ATALAR YAXŞI DEYİB…

Mövzu muxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir.

Ad adamı bəzəməz, adam adı bəzəyər.

Adam, adamın şeytanıdır.

Adam olmayan başqalarını adam saymaz.

Bərəkət, hərəkətdir.

Bir işi başlamağa çalış, özü qurtarar.

Cavanlıq gözəllikdir, onu boyamaq artıqdır.

Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla.

Adam yanıla-yanıla öyrənir.

Araq adamı ardan da qoyar, yardan da.

Az bilmək istəmirsənsə, çox oxu.

Fikirdən iti gedən şey yoxdur.

Ölüm, qaş ilə göz arasındadır.

Pay bölənə pay qalmaz.

Az yeyənin azarı da az olar.

Çalışqan əl nəyə dəysə qızıl olar.

Çox aş ya qarın ağrıdar, ya baş.

Sənət, insan üçün xəzinədir.

Uzaqlaşmaq, yaxınlaşmaq üçün vasitədir.

Yalanla dünyanı dolanmaq olar, amma geri dönmək olmaz.

Yeməyə kömək, işləməyə də kömək.

Yola çıxan yolda qalmaz.

Zəhməti sevən, işdən doymaz.

Düzlük, xoşbəxtliyin açarıdır.

Söz, həyatın bəzəyidir.

Adam, adam sayəsində adam olar.

İstədiyini deyən, istəmədiyini eşidər.

İstək gözdə olar, məhəbbət ürəkdə.

Toyun əvvəlinə getmə, axırına da qalma.

Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.

Bir gözü alça dərir, bir gözü gavalı.

Nəğdi qoyub, nisyə dalınca düşmə.

Paxıl olmasan, dərdin olmaz.

Pul verməz, can verər.

Tikan olub ayağa batınca, gül ol, yaxaya sancıl.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

BƏHANƏLƏRİ RƏDD ET

“Bəhanələr gətirməkdə uğurlu olan insanlar, digər işlərdə nadir hallarda uğurlu olurlar.” Benjamin Franklin 

Özünə inamı zəiflədən amillər arasında üzərində durulacaq ən mühüm xüsuslardan biri də bəhanələrdir. Bəhanələr, tez-tez müraciət etdiyimiz, hər an köməyimizə çatan və bizə təsəlli verən dostlarımızdır. Bir yerdə qərar verərək artıq daha yüksək standartlara görə yaşayacağam, istədiyimə nail olmaq üçün əlimdən gələni edib mütləq uğur qazanacağam, deyirik və işə başlayırıq. İlk vaxtlar çox həvəsli və həyəcanlı oluruq, amma nədənsə bir müddət keçidikdən sonra o həvəsi, həyəcanı itiririk və eyni  zamanda qabiliyyətə olan inamımız da zəifləyir. Bunun müxtəlif səbəbləri vardır. Bir səbəb də bəhanə gətirmək vərdişimizdir. BəhBəhanələri rədd etanələr,  adətən, hər hansı əhəmiyyətli bir iş üzərində işləyərkən, həyatında nə isə dəyişiklik etmək, nəyisə daha etməmək, tərgitmək və ya hansısa yeni vərdişə yiyələnmək üçün qərar verdikdə və ya qərar verən andan  bir müddət sonra lazım olan kimi heç gecikmədən meydana çıxırlar.
Əldə etmək istədiyimiz hər hansı dəyərli bir şey üçün vaxtımızdan, rahatlığmızdan, bəzi sevdiyimiz şeylərdən fədakarlıq etməliyik. Özümüzü daha çox idarə etməli, daha çox çalışmalı, daha az yatmalı, xoşumuza gəlməsə də əhəmiyyətli və lazımlı işlərə vaxt ayırmalıyıq. Bütün bunlar, adət halını almış yaşam tərzimizdə dəyişikliklər etməyimiz,  yeni və intizam tələb edən və biraz da çətin olan bir proqrama görə yaşamağımız deməkdir. Uğur qazanmağın da ən əhəmiyyətli sirri məhz budur: Etməli olduğun şeyləri istəsən də, istəməsən də; sevsən də, sevməsən də;  etməli olduğun şəkildə və vaxtda etmək lazımdır! Bunu düşünmək, bu cür bir insan olduğunu təsəvvür etmək, xoş gəlir, amma lazımı fədakarlığı göstərmək çətin və əziyyətli görünür. Bütün bunlara baxmayaraq, “mən edəcəyəm” deyib, fəaliyyətə başlayanda mütləq çətinliklərlə mübarizə aparmalı olursan. Bu çətinlikərlə mübarizə aparan vaxtlarda məsələn, yorğun olanda, həvəsssiz olduqda, biraz şübhəyə düşüdüyün anda yeniliyə görə deyil, əvvəlki tərzdə yaşamaq üçün ( bu daha rahat olur ) bəhanələrə müraciət edirik. Bu sadiq dostlarımz da hər an xidmətə hazər olduqlarına görə, heç gözləmək də lazım olmur, elə o an hazır olurlar. Bu bəhanələr çox saydadır və hər vəziyyət üçün də uyğun olan birini tapmaq heç də çətin deyil. Bunlara misal kimi aşağıdakı bəhanələri göstərə bilərik:

-mən həmişə belə olmuşam.
-bu mənim xasiyyətimdir.
-kifayət qədər pulum yoxdur.
-buna gücüm çatmaz.
-heç kim dəstək vermir\verməyəcək.
-vaxtım yoxdur.
-özümü hazır hiss etmirəm.
-bunun üçün çox yaşlıyam və ya gəncəm.
-qorxuludur\ risklidir.
-çətindir və s…

Bunlar hər kəsin tanış Bəhanələri rədd etolduğu və əksəriyyətin bəhanə olaraq deyil, gerçək səbəblər olaraq istifadə etdiyi əsas bəhanələrdir. Çoxları möcüzə gözləyir ki, nə isə bir şey olsun və heç bir əziyyət çəkmədən, fədakarlıq etmədən, oturduğu yerdən istədiyinə nail olsun. Amma unutmamaq lazımdır ki, yataraq uğur qazanan, istədiyinə nail olan sadəcə toyuqlardır.

Halbuki, çalışmaq, hər hansı bir əhəmiyyətli hədəf uğrunda əziyyət çəkmək, fədakarlıq etmək, yuxusuz qalmaq, əhəmiyyətsiz olan hər bir şeyə, hər bir gülünc bəhanəyə böyük bir YOX deyərək günlərini faydalı bir şəkildə keçirmək əsl fəzilətdir. Vaxt sürətlə keçərkən o dəyərli anlara bəhanələr gətirməkdənsə, az da olsa nə isə etmək daha düzgün və məntiqli deyilmi?!

Bəhanə gətirmək səni istədiyin hədəflərdən uzaqlaşdırmaqdan, özünə olan inamını zəiflətməkdən, özünü heç nəyə layiq olmayan, dəyərsiz, bacarıqsız bir insan kimi görməkdən başqa heç nəyə yaramır.

Düşünək ki, iki nəfər var. Hər ikisi də əldə etmək istədikləri şeylər üçün işləməyə, çalışmağa başlayırlar.  Başlanğıcda hər ikisi də həvəslidir, işləməyə inamla başlayırlar. Bir müddət keçdikdən sonra çətinliklərlə üzləşəndə biri, ” bunu necə adlaya bilərəm?” deyə düşünür, yollar axtarır və nə etmək laızmdırsa, istəsə də, istəməsə də onu edir və bəhanə gətirməyə nə səbəbi, nə də vaxtı olur. Digəri isə sanki səbrsizliklə gəlmələrini gözlədiyi çətinliklərlə üzləşdiyi anda, özünün “haqlı” olduğunu sübut etmək  üçün durmadan şikayətə əl atır. Bu zaman da bəhanələr köməyinə çatır. Ola bilər ki, gətirdiyi səbəblər həqiqətən də ona mane olsun. Amma, hər bir maneə də məhz üzərindən aşmaq və istədiyinə nail olmaq üçün bir vasitədir. Hər hansı bir bəhanə şikayət etmək, bəhanələr gətirmək üçün əsaslı bir səbəb deyil. Bu nümunədən də gördBəhanələri rədd etüyümüz kimi, bu iki nəfərin hər biri, hadisəyə yanaşma tərzinə uyğun nəticələr əldə edir. Çətinliklərlə özünü sınamaq, özünü sübut etmək, iradə gücünü, qətiyyətini, əzmini daha da gücləndirmək üçün bir sınaq kimi baxan insan hər mübarizəsindən sonra özünə olan inamını daha da gücləndirir. Bunun əksinə, digəri özünə əziyyət verməkdən, fədakarlıq etməkdən canını qurtarmaq, işin doğrudan da imkansız olduğuna ətrafdakıları və özünü inandırmaq üçün bəhanələri həvəslə, mümkün olan hər anda və hər yerdə danışmağa başlayır.  Bu da onun olduğu yerdə qalmağına və daim yaşaya biləcəyindən daha aşağı səviyyədə bir həyat yaşamağına səsbəb olur.
Bəhanələrlə yaşamaq və nəticədə özümüzə olan inamımızı itirmək, istədiklərimizi real həyatda deyil, sadəcə xəyallarda yaşamaq, ya da bunun əksinə, zehnimizə gələn hər bəhanəni rədd edərək ən yükəsk standartlara görə həyatımızı davam etdirmək bizə qalmış bir seçimdir. Allahın  da bildirdiyi kimi, hər insan çalışdığının qarşılığını görəcəkdir.

Mənbə: İsmayıl Vəliyev – “Özünü kəşf et” kitabı.
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

İMTAHAN STRESİ

340745Həyatda rastlaşdığımız bütün çətinliklərə imtahan deyirik. Bir ömür boyu müxtəlif imtahanlar veririk. Ən əhəmiyyətli saydığımız sinaqlarımızdan biri isə on bir illik zəhmətimizin bəhrəsi olacaq qəbul imtahanlarıdır. O imtahan ki, minlərlə abituriyentin gələcəyi üçün məsuliyyət daşıyır. Biliyiniz bu imtahandakı 125 sualla qiymətləndiriləcək və gələcəyiniz bu imtahanın nəticəsiylə dəyişəcək.
İmtahana qədərki dövrə nəzər salsaq, şagirdlərin əksəriyyəti dərslərə ciddi yanaşmır, ali məktəbə hazırlaşmaq üçün son iki ili gözləyir. Bir neçə illik dərs materiallarının qısa bir müddət ərzində mənimsənilməsi, bir neçə bölmənin dərslərinin çox az vaxt ərzində öyrənilməsi, mövzuların səthi və qısa müddətli yadda qalmasına səbəb olur. Bir az həyəcan, stres qanda adrenalin səviyyəsinin yüksəlməsinə, sinir hüceyrələrinin tormozlanmasına səbəb olur. Adrenalin səviyyəsinin yüksəlməsi zamanı insan beynindəki hazır məhsula çatmaqda çətinlik çəkir. Abituriyent niyə həyəcanlandığını ayırd etməlidir. Bacarıqsızdırmı, ətrafdakıların qınagından çəkinirmi və s. Bunlar hamısı nəticə mərkəzli qayğılardır.
Ümumiyyətlə, qayğını artıran əsas səbəblər,”vaxtım azdır”, “yoldaşlarım məndən daha bacarıqlıdır”, “qəbul olmasam valideynlərimə nə deyəcəm”, “mütləq qəbul olmalıyam”, “oxuduqlarım yadımda qalmır” düşüncələridir.
Qayğılar fiziki olaraq bəzi əlamətlərin üzə çıxmasına səbəb olur. Tez-tez nəfəs alma, tərləmə, ürək döyünmə, titrəmə, əzələ gərginliyi bu əlamətlərdəndir.
Bir faktı da nəzər almaq lazımdır ki, dərsin çoxluğu ilə əlaqədar normal qidalanmama, yuxu rejiminin pozulması da orqanizmdəki fizioloji proseslərin pozulmasına səbəb olur.
Orqanizmin 15-17 yaş arasınadakı cinsi yetişkənlik səviyyəsinin ən yüksək həddə çatması və gərginləşməsi də məhz bu vaxta təsadüf edir. Maraq dairəsi genişlənən, əyləncə həvəsində olan abituriyent bu dövrü kitab -dəftərdən asılı olaraq keçirməyə məcbur olur. İstirahətin düzgün qurulmaması psixoloji gərginliklərə səbəb olur.
imtahan stresiYaxınların, tanışların mütəmadi abituriyentlə maraqlanması, onun bilik səviyyəsini yoxlamağa çalışması, valideynlərin “oxu, oxu “sözlərini daim təkrar etməsi, onsuz da gərgin olan şagirdi daha da gərginləşdirir.
Müəllim və valideynlərin imtahanın uğursuz olacağı halda, sanki dünyanın sonunun gələcəyini israrla anlatması, imtahanı şagirdin gözündə daha da qorxulu hala gətirir.
Gərginliyi azaltmaq üçün abituriyenti çox sıxmamaq lazımdır. Hər gün eyni sözləri təkrar edərək, “Sənin yolunda nə qədər pul tökmüşəm, “Qəbul olmasan qohumlar, tanışlar yanında biabır olacağıq”, “Filankəsin uşağı bütün gün oxuyur”kimi cümlələrdənsə, ona güvəndiyinizi hiss etdirin. “Sən bacarıqlısan, bunu da bacararsan” mesajı verməklə onun əhvalına yaxşı təsir etmiş olarsınız.

Hər nə qədər boş vaxtı olmasa da, istirahətə vaxt ayırın, fərqli mövzularda söhbət edin. İmtahana bütün qohum-əqrəbanın getməsinə ehtiyac yoxdur. Çox zaman bunu xüsusi diqqət kimi qəbul etsəniz də, bu məsuliyyəti daha da artırır.

İxtisas seçimində də, öz istəyinizi deyil, şagirdin istəyini nəzərə alın. “Elə peşə seç ki, pul qazana biləsən”deyib, arzuları pula bağlamayın. Məsləhət verin, real həyatdan misallar gətirin, amma faydalı ola biləcəyi sahəni seçməkdə yardımçı olun.
Universitet tələbəsi olmaq  həyatınızı dəyişə bilər, qarşınızda gözəl imkanlar aça bilər, lakin bu hələ hər şey deyil. Xoşbəxtlik təhsildən asılı deyil.


Bütün abituriyentlərə uğurlar arzulayıram, arzularınız gerçək olsun!

Müəllif:   Psixoloq Rübabə

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +16 (from 18 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

TƏNBƏLLİK NƏDİR?

Tənbəllik, aktiv olmağa qarşı könülsüzlükdür. Bir işi edə biləcək ikən bundan çəkinmə, bir məşğuliyyət  üçün səy etməmə və hərəkətə keçməmə halıdır. Adətən, edilməyi lazım olanı etməyən adama yaraşdırılan bir sifətdir. Ərincəklik, uyuşuqluq, başıboşluq, avaralıq ilə yaxın anlamdadır. Müxtəlif dinlər və görüşlər tərəfindən tənqid edilmiş bir davranışdır. Birinin əskikliyini görəndə, “tənbəl” deyərik.  Bəs yaxşı, insan nə üçün tənbəllik edər? Bəlkə də bəzilərimiz üçün sualı bu cür qoymalı: Niyə tənbəl olmayaq?

Öncəliklə, söyləmək lazımdır ki, burada tənbəllik deyərkən, nəzərdə tutduğumuz, edilməsi lazım olan bir şey var ikən bundan geri durmaqdır. Şüurlu bir şəkildə dincəlmək və ya eləcə dayanmaq tənbəllik olmaya bilər. Lazım olan işi etməmə halına tənbəllik deyə bilərik. Hərəkətsizlik ilə qarışdırılmamalı, bir əskiklik və geri durma davranışı olduğu xatırlanmalıdır. Fərqli baxışlara görə hər zaman edəcək bir şeylər tapıla bilər və ya edəcək heç bir şey yoxdur. Bunu tənbəllik daxilində deyil, həyatda nə etməli sualına bağlaya bilərik.

İmmanuel Kanta görə, insan, bütün insanlar üçün bir qanun olacaq biçimdə davranmalıdır. İnsanlıq bir vasitə olaraq yox, bir məqsəd olaraq görülməlidir. Elə davranmalıdır ki, insan özünü bir qanun qoyucu olaraq hiss edə bilsin. Bu məqsədlər, vəzifə əxlaqının əsaslarını təşkil edir. Ancaq beləcə, yaxşı bir niyyətdən, dolayısı ilə saf yaxşılıqdan bəhs edə bilərik. Vəzifənin  əxlaqlı, yəni yaxşı ola bilməsi üçün universal olanı düşünərək hərəkət etməliyik. Yalnız özünü düşünmək bizi yanıldar və tənbəlliyə sövq edər. Məncillik kimi, düzəldilməyi gözləyən bir dar fikirlilikdən söz edə bilərik.

Bir düşünək, öz başımızamı insan olduq? Yaxşı, bəs insan olmağın ortaqlıq tərəfinə nə deməli? Təbiətimiz tənbəllik üzərinəmi qurulub? İnsanın təbiətdəki fərqli mövqeyi haradan gələ bilər? Ünsiyyət..əlaqə nə olan şeydir? Aydındır ki, insan ehtiyaclarını qarşıladıqdan sonra boş durmamış və sonrakılar üçün dəyər yaratmışdır. İnsan, həyatı bir vəzifə bilmiş və sonrakılara çatdırmaq üçün çabalamışdır. Eynilə filosof kimi, fiziki ehtiyaclarını tamamlamaqla kifayətlənməmişdir. Ardına baxmaq və həyatı anlamağa çalışmaq davranışlarını göstərmişdir.

Mənbə: www.dmy.info
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 13 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

İŞ AXTARANLARA 10 TÖVSİYYƏ

İş axtaranlara tövisyyələr1. Nə istədiyinizə qərar verin: Necə bir iş istəyirsiniz? Tam zamanlı, yoxsa part-time-lı bir iş? Təhsil aldığınız sahədə, yoxsa xəyallarınızdakı işdə? Təcrübəli olduğunuz sahədə, yoxsa yepyeni bir sahədə? Pul qazanmaq üçün, yoxsa pulu hələlik ikinci planda saxlayıb təcrübə qazanmaq üçün? Kariyera qurmaq üçün, yoxsa günün ehtiyaclarını ödəyə bilmək üçün? Bunu müəyyən etdikdən sonra addımlarınızı o istiqamətdə atın.

2. Özünüzü, müəyyən bir sahə ilə məhdudlaşdırmayın: Sahib olduğunuz qabiliyyət və təcrübələrinizi zənn etdiyinizdən daha çox sahədə istifadə edə bilərsiniz. Bu sahələri araşdırın, müraciət yelpiyinizi genişləndirin.

3. Ətrafınızı məlumatlandırın: Yoldaşlarınıza, qohumlarınıza, dost-tanışa iş axtardığınızı bildirin. Əvvəlki iş və ya məktəb ətrafınızdan insanlarla əlaqə saxlayın. Onların işləri haqqında məlumat əldə edin. Bütün bu kəslərə necə bir iş axtardığınızı və uyğun bir iş olduğu zaman sizə xəbər vermələrini söyləyin. Heç ümid etmədiyiniz bir yerdən sizə uyğun iş xəbəri gələ bilər.

4. CV-niz vitrindir, onu maraqlı hala gətirin:  CV’nizi alt- alta darıxdırıcı maddələrdən ibarət olan bir sənəd olmaqdan qurtarın.  Fərqli CV nümunələrini araşdıraraq sizi ən yaxşı yansıdanı seçim edin.  Müraciət edəcəyiniz firmaların siyasətinə görə fərqli CV’lər hazırlamaqda fayda var. Rəsmiyyətə əhəmiyyət verən firmalar üçün siz də rəsmi biİş axtaranlara tövsiyyələrr CV hazırlayın. Eyni zamanda reklamçılıq və ya  dizayn şirkətinə də müraciət edəcəksinizsə, bura üçün yaradıcılığınızı ön plana çıxaracaq, canlı və rəngli bir CV’niz olmalıdır.

5. İş axtarış platformanızı geniş tutun: Qəzet elanlarını, internetdəki onlarla iş axtarış saytını dəyərləndirin. Buralara CV qoyun, yeni və yenilənən elanları nizamlı olaraq təqib edin. İşi çox istədiyiniz və mövqeyi üçün tamamilə uyğun olduğunuzu düşündüyünüz firmaların insan qaynaqları birliyi ilə görüş təyin edərək birbaşa əlaqə saxlaya bilərsiniz.

6. Müraciət etdiyiniz firmaları diqqətlə seçin:  Meyarlarınıza və təcrübələrinizə uyğun firmalara müraciət edin. Sizə uyğun olmadığını düşündüyünüz firmalara CV göndərmək vaxt itkisidir. Qəbul edilsə belə istəmədiyiniz bir işdə çalışmaq sonralar  böyük problemlərə yol aça bilər.

7.Özünüzü davamlı olaraq inkişaf etdirin: Bir-iki ay iş tapa bilmədiniz,  deyək. Dərhal ümidsizliyə qapılmayın və bu müddəti özünüzü inkişaf etdirib CV’nizi zənginləşdirmək üçün bir fürsət olaraq görün. Sahənizlə əlaqədar kurs, seminar və konfranslara qoşulun, kitablar oxuyun. Daha sonra bu təcrübələrinizi CV’nizə əlavə edərək firmalara bir daha göndərin. İnternet saytlarındakı CV’lərinizi də bu istiqamətdə yeniləyin.

8. Özgüvən sahibi olun:  İş görüşməsində içiİş axtaranlara tövsiyyələrnizə qapanıq, utancaq və istəksiz bir görünüş sərgiləməyin. Bu işi həqiqətən istədiyinizi və təcrübələrinizə güvəndiyinizi müəyyən edən bir rəftar ortaya qoyun. (Çox da özündən razı bir halda olmadan, təbii ki!) İşin detalları ilə əlaqədar suallar soruşun. Müsbət istiqamətlərinizi vurğulayın. O işi sahiblənin.

9. Recycling istəyin: Görüş etdiyiniz firmadan,”biz sizinlə əlaqə saxlayarıq” kimi bir cavab alsanız,  qəbul edilmədiyiniz təqdirdə də səlahiyyətlilərdən sizinlə əlaqə saxlamalarını və bunun səbəblərini bildirməklərini istəyin. Bu, sonrakı müraciətlərinizdə nələrə diqqət etməyiniz lazim olduğunu və əskikliklərinizin nələr olduğunu görmək mövzusunda sizə köməkçi olar.

10. Buraxmayın:  Bu günün müvəffəqiyyətli iş sahibləri ilk işlərinə girmək, ilk müvəffəqiyyətlərini əldə etmək üçün heç də asan yollardan keçmədilər . İş tapmaq prosesinin asan bir proses olmadığını, aylarla davam edə biləcəyini bilin. Səbirli olun.

Mənbə: www.kigem.com
Hazrıladı: Fidan Aslanova

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 10 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook