QLOBAL BORC PİRAMİDASI

Xüsusi

10491250_10204021648522776_3743247053425576805_nBu sadə tarixi həqiqətdir ki, hər hansı intellektual toplumdakı intellektual kültür o, toplumdakı üst sinifin mənafeyini güdür. Köləliyin olduğu bir toplumda insan haqlarına yönəlik inanclar təbii ki, kölə sahiblərinin ehtiyaclarını əks etdirəcək. Daha geniş çaplı baxsaq, psixologiyaya, sosiologiyaya, tarixə, iqtisadiyyata və siyasətə hopmuş fikirlər əslində seçkin kütlənin mənfəətlərini əks etdirməkdədir və onlara qarşı olan hər şeyə qarşı qoruma mexanizmləri yaradılmışdır.

Respublikaçı deyilsinizsə demokratsınız. Xristian deyilsinizsə müsəlman yaxud… Bütün bunların ən hiyləgəri əgər sərbəst iqtisadiyyat tərəfdarı deyilsinizsə azadlığa qarşısınız. Azadlıq kəliməsinin demokratiya deyilən şeylə eyni cümlədə işlədilməsi içimizi rahatladır. Bu gün insanlar dövlətə verdikləri səslə təsir edə biləcəklərinə inanırlar. Əslində, keçərli tək səs pulun səsidir. Əslində, siyasət bazar sistemi içində digərlərindən fərqli olmayan ticari bir işdir. Biriləri bəlli bir nöqtəyə qədər azadlığın lazımlı olduğunu (gözəl göründüyünü) bilirlər və azadlıq hiyləsi bu insanlara hər il səs vermə günü verir.

Heç kim azad olduğuna inanan birindən daha çox kölə ola bilməz. (Goethe)

Tez-tez Stalin, Mao, Hitler öldürdüyü insan sayını söyləyirik. Bu adamlar nə qədər despot olur olsun iş ölüm oyununa gələndə, yaxud toplu qətliama gələndə tarixdəki heç bir hadisə bizə bu gün edilənlə qarşılaşdırıla bilməz. Qıtlıq – ən azından son yüz illik tariximiz  boyunca qida əksikliyindən dolayı olmadı. Afrikada hər gün aclıqdan və AİDS-dən insanlar ölür. Qandi bunu gördü və dedi ki, “Şiddətin ən ölümcül şəkli yoxsulluqdur”. Yoxsulluq tarixdəki bütün savaşlarda ölənlərdən daha çox insan öldürdü.

neft erasıNeft sivilizayiyanın hər dönəmində var idi və sivilizasiyanın təməlidir. Sənayeləşmiş dünyada yediyimiz hər kaloridə 10 kalorilik hidrokarbon- neft və qaz enerjisi var. Suni gübrələr təbii qazdan əldə edilir. Kənd təsərrüfatı malları neftdən əldə edilir. Hər sahədə istifadə etdiyimiz neftlə işləyən maşınlar, nəqliyyatdan tutmuş qidaları paketlədiyimiz plastikə qədər (bütün plastik məhsullar) neftdən hazırlanır.

Neft sayəsində bu gün dünyada 7 milyard insan yaşayır. Artıq elə bir nöqtədəyik ki, ucuz enerji istehsalına imkan qalmayıb. Zirvədə, neft istehsalının alt yamacındayıq. Dəyişən neft qiymətlərinin təsiri ilə demək olar dibdəyik və bu bütün dünyada belədir. Bu 2009-cu ildə də yaşandı və keçdi. Son vəziyyət onu göstərir ki, maliyyə və iqtisadi çöküş yaşanır. Çünki iqtisadiyyat yox olmaq üzrə olan şeyin üzərində qurulub.

Bu gün dünyada 2,8 milyon insan qıtlıq içində yaşayır və bu 2030-cu ilodə 4 milyon insanı əhatə edəcək. Kənd təsərrüfatına əlverişli sahələrimn 30 %-i əlverişsiz hala salınmışdır. Hidrokarbonların, içməli suyun, neftin və bu kimi yaşamı dəstəkləyən qaynaqların get-gedə yox olması balansın pozulmasına yol açacaq. Bütün bu çöküşlərə baxıldığında maddi olaraq bunun altından qalxa biləcək ölkə olacaqmı? Qlobal borc piramidası dünyanı yavaş-yavaş əlinə alır. Günü-gündən artan işsizlik artıq normal qarşılanır. 1970-ci ildən 2010-cu ilə qədər işsizlik və qıtlıq 2 dəfə artmışdır və bu andan etibarən bu vəziyyətin get-gedə pisləşdiyi müşahidə olunur.

Son olaraq iqtisadiyyat və dünyadakı qaynaqlar arasında bağlantı olmalıdır. Əks halda bu iqtisadi paradiqmaya çevriləcək və son insanı da öldürənə qədər davam edəcək.

Mənbə: Zitgeist – Moving Forward
Hazırladı: Şahanə Nuriyeva

VN:F [1.9.16_1159]
Rating: +17 (from 19 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

DEMOKRATİYA

demokratiya nədir?Bir zamanlar üst qurumdan “biriləri” geri qalan digərlərini, kütləni idarə edirdilər. Kütlə üçün qanunlar verir, qərarlar qəbul edirdilər. Bu qayda əsrlərlə davam etdi. Amma zaman-zaman kütlə bunu bəyənməməyə başladı. Etiraz etdilər. Əslində bəyənmədikləri qayda-qanunlar, qərarlar, idarə olunmaq deyildi. Bütün bunları qorxaraq sevirdilər, idarə olunmağı özləri istəyirdilər. Çünki kütlə, özünə inanmayan, özgüvəni olmayan fərdlərin çoxluğudur. Etirazları sadəcə bütün bunları bir neçə nəfərin etməsi idi. Kütlə deyirdi ki, bunu biz etməliyik. Bax o zaman “biriləri” düşündü ki, doğurdan aaa, niyə də belə olmasın? Onsuz da adı üstündə, kütlədir bu. Onsuz da verdikləri qanunlar, aldıqları qərarlar bizim o kütləyə verdiyimiz formaya uyğun olacaq. Həm bizim işimiz də yüngülləşər. Day bir də birbaş bu qayda qanunların özü ilə məşğul olmarıq. Biz, bunları hazırlayan kütlənin birbaş özünü istədiyimiz formaya salarıq. Beləliklə, bizim istədiyimiz biçimdə olan kütlənin verdiyi qanun və aldıqları qərarlar da bizim istəyimizcə olacaq. Üstəlik, bu onları ovudacaq və oyuncaqla səsini kəsən körpə kimi sakitləşəcəklər. Halbuki, oyunu quran da biz, oyuncağı ona verən də biz. Hətta oynamağı öyrədən də biz. Beləliklə, bizə düşən nədir? Oturub keyflə bu oyunu izləmək.

demokratiya-xalq

Demokratiya, həqiqətin kütləvi çoxluq içində itib-batırılması sistemidir.

Kütlə bu oyundan məmnundur. Onlar onsuz da azad olmaqdan, fədakarlıqdan, özgür qərarlar verməkdən qorxurlar. Onlar məsuliyyətdən, öz xəyallarını qurmaqdan qorxurlar. Onlara sadəcə hərəkətlilik lazımdır, hesab etsinlər ki, özləri hərəkət edirlər. Gerisi onları ilgiləndirməz. Onlar aldanmaqdan məmnundurlar. Çünki özləri məhz özlərini aldadırlar. Zamanla bu kütlə bir az da irəli getdi. Kütlə olaraq tərif olunmalarını sevmədilər. Onlara daha layiqli ad lazım idi. O zaman “biriləri” onlara ad verdi – Xalq. Dedilər ki, xalq azaddır. Demokratiya da xalqın səsidir. Kökündə birilərinin plastilin kimi evirib-çevirib formaya saldığı bu kütlə, nəticədə azadlıqdan qorxan azadlıq aşiqlərinə, qayda-qanundan qorxan qayda-qanun seçicilərinə, ən nəhayət xalqa çevrildi.

Bu sistemin adı isə o qədər sevildi, sevdirildi ki. Demokratiya… Az qala bu gün dünyanın həqiqətən də ən xoş, ən azad fikirlərini, azadlıq haqqında deyilə biləcək ən yaxşı ifadələri öz içində cəmləşdirir bu kəlimə. Demokratiya, xalqın səsi, xalqın seçimi, xalqın hakimiyyəti oldu. Amma bir sual həmişə bu sistemi altdan qaza biləcək gücdədir: -Hansı xalq?!

Demokratiya, çoxluğun hakimiyyətidir.
Demokratiya, kütlənin hakimiyyətidir.
Demokratiya, kütlə despotu, tiranıdır.

Demokratiya, həqiqətin kütləvi çoxluq içində itib-batırılması sistemidir.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +13 (from 17 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

PLATON VƏ DÖVLƏT

platon-dövlətQarşımda Uill Dürantın “Fəlsəfi Hekayətlər” (Adil Əsədovun tərcüməsi ilə) kitabı var. Platon fəlsəfəsində etik, psixoloji və siyası problemlərin qoyuluşu və həlli yolları haqqında oxuyuram. Bütün məsələləri İdeyalar aləminə bağlı tutan Platon, yer üzündə düzən və sistem yaradılması nəzəriyyəsinin süjet xəttində dövləti görür, ideal dövləti. Onun fikrincə ideal dövlət aristokratik rejimlə idarə olunmalıdır. Bu rejim özünə qədər olan nə ənənəvi nəsildən-nəsilə keçən aristokratiyaya, nə də mövcud sistem olan demokratiyaya bənzəmir. Bəlkə də demokratik-aristokratiyadır deyə bilərik. Dövləti bir qrup seçilmiş müdrik insanlar tərəfindən idarə etməlidir.

Dövlər bir fərddir, bir fərdin simasıdır. İnsanlar necədirlərsə, dövlətləri də elədir. O üzdən dövlətdə təhsil önəmli faktordur. Hər kəs müəyyən təhsil pillələrindən keçməlidir, müxtəlif pillələrdə imtahanlar təşkil edilməli və bu imtahan nəticələrinə görə hər kəs ideal dövlət çərçivəsində bəlli vəzifələrə yiyələnməlidirlər. Təhsil sisteminin süjetini idman və musiqi müşayət edir. Bu yolla zirək və sağlam, eyni zamanda duyğulu və nəcib insan formalaşdırmaq nəzərdə tutulur. Bununla belə, bütün bu təhsil sistemindən və dövlət idarəetməsindən asılı olmayan, insan psixologiyasında olan ipə-sapa yatmama və xaosa meyl kriteriyalarının mövcudluğuna görə ictimai qınağın formalaşdırılması da labüd görünür. Yoxsa bu cür kütləyə təzyiq və başqa bu kimi tədbirlər ancaq bahalı və qıcıqverici ola bilər. Bu məsələləri elə ictimai fonda da həll etmək lazımdır.
Platona görə dövlət strukturunun təyin olunmasında təhsil sistemindən və ictimai qınaqdan daha ziyadə inanc (din) faktoru daha çox önəmlidir. Bu həm əxlaqı kriteriya cəhətindən, həm də gücə güc qatma baxımından kütlə və dövlət arasında sağlam ünsiyyətin ən səlis yoludur. Hətta strukturdaxili mövqe çəkişmələrinin və vəzifə qəbullanmalarının həlli yolunda ən rahat motivasiya yolu Tanrı seçimi anlayışı hesab olunur. Bütün bu məsələlər Tanrı ideyası fonunda nəinki həll olunur, hətta daha güclü əlavə effektlərlə əvəz olunur.

platon-dövlətBunlar ümumi oxuduqlarımdan çox qısa xülasə idi. Maraqlıdır, oxuya-oxuya gözüm onundə o zamanı, o zamankı olay və qaydaları canlandırmağa çalışırdım. Bunun ən doğru yolu oxuduqlarımı tarix fonunda analiz etməkdir məncə. Yoxsa, sizi inandırım ki, indi oturduğum yerdən boylansam, Platonu qəddar bir diktator kimi təsəvvür edə bilər və indiki Əfqanıstan rejiminə şükr edərdim. Amma Platona yaşadığı zaman və məkan fonunda baxanda, əksinə, o dövrə görə Platonun varlığına şükr etməli oluram. Bir yandan, Platonun dövlət anlayışı sanki ARİ İRQ yetişdirməkdən ibarətdir. Düzdür, geri qalanları da aşağı vəzifə və xidmətlərlə bir yerlərə qoyur, amma ailə quruluşu, nəsil artırma kimi həyati məsələləri belə tam olaraq dövlətin nəzarəti altına alır. Hətta dövlət icazəsindən kənar vəya sağlam olmayan doğuşların nəticələri ləğv edilməlidir. Ancaq bu yolla xalis nəsil yaratmaq olar. Hitlerin nəzəriyyəsi də yaxından-uzaqdan bunla ahəngdardır məncə.

Əlqərəz, istər filosoflar, istər peyğəmbərlər, istər başqa digər tarixi şəxsiyətlər olsun, öz zamanları, yaşadıqları ictimai quruluş və cəmiyyətin kültürü fonunda oxunub öyrənilməli, bu şəkildə ədalətli şəkildə analiz edilməlidir. Bugünlə səsləşən mahiyyətlər sintez olunmalı, transfarmasiya üsullarına yenidən baxılmalıdır. Tarixsəl metod və formalar atılmalıdır. Bu, həm o zamankı tarixə, həm şəxsiyyətin özünə, həm də indiki zamanımıza ən faydalı təşəkkür və tövhə ola bilər.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +10 (from 10 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

İNSANLIQ PROBLEMİ. EVİMİZİ QORUYAQ.

insan və kainat nə üçün var?1300 ildir dünyanın bütün qitələrində yaşayırıq. Kiçik bir qrup çılpaq heyvandan, qlobal güclər yaratdıq. Hər yeri ələ keçirdik. Həm təbiəti, həm də özümüzü məğlub etdik. Bir-birimiz üzərində qələbələr elan etdik. Bu, tarixin başlanğıcından bəri vardı. Ancaq zamanla, hər hərəkətin özümüzə təsir etdiyini görə bilmədik. Hər hərəkət bir şəkildə qarşılığını bizə verir. İnsanlar inkişaf etdikcə bunu unutdu. Əvvəllər fərqindəydik, amma BİZ  deyərkən  dediyimizin nə olduğunu unutduq. Bizi bəsləyən təbiəti, parçası olduğumuz canlılığı, zaman keçdikcə yox etməyə başladıq. İnsanlığın inkişafı, yox edici gücünün də inkişafı oldu.

Yüz min illik təbiət tariximizdə yalnız 300 ildə kompensasiyası qeyri-mümkün olmayan problemlər yaratdıq. 18- ci əsrdəki sənaye inqilabı və inkişaf bəhanəsi, öz ölümümüzü başladan gözəl bir bəhanəydi. Bugünkü inkişaf anlayışımız sənaye deyilən yox edici xoşbəxtlik tərəfindən formalaşdı. Dağ, daş, su və meşə ruhlarına inanan; hər şeyi bir canlı kimi görən atalarımızın əksinə heç bir şeyin həyat hüququna inanmaz olduq. Sənayenin istehlak ehtiyacını doyurmaq üçün, üzərində yaşadığımız dünyanı yox etməyə başladıq. Əslində inqilabın bir günahı yoxdur.  İnsan nə qədər maddi olaraq inkişaf etdisə, o qədər cəhalətin içinə batdı, mənəviyyatını unutdu. Onsuz da inkişaf o biri fərdlər üzərindəki iqtidarı simvollaşdırma edər. Yəni, bir inkişaf varsa, şübhəsiz, zərər çəkmiş olan biriləri vardır. Bir bərabərsizlik və ədalətsizlik olmalı ki, inkişaf olsun.

İnkişaf etmiş, qloballaşmış dünya inkişaf etmiş, qlobal problemlər gətirmişdir. Artıq gündəlik problemlərimizin yanında, inkişaf etmişliyin bizə gətirdiyi problemlərlə iç- içəyik. İnsanlıq problemləri dediyimiz inkişaf etmiş problemlər artıq hər birimizin gündəlik dərdidir.  Bunları sıralayaq:

Evimizi cəhənnəm vadisinə çevirməyək

Evimizi cəhənnəm vadisinə çevirməyək

1. İNKİŞAF ETMİŞ CƏHALƏT.

İnkişaf etmiş olduğunu sanan, özünü bəyənmiş cahillər dünyanın ən böyük problemidir. Bu qrupda özünü digərlərindən üstün görən insanlar vardır. Bu gün bütün dünyaya güc tətbiq edən – çox mədəni millətlər ən böyük dərdimizdir. Çox ağıllı olduqlarını zənn edib hərəkətlərini sorğulamadıkları üçün idarədən çıxmış dağıdıcı bir güc halını almışdır. Ümumiyyətlə, ən böyük problem olaraq neft, su, qida göstərilir, ancaq ən böyük problem bunları xərcləyən – israf edən insanlardır. Dünyanın geri qalanına görə hər şeyi 10 ila 100 qat daha çox istehlak edən ABŞ-ı ələ alaq. ABŞ bütün dünyaya hökm edən inkişaf etmiş bir gücdür. Geri qalmış yerlərdə demokratiyanı bərqərar etməsi ilə tanınır. Kimsəyə zərəri olmayan kəndliləri bombalayaraq dünyanın xilasını bəyan edər. Halbuki ABŞ vətəndaşı gündə 1 saat israf etmədən yaşasa dünyadakı ehtiyaclar azalar. Geri dönməyəcək bu qaynaqların istehlakı ilə ABŞ dünyanı yox etməkdədir.

Yalnız ABŞ  deyil, bütün qərb və onun həyat tərzini mənimsəyən bizim kimi səfil ölkələr də bu cəhalətin hissəsidir. Heç bir şəkildə geri gəlməyəcək neftin və suyun heç bir məhdudiyyət olmadan xərclənməsi, ancaq inkişaf etmiş bir cəhalətdə mümkündür. ABŞ vətəndaşı gündə 600 litr su istifadə edərkən, Afrikada 2 litr su tapa bilmədiyi üçün ölən insanlar vardır. Dünyanı qurtarmaq adına başqalarını deyil, ilk öncə özümüzü islah etmək lazımdır. Dünyanı qurtarmaq üçün təcili olaraq özümüzə baxmalıyıq.

Dünya her birimizə yetəcək qədər geniş...

Dünya her birimizə yetəcək qədər geniş…

2. YOXSULLUQ.

Dünyanın ən zəngin 85 kişisi, dünyanın yoxsul yarısı qədər zəngindir. Yəni, 85 adam 3.5 milyard insan edir. Bu necə ola bilər? Bir insanın necə bir qabiliyyəti ola bilər ki, 42 milyon adama bərabər olsun? Bu nizamda səhv bir şeylər olduğu qətidir. Təbii qavrayış da səhv. Yoxsul olan kimdir? Yoxsulluq əslində zənginlərə məxsusdur. Bu nizamın memarları düşüncə yoxsuludur ki, aclıqdan milyonlarla insan ölərkən, yalnız insanlığı deyil, təbiəti də yox edən zənginlər öz sonlarını hazırladıqlarından xəbərsizdirlər. Kasıb, yoxsul xalq su və yemək ilə sonsuza qədər yaşayar. Ancaq, zənginlər bir gün gəlib, fərqinə varamadıqları qiymətli qaynaqlar tükənincə qərbli sənaye onlara yardım etməyəcəkdir. Böyük sərmayənin yoxsulluğu qarşısı alınmaz bir hal almışdır. İstehlak xəstəliyi müalicə edilə bilməz haldadır. Bu mərhəmətsiz təbiət qatillərinə artıq dur deməyin zamanı.

Bizə həyat verən planetimizə onu çirkləndirməklə təşəkkür etməyək..

Bizə həyat verən planetimizə onu çirkləndirməklə təşəkkür etməyək..

3. ƏTRAFI ZİBİLLƏMƏ.

Bildiyimiz zibil. Sənayeləşmiş ölkələrdə adambaşına 3 kq zibil düşür. Təbii qaynağı istifadə edilməz hala gətiririk. Zibil bir insanlıq icadıdır. İnsanlığın da sonunu gətirəcək. Təbiətdə bir şeyi istifadə edilməz hala gətirən tək canlı bizik. Zibil deyə bir şey niyə mövcud olsun ki? Zibil, sənaye inqilabına qədər yoxdur deyiləcək qədər az idi. Inkişaf və istismar yalanlarıyla özümüzü məhv etdik. Dünyadakı mədənlər bu sürətlə gedərsə 50 il içində tükənəcək. Bütün zibillər gələcəyimizi məhrum etdiyimiz həyat imkanıdır. İsrafçılığın göstəricisi olan zibillərə dur demək mümkündür. İstəklərə görə deyil, ehtiyaclara görə hərəkət edək. Qablaşdırmanı ən aza endirib, zibil hesab etdiklərimizin yenidən istifadə edilməsi üçün zəmin yarada bilərik. Zibilə atdığımız çox şey yenidən istifadə edilə bilər. Yığıb bələdiyyə və qeyri-hökumət təşkilatlarına təslim edə bilərik. Bizə lazım olmayan əşyalar isə bir çox insanın ehtiyacı ola bilər. Atmaq yerinə bağışlamağı təcrübə edə bilərsən. Ən əhəmiyyətlisi də, zibilin xilası lazım olan bir şey olmaqdan çıxmasıdır. Zibildən heç bir zaman xilas ola bilmirik . O israf etməmizdən dolayı özümüzə verdiyimiz bir zərərdir. Bunu nəzərə alsaq daha az tullantısız bir dünya mümkün ola bilər.

DİGƏR …

Savaş, xəstəlik, təhsil, demokratiya, əhali, enerji, su, qida, ətraf filan, filan… Bunların hamısı inkişafa bağlıdır. Savaş, xəstəlik, təhsil və s. problemləri hər zaman var idi. Tarix boyunca bu problemlərlə başa çıxdıq. İndi başa çıxmalı olduğumuz tək problem var: İnsanlıq problemləri və evimizi qorumaq. Gəlin təşəkkürümüzü laiqli şəkildə edək!

Mənbə : www.dmy.info
Hazırladı : Fidan Eyvazzadə

VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Fidan Eyvazzadə

Fitret.az yazarı. Müəllim.

 
Facebook

ANARXİST İNƏK

Bu gün bir dəyişiklik edərək vaxt tapıb televizoru açdım. Bir türk film çıxdı qarşıma, “Sürgün İnək”. Gördüm bəyəndiyim aktyorlarla doludur, kənd həyatı çox təbii şəkildə təsvir edilib, işıq, mənzərə, dialoqlar çox yaxşıdır, kanalı dəyişə bilmədim.  Qəribə mövzusu var idi.

anarxist-inəkBir ər-arvadın övladları kimi sevdiyi bir inəkləri var. Bir gün inək, sahibinin yanından qaçır, kənd məktəbinin həyətinə girir. Balaca bir uşağın inəyi hürkütməsi ilə inək başıyla yaxınlıqdakı Atatürk büstünü qırır, inəyin sahibi bu hadisəni gizlətməyə çalışsa da, sonradan işin üstü açılır, bütün kənd bir-birinə dəyir. Vəzifəsinin tam olaraq nə olduğunu anlamadığım biri isə (şəhərdən göndərilmiş müfəttiş) gəlib düşür ortaya ki, bəs siz hökümətə qarşısınız, anarxistsiniz, inəyə təlim keçib onu hökümətə qarşı ayaqlandırmısınız. İndi ya bu inəyi kəsməlisiniz, ya da ki, ikiniz də həbs olunacaqsınız. Çox sevdikləri inəklərini kəsməyə qıymayan sahibləri də onu gizlincə başqa kəndə aparır. Bu “vəzifəli adam” isə inəyin tapılıb kəsilməsi üçün əlindən gələni edir. Atatürk büstünü qıran müxalif inək ölümlə cəzalandırılmalıdır! Tez-tez də “yuxarıdan” zəng gəlir ki, bəs tez elə kəsilsin inək. Müfəttiş o zəng edəndən qorxub çəkinir, kənd camaatı da müfəttişdən.
Bu azmış kimi başqa bir problem də vardı. Kişinin dinlə bağlı heç bir bilgisi yox idi  və insanların dindar olmasına da qarşı idi. O, kəndi gəzib hər yeri yoxlayırdı, insanlar da dinləri bağlı hər şeyi gizlədirdilər. Məsələn, Muxtarın ofisindəki “şəriət” kitabı Muxtarın oğlunun yaddan çıxardığı kitab (muxtar buna görə oğlunun ağız-burnunu qıracaqmış), məsciddəki kürsülər isə karate öyrənən uşaqların məşq edərkən qırdığı taxta olurdu. Hətta əzan yerinə Motsartin 41-ci sinfoniyasını oxutdular. Bütün əhali çox gərgin bir şəkildə çalışırdı ki, şəhərdən göndərilmiş bu möhtərəm şəxsiyyət bunların dindar olduğunu bilməsin, inəkdən də əl çəksin. Heç nə üstündə əhalini incidib hüzurlarını qaçırmaq, bundan da nəsə qazanc əldə etmək istəyən, görmədiyi inəklə düşmənçilik edən, anlayışsız, eqoist, sadəcə öz dediyini eşidən dövlət adamı və ondan çəkinib, hər şeyini gizlətməyə çalışan əhali təsvir olunmuşdu. Sırf vəzifəsi olduğuna görə hamıya sözü keçirdi, heç kəs etiraz etmirdi, sanki bu saat hamısını güllələmək ixtiyarında idi. Filmin əvvəlində deyilir ki, yaşanmış hadisədən götürülüb. Əslində bunlar həmişə yaşanır. İnsanlar gücünün fərqində olmur, vəzifəsi olanin daima güclü olduğunu qəbul edir və bunu əsla sorğulamır.

anarxist-inəkHamıdan fərqli olaraq yalnız bir nəfər müfəttişə bunun heç də demokratik olmadığını dedi. Müfəttişin cavabı isə maraqlı idi :
“Bura demokratik ölkədir, məsələn, mənim demokratik olmadığımı deməniz sizin demokratiyanız, sizin haqqınızda şikayət yazmaq mənim demokratiyam, mənim şikayətimə görə sizin haqqınızda hökm vermək isə dövlətin demokratiyasıdır…

Müfəttiş anarxist cinayətkarın kəsilmədiyini öyrəndi və onu axtarib tapdı. Sonra inək kişini vurub palçığın içinə saldı. Bütün kəndin etmədiyini inək etdi, görünür, müfəttişin yüksək vəzifəsi inəyin vecinə deyildi, sadəcə olaraq narahat edilmək istəmirdi.
İnək hamısından daha ağıllı görünürdü…

Müəllif: Aytac Həsənova

VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus