LİMİTSİZ İNKİŞAF ÜÇÜN 100 PARLAQ FİKİR

Hər gün sizi həyəcanlandıracaq bir şeylər edin.
Əyləncəli bir dostunuzula macəra dolu bir yerə gedin.  ( Məsələn, Lunaparka)
Heç yemədiyiniz yeməkləri dadın.
Heç tanımadığınız birinə salam verin.
Seçiminizin tamamilə xaricində olan bir kitab oxuyun.
Səbəbsiz yerə gülümsəyin, bu, beyninizin xoşbəxtlik köşəsinə stimul verəcək.
Alışqanlıqlarınız və zövqləriniz xaricində bir xobbiniz olsun.
Sosial bir şəbəkəyə daxil olun və nizamlı olaraq paylaşım edin.
Qarşılaşdığınız insanlara qarşı nəzakətli bir davranış edin.
Probleminizlə dərhal üzləşin və mümkün qədər cəld bir şəkildə həll yolu axtarın.

Üzr istəməyi bacarın, gərək olmadığını düşündüyünüz zamanlarda belə.
Müəyyən intervallarla fərqli musiqi növləri dinləyin.
Başqalarının fikirləri ilə hərəkət etməkdən imtina edin, öz fikirlərinizi sahiblənin.
Enerji əmici vampirlərdən uzaq durun.
Heç bir şey üçün gec olmadığını bilin və o cür davranın.
Kiçik bir baxçanız olsun, öz tərəvəzlərinizi yetişdirin.
Evinizdə heç istifadə etmədiyiniz 100 şeyi tapın və ehtiyacı olan birilərinə verin.
Bir aylığa, sadəcə yaşamaq üçün ehtiyac duyduqlarınızı satın alaraq yaşayın.
Qarşınıza çıxan bir dilənçiyə pul verin, bir neçə şirin sözü də əsirgəməyin.
Bir sevgi şeiri yazın və sevdiyiniz insana oxuyun.

Həyat yoldaşınızla və ya uşaqlarınızla içinizdən gəldiyi kimi rəqs edin.
Köhnə məktəb dostlarınızla aylıq görüşlər təşkil edin.
Ata-ananıza, sizə verdiklərindən dolayı təşəkkür edən bir məktub yazın.
Səhər çayınızı və ya qəhvənizi də götürüb balkona çıxın və quş civiltilərini, yeni başlayan günün səslərini dinləyin.
Bir gündəlik tutun və hər gün şükür etdyiniz 5 şeyi qeyd edin.
Heç bir şey əbədi deyil. Pis bir şeydirsə, bu da keçər. Yaxşı bir şeydirsə, bu da keçər.
İşinizi sevmirsinizsə, onu dəyişdirmək üçün əlinizdən gələni edin. Həyat, 9 saatını xoşbəxt olmadığın bir iş yerində xərcləməyəcək qədər qısadır.
Digər insanların düşüncələrinə qulaq verin, xüsusilə də  sizinlə zidd fikirdədirsə…
Özünüzü daha az ciddiyə alın, yüngülləşin və daha çox gülün.

Qarşıda neçə gününüz qaldığını düşünün və bundan sonra olmaq istədiyiniz insan olun, yaşamaq istədiyiniz həyatı yaşayın.
Televizoru söndürün, gərəksiz proqram və seriallardan bir müddət uzaq qalın.
Gündə 10 dəqiqə səssizcə oturun və nəfəsinizə fokuslanın. Zehniniz sakitləşsin.
Hər ay özünüzə bir hədəf seçin və hər gün onu reallaşdırmaq üçün bir iş  planınız olsun.
Yaxınlarınıza hədəf və xəyalınızdan bəhs edin, sizi cəsarətləndirmələrinə izin verin.
Səhər, bir saat əvvəl oyanın.
Ertəsi günə olan planlarınızı unudun və bu an nə edirsinizsə, ona fokuslanın.
Dəyərlərinizi yazın; həyatınızın və işinizin bu dəyərləri yansıdıb yansıtmadığını yoxlayın.
Hər gün özünüzdən soruşun: ” Bu gün həyata nə qatmalıyam?”
Bir az səbrli olun; bir şeyi etmək çətin gəldiyi zaman imtina etməməyi öyrənin.

İş masanızı, otağınızı ya da ofisinizi təmizləyin; lazımsız şeylərdən arındırın.
Sizi məhdudlaşdıran inanclara “stop” deyin; “Edə bilmərəm, bacara bilmərəm, vaxtım yoxdur, yaşım keçdi, kifayət qədər bacarıqlı deyiləm…” kimi.
Yox deməyi öyrənin.
İşlər sizi boğanda, yardım və dəstək istəməkdən çəkinməyin.
Örnək aldığınız insanların yaşam hekayələrini öyrənin, dərslər çıxarın.
Çevrənizdə sizə dəstək olacaq və oxşar hədəfələri olan pozitiv insanlar olsun.
Daha çox meyvə və tərəvəz yeyin.
Hər gün 2-3 paket şirni..sağlamlıq üçün faydalı olmayan bir sıra qidalar  yeyirsinizsə, bunu tək paketə endirin.
Digərlərinin haqqınızda nə düşündüyünü boş verin; onları idarə edə bilməzsiniz, hamısını birdən məmnun da edə bilməzsiniz.
Hər gün kənara bir neçə qəpik pul atın, ayın sonunda yığılan miqdarı görəndə təəccüblənəzəksiniz.

Bəzi vəziyyətlərdə e-mail əvəzinə telefonla zəng etməyi seçin.
Ayda bir neçə gün işdən evə hər zamankından daha tez gələrək sürpriz edin.
Zaman və imkanlarınız əl verdiyi ölçüdə qeyri-adi  şeylər sınayın, həyatı kəşf edin.
Öz-özünüzə yetərli olmağı öyrənin; alış-veriş, gəzmək, problemlərlə üzləşmək kimi mövzularda hər zaman yanınızda birilərinin olmasına ehtiyac duymayın.
Sizdən kiçik və təcrübəsiz birilərinə bacılıq ya da qardaşlıq edin; yol göstərin, rəhbərlik edin.
Biyar işlərlə çox vaxt itirməyin.
Fikir alacağınız, məsləhətləşəcəyiniz  güvənilən bir böyüyünüz olsun.
Hədəfinizə çatmağınızı əngəlləyən alışqanlıqlarınızdan qurtulun.
Kefsiz anlarınızda mübət ifadələrdən  istifadə edin. Bunlar, zehninizin quruluşcu və pozitiv düşüncələrə fokuslanmağını təmin edər.
Hər gün yeni bir şey öyrənin. Bir məqalə oxuyun, internetdə araşdırma edin ya da yeni bir aforizm əzbərləyin.

İndiyədək təxirə saldığınız nə varsa, dərhal indi onu tamamlamaq üçün ilk addımı atın.
Qeyri- adi bir yemək resepti tapın, hazırlayın və sevdiklərinizə nuş ilə   yedirin.
Əlçatan və ünsiyyətə açıq bir insan olun; bu daha çox fürsət deməkdir.
Yavaşlayın. Daha yavaş yeriyin, daha yavaş maşın sürün, daha yavaş yeyin və daha yavaş danışın.
Gözünüzü mükafatdan ayırmayın. Əngəllərlə qarşılaşdığınız zaman bu mükafat sizə motivasiya versin.
Uğursuzluğa bir dost kimi yaxınlaşın; bu, sınadığınızın işarəsidir. Heç uğursuzluğa düçar olmamaq heç sınamamaq deməkdir.
Yaşadığınız müsbət şeylərə fokuslanın, düşüncələrinizi neqativ təcrübələrinizdən uzaqlaşdırın.
Gözəl bir rəsm, gözəl bir çiçək, gözəl bir sənət əsəri üçün zaman ayırın, onu izləyin, ruhunuzu zənginləşdirməsinə icazə verin.
Sahib olmadıqlarınız haqqında üzülmək yerinə onlara çatmaq  üçün səy göstərin.
Həyat sahənizi bəsitləşdirin, sadələşdirin, tullantılardan  təmizlənin.

Mətbəx dolablarınızı, soyuducunun içini təmizləyin, sağlam olmayan yeməkləri və içkiləri atın, getsin.
Həftədə ən azı bir səhər gün doğumunu izləyin.
Köhnə peşmalıqlarınızın sizə gələcəyi unutdurmağına icazə verməyin; irəli baxın.
Hər gün bir qədər idmanla məşğul olun, heç olmasa piyada gəzinti.
Gözəl bir yazını ya da şeiri həyat yoldaşınıza və ya sevdiyiniz birinə yüksək səslə oxuyun.
Ayda bir dəfə dostlarınızı bir ev oyunu üçün dəvət edin. Monopoly, scrubble kimi.
Əlaqələrinizdə hər zaman təkcə qazanan olmağı yox, qarşılıqlı mənfəəti hədəfləyin.
İlk bağışlayan siz olun; kin və nifrətin yükündən ilk olaraq siz qurtulun, beləcə.
Bir ehtiyacınız, bir dərdinizmi var; həyat yoldaşınızla, ata-ananızla ya da dostunuzla bunu paylaşın.
Həyat yoldaşınızın, ata-ananınızın ya da dostunuzun ehtiyaclarını onlar söyləmədən anlamağa çalışın.

Cəmiyyət içində danışmaqdan, söz almaqdan çəkinməyin. İlk addımı atın, növbəti dəfə daha rahat olacaqsınız.
Düşünmək dəyərlidir amma bu düşüncəni həyata keçirmək üçün hərəkət etmək daha dəyərlidir.
Bir işə başlamağınız lazımdırsa, amma motivasiyanız kifayət qədər yüksək deyilsə, karvan yolda düzələr, deyərək yola qoyulun. Uğur kiçik – kiçik gəldikcə motivasiyanızın artdığını görəcəksiniz.
Unutmayın; ən böyük xoşbəxtlik, başqalarının həyatına bir şey qatmaqla gerçəkləşir.
Bu ana fokuslanın, keçmişin qandallarından, gələcəyin görünməz zəncirlərindən qurtulun.
Sizə ilham verən üfüq açıcı kitablar oxuyun.
Etdiyiniz işə, insanlara fayda verən bir xidmət gözü ilə baxın ya da işinizi o hala gətirin.
Başqaları üçün rol model olun; ərdəmli və örnək davranışlar sərgiləyin.
Həyatınızdakı hər şeyə, hər kəsə dəyər verin; çay qaşığı belə sizə xidmət edir, qiymətini bilin.
Xəyalınızın gerçəkləşdiyini görüntüləndirin, o zaman hiss edəcəklərinizi indidən hiss etməyə çalışın.

Həyata  hər zaman maraqla yanaşın; soruşun, öyrənin, öyrəndiklərinizdən həyəcan duyun.
Ruhani liderlərin həyatlarını incələyin, sözlərinə qulaq verin.
Çox tez inciməməyi öyrənin, həyat hər zaman nazik davranmaz.
Özünüzə və ətrafınızdakılara qarşı nə qədər səmimi olduğunuzu görün. Səmimiyyətinizi maksimum səviyyəyə  gətirməyə çalışın.
Hər zaman yeni başdan başlaya bilərsiniz; əsla bu son deyə düşünməyin.
Sevgiyə fürsət verin.
Hər səhər sevdiyiniz cümlələrin olduğu kitabdan bir cümlə oxuyaraq günü salamlayın.
Səhər telefonunuzun oyandırma siqnalı çalanda sizi qarşılayacaq gözəl bir cümlə yazın telefonunuza.
Dua edin; bu, bir şeyi ürəkdən istədiyinizi xatrıladar sizə.
İşiniz xaricində əlavə bir zehni məşğuliyyətiniz olsun; yeni bir dil öyrənmək, sınaqlarınızı qələmə qalmaq, fərqli bir kompüter proqramı öyrənmək, dizayn etmək kimi…
Gecə yatmadan öncə günün və indiyə qədərki həyatınızın qısa bir qiymətləndirməsini  edin və başınızı yastığa dinc halda  qoyacağınızdan əmin olun.

Hazırladı:   Fidan Aslanova
Mənbə: dahibeyin.blogspot.com

VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

PLATON FƏLSƏFƏSİNDƏN

platon-ədalət-ideyaPLATON,  ƏDALƏT HAQQINDA

Platonu oxuyuram, etik problemlərin qoyuluşu haqqında. Əsas hədəf budur: Ədalət nədir?
O deyir ki, ədaləti dövlətin mənzərəsində yarada bilsək, ədalətli fərdin təsvir olunması da daha asanlaşar. Bir növ insanların görmə qabiliyyətini ilk öncə böyük hərflərlə yoxlayıb sonra kiçik hərflərə tətbiq etmək kimi. Böyük daha sadə görünür və böyük fonda tərif vermək daha asandır. Sokrat və Platon, ədalət- fərdlər arasında sosial təşkilatlanmadan asılı olan münasibətdir və o, nəticə etibarilə, fərdi davranışın bir keyfiyyəti olaraq deyil, icma strukturunun bir bölməsi kimi öyrənilsə yaxşı olar- deyirdilər.

MƏNİM ÇIXARIM:

Bəli, ədalət təməl deyil, təzahürdür. Ədalət çox nisbi anlayış olduğu kimi həmişə aktual məsələdir. Cari zaman və məkana görə fon tələb edir. Yalnız o fonda özünə uyğun forma qazana bilir. Ədalət nə qədər böyük fonda tərif olunarsa, o zaman fərdin ədaləti (forma) daha asan təsvir oluna bilər. Platon üçün bu böyük fon Dövlət, peyğəmbərlər üçün isə Tanrıdır. Peyğəmbərlərin Tanrı fonunda tərif etdiyi ədalət, dövlətin də ədalət təsvirinin üstündədir və dövlət ədalətini də cızmağa imkan yaradır. Peyğəmbərin iddiasi nə qədər böyükdürsə, məsuliyyəti də bir o qədər ciddidir. Tanrı adına danışmaq asan həll sayıla bilər, amma ciddi məsuliyyət tələb edir.
Sokrat və Platona qədər fəsləfədə, xüsusilə Sofist cərəyanda ədalət güclünün olaylara yanaşma tərzi olaraq verilir. Ədalət üçün meyar düzgünlük yox, güc olaraq göstərilir. Böyük payda həqiqətləri vardır, deyə düşünürəm mən.

 platon-aristotelPLATON VƏ TANRI TƏSƏVVÜRÜ / İDEYALAR TƏLİMİ

Platon, Sofistlərin ələ aldığı “İnsan hər şeyin ölçüsüdür” tezisinə cavab olaraq insanın söykəndiyi dəyərlərin ideal bir modeldən törədiyini söyləyər. Platonun ideyalar təliminə görə, hər maddənin bir ideyası var. İnsan bu ideaya yaxınlaşdıqca doğru və uyğun bir dəyər alır.
Şəkildə Platonun yuxarı işarə etməsi, bu dünyadan da uca olan ideyaların axtarışı simvolizə edilir. Yanındakı Aristotel də yerə işarə edir. Aristotel, ideal olandan çox, dünyada var olanlarla yetinməyi və görünən dünyanın xaricinə daşmamaq lazım olduğunu söyləmişdir.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +7 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

BEYİN ÜÇÜN 20 TÖVSİYYƏ

1. Beyin, siz açıq havada olanda və ayaqüstə ikən daha yaxşı işləyir. Ayaqüstə olanda, insan beyninin 10 faiz artıq işlədiyi düşünülür. Həyatınızla bağlı önəmli qərarlar verəndə, açıq havada və ya təbiətdə vaxt keçirməyi yoxlaya bilərsiniz.

2. Yeriyəndə qolları yellətmək beynin fəaliyyətinə müsbət təsir göstərir. Önəmli qərarlarınızı açıq havada, qollarınızı sağa- sola yellədərək yeriyərkən verməyə nə deyirsiniz?

3. Xarici bir dil öyrənmək beyni gücləndirir. Hər gün bir neçə xarici ya da yerli yeni söz öyrənib, istifadə edə bilərsiniz. Lüğət oxuya bilərsiniz. Alış – veriş siyahısı və ya telefon nömrələrini əzbərləməyi yoxlaya bilərsiniz.

4. Zehni gimnastika/məşq edin. Bunun üçün müxtəlif bilməcələri həll edə bilərsiniz. Şahmat kimi zəka oyunları oynayın.

5. Gündəlik olaraq təkrarladığınız davranışlardan imtina edin. Bəzən telefonu sol əlinizdə tutun, çantanızı digər əlinizlə daşıyın, evinizə başqa bir yoldan gedin. Ən azından bir günlük televizor pultunu tez-tez istifadə etmədiyiniz əlinizdə tutun.

6. İntellektual zövqlərinizi inkişaf edtirmək üçün hər gün mütləq yaxşı bir aforizm antologiyasından bir neçə cümlə oxuyun. Beyninizi keyfiyyətli cümlələrlə qidalandırın.

7. Hər gün gözəl bir rəsmə və ya fotoya baxmağa çalışın. Estetik qavrayışınız, gördüyünüz estetik şeylər qədər inkişaf edər.

8. Sevdiyiniz bir musiqini bir müddət gözləriniz bağlı dinləyin. Klassik musiqinin zəkaya 7 xal əlavə edə bildiyi iddia edilir.

9. Gün ərzində ağlınızdan 60 min – 80 min arası düşüncə keçir. Bu düşüncələr nə haqqındadırsa, həyatınız da ona görə formlaşır. Unutmayın, beyninizdə ən çox nəyi düşünsəniz, həyatınızda da onu çoxaldarsınız.

10. Bir mövzu haqında düşünərkən, necə düşündüyünüzü də müşahidə edin. Düşünmək haqqında düşünmək, beyin və düşüncə gücünü artırır.

11. Yaxşı bir yuxu, keyfiyyətli bir beyin üçün şərtdir. Çox yatıram deyə, narahat olmayın. Eynşteynin, hər gün 10 saatdan çox yatdığı söylənilir. 24 saatı keçən yuxusuzluq beyində sərxoşluğa bənzər bir təsir yaradır.

12. Bol və təmiz oksigen beyin üçün çox önəmlidir. Beynimiz, ağırlıq cəhətdən bədənimizin 2 faizini meydana gətirdiyi halda, bədənə gələn oksigenin 25 faizini istehlak edir. Oksigensiz qaldığımız zaman ölümü həyata keçən ilk orqanımız beynimizdir. Otağınızın pəncərəsini açaraq özünüzə bol- bol oksigen ismarlayın.

13. Fərqli düşünmə tərzləri beyninizi inkişaf etdirir. Uşaqlar və heyvanlarla daha çox vaxt keçirin. Sizdən fərqli düşünən insanlarla danışın.

14. İstifadə edilməyən orqan paslanar. Davamlı olaraq televiziya seyr edərək beyninizi “aşağı sürətdə” işlətməyin.

15. Beynin ən təhlükəli tərəfi «əks səy» qaydasına əsasən işlədiyi anlardır. Başınıza gəlməsindən ən çox qorxduğunuz şeyə diqqətinizi versəniz, qorxduğunuz şey başınıza gələr. Buna «əks səy» qaydası deyilir. Beyin, diqqətin toplandığı hədəf mənfi olsa belə, bunu gerçəkləşdirmək üçün işləyir. İnsanlar qarşısında çıxış edərkən –görəsən həyəcanlanaram?- deyə düşünsəniz, həyəcanlanarsınız.

16. Beyni yoran monotonluqdur. Həyatınızı nə qədər rəngləndirsəniz, beyninizi o qədər şadlandırarsınız.

17. Beyin, qısamüddətli hafizədə beş-yeddi arasında məlumat üzərində işləyə bilər. Yeni bir məlumat gələndə, bu məlumatlardan birini atar. Buna «sehirli say» qaydası deyilir. Bu qayda pozulub, məlumat yüklənməsi nəticəsində beynimiz « xidmət xarici» olur. Həyatınızın ən böyük qərarlarını aldığınız zaman « başdan» yox, eynilə beşrəqəmli iki sayın üzərində vurma əməliyyatı apardığınız kimi bir kağız üzərinə yazaraq nə edəcəyinizi hesablayın.

18. Sağlam beyin, sağlam bədəndə olar. Fiziki gümrahlıq, zehni gümrahlığı gətirir. Uzun müddət hərəkətsiz qalmaq, zehini də hərəkətsizləşdirir. İdmanla məşğul olmağa, artıq çəkilərinizdən qurtulmağa diqqət edin. Kifayət qədər su için. Çünki insan beyninin 78 faizi su ilə örtülüdür.

19. Dərs çalışarkən ilk öyrənilənlər, son öyrənilənlər, tez-tez təkrarlananlar və maraqlı gələnlər ən çox beyində qalanlardır. Dərsləri qısa aralar verərək çalışmaq ağıllı bir işdir.

20. Bu həftə beyninizi daha yaxşı neçə işlədə biləcəyiniz haqqında daha çox düşünün. Unutmayın, beynimizi daha yaxşı işlətmək üçün istifadə edəcəyimiz orqan yenə də beynimizdir. “Ağlınıza başınıza toplayın” və istifadə edin.

Mənbə:       www.dersimiz.com
Hazırladı:    Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +41 (from 43 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

KONFUTSİDƏN İNCİLƏR

İntiqam səfərinə çıxacaqsansa, özün üçün də bir məzar qaz.

Xeyirxah bir insan özünü yetişdirərkən başqalarını da yetişdirmək istər. Öz bilgisini genişləndirərkən başqalarının bilgisini də inkişaf etdirməyə çalışar.

Susmaq, insanı ələ verməyən sadiq bir yoldaşdır.

“Ağıl… Mehribanlıq… Cəsarət…” Bunlar insanın, dünyanın hər yerində qəbul edilmiş üç mənəvi dəyəridir.

Gülərüz olmayan bir adam, dükan açmamalıdır.

Köhnəni canlandır, amma yenini də bil, bax o zaman öyrədici ola bilərsən.

Öyrətmək iki dəfə öyrənmək deməkdir.

Ətraflı çalış, doğru bir şəkildə araşdır, diqqətlə düşün, düşündüklərini nəzərdən keçir və tətbiq et.

Həyat həqiqətən sadədir,  amma biz onu qarmaqarışıq etməkdə israr edirik.

Bir insanın özünü reallaşdırması, özünü digərlərinə həsr etmə biçimidir.

Nümunəvi insanlar yumşaq xasiyyətlidir və hirsdən qaçınar ..!

Geniş məlumatı olmaq, sağlam və içdən bir məqsədi olmaq, ciddi olaraq araşdırmaq, dərin- dərin düşünmək: Bax, ərdəm bunların içindədir.

Kimin doğru olduğunu müzakirə etməyin, nəyin doğru olduğuna qərar verin.

Hər kəs evinin önünü süpürsə, küçələr təmiz olar.

Məndə 1 yumurta var, səndə də 1 yumurta var. Mən sənə 1 yumurta versəm, sən də mənə bir yumurta versən, məndə 1 yumurta ,səndə 1 yumurta olar. Məndə 1 bilgi var, səndə 1 bilgi var. Mən sənə 1 bilgi versəm, sən də mənə 1 bilgi versən, məndə 2 bilgi, səndə də 2 bilgi olar.

Bəli, qoyun hər gün yenilik olsun.

Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver.

Yaxşılığı yaxşılıqla, pisliyi də ədalətlə qarşıla.

Öyrənmə prinsipi insanın təmiz fitrətini ortaya çıxarmaq, insanlara yeni həyat vermək və nəhayət yaxşıya və doğruya çatmaq deməkdir.

Sevdiyiniz peşəni seçin. Beləcə bir gün belə işləmək məcburiyyətində qalmazsınız.

Şagirdlərindən biri Konfutsiyə, “Ölüm nədir?” deyə sual verəndə, Konfutsinin, şagirdinə cavabı belə olub: “Həyat haqqında nə bilirsən ki, sənə ölümdən bəhs edim?”

Həyat yoldaşı seçmək, kitab seçməyə bənzəyir; Yaxşı hazırlanmış bir üz qabığı və cild marağınıza səbəb ola bilər, amma məzmunu sağlam deyilsə,sonunu gətirmək çətindir.

Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +41 (from 41 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus