə bilər.
Çox zaman qadının özünü yaşlı hiss etməsinə səbəb, elə ən yaxınları olur. Hər şeydə “Bu sənə uyğun deyil , sənin artıq o yaşın deyil”  deyərlər. “Gənc olmasan da ruhən gəncsən” deyərək o qadına kompliment dediyinizi zənn edərsiz, amma əksinə bu sözlərlə “artıq yaşın çoxdur ” mesajı verərsiniz.
Hər hansı bir işdə onları önəmsəməyib, gənclərin işinə daha çox qiymət verir və gənclərin həvəsləndirilməyə ehtiyacı olduğunu düşünürsünüzsə, yanılırsınız. Gənclik, elə ilhamlanmaq üçün böyük səbəbdir.
Bir şeyi anlamaq lazımdır. Həyat mərhələlərdən ibarətdir. Uşaq, yeniyetmə, gənc, orta yaş, qoca və ahıl dövrlərini yaşayır, insan.  Hər yaşın özünəməxsus gözəllikləri var. Gənc olmaq hələ hər şey demək deyil. Gənclik çox tez ötüb keçir. Vacib olan faydalı olmaqdır. Faydalı insan, hansı yaşda olur-olsun, faydalıdır.
Qadınlara sözüm isə, yaşa görə üzülməyə dəyməz!
Hiss etdiyiniz yaşdasınız, özünüzü hər yaşda sevin!

Hazırladı: Psixoloq Rübabə

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +40 (from 42 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

ACGÖZLÜK DEPRESSİYA YARADIR

Dövrümüzdə dünya iqtisadiyyatı gündən-günə sürətlə inkişaf edir. Genişlənən iqtisadiyyat və böyüyən istehsalçı-istehlakçı münasibətləri də öz növbəsində yeni problemlərə yol açır. Mütəxəssislər sürətlə artan istehlakçı tələbatının səbəbini “acgözlük” faktorunda görürlər. O cümlədən “nə qədər çox şeyə sahib olsaq, o qədər çox xoşbəxt olarıq” düşüncəsinin də zamanla yanlış düşüncə olduğu meydana çıxdı. Belə ki, çox vaxt sahib olduqlarımız bizə yetərli gəlmir və bütün ehtiyaclarımızı ödəsək belə yenilərinin axtarışına çıxırıq. Lazım olduğundan çox qidalanırıq, alış-veriş edirik, daha çox seksual münasibət axtarışında oluruq və zaman keçdikcə bütün bunları daha çox istəməyə başlayırıq.karyera sindromu İş yerlərimizdə də “acgözlük” edirik və kariyeramızda yüksəlişə doğru gedən yolda səhvlərə yol veririk. Pul qazandıqca daha çox qazanmaq istəyirik. Bütün bunlar isə bizə stress yaşadır, həyatımızı yaşanmaz hala salır, daha az şeylərdən zövq almağımıza, “acgöz” və şikayətçi olmağımıza səbəb olur. Bədənimiz doysa da ruhumuz ac qalır. Belə vəziyyətdə isə içimizdə olan mənəvi boşluğu doldura bilmək üçün mənfi davranışlara əl atırıq.
Aparılan araşdırmalarda bəzi əsas ehtiyacları ödəmək üçün lazım olan maddi vəsait ilə reallıqda lüks ləvazimatlara ödənən maddi vəsait müqayisə edildikdə inanılmaz mənzərə meydana çıxır. Belə ki, bütün dünya üzrə qadınlar bir il ərzində makiyaj vasitələrinə 18 milyard, parfumeriyaya isə 15 milyard dollar pul xərcləyirlər. Davamlı olaraq bədənə “pul xərcləmək” və bədənimizin sərhədsiz tələblərini həyata keçirməyə çalışmaq bir çox xəstəliklərin yaranmasına səbəb olur. Elm və texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə şəhərləşmə, ticarət, sənaye, turizm və digər bütün sahələrdə olan yüksəliş insanın mənəvi və ruh sakitliyindən çox maddi varlığına xidmət edir.

Yaşadığımız dövrdə istehlak artımı istehsalın çox böyük rəqəmlərə çatması və minlərlə yeni məhsulun bazara çıxması ilə özünü göstərir. Bundan əlavə bu məhsulları insanlara ehtiyac olaraq aşılamaq və satışını həyata keçirmək üçün reklam kompaniyaları həyata keçirilir. Bütün dünya miqyasında hər il təxminən 500 milyard dolların xərcləndiyi reklam kompaniyaları insanları boyuk bir rəqabətə cəlb edir. Davamlı olaraq istədiklərimizi alırıq, amma xoşbəxt deyilik. Çünki daha çox şeyə sahib olduqca əksinə olaraq sahib olduqlarımızın daha az fərqinə varırıq. Daha çox pul xərclədikcə özümüzdən də asılı olmadan böyük bir macəranın qurbanına çevrilirik.
Psixoloji aclıq və davamlı olaraq qidalanma istəyi də bir çox mənfi hallara səbəb olur. Piylənmə təkbaşına olmasa da səbəb olduğu bir çox önəmli və öldürücü xəstəliklərlə istər sağlamlığımıza, istərsə də sosial münasibətlərimizə ciddi zərbə vurur. Qidalanma istəyi idarə olunmadıqda kökəlmə baş verir ki, bu zaman həm duyğularınıza yadlaşır, həm də öz bədəninizdən xoşlanmaz hala gəlirsiniz.Əslində istəklərimizin təmin olunması az qidalandıqda, ruhən doyduqda və hər şeyə sahib olmaq arzusundan əl çəkdiyimiz zaman baş verir.
Başqalarının həyat tərzlərinə baxıb onların sahib olduqlarına sahib olmaq istəyirik. modern həyatÖz həyatımızı başqalarının həyatı ilə müqayisə edib, başqalarının xoşbəxtliyini istəyirik. Davamlı olaraq axtarış içində olmaq, əlindəkilərlə kifayətlənməmək, həyatdan tam olaraq nə istədiyini bilməmək azğınlığa səbəb olur. Cinsi əlaqənin həzz hissəsini unudub sadəcə bədəni doyurmağa çalışırıq. Daha çox insanla cinsi əlaqədə olmaq istəyi cinsi “acgözlüyün” nəticəsində meydana çıxır və bunun ən əsas səbəbi olaraq isə uşaqlıq dövründə yaşanmış psixoloji travmalar göstərilir. Uşaqlıq dövrü güvənsiz və sevgisiz keçən insanlar adətən sonradan “acgöz” olurlar. Gənc insanlar uşaqlıqda görmədikləri doğmalığı, istiliyi davamlı dəyişən partnyorlarda axtarırlar. Bu da özünü son dövrlərdə boşanma hallarının artmasında göstərir. Boşanma hallarının yeni qurulan ailələrə nisbətindəki artım münasibətlərdəki güvənsizliyi açıq-aşkar biruzə verir və bizi daha acınacaqlı vəziyyətlə qarşı-qarşıya qoyur.
Depressiya müasir dövrdə ən çox rast gəlinən psixoloji problemlərdən biridir. Zaman keçdikcə tələbatın yüksək olduğu cəmiyyətlərdə iqtisadi problemlərlə yanaşı əxlaqi problemlər də artmağa başlayır. Spirtli içkilər,siqaret və narkotik maddələrin istifadəsi ailə və cəmiyyət baxımından ağır sosial və iqtisadi problemlərə səbəb olur. Ehtiyacı olanları yox, ehtiyacı olmayanları özümüzə örnək olaraq görürük: sahib olduqlarımızı yox, sahib olmadıqlarımızı görürük və unuduruq ki, içimizdəki boşluğun tək yolu hər zaman almaq deyil, bəzən də qarşılıqsız verə bilməkdir.

Bəs “acgözlük” depressiyası ilə necə mübarizə apara bilərik?
* Ailənizlə və dostlarınızla daha çox vaxt keçirin.
* Sosial layihələrə qatılın. Bu eyni zamanda sizin dünyagörüşünüz üçün olduqca xeyirlidir.
* Daim aktiv həyat tərzi keçirin. Məsələn, gəzintiyə çıxmaq, idmanla məşğul olmaq və s.
* Özünüzə hobbilər yaradın və bunları davamlı şəkildə həyata keçirin.
* Zehni fəaliyyətlə məşğul olun. Bunu özünüz üçün əyləncəli hala da sala bilərsiniz. Məsələn, tapmaca tapmaq, krassvord həll etmək, müxtəlif məzmunlu kitablar oxumaq və s.

Mənbə: www.psikoloji.com.tr
Hazırladı: Murad Xəlilli

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +22 (from 22 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus