SEVGİ BƏS ETMİR

lennon_reznor1967-ci ildə Con Lennon belə bir mahnı yazır: “Sənə lazım olan tək şey sevgidir”. Həmin Lennon: hər iki arvadını döyür, uşaqlarından birini atır, öz yəhudi menecerinə homofob və antisemit təhqirlər yağdırır, bir dəfə isə kütlə qarşısında tamamilə çılpaq uzanır.

Otuz beş il sonra Nine İnch Nails qrupundan olan Trent Reznor “Sevgi bəs etmir” mahnısını yazır. Özünün qeyri-adi çıxışları və qrotesk həyəcanlı klipləri ilə məşhur olmasına baxmayaraq, Reznor narkotik və alkoqol asılılığından xilas olur, bir qadınla evlənir, ondan iki uşağı olur və nəhayət, evdə qalmaq, yaxşı ər və ata olmaq üçün bütün studiya və qastrol fəaliyyətini dayandırır.

Bu kişilərdən birinin təmiz və realistik sevgi anlayışı var. Digərininsə – yox. Onlardan biri sevgini idealizə edir, onda bütün problemlərinin həllini axtarır. Digəri isə – yox. Onlardan biri, görünür ki, narsist kütbeyin olub. Ikinci isə – yox.
Bizim mədəniyyətdə sevgini çox idealizə edirlər. Biz ona bütün həyati problemlərin panaseyası kimi baxırıq. Bizim filmlər və kitablar onu həyatın son məqsədi kimi, mübarizədən çıxış vasitəsi kimi təqdim edir. Məhz ideallaşdırdığımız üçün ona layiq olduğu qiyməti verə bilmirik. Və bunu öz xəstə münasibətlərimiz bahasına ödəməli oluruq.

Lennon kimi bizə lazım olan tək şeyin sevgi olduğuna inanda hörmət, itaət, başqaları qarşısında məsuliyyət kimi fundamental dəyərləri gözdən qaçırmalı oluruq. Əgər hər şeyi sevgi həll edirsə, niyə mən özümü digər – qəliz şeylərlə yormalıyam?

Amma Reznor kimi sevginin bəs etmədiyinə inananda başa düşürük ki, sağlam münasibətlər xalis emosiyalardan və yüksək ehtirasdan daha artıq bir şey tələb edir. Biz başa düşürük ki, bizim münasibətlərimiz üçün adicə vurulmaqdan daha vacib şeylər lazımdır. Və o münasibətin uğuru daha dərin və daha vacib dəyərlərdən asılıdır.

Sevgi haqqında üç acı həqiqət:

sevgi bəs etmir1. Sevgi heç də hər zaman uyğunluqla üst-üstə düşmür

Sadəcə kiməsə vurulma faktınız həmin adamın sizinçün uzun müddətə yaxşı partnyor olması anlamına gəlməz. Sevgi – emosional prosesdir, uyğunluqsa – məntiqi. Və onların ikisinin bir yerdə olması mütləq deyil.
Sizinlə yaxşı davranmayan, sizin özünüzü pis hiss etmənizə və özünüz haqda olduğunuzdan pis düşünmənizə səbəb olan, sizin ona hörmət etdiyiniz qədər sizə hörmət etməyən və ya öz həyatı ilə birlikdə sizinkini də məhvə yuvarlayan birinə vurula bilərsiniz.
Sizinkinin tamamilə əksi həyat məqsədləri və ambisiyaları olan, həyat anlayışı və dünyagörüşü sizinki ilə ziddiyyət təşkil edən birinə vurula bilərsiniz.
Sizdən bütün həyat enerjisinizi və xoşbəxtliyinizi soran birinə vurulmanız mümkündür. Paradoksaldır, lakin faktdır.
Mənə məktub yazan bütün insanların qəzalı münasibətləri məhz emosiyaların nəticəsidir. Onlar hamısı məhz həmin məşhur “qığılcım”ı hiss edib ağılları başından gedən adamlardır. Nə olsun ki, o (kişi) xristian-alkoqolikdir, o isə (qadın) narkoman-nekrofil. Hər halda, bu – doğru görünür.
Və yarım il sonra qadın onun zibilini qazonun üstünə tullayanda, kişi isə onun xilası üçün gündə 12 dəfə İsaya dua edəndə, onlar dayandılar və təəccübləndilər: “Nə yolunda getməyib?” Əslində isə hər şey elə başlamamışdan yolunda getməyib.
Görüşəndə və partnyor axtaranda təkcə ürəyinizə yox, həm də ağlınıza əsaslanmalısınız. Düzdür, siz ürəyinizi yerindən çıxaran, qarnınızda kəpənəklər uçurdan birini tapmaq istəyirsiz. Lakin siz həm də qarşınızdakı insanın dəyərini – həyata münasibətini, maraqlarını və dünyabaxışını bilməlisiniz. Çünki əgər sizə uyğun olmayan birinə vurulsanız… South Park cizgi serialındakı xizək instruktorunun dediyi kimi, sizin pis vaxtlarınız gələcək.

sevgi kifayət deyil-menson2. Sevgi münasibətlərdəki problemləri həll etmir

Keçmiş sevgilimlə biz bir-birimizə dəlicəsinə vurulmuşduq. Biz ayrı şəhərlərdə yaşayırdıq, görüşməkçün pulumuz yox idi, ailələrimiz bir-birinə nifrət edirdi və biz həftəlik mənasız mübahisə və dram pristupları yaşayırdıq.
Və hər dəfə biz uzaqlaşanda səhəri gün bir-birimizə qayıdırdıq, özümüzə xatırladırdıq ki, biz bir-birimizçün ölürük və heç bir xırdalıq bizi ayıra bilməz, çünki biz çooooox sevirik və mütləq bir yolunu tapacağıq, sadəcə bir az vaxt lazımdır. Bizim sevgimiz bizdə hər şeyin öhdəsindən gələ biləcəyimiz hissini yaradırdı, hərçənd ortada dəyişən bircə şey də yox idi.
Heç bir problem həll olunmurdu. Mübahisələr təkrarlanırdı. Arqumentlər kəskinləşirdi. Bizim hətta bir-birimizi görməyə belə qadir olmadığımız gerçəyi bizi boyunduruğuna almışdı. Biz o dərəcədə özümüzə qapanmışdıq ki, heç bir normal ünsiyyət qura bilmirdik. Saatarla telefondan asılırdıq və demək olar ki, heç nə danışmırdıq. İndi geri baxanda görürəm ki, heç ümid də yox idi. Amma yenə də bu, üç il çəkdi! Nəticədə, sevgi hər şeyi həll edir, hə?
Partlayış dəhşətli idi. Və mən bu münasibətlərdən böyük dərs çıxardım: sevgi sizi öz həyati problemlərinizi unutduracaq dərəcədə yaxşı hiss etmənizə səbəb olduqca, o həmin problemlərdən heç birini həll etməyəcək.
Emosiyaların amerikan təpələri sərxoşedici ola bilər, fəth edilmiş hər növbəti yüksəklik əvvəlkindən daha əsrarəngiz ola bilər, lakin ayağınızın altında möhkəm torpaq hiss etmədikcə emosiya axını axırda hər şeyi yuyub aparacaq.

bəs etmir_menson3. Sevgi heç də hər zaman özünüzü qurban verməyə dəyməz

Sevginin əsas əlamətlərindən biri – başqasını, onun ehtiyaclarını özününkündən daha çox düşünmə qabiliyyətidir. Lakin bu sual çox nadir verilir: “Nəyi qurban verirsiniz və o buna dəyərmi?”
Sevgi münasibətlərində bəzən öz istəklərindən, ehtiyaclarından və vaxtından keçmə normaldır. Mən deyərdim ki, bu adekvat və sağlam davranışdır və məhz o, münasibətləri gözəlləşdirir.
Lakin iş sadəcə kiminləsə ola bilmək üçün özünə hörmət hissinin, fiziki vəziyyətin, həyati maraqların və məqsədlərin zədələnməsinə gedib çıxanda, sevgi problematikləşir. Sevgi bizim individuallığımıza nəsə qatmalıdır, onu hədələməməlidir. Əgər biz hörmətsiz və təhqiramiz davranışa dözməli oluruqsa, faktiki olaraq bunu edirik: biz öz sevgimizin bizi udmasına və yox etməsinə imkan veririk. Bu gedişlə biz bir vaxtlar mövcud olan insanın sadəcə qılafına çevrilə bilərik.

Dostluq testi
Əsas məsləhətlərdən biri belədir – siz və partnyorunuz yaxşı dost olmalısınız. Bir çoxları bu məsləhəti yalnız pozitiv yöndən nəzərdən keçirir: “Mən partnyorumla ən yaxşı dostumla keçirdiyim qədər vaxt keçirməliyəm”, “Mən partnyorumla ən yaxşı dostumla elədiyim kimi açıq ünsiyyətə girməliyəm”, “Mən partnorumla ən yaxşı dostumla əyləndiyim kimi əylənməliyəm”.
Lakin məsələyə həm də neqativ bucaqdan baxmaq lazımdır: “Ən yaxşı dostunuza imkan verirsinizmi ki, o sizinlə partnoyurunuz qədər pis davransın?”
Qəribədir ki, qeyri-sağlam və asılı münasibətlərə sahib olan böyük əksəriyyət bu suala “yox” cavabı verir…

Unutmayın: Sevgidən həzz almanın yeganə yolu – həyatda ondan daha vacib bir şey tapmaqdır.

Siz öz həyatınız boyu müxtəlif insanları sevə bilərsiniz. Siz sizin üçün yaxşı və pis olanları sevə bilərsiniz. Siz çox sadə və çox qəliz sevgi münasibətlərində ola bilərsiniz. Siz gənc və yaşlı vaxtınızda sevə bilərsiniz. Sevgi unikal deyil. Sevgi nadir deyil. Sevgi – defisit mal deyil.

Sizin özünəhörmət hissinizdən fərqli olaraq. Şəxsi ləyaqət hissinizdən fərqli olaraq. Güvənmə qabiliyyətinizdən fərqli olaraq. Siz həyatınız boyu dəfələrlə vurulmuş ola bilərsiniz, lakin özünəhörmət hissinizi, şəxsi ləyaqət hissinizi, güvənmə qabiliyyətinizi itirdinizmi, onları bərpa etmək çox çətin olacaq.

Sevgi – möcüzəvi təcrübədir. O, həyatın bizə təklif edə biləcəyi ən əsrarəngiz təcrübədir. O, hər kəsin duymalı və dadmalı olduğu şeydir.

Lakin hər bir təcrübə kimi, o da sağlam və qeyri-sağlam ola bilər. Hər bir təcrübədə olduğu kimi, burda da o sizi, sizin identikliyinizi, həyat qayənizi müəyyənləşdirməli deyil. Biz ona bizi məhv etməsinə imkan verməməliyik. Biz özümüzü ona qurban verməməliyik. Çünki bunu etdiyimiz zaman sevgimizi də, özümüzü də itiririk. Çünki bizə bu həyatda sevgidən daha artıq bir şey lazımdır. Sevgi möhtəşəmdir. Sevgi vacibdir. Sevgi çox gözəldir. Lakin təkcə o bəs etmir.

Müəllif: Mark Menson
Tərcümə: Günay İsrafilova
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +8 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

DAVİD HARVEY”DƏN KAPİTALİZMƏ QARŞI MÜBARİZƏ FORMULU

Xüsusi

kapitalizm nədir?Qırx ildən uzun bir müddətdir dərslərində Marksizmi izah edən, ictimai hərəkatlara aktiv olaraq dəstək verən, tanınmış ictimai alim David Harvey “Sərmayənin Sərhədləri və Antikapitalist Hərəkat” başlıqlı seminarında kapitalizmin dinamik quruluşunu vurğulayır və mübarizənin əhatəli yanaşmayla mümkün olacağını söyləyir.

“Kapitalizm ilə mübarizə edəcəksənsə kapital yəni sərmayə nədir bilməlisən” deyir Harvey, “Problemi həll etmək istəyirsənsə əvvəl problemin nə olduğunu anlayacaqsan və sonra təyin edəcəksən” deyə əlavə edir.

Sərmayə nədir? Harvey, bu sualı Marksın dünyagörüşüylə cavablayır. Marks sistemdəki dövrlərə baxmağı təklif etməkdədir. Klassik pul-iş güc-istehsal-əmtəə axışını təhlil edir. Pul sərmayəsi öz dövrünə malikdir. İstehsal və iş qüvvəsi sərmayəsinin öz dövrü vardır. Eyni şəkildə ticari məhsulların da öz dövrü mövcuddur. Bu üç dövr iç-içə keçmiş, bir-birlərinə bağlı bir quruluşa malikdir. Məsələn, pul dövrü olmadan istehsal və ticari məhsul dövrləri işləya bilməz. Bənzər şəkildə istehsal dövrü pul və ticari məhsul dövrlərinə bağlıdır.

Yenidən “sərmayə nədir” sualına dönsək, sərmayə puldurmu? Xeyr, Marksa görə pul sərmayə deyil. İş qüvvəsi sərmayədirmi? Marks yenə xeyr deyir çünki pul ilə iş qüvvəsi dəyişimi bir çox cəmiyyətdə minlərlə ildir onsuz da edilməkdədir. Ticari istehsaldırmı? Marks yenə xeyr deyir, çünki ticari məhsullar bazarlarda mübadilə edilə bilər. Marksa görə kapitalizmdə sərmayə, xidmət dəyərinin istehsalıdır. Buna görə, antikapitalist hərəkatın vəzifəsi “xidmət dəyəri istehsalını” dayandırmaq olmalıdır.

Niyə kapitalizmə qarşı olmalıyıq?

Bir çox adam kapitalizmin işçini istismar etdiyini söyləyir. Amma işçilər başqa cəmiyyətlərdə fərqli zamanlarda istismar edilmişlər. Sərmayənin əhəmiyyətli bir xüsusiyyəti dinamik olmasıdır. Sistem davamlı yeni bir şey yaratmaqdadır. Cib telefonlarınızı, ipadlarinizi buraxıb, Orta Çağdakı kimi yaşamaq istəyərsinizmi? Kapitalizm fərqli bir dünya yaratmışdır və yaratdığı hər şey pisdir deyə bilmərik. Bu səbəblə kapitalizm ilə mübarizədə istehlakı pisləyərək inqilab edə bilmərik.

kapitalizm-uzerine-en-guzel-karikaturler_514455Harveyə görə, kapitalist əleyhdarı arqument, sistemin davamlı böyümə ehtiyacı üstünə qurulmalıdır. Çünki sərmayə yaşaya bilmək üçün davamlı artmalı, böyüməlidir. Böyüməzsə, qazanc yox deməkdir və yox olar. Bu səbəblə, sistem cəmi xidmət dəyərini davamlı böyütməyə və qatlayaraq artırmağa çalışar. Ortalama illik böyümə sürəti təxminən yüzdə üçdür. Bu nisbət, bəlkə 18-ci əsrdə problem olmazdı. Lakin bu gün önümüzdəki 100 il üçün yüzdə üç böyümə nisbəti hədəfləsək bu ciddi problemlər yaradacaq. Burada Harvey davamlı iqtisadi böyümənin qeyri-mümkünlüyünü göstərərək sərmayənin də bir sərhədi olduğunu xatırladar. Bu nöqtədə “Böyümənin Sərhədləri” kitabına göndərmə etmədən keçmək olmaz. David Harveyin nəzərdə tutduqlarının, Donella və Dennis Meadows ilə bir qrup MIT-li alim tərəfindən 1972-ci ildə nəşr olunan məşhur “Böyümənin Sərhədləri” kitabında izah edilən fikirləri tamamladığını düşünmək olar. “Böyümənin Sərhədləri”, istehsal və əhalinin davamlı olaraq artmasının, fiziki sərhədləri olan dünyamızda mümkün olmadığını izah edir. Harvey də sərmayənin söykəndiyi davamlı böyümə hədəfinin qeyri-mümkünlüyünü söyləyir. Harveyin Marksın “Capital”ından yola çıxaraq kapitalizm ilə mübarizə üçün meydana gətirdiyi düsturun təməl dayağı olan iqtisadi böyümə əleyhdarlığı, Nicholas Georgescu-Roegenin iqtisadi kiçilmə və Herman Daly’s sabit iqtisadiyyat yanaşmalarına paralleldir.

Harveyin vurğuladığı bir başqa gerçək, son 30 ildə, gerçək istehsala gedərək daha az, fiktiv sərmayəyə daha çox sərmayə qoyulmasıdır. Fiktiv bazarlarda gerçək sərmayə yoxdur. Karbon bazarlarında alınıb satılan karbon səhmlər fiktiv sərmayəyə gözəl bir nümunədir. Maddi sistemdəki varlıqların şişirildiyinə də toxunan Harvey, spekulyativ hərəkətlərin artdığını vurğulayır. Bu inkişafların bir nəticəsi fövqəladə ölçüdə gəlir bərabərsizliyi yaratmasıdır. Məsələn; New Yorkda əhalinin yarısı ildə 30 min dolların altında qazanarkən eyni şəhərdə spekulyativ fondları idarə edənlərin adam başı illik gəlirləri 3 milyard dollar ətrafındadır.

Harvey siyasi gücü iqtisadi gücə bağlayır. Seçkiləri qazanan milli iradə kimi görünsə də əslində pul, yəni sərmayədir. ABŞ-da da sərmayə hər iki partiyanı idarə edir. Böyük pul eyni zamanda hüquq sistemini də idarə edir. Bu sistem günümüzün ciddi problemləri olan;

– Gedərək artan ədalətsiz gəlir dağılımı,

– Təbiətin pozulmasından qaynaqlı problemlər,

– Sonsuza qədər ildə yüzdə üç böyümə nisbətinin yaradacağı nəticələrlə əsla üzləşməz.

karlmarx_460x276Marks iç-içə keçmiş pul, istehsal və iş qüvvəsi dövrlərinin idarəsini lazımlı hesab edir. İdarə, pulun təbiətinin, əmtəələşdirmə və iş qüvvəsinin təşkilatı mövzularında köklü bir çevrilmə ilə mümkündür. Harveyə görə kapitalist əleyhdarları bu mövzularla maraqlanmalıdır. Çıxarmaq üçün istehsal, saxlamaq üçün təcrübə etməkdən imtina edilməlidir.
Kapitalist əleyhdarı mübarizə uzun bir müddətdir və heç olmasa bir qurşaq sonra tamamlana bilər. Bu müddət ərzində yaxşı və pis olaraq təsnif etdiyimiz istehsallar olacaq və nə yaxşıdır nə pisdir müzakirə edilməyə başlanacaq. Bu an bir çox məhsul önümüzə hazır gəlir və fiziki olaraq bunlar harada, necə çıxarılır bilmirik. Bu səbəblə o tələbələrinə “Yediyin nahar necə çıxarılır?”, “İstifadə etdiyin şəkər haradan gəlir?”, “Dişlədiyin alma haradan, necə gəlir?” suallarını soruşduğunu izah etdi.

Kapitalizm ilə mübarizə edə bilmək üçün, kapitalizmin ölçülərini və qurub inkişaf etdirdiyi, bəsləyib böyütməyə davam etdiyi sistemi doğru oxumağa çalışmalıyıq. Bunun üçün atılacaq ilk addım, gündəlik həyatımızda üzərində heç düşünmədən istehlak etdiyimiz məhsul və qidalarla əlaqədar “harada və necə çıxarılır” suallarına cavab axtarmaq və “yaxşı istehsal” ilə “pis istehsal”ı təyin etməyə çalışmaqdır.

Hazırladı: Müşviq Osmanlı

VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)