SOYUQDƏYMƏ VƏ QRİP ƏLEYHİNƏ 18 TÖVSİYYƏ

Xüsusi

  1. Soyuqdəymə və qrip əleyhinə 18 tövsiyyəTez-tez əl yumaq vərdişi qazanın. Əllərinə asqrıan xəstələrin toxunduğu əşyalarda, viruslar saatlarla və hətta günlərlə canlı qala bilər. Bu əşyalara toxunan sağlam insanlara viruslar keçə bilər. Əlinizi yumaq imkanınız yoxdursa, əl təmizləyici spreylərdən istifadə edin.
  2. Üz, bədənə giriş olduğu üçün, gözlər, burun və ya ağızla oynamaq və ya toxunmaq vərdişindən çəkinin. Soyuqdəymə və qrip virusları, bir çox hallarda üzlə olan təmasla keçə bilər. Asqırdıqdan sora əllərinizi yumadan gözlərinizə və ya ağzınıza toxunmayın. Bu qaydaya əməl edərək,  xəstənin eyni virusla yenidən xəstələnməsinin qarşısını ala bilərsiniz. 
  3. Burun axıntısını udmayın, çıxarın. Bu, sizin bədəninizdən infeksiyaya səbəb olan mikroorqanizmlərin atılma üsuludur. Hər iki burun dəliyini birdən tıxayaraq axıntını çıxarmağa çalışmaq, qulaqda təzyiqin artmasına və mikrobların qulağa getməsinə səbəb ola bilər. Buna görə də hər bir burun dəliyini ayrı ayrı tıxayaraq digərindən axıntını çıxarın. Asqırarkən və burun axıntısını çıxararkən kağız dəsmaldan istifadə edin və dəsmalı zibilə atın. Kağız dəsmal tapa bilmədiyiniz halda,  sol əlinizin dirsəyinə doğru asqırın.
  4. Bol-bol vitamin qəbul edin. Vitaminləri dərman halında qəbul etmək əvəzinə, tünd yaşıl, qırmızı və sarı rəngli meyvə və tərəvəzlər yeyərək təmin edin. C vitamini immun sisteminizi gücləndirərərk xəstələnməyinizə əngəl olacaq və ya xəstələndiyiniz zaman viruslara qarşı immun sisteminiz üçün  güclü bir dəstək təmin edəcəkdir. Meyvə-tərəvəz yeyə bilmədiyiniz halda, vitamin həbləri tövsiyyə edilə bilər. Sink, kalsium, maqnezium və dəmir kimi minerallar da faydalıdır.
  5.  Toyuq bulyonundan hazırlanmış isti şorba, həm maye, həm də protein qəbulu üçün olduqca faydalıdır. Şorbanın istiliyi, burun və boğaz şikayətlərini azaldar.
  6. Hər gün bir kasa qaymağı götürülümüş qatıq yemək, soyuqdəyməni 25 faSoyuqdəymə və qrip əleyhinə 18 tövsiyyəiz azaltdığı bəzi araşdırmalarda göstərilib. Qatığın içindəki faydalı bakteriyalar, bədənin soyuqdəymə və qriplə apardığı mübarizədə immun sistemiylə bağlı maddələrin istehsalına yol açdığı üçün faydalı olduğu düşünülür.
  7.  Burun və ağciyərlərimizi döşəyən örtüyün üzərində incə yapışqan bir maye təbəqəsi var. Bu təbəqəni hərəkət etdirərək təmizliyi təmin edən və saniyədə 10 dəfə hərəkət edən süpürgə kimi tüklər var. Siqaret tüstüsü bu yapışqan mayedə qurumağa, tüklərdə iflic halı meydana gətirərək virusların təmizlənməsinə və tənəffüs yollarından uzaqlaşdırılmasına əngəl olur. Bir ədəd siqaretin çəkilməsi ilə tənəffüs yolu tüklərində 30-40 dəqiqəyə qədər iflic halı  meydana gəlir. Elmi araşdırmalar siqaret çəkən insanların daha ağır və daha tez-tez soyuqdəyməyə və qripə tutulduqlarını göstərir. Sadəcə siqaret tüstüsünün olduğu məkanda olmaq belə , immun sisteminə zərər verə bilir.
  8.  Alkoqol istifadəsi immun sisteminə müxtəlif yollarla təzyiq edir. Ağır alkoqol asılılığı olan insanlarda infeksiyalar və çətinliklər daha tez-tez meydana gəlir. Alkoqol, bədəndə su itkisinə də səbəb olaraq zərər verir.
  9.  Qrip mövsümündə sıxlıq olan məkanlardan və xəstələnmiş insanlarla yaxın münasibətdən çəkinin. Əl-ələ görüşmək, qucaqlaşmaq və öpüşmək əvəzinə, yaponlar kimi başınızla salamlaşın. Əgər onlarla əl-ələ görüşmək məcburiyyətində  olsanız,  ilk fürsətdə əllərinizi yuyun.
  10. Xəstələndiyiniz zaman, bədəninizin enerjisinin önəmli bir qismi, immun siteminin artan ehtiyacına veriləcəyi üçün enerji təmin edən sağlam qidalar qəbul edin. Bal, enerji verən, öskürəyi rahatladan və mikrobları öldürücü təsirləri olan bir qidadır. Ağızdan qəbul edilən içkilərə bal əlavə edilə bilər. Lakin bal, 1 yaşından kişik uaqlara verilməməlidir. 
  11. Stress və həddindən artıq yorğunluq, immun sistemini zəiflədən bir faktordur. Stresinizi azaldacaq olan meditasiya, gərilmə məşqləri və istirahət yararlıdır. Axşamlar tez yataraq immun sisteminizin xəstəliklə mübarizəsində gərəkli enerjini təmin etməlisiSoyuqdəymə və qrip əleyhinə 18 tövsiyyəniz.
  12. Qızdırmanız olmadığı halda, idman məşqlərinizi unutmayın. İdman, bədən temperaturunu artıraraq bədəninizi işğal edən mikrobların yox edilməsinə kömək edər. İdmanla məşğul olan zaman tərləmək və bol maye qəbulu ilə bədən mayeləri təzələnər, toksinlər atılar. Nizamlı edilən idman  məşqləri, bədəninizdə soyuqdəymə və qrip virusları ilə mübarizə aparan hüceyrələri artırar.
  13.  Bədəninizin, gündə 8 stəkan suya ehtiyacı var. Xəstələndiyiniz zaman ən az bu qədər, daha da yaxşı olar ki, bundan artıq miqdarda su içəsiniz. İlıq su, zəncəfil, bal, limon, darçın, adaçayı, ekinezya çayı kimi içkilər yararlıdır. Süd və südlü içkilər bədən ifrazatlarında qatılaşmağa səbəb olacağı üçün soyuqdəymə və qrip zamanı içilməməlidir. 
  14.  Hava şəraitinə görə tərləməyəcək və üşüməyəcək formada geyinin. Sərin yerlərdə qalın papaq, boğazlı jaket, yun corab geyinilə bilər.  İlıq yerlərdə artıq geyimlər çıxarılmalıdır. Soyuğa məruz qalma və ya islanma, immun sistemində zəifləməyə səbəb olur. Əgər soyuğa məruz qalmısınızsa və ya yağışda islanmısınızsa, ən qısa zamanda bədəninizi isitməli və qurulanmalısınız. Buxar vannası, isti hamam və ya sauna şəraiti çox faydalı ola bilər.
  15. Əlavə bir yastıq istifadə etməyiniz, burun tıxanıqlığınızı azaladaraq daha tahat bir yuxu təmin edəcəkdir.
  16. Soyuqdəymə və qrip xəstəlikləri viruslar tərəfindən meydana gəldiyi üçün antibiotiklər bu halda təsirli deyil, istifadə olunmamalıdır. AntiSoyuqdəymə və qrip əleyhinə 18 tövsiyyəqrip dərmanlardan istifadə oluna bilər. Lakin 5-7 gün sonra vəziyyətiniz düzəlmədiyi təqdirdə, bakterial infeksiyalar yarana bildiyi üçün antibiotiklərdən istifadə oluna bilər.
  17. Qrip peyvəndi hər il özünü dəyişdirən qrip virusuna qarşı yenidən istehsal olunan bir peyvənddir. Sentyabr- Oktyabr ayları, qrip peyvəndi üçün ən uyğun vaxtdır. Xroniki xəstəliyi olanlara, immun sistemi zəif olanlara və yaşlı insanlara mütləq tətbiq olunmalıdır.
  18. Soyuqdəymə və ya qrip halında təyyarə ilə səyahət edərkən xüsusilə enmə zamanı  ciddi qulaq problemləri yarana bilər.Mənbə: www.milliyet.com.tr
    Hazırladı: Fidan Aslanova 
Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

İNSAN BƏDƏNİ HAQQINDA MARAQLI FAKTLAR

Xüsusi

Yaradıcılığımızı və məhsuladrlığımızı öldürən şey- multitaskingBEYİN

– Sinir impulsları saatda 270 km sürətlə hərəkət edir.
– Beynin fəaliyyət göstərməsi üçün ona 10 vatlıq lampanın çalışmasına lazım olan qədər enerji lazımdır.
– İnsan beyninin hüceyrəsi istənilən ensiklopediyanın tutduğu informasiyadan daha artıq informasiya tuta bilir.
– Qan dövranı sisteminə daxil olan oksigenin 20%-ni beyin istifadə edir.
– Gecələr beyin gündüzdən daha aktiv olur.
– İQ göstəricisi azaldıqca insan daha çox yuxu görür.
– Beyin özü ağrı hiss etmir.
– Beynin 80%- i sudan ibarətdir.

ORQANİZMİN FUNKSİYALARI

– Asqırmağın sürəti saatda 160 km təşkil edir.
– Öskürməyin sürəti bəzən saatda 900 km-ə çata bilər.
– Qadınlar kişilərdən 3 dəfə çox gözlərini qırpırlar.
– Ayaqlarda təxminən 500 min tər vəzisi yerləşir ki, onlar da gün ərzində bir litrə yaxın tər ifraz edə bilir.
– İnsan bütün ömrü boyu bir hovuzun yarısını doldura biləcək qədər tüpürcək istehsal edir.

DAXİLİ ORQANLAR

– Ən böyük daxili orqan nazik bağırsaqdır.
– İnsan ürəyi qanın 7 metr irəliyə vura biləcəyi qədər təzyiq yarada bilir.
– Mədədə olan turşu bir ülgücü əridə bilər.
– İnsan bədənindəki damarların ümumi uzunluğu 96 min km-dir.
– Mədə bütünlüklə hər 3-4 gündən bir yenilənir.
– Qadınların ürəyi kişilərdən daha sürətlə döyünür.
– Qaraciyərin 500-dən artıq funksiyası var.
– Aortanın diametri su sulamaq üçün istifadə olunan şlanqın diametrinə bərabərdir.
– Ürəyə də yer olsun deyə sol ciyər sağ ciyərdən balacadır.
– Daxili orqanların bir neçəsini götürərək də yaşamağa davam etmək olar.
– Böyrəküstü vəzilər insanın bütün həyatı boyu ölçülərini dəyişir.

QOCALIQ VƏ ÖLÜM

– 60 yaşına çatmış çox sayda insan dad bilmə reseptorlarının yarısını itirir.
– İnsanın gözlərinin ölçüsü ömrü boyu dəyişmir, qulaq və burun isə bütün ömrü boyu inkişaf edir.
– 60 yaşına çatmış kişilərin 60%, qadınların isə 40%-i xoruldayır.

hisslərHİSSLƏR

– Çox yaxşı yeməkdən sonra biz adətən daha pis eşidirik.
– İnsanların yalnız üçdə bir hissəsində görmə qabiliyyəti yüz faizdir.
– Qadınlarda iybilmə qabiliyyəti anadangəlmə kişilərdən daha yaxşı inkişaf edib.
– Burun 50 min müxtəlif iyi tanıya bilir.
– Hər insanın özünə məxsus unikal iyi var.

XƏSTƏLİK VƏ TRAVMALAR

– Çox zaman ürək sancıları bazar ertəsi günlərində baş verir.
– İnsanlar yeməksiz daha çox qala bilirlər, nəinki yuxusuz.
– Günəşin altında yanan zaman sizin damarlarınıza da ziyan dəyir.
– Xəstəliklərin 90%- i stressdən əmələ gəlir.

NƏSLİN DAVAM ETDİRİLMƏSİ

– Gün ərzində bütün dünyada 120 milyon cinsi əlaqə baş verir.
– İnsan bədənindəki ən böyük hüceyrə yumurta hüceyrə, ən kiçik hüceyrə isə spermadır.
– Hamiləliyin ilk 3 ayında hamilə qadınlar yuxuda adətən qurbağa, böcəklər və bitkilər görürlər.
– Demək olar ki, bütün uşaqlar mavı gözlü doğulurlar.
– Dişlər insan dünyaya gəlməmişdən 6 ay əvvəl inkişaf etməyə başlayır.
– Hər 2000 uşaqdan birinin dünyaya gələrkən dişi olur.
– Dölün əl izləri üç aylığında formalaşır.
– Hər bir kişidə yuxuda olduğu zaman bir saatdan, və ya saat yarımdan bir ereksiya baş verir.

əzələlərƏZƏLƏLƏR VƏ SÜMÜKLƏR

– Biz gülmək üçün 17, üzümüzü turşutmaq üçün isə 43 əzələ işlədirik.
– Uşaqlar 300 sümüklə doğulurlar, böyüklərdə isə sümük sayı 206-dır.
– Səhərlər biz axşama nisbətən 1 sm hündür oluruq.
– İnsan bədəninin ən güclü əzələsi dildir.
– İnsan bədəninin ən ağır sümüyü çənə sümüyüdür.
– Bir addım atmaq üçün 200 əzələ işə düşür.
– Bəzi sümüklər poladdan daha möhkəmdir.
– Diş regenrasiya etməyi bacarmayan yeganə orqandır.

SAÇLAR VƏ DIRNAQLAR

– Üzdəki tüklər bədənin digər yerlərindəki tüklərdən daha sürətlə inkişaf edir.
– Gün ərzində hər bir insan 60-100 arası saç itirir.
– İnsan tükü 100 qram ağırlığında yük götürə bilər.
– Orta barmağın dırnağı digər barmaqlardan sürətlə uzanır.
– İnsan bədəninin 1 kvadratında olan tük miqdarı şimranzenin bədənindəki tükün miqdarıyla eynidir.
– Sarışınların saçı daha çox olur.
– İnsan tükünün orta yaşı 3-7 ildir.

HƏMÇİNİN…

– Havası soyuq olan bir otaqda yatarkən sizin kabus görmə ehtimalınız azalır.
– Yarım saat ərzində bədən yarım litr suyu qaynatmaq üçün bəs edən enerji istehsal edir.
– İnsan bədəninin 1 kvadrat santimetrində 16 min bakteriya yaşayır.
– Hər 27 gündən bir dəri yenilənir.
– Hər insanın dilinin quruluşu unikaldır.
– İnsan bədənində olan dəmirlə 6 santimetr uzunluğunda bir mismar düzəltmək olar.

Mənbə: “Discovery” jurnalı
Hazırladı: Psixoloq Rübabə

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +34 (from 34 votes)

Psixoloq Rübabə

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı