QLOBAL BORC PİRAMİDASI

Xüsusi

10491250_10204021648522776_3743247053425576805_nBu sadə tarixi həqiqətdir ki, hər hansı intellektual toplumdakı intellektual kültür o, toplumdakı üst sinifin mənafeyini güdür. Köləliyin olduğu bir toplumda insan haqlarına yönəlik inanclar təbii ki, kölə sahiblərinin ehtiyaclarını əks etdirəcək. Daha geniş çaplı baxsaq, psixologiyaya, sosiologiyaya, tarixə, iqtisadiyyata və siyasətə hopmuş fikirlər əslində seçkin kütlənin mənfəətlərini əks etdirməkdədir və onlara qarşı olan hər şeyə qarşı qoruma mexanizmləri yaradılmışdır.

Respublikaçı deyilsinizsə demokratsınız. Xristian deyilsinizsə müsəlman yaxud… Bütün bunların ən hiyləgəri əgər sərbəst iqtisadiyyat tərəfdarı deyilsinizsə azadlığa qarşısınız. Azadlıq kəliməsinin demokratiya deyilən şeylə eyni cümlədə işlədilməsi içimizi rahatladır. Bu gün insanlar dövlətə verdikləri səslə təsir edə biləcəklərinə inanırlar. Əslində, keçərli tək səs pulun səsidir. Əslində, siyasət bazar sistemi içində digərlərindən fərqli olmayan ticari bir işdir. Biriləri bəlli bir nöqtəyə qədər azadlığın lazımlı olduğunu (gözəl göründüyünü) bilirlər və azadlıq hiyləsi bu insanlara hər il səs vermə günü verir.

Heç kim azad olduğuna inanan birindən daha çox kölə ola bilməz. (Goethe)

Tez-tez Stalin, Mao, Hitler öldürdüyü insan sayını söyləyirik. Bu adamlar nə qədər despot olur olsun iş ölüm oyununa gələndə, yaxud toplu qətliama gələndə tarixdəki heç bir hadisə bizə bu gün edilənlə qarşılaşdırıla bilməz. Qıtlıq – ən azından son yüz illik tariximiz  boyunca qida əksikliyindən dolayı olmadı. Afrikada hər gün aclıqdan və AİDS-dən insanlar ölür. Qandi bunu gördü və dedi ki, “Şiddətin ən ölümcül şəkli yoxsulluqdur”. Yoxsulluq tarixdəki bütün savaşlarda ölənlərdən daha çox insan öldürdü.

neft erasıNeft sivilizayiyanın hər dönəmində var idi və sivilizasiyanın təməlidir. Sənayeləşmiş dünyada yediyimiz hər kaloridə 10 kalorilik hidrokarbon- neft və qaz enerjisi var. Suni gübrələr təbii qazdan əldə edilir. Kənd təsərrüfatı malları neftdən əldə edilir. Hər sahədə istifadə etdiyimiz neftlə işləyən maşınlar, nəqliyyatdan tutmuş qidaları paketlədiyimiz plastikə qədər (bütün plastik məhsullar) neftdən hazırlanır.

Neft sayəsində bu gün dünyada 7 milyard insan yaşayır. Artıq elə bir nöqtədəyik ki, ucuz enerji istehsalına imkan qalmayıb. Zirvədə, neft istehsalının alt yamacındayıq. Dəyişən neft qiymətlərinin təsiri ilə demək olar dibdəyik və bu bütün dünyada belədir. Bu 2009-cu ildə də yaşandı və keçdi. Son vəziyyət onu göstərir ki, maliyyə və iqtisadi çöküş yaşanır. Çünki iqtisadiyyat yox olmaq üzrə olan şeyin üzərində qurulub.

Bu gün dünyada 2,8 milyon insan qıtlıq içində yaşayır və bu 2030-cu ilodə 4 milyon insanı əhatə edəcək. Kənd təsərrüfatına əlverişli sahələrimn 30 %-i əlverişsiz hala salınmışdır. Hidrokarbonların, içməli suyun, neftin və bu kimi yaşamı dəstəkləyən qaynaqların get-gedə yox olması balansın pozulmasına yol açacaq. Bütün bu çöküşlərə baxıldığında maddi olaraq bunun altından qalxa biləcək ölkə olacaqmı? Qlobal borc piramidası dünyanı yavaş-yavaş əlinə alır. Günü-gündən artan işsizlik artıq normal qarşılanır. 1970-ci ildən 2010-cu ilə qədər işsizlik və qıtlıq 2 dəfə artmışdır və bu andan etibarən bu vəziyyətin get-gedə pisləşdiyi müşahidə olunur.

Son olaraq iqtisadiyyat və dünyadakı qaynaqlar arasında bağlantı olmalıdır. Əks halda bu iqtisadi paradiqmaya çevriləcək və son insanı da öldürənə qədər davam edəcək.

Mənbə: Zitgeist – Moving Forward
Hazırladı: Şahanə Nuriyeva

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +17 (from 19 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

DEMOKRATİYA

demokratiya nədir?Bir zamanlar üst qurumdan “biriləri” geri qalan digərlərini, kütləni idarə edirdilər. Kütlə üçün qanunlar verir, qərarlar qəbul edirdilər. Bu qayda əsrlərlə davam etdi. Amma zaman-zaman kütlə bunu bəyənməməyə başladı. Etiraz etdilər. Əslində bəyənmədikləri qayda-qanunlar, qərarlar, idarə olunmaq deyildi. Bütün bunları qorxaraq sevirdilər, idarə olunmağı özləri istəyirdilər. Çünki kütlə, özünə inanmayan, özgüvəni olmayan fərdlərin çoxluğudur. Etirazları sadəcə bütün bunları bir neçə nəfərin etməsi idi. Kütlə deyirdi ki, bunu biz etməliyik. Bax o zaman “biriləri” düşündü ki, doğurdan aaa, niyə də belə olmasın? Onsuz da adı üstündə, kütlədir bu. Onsuz da verdikləri qanunlar, aldıqları qərarlar bizim o kütləyə verdiyimiz formaya uyğun olacaq. Həm bizim işimiz də yüngülləşər. Day bir də birbaş bu qayda qanunların özü ilə məşğul olmarıq. Biz, bunları hazırlayan kütlənin birbaş özünü istədiyimiz formaya salarıq. Beləliklə, bizim istədiyimiz biçimdə olan kütlənin verdiyi qanun və aldıqları qərarlar da bizim istəyimizcə olacaq. Üstəlik, bu onları ovudacaq və oyuncaqla səsini kəsən körpə kimi sakitləşəcəklər. Halbuki, oyunu quran da biz, oyuncağı ona verən də biz. Hətta oynamağı öyrədən də biz. Beləliklə, bizə düşən nədir? Oturub keyflə bu oyunu izləmək.

demokratiya-xalq

Demokratiya, həqiqətin kütləvi çoxluq içində itib-batırılması sistemidir.

Kütlə bu oyundan məmnundur. Onlar onsuz da azad olmaqdan, fədakarlıqdan, özgür qərarlar verməkdən qorxurlar. Onlar məsuliyyətdən, öz xəyallarını qurmaqdan qorxurlar. Onlara sadəcə hərəkətlilik lazımdır, hesab etsinlər ki, özləri hərəkət edirlər. Gerisi onları ilgiləndirməz. Onlar aldanmaqdan məmnundurlar. Çünki özləri məhz özlərini aldadırlar. Zamanla bu kütlə bir az da irəli getdi. Kütlə olaraq tərif olunmalarını sevmədilər. Onlara daha layiqli ad lazım idi. O zaman “biriləri” onlara ad verdi – Xalq. Dedilər ki, xalq azaddır. Demokratiya da xalqın səsidir. Kökündə birilərinin plastilin kimi evirib-çevirib formaya saldığı bu kütlə, nəticədə azadlıqdan qorxan azadlıq aşiqlərinə, qayda-qanundan qorxan qayda-qanun seçicilərinə, ən nəhayət xalqa çevrildi.

Bu sistemin adı isə o qədər sevildi, sevdirildi ki. Demokratiya… Az qala bu gün dünyanın həqiqətən də ən xoş, ən azad fikirlərini, azadlıq haqqında deyilə biləcək ən yaxşı ifadələri öz içində cəmləşdirir bu kəlimə. Demokratiya, xalqın səsi, xalqın seçimi, xalqın hakimiyyəti oldu. Amma bir sual həmişə bu sistemi altdan qaza biləcək gücdədir: -Hansı xalq?!

Demokratiya, çoxluğun hakimiyyətidir.
Demokratiya, kütlənin hakimiyyətidir.
Demokratiya, kütlə despotu, tiranıdır.

Demokratiya, həqiqətin kütləvi çoxluq içində itib-batırılması sistemidir.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +13 (from 17 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus