MÜXTƏLİF ALLAH TƏSƏVVÜRLƏRİ

dinlər tarixiBir dindar qadın var. Allahdan danışır, başı bağlıdır, ibadət edir, oruc tutur və s.  Təbii ki, əxlaqdan bol-bol danışır. Ancaq özü insanları acılayır, qaraqışqırıq salır, həyasızlıq edir, haqsız yerə işlərini düzəltmək üçün hamıya şər atır. Deyirlər bəs bunun dini necə oldu? Məgər dindar olub bu sifətlərdə olmaq olar?

Mən də dedim ki, o qadın öz tanrısına inanıb ibadət edir, bizim isə öz tanrılarımız var. Onun tanrısı o qadını bu hərəkətlərə alışdırır, bizim tanrılarımız isə bizə başqa şeyləri buyurur.

Dedilər mənə ki, əstəğfirullah, Allah birdir və şəriki yoxdur. Dedim təbii ki, hər şeyin Birdən başlaması məntiqlidir. Çünki istənilən durumda varlığın ilki olmalıdır ki, ondan hər şey törənsin.

Ancaq eyni zamanda Allahın bir olması o demək deyil ki, insan beyinlərində, düşüncəsində o eynidir. Çünki hər bir insanın tərbiəsi, mədəniyyəti, dünyagörüşü, çevrəsi, düşüncə tərzi, anlama dərəcəsi və s. fərqlidir. Ona görə də istənilən şeyə münasibət mütləq fərqlidir.

Bundan başqa biz dünyanı duyğu orqanlarımızın vasitəsi ilə qavrayırıq, dərk edirik. İnsanın bir neçə düyğu orqanları vardır, onlar isə eyni şey haqqında fərqli xəbərlər verir. Örnək üçün bal ilk baxımdan ikrah hissi doğurur, ancaq o dadlıdır. Ona görə də bilinmir ki, onlardan hansına üstünlük verilməlidir. Deməli duyğu orqanları bizə fərqli bilgilər verir.

dinlər tarixi, tanrılarBundan sonra duyğularla gələn xəbərlər düşüncə ilə qavranılır və şeylər haqqında nəticələr çıxarılır. Burda da problemlər yaranır. Gəlinən nəticələr məsafə və yerin təsiri altında irəli sürülə bilər. Hər bir şey tutduğu məsafə və yerdən asılı olaraq bizə müxtəlif cür görsənir. Örnək üçün gəmi uzaqda kiçik, yaxında isə böyük görsənir.

Başqa canlılarda da belədir. Canlıların duyğuları fərqlidir, hər bir canlı dünyanı özünəməxsus tərzdə görür və qavrayır. Örnək üçün bizim ağac gördüyümüz şeyin üstündə gəzən qarışqa o ağacı bəlkə də yol kimi görür. Deməli eyni şey çeşidli canlılar üçün müxtəlif görsənir. Beləliklə biz şeylərin yalnız bizə görsənən özəlliklərindən danışa bilərik. Onların təbiəti haqqında heçnə deyə bilmərik.

İndi biz çevrəmizdə olan şeylər barəsində fərqli baxışlarımız vardırsa,onda gözə görükməyən və duyulmayan Allah haqqında necə hamı üçün bir olan təsəvvür yaradıla bilər? Bu qəti olaraq imkansızdır.

Təbii ki, Allahı da hər adam bu amillərin əsasında qəbul edir. Deməli Allahın birliyini bəyan etsək belə biz onun təbiətinə vara bilmirik və onun haqqında eyni təsəvvür yarada bilmirik. Hər kəs öz düşünsə səviyyəsi və duyğu özəlliklərinə əsaslanaraq öz tanrı təsəvvürünü yaradır. Sonra isə bu təsəvvürlərinin əsasında davranır və dünyanı onlara uyğunlaşdırır. Deməli insan dünyaya deyil, dünya insana uyuşur. Bu da o deməkdir ki, insanların içində dünya fərqli görsənir. Belədirsə, onda insanların mənəviyyətında fərqli tanralar vardır.

Buna görə də hər adam özünü doğru, başqasını haqsız görür. Eyni zamanda hamı Allaha yalvarır ki, ona yardım etsin. Onda belə çıxır ki, Allah hər adamın özəlliklərinə uyğundur. Belədirsə, onda o həmən bir Allah deyil. O adamın özəlliklərindən doğmuş tanrıdır. Yenə də belədirsə, onda hər adamın öz tanrısı var. Bəli, o tanrılar əslində yoxdur, insan mənəviyyatının məhsuludir. Ancaq insanlar onlara (özlərində yaratdıqları tanrıya) tapınır. Çünki bir olan Allahın təbiəti onlardan kənardadır. Bir Allahı heç kəs dərk edə bilməz.

dinlər, tanrılarBax buna görə də dindar fitnə törədib, özünə Qurandan haqq qazandırır. Başqası isə həmən Qurana istinad edərək onu haqsız bilir. Biri deyir İslamda terror yoxdur və müqəddəs mətnlərdən istinadlar verir. Başqası isə həmən müqəddəs mətnlərə istinad edərək başqalarına ölüm hökmü verir. Din adı ilə əskik hərəkətlər edən, başqalarının haqına girən, dövlət əmlakını talayan və s. dindarlar azdırmı? Məsələ burasındadır ki, onların hamısının tanrıları fərqlidir.

İç dünyaları bir-birinə bənzəyən adamların təsəvvür etdikləri tanrıları o adamları birləşdirir və onların tanrıların da eyniləşməsi baş verir. Deməli bir toplu insanların təsəvvürlərində belə bənzər bir tanrı ola bilər ki, o başqa toplu insanların təsəvvürlərində olan tanrıdan fərqlənsin. Onda bu toplu insanlar bir tanrıya, başqaları isə başqa tanrıya tapınırlar. Hamı da öz tanrısını həqiqət bilir və iddia edir ki, elə onun anladığı tanrı dindəki bir Allahdır. Ancaq əslində bu onun təsəvvüründən başqa bir şey deyil.

Beləliklə bu dünyada insanlar qədər çox tanrılar var. O tanrılar insanlarda yaşayır, onların düşüncəsinin məhsuludur. Təbiətdə isə gerçək bir Allah var. Ancaq onu dərk etmək olmur. Bəlkə də O özü kimə istəsə o qabiliyyəti verə bilər. Ancaq versə belə, heç kəs bunu bilməyəcək. Çünki insanların dünyaları fərqlidir.

Müəllif: Aydın Əlizadə

VN:F [1.9.16_1159]
Rating: +15 (from 19 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ÖZÜN OLMAQ CƏSARƏTİ: ŞÜBHƏ VƏ İNANCDAN GÜVƏNƏ DOĞRU

Azadlıq, bir məqsəd deyildir. Azadlıq, insan üçün sadəcə bir fürsətdir.

İnsanların hardasa hamısı, çoxluq içində özünü güvənli hiss edər. Hardasa hər kəsin bir millətə, bir ailəyə, bir dinə mənsub olması, bir quruluşa və ya bir siyasi partiyaya üzv olması; insanlarınşübhə özlərini bağlayacaq zəncirlər tapmağa davam etmələri, güvən duyğusu üçündür. İnsanlar, bu zəncirlər, bu bağlar içində rahatlaşarlar. Bu bağlar artıqlaması ilə güvən verər və heç bir məsuliyyət yüklənməyini gərəkli etməz. Arxanı bir topluma, dövlətə, ailəyə, dinə və ya təqsiri və məsuliyyəti üstünə ata biləcəyin hər hansı bir şeyə söykənməyin, sənə saxta bir güvən duyğusu verər.

İnsanlar nə üçün güvənmirlər? Bunun səbəbi sadədir; çünki insanlar öz zəkalarına, öz hərəkətlərinə güvənmirlər. Özü olmaq məsuliyyətini almaq yerinə, özünü bir yığına, topluma, dövlətə və ya bir qrupa təslim etmək daha asan görünür.

İnsanlar hər nə qədər azadlıq istəyir kimi görünsə də, içdən içə azadlıqdan qorxurlar. Məsuliyyət götürmək, hər hərəkətinin fərqində olma disiplini, aydınlanmaqdansa, asan yolu seçməyə üstünlük verir. İnsan, azadlıqla yolunu azacağını zənn edir. İnsan azadlıqdan qorxur. Çox az insan, həqiqətən azad olmağa, öz məsuliyyətini üzərinə götürməyə hazırdır. Bu günə qədər çox az insan öz rahat həbsxanalarından çıxmış vəziyyətdədir.

Sən qorxanda, özünə güvən duymayanda, varoluşa güvənməyəndə, şübhə su üzünə çıxar. Aldadılmaqdan qorxmaq, öz zəkanın, öz qəlbinin yoluna güvənməməyin, böyük güvənsizlik yaradır. Halbuki, güvən sənin sərhədlərini qaldırar. Daha axıcı, daha böyük, daha bütöv zəkaya və cəsarətə sahib olmağını təmin edər. Sən bütünlüyünü hiss edəndə daha dərin bir fərqindəliyə qovuşduqca böyük bir qəlbə gərək olur. Özünü qorumağın, sənin inkişaf etmə potensialını ortadan qaldırar, həyatı izləməyinə səbəb olar, bilinməyənə addım ata bilməzsən. Bilinəndən qurtulmaq, həqiqəti axtarmaq, özgürləşmək deməkdir.

Zəkana güvənirsənsə, bilinməyənə, yaradıcı olmağa, ürəyini açmağa, addım atmağa, yeni olana açıq olarsan. Güvənin, özünü qorumağa yönəlik yox, özünü gerçəkləşdirmək, öz məsuliyyətini üzərinə götürməyin üçün var olmuş olar. Bilinməyən, yeni olan insanın özünü gerçəkləşdirməsi üçün bir fürsətdir, içindəki yaradıcı gücləri sərbəst buraxması üçün bir hədiyyədir.

Şübhə, hər zaman müdafiə altındadır, güvən isə sənə hər qapını açar, hər fürsəti açıq saxlayar. Sənin fərqindəliyini kəskinləşdirməyini təmin edər. Hər nə olura olsun, hər nə gəlirsə gəlsin, öz zəkana güvənməyin, fərqindəliklə hərəkət etməyin, o mübarizəni, o riski qəbul etməyindir. Həyatın və yeninin, bilinməyənin gətirdiyi risklə qorxmaq və özünə şübhəqapanmaq, saxta səbəblər tapmaq yerinə həyata açıq olmaq, bundan coşğu duymaqdır.

Qorxu, insanın, ətrafına divarlar hörməsidir, özünə qapanmasıdır. O, davamlı olaraq daha çox bilgi, daha çox açıqlama, daha çox and istəyər. Qorxan bir insanın başqa bir insanla qurduğu ünsiyyət,  gerçək bir ünsiyyət, münasibət deyildir. O, özünə yönəlikdir, qorxuları tərəfindən idarə olunmaqdadır. O, başqasını həqiqətən tanımaq və ya anlamaqla bağlı deyil, özünü qorumaq, güvən altına alamaqla bağlıdır. Özünə qapanan bir insan, həyata və digər insanlara açıq deyil. Çünki, özünə güvənməyən bir insan başqalarından və münasibətlərindən daima şübhə duyar, qorxar.

Bilməmək, əslində, həyatın özüdür, həyat, bizi tam da bu cür istəyər. Bilməmək, riskə getmək, zəkanın verdiyi cavabı görməyin, reaksiyalarından  və keçmişdən, bilinəndən, şərtləndirmələrdən qurtulmağın üçün gərəkli olan torpaqdır. Güvən ağacı, ancaq belə bir torpaqda boy ata bilər. Bilinməyən, fərqindəlik üçün, hər hərəkətini fərq edərək gerçəkləşdirməyin üçündür.

Azadlıq, məsuliyyəti öz üzərinə götürməyin və hər sözündən, hər hərəkətindən, hər nəfəsindən məsul olmağın deməkdir. O, istədiyini etmək demək deyil, böyük bir disiplindir.

Həyatın anlamını tapmağa çalışmağın bir yararı yoxdur. Həyat, bir anlam yaratma fürsətidir. Həyat, qorxub gizlənmək, əsarət altında qalmaq, özünü zəncirləmək, keçmişə, bilinənə boyun əymək üçün deyildir. Həyat, yaşamağın, bilinməyəni və riski qəbul etməyin, özün olmaq məsuliyyətini üzərinə götürməyin, özgürləşməyin üçündür.

Sevgini anlamaq, sevgi dolu olmağını təmin etməz. Sən özünü anlamağa başlayıb qəbul edəndə, hərəkətlərinin, sözlərinin məsuliyyətini öz üzərinə götürəndə özünü sevməyə başlaya bilərsən. Sən sevgi ilə hərəkət edəndə, sevgi ilə axanda, sevgi, gerçək anlamını tapa bilər. Sevgi, sadəcə beş hərfli bir kəlmədir, sevmək isə öz təcrübəndir.

Bütün bilgilər borcdur, sən təcrübə etmədiyin müddətcə hamısı həqiqət haqqındadır, həqiqətin ətrafında dolaşmaqdır. Həqiqətə yaxın ola bilər, uzaq ola bilər, başqası üçün həqiqət ola bilər amma sən kəşf etmədikcə, sənin həqiqətin ola bilməz. Bilginin, bilməyin sonu yoxdur. Nə qədər bilirsən bil, yenə də əskik qalar. Bilgiləndikcə, anladığın tək şey, Sokrat kimi, heç bir şey bilmədiyin olar.

Bunu anladığın zaman, xaricdən gələn bilgi, sənin həqiqətin yerini tuta bilməz. Bir müddət sonra bilgilər səni dustağı halına gətirər, onlarsız hərəkət edə bilməməyə, daha çox öyrənməyə çalışarsan. Bunun sonu yoxdur. Bilgi səni daha fərqində, daha keyifli, daha minnətdar yaşamağına köməkçi olursa, şüurlanma yolunda sənin həqiqətlərinə çevrilərlər. Onlara açıqsan, təcrübə edirsən.

Öz şüurun üçün başqa reseptlər, başqa xəritələr, başqa rəhbərlər sənə sadəcə yolu göstərə bilər. Öz təcrübə etdikləri yolu, amma bu yolu gedəcək olan insan sənsən. Yolu bilməklə o yolda yerimək fərqli şeylərdir.

Açıqlamalar, daha çox bilgilər, hər zaman, tanış olanşübhədan hərəkət etmə istəyi… Halbuki, həyat bu andır və davamlı olaraq dəyişməkdədir. Heç bir şey eyni qalmaz. Varoluşda hər şey, davamlı olaraq yenilənər. Sən planlar edərkən həyat dəyişməyə, yenilənməyə davam edər. Həyat, tanış yollar yox, yeni yolculuqlardır. O böyük bir sirrdir, böyük bir mazcəradır, içinə atlamaq lazımdır.

Dünyada, hər kəs bir ailənin, dövlətin, dinin üzvü ikən, siyasi bir partiyanın tərəfdarı ikən, adətlərin, ənənələrin başqsısı altında ikən özgürləşmək mümkün  deyildir. Bunların hamısı bir güc mərkəzidir, bir qurumdur, bir iqtidardır. İnsanlar üçün durmadan saxta, süni güvən yaradıb bunun qarşılığında gerçək özgürlüyünü istəyər.

Bu qədər yurddaş, bu qədər oğul, bu qədər iman edən var amma dünya acı içindədir. Bu son dərəcə ironikdir, bu necə olur? Ortada, sözdə çox vətəndaş, övlad, iman edən var amma böyük bir xaos, böyük bir acı hakimdir.

İnsanlara, inanmaları, boyun əymələri, qaydalara uymağı öyrədilir. Güvən bir təcrübə yox, bir inanc olduğu zaman, bir alış-verişə, ticarətə çevrilər. Qarşılığında azadlığını təslim etdiyin bir alış-verişə… Təcrübə etmək, sorğulamaq, həqiqətin yoluna çıxmaq öyrədilməz.

Əsarət bəlkə səni tox saxlayar amma əsla gerçək bir məmnuniyyət verməz. Özünü gerçəkləşdirmədiyin hər an, başqalarının, minlərlə il öncəki fikirlərin, qanunların, sözlərin həyatını yaşayırsan, deməkdir. Səndən çox çox öncə varolmuş durumlara, sözlərə, insanlara boyun əyirsən, onlar sənə hökm edir.

Sənə, davamlı olaraq bir şeylərə inanmağın öyrədilər. Belə ki,  güvənin belə inanmaq olduğunu, inancla bağlı olduğunu söyləyərlər. Çünki heç kim sonsuza qədər şübhə ilə yaşaya bilməz, şübhə, insanı davamlı olaraq, narahat edər. Hər zaman sıxıntı içində, iztirabla yaşamaq çətindir. Sən də inanmağı seçərsən, bir başqasnın sözünə, hərəkətinə, bilgisinə inanmaq… Öz təcrübənə, zəkana yox.

Bir dəfə fərq etdiyin zaman, artıq, inancın ətinə, sümüyünə işləməsinə icazə verməzsən. Sən sorğulamadan, şərtlənmələrini fərq etmədən, şüursuz hərkət etməzsən. Şüur səni özgürləşdirər, təcrübə, həqiqətə çatmağın üçün bir fürsət təqdim edər.

Sən, bütün borc alınşübhəmış fikirlərdən, inanclardan, doqma və qadağalardan qurtulduğun zaman azadlıq səni içinə çəkməyə başlayar. Varoluşun təzə nəfəsi içini doldurar.

Artıq bir dilənçi deyilsən, bir kopiya deyilsən amma ilk dəfə özünsən.

Unutma ki, güvən fərdi, inanclar toplumsaldır. İnanclar dirədilər, güvəni heç kim sənə dirədə bilməz. İnancın içində hər zaman eləcə qalarsan, pəncərəni, qapını başqa sözlərə, başqa inanclara bağlayarsan. Öz inancının ən yaxşı olduğuna elə inanarsan ki, özün sorğulmaqdan, digər inanclardan üstün görərsən. Və ən kiçik bir təsrlik olduğu zaman, inancın sarsılmağa başlayar. O, sevdiyin birini itirməyin qarşısında itirsə, o hər hansı bir tərslik halında sənə acı verirsə, sənin həqiqətin olmamışdır. Birdən inancsızlıq hər tərəfini əhatə emişdir, şübhələr, su üzünə çıxmışdır. Əslində, sən inanmırdın, inandığın hər nə isə onunla alış-veriş halında idin. Səni qoruduğu, sənə yaxşı olduğu müddətcə özünü aldadırdın.

İnancdan və inancsızlıqdan azad ol. İnancın yox ola bilər amma güvənin yox edilə bilməz. İnanc, səni davamlı olaraq dayandırar, sənin gerçəyə, sorğulamağa arxa çevirməyini istəyər. İnanc, şübhəni də dayandırmaq istəyər, bir tiryək, bir dərman kimi keçici olaraq acını sakitləşdirə bilər. O sənin həqiqətin olmadığı müddətcə sadəcə bir vəddən ibarətdir. Durmadan bir şeylər vəd edər amma gerçəkləşdiyi heç görülməmişdir.

Hər qaranlığın sonunda günəş doğular. Hər kəs bu yolculuğu edərək həqiqətə çata bilər. Bu yolculuğu, sənin üçün başqası edə bilməz, sənə necə olacağı mövzusunda bir xəritə çəkə bilməz. Yolunu sən özün çəkməlisən. Şübhə və qorxu normaldır, lakin ona yapışıb qala bilməzsən. Şübhə və qorxu dolu olmaq, yaşamaq yox, hər gün ölməkdir. Bilinməzi və riski qəbul etdiyin zaman zəka, fərqindəlik və azadlıq başlayar.

Yolculuq uzun və çətin ola bilər amma azadlıq hamısına dəyər.

Mənbə: blog.milliyet.com.tr
Hazrıladı: Fidan Aslanova 

 

VN:F [1.9.16_1159]
Rating: +10 (from 14 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

YAHUDİLƏR HAQQINDA

1759_map_Holy_Land_and_12_TribesYahudi milləti…
Böyük bir toplum dini və yanlış informasiyalardan dolayı bu ada nifrət edir, saxta düşmənçilik hissi ilə alışıb yanır, digər bir toplum isə bu millətin seçilmişliyinə inanaraq onların nailiyyətləri qarşısında özlərini aciz tuturlar. Hər iki tərəfin hissi davranışlarının qaynağı isə ağızdan ağıza keçən miflər, əsassız uydurmalar və məqsədyönlü olaraq alovlandırılan ideoliji nifrətdir. Bəs bütün bunların xaricində, tarixin fonunda və obyektiv olaraq baxsaq necə? Kimdir yahudilər, nədir yahudilik? Onlar həqiqətən bu qədər nifrət və eyni zamanda heyrətə layidirlərmi?
Gəlin tarixə qısa ekskursiya edək. Baxaq millətlər tarixi içindən yahudi xalqının həyat yoluna. Bu səyahət sonrası hər kəs öz qərarını verə biləcək məncə, kimdir əslində yahudilər. Bəlkə də bu ad qismən tərifə, qismən də nifrətə layiq bir cığır açmışlar tarixin bağrında. Bəlkə də yenidən tanımış olacağıq bu millətin tarixini.
İlk öncə qeyd edək ki, bu millətin tarixi çox, həm də çox qədimlərə gedib çıxır. Tarix boyunca böyük təzyiqlərə məruz qalmış, inad və bərabərlikləri, özlü ideologiya və dini sadiqlikləri hesabına daim ayaqda qalaraq digərlərini daha da qızışdırmış, böyük qətliamlarla üzbəüz qalmışlar. Daim yaşadıqları torpaqlardan didərgin salınaraq ətrafa səpələnmişlər. Və bütün hallarda, bu səpələnmlərdən mümkün qədər xeyirlərinə istifadə etmiş, nəyin bahasına olursa olsun ayaqda qalaraq öz dəst-xətlərini dünyaya yeridə bilmişlər.
yahudiBizim eranın 70-ci ilində Romanın Qüdsü işğal etməsi nəticəsində onlar öz doğma yurdlarından çıxarıldılar. Qaçmaqla, qul kimi satılmaqla bütün ölkələrə və qitələrə yayıldılar. Yahudilərin müqəddəs kitablarından və ruhani xatirələrindən yaranan digər böyük dinlər və tərəfdarları onları təqib edir və qırırdılar. Onlar təcrid olunmuş vəziyyətdə çox sıx olan  gettolarda (Orta əsrlərdə yahudi məhəlləsi), ağır təqiblər içərisində yaşayırdılar. Əhalının hücumlarına məruz qalır, krallar tərəfindən qarət olunurdular. Buna baxmayaraq öz əmək vasitələri və zəhməti ilə abad şəhərlər salırdılar. Onlar cəmiyyət tərəfindən rədd edilir, insanlardan uzaqlaşdırılır, təhqir olunur və incidilirdilər.Bütün bunlara baxmayaraq yahudilər həm fiziki, həm də mənəvi cəhətdən özünün irqi və mədəni  toxunulmazlığını, öz adət -ənənələrini, ən qədim mərasimlərini qoruyub saxlayır, öz qurtuluş günlərini əzm və səbrlə gözləyirdilər.
Əslində dünyaya səpələnmə Qüdsün süqutundan çox əsr əvvəldən başlamışdı. Yahudilər bütün Aralıq dənizi ərazisinə – Afrikaya, İsgəndəriyyəyə və Korsikaya, Romaya və Marselə, hətta uzaq İspaniyaya və Portuqaliyaya yayılmışdılar. Məbədlərinin dağıdılmasından sonra əhalı iki istiqamətdə hərəkət etdi: bir istiqamət Dunay və Reyn boyunca, Polşaya və Rusiyaya doğru idi; digər istiqamət isə İspaniyaya və Portuqaliyaya gedib çıxırdı. Mərkəzi Avropada yahudilər tacirlər və maliyyəçilər kimi seçilirdilər. Onlar ərəblərin riyazi tibbi və fəlsəfi biliklərini həvəslə öyrənirdilər. Və Kordovanın, Barselonanın, Sevilyanın böyük məktəblərində öz mədəniyyətlərini inkişaf etdirirdilər. XII-XIII əsrlərdə yahudilər burada antik dövr mədəniyyətinin və şərq mədəniyyətinin Qərbi Avropaya çatdırılmasıda  böyük rol oynayırdılar.

yahudilik

İspaniya yahudiləri 1492-ci ilə – Ferdinandın Qrenadanı işğalına və müsəlmanların son dəfə qovulmasına qədər çiçəkləndilər və inkişaf etdilər. Yahudilər İslam dininin mülayim hakimiyyəti zamanı olduqları azadlığı itirdilər. İnkvizisiya xaç suyuna salınma, xristian dininə əməl olunması, ya da sürgün və əmlak müsadirə olunma seçimi ilə onların başının üstünü aldı. Yahudilərin böyük əksəriyyəti çətin yolu seçdilər və sığınacaq yeri axtarmağa başladılar. Bəziləri gəmiyə minib Genuyaya və İtaliyanın digər limanlarına daxil olmağa çalışdılar. Dənizdə hökmranlıqlarına görə özlərini yahudilərə borclu bilən Venesiya onların yalnız az qismini qəbul etdi. Qalanları isə Afrikaya üz tutdular. Artmaqda olan əzab-əziyyətə və xəstəliyə baxmayaraq Afrika sahillərinə çatana qədər üzməyə davam etdilər. Burda isə onların qiymətli daşlara malik olduqları güman edildi və onlardan çoxu elə bu səbəbdən də öldürüldü. Böyük dəniz səyahətinin onlara yeni məskən tapacağı ümidi ilə, ola bilsin ki, elə öz irqlərindən olan Kolumbun səyahətini pulla təmin etdilər. Onların çox hissəsi heç olmasa bir az yaxşı qəbul görmək üçün İngiltərə və Fransa arasında kiçik, ancaq bərəkətli Hollandiyaya üzdülər.
Bundan sonra İspaniya zəiflədi, Hollandiya isə çiçəkləndi. Yahudilər birinci sinaqoqlarını (yahudi məbədi) 1598-ci ildə Amsterdamda tikdilər və 75 il sonra onlar Avropada ən möhtəşəm ikinci sinaqoqu tikəndə xristian qonşuları onlara maliyyə yardımı göstərdilər. Rembrantın ölməzlik verdiyi tacirlərin və ruhanilərin köklüyünə, məmnunluğuna əsasən mühakimə yürütsək, indi yahudilərin xoşbəxt olduqlarını deyə bilərik.

Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +21 (from 29 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

AVERROES (İbn Rüşd)

 

İbn Rüşd

İbn Rüşd (Averroes) (Aprel 14, 1126 – Dekabr 10, 1198, Kordova, Əndəlüs)   –  Əbu əl Valid Muhamməd ibn Rüşd , Qərbdə Averroes kimi tanınan, Qərb intellektual tarixinin unikal dövründə yaşamışdır.  Dahi əndəluslu ərəb filosof , təbib, fəlsəfə, riyaziyat, fiqh və tibbin kamil bilicisi. O dövr müsəlman İspaniyasının Kordova şəhərində anadan olmuş İbn Rüşd Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunur.

İbn Rüşd məntiq və bilgi nəzəriyyəsində Aristoteli təqib edir. İbn Rüşdün fikrincə, sadə duyğulardan, təxəyyül məhsullarından dərəcə-dərəcə əqli gerçəklərə doğru yüksəlməyə bir meyl və istək (şövq) vardır. Bizə mütləq gerçəyin məlumatı verilməmişsə də, ona çatmamız üçün istək və səyin verilmiş olması bundan daha sevindiricidir.

İbn Rüşd Qərbdə Aristotel fəlsəfəsini Avropaya təqdim etməsi səbəbindən hörmətlə anılır. Belə ki, 1150-ci ildən əvvəl Avropada Aristotelin latın dilinə yalnız bir neçə tərcümə olunmuş əsəri məlum idi. Yalnız İbn Rüşdün Aristotelin əsərlərinə verdiyi şərhlərin XII əsrdən etibarən tərcümə edilməsi ilə Orta Əsrlər Avropası bu əsərlərlə tanış ola bildi. Əsərlərinin yəhudi dilinə tərcümələri yəhudi fəlsəfi dünyagörüşünə və eyni zamanda İslam fəlsəfəsinə də əhəmiyyətli təsir göstərmişdir. O, “Fəsl əl-Məqəl” (Yekun traktat) əsərində Quranın təhlilində əsas meyar kimi müxtəlif mənbələrdən gələn hədislərdən çox, analitik yanaşmaya üstünlük verilməsi təklifini irəli sürürdü. Bu əsərdə dini fəlsəfədən ayırmaqla İbn Rüşd müasir Qərbdə tətbiq olunan dini dövlətdən ayıran dünyəvilik prinsipinin ilk yaradıcısı sayılır. Platonun “Respublika”sına verdiyi şərh isə Orta Əsrlər Avropa fəlsəfəsinin əsas istinad etdiyi mənbə kimi istifadə olunurdu.

Böyük filosof Aristotelin əsərlərinə yazdığı şərhlərlə yanaşı o, bir çox kitabın da müəllifidir.

  1. Fəslü-l Məqal beynə-l Hikməti və-ş Şəriəti minə-l İttisal
  2. Əl-Kəşfu an Mənahici-l Ədillə
  3. Təhafutu Təhafutu-l Fəlasifə
  4. Təfsiru mə bədə-t Təbiə

İbn Rüşdə görə vəhyin qaynağının Allah olduğu kimi ağlın da qaynağı  Allahdır. Ona görə fəlsəfə və din arasında zənn olunan mübarizə yox,  tam tərsinə uyğunluq və bir-birini dəstəkləmə vardır. Çünki hər ikisi eyni  qaynaqdan gəlir. Eyni qaynaqdan gələn şeylərin bir-birinə zidd olması  mümkün deyil. İbn Rüşd Fəslu-l Məqal adlı əsərində dini məsələlərdə ağlı  işlətməyin din baxımından nə mənaya gəldiyini izah etməyə çalışmışdır.  O, belə bir sual verir:
Din, ağıl metoduna sadəcə olaraq icazə verirmi?
Yoxsa onu qadağan etmişdir?
Din ağıl işlətməyi əmr etmişdirmi?

Tanrının varlıq dəlilləri: inayət və ixtira

Dövrünün metodologiyasına nəzər salan İbn Rüşd, Tanrının varlığı haqqında dəlilləndirmədə heç birinin kifayət dərəcədə inandırıcı olmadığını qeyd edərək, özünün kosmoloji xarakterlə əsaslandırdığı inayət və ixtira adlı iki dəlilini irəli sürmüşdür. Tamamilə aləmdən (cosmos) hərəkət edərək, Allahın varlığını isbat etməyə çalışan bu iki dəlil həmçinin digər dəlillərlə ortaq xüsusiyyətlərə də sahibdir.

  1. İnayət dəlili

Filosof İbn Rüşd, inayət dəlilini əsaslandırarkən iki şeyə istinad edir:

– Dünyadakı bütün varlıqlar insanın varlığına uyğun olub, məqsədlilik ya da ilahi qayəlilik hər yerdə müşahidə olunmaqdadır. Aləmdə var olan  şəri və müsibətləri izah edərkən isə, bunu Allahın murad etmədiyini, lakin  ümumi nizam xatirinə ona icazə verdiyini bildirmişdir.

– Qeyd olunan bu nizam və qayəlilik (məqsədlilik) bir təsadüf olaraq yox, iradə sahibi olan Allah tərəfindən meydana gətirilmişdir. Bütün varlıqların insan varlığına uyğun olaraq yaradılması, məsələn, günəşvə ayın hərəkətləri, gündüz və gecənin vəziyyəti, fəsillərin dəyişməsinin nizami şəkildə davam etməsi, heyvanların, bitkilərin, canlı və cansızların formasının insan həyatına müvafiq olaraq yaradılması bunu göstərir. Buna görə də Allah haqqında ətraflı biliyə sahib olmaq istəyən, Quranın da bildirdiyi kimi, bütün mövcudat aləmini dərindən incələməlidir.

  1. İxtira dəlili

Bu dəlil də hamının başa düşə bildiyi iki əsasa dayanır.

-İxtira dəlili hüdus dəlilinə oxşar olaraq belə ifadə olunmuşdur: «Hər var olan şey, var edənə möhtacdır». Bu varlıqlar aləmi də yaradılma (ixtira) nəticəsindədir. Heyvanlar, bitkilər, cansız varlıqlar, qısacası bütün varlıq aləminin, bir var edəninin olması lazımdır ki, bu da Allah Təaladır.

-İkinci əsas isə «hər ixtira edilənin bir ixtira edəni var» ifadəsidir. Bu, birincisindən onunla fərqlənir ki, bu dəlilin qavranılması üçün dərin şəkildə ağıl yürütmə aparmaq lazımdır.

Filosofa görə bu iki dəlil Quran nəsslərinin ortaya qoyduğu əsaslara uyğundur. Çünki Qurani Kərim də Allahı izah edərkən bu metoddan istifadə etmişdir.

 Hazırladı:  Naz Ramizqızı

VN:F [1.9.16_1159]
Rating: +16 (from 18 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook

EYNŞTEYNİN TANRI TƏSƏVVÜRÜ

Eynşteyn məktub və tanrı1936-cı ildə Nyu-Yorkda altıncı sinifdə oxuyan bir qız Albert Eynşteynin özünə məktub yazır:

 “Hörmətli Eynşteyn! Məktəbdə dərs zamanı bizdə belə bir sual yarandı: alimlər dua edirlərmi? Bu sualımızdan digər bir sual da törənmişdi: biz eyni zamanda həm elmə, həm də dinə inana bilərikmi? Hazırda biz digər alimlərə və elm sahəsində görkəmli şəxslərə məktub yazırıq və onların bizim məktubumuza cavab verəcəklərinə ümid edirik. Siz bizim sualımızı cavablandırsanız, bu bizim üçün böyük bir şərəf olacaq. Alimlər dua edirlər? Edirlərsə, nə haqda edirlər? Hal-hazırda mən altıncı sinifdə, missis Ellisin sinifində oxuyuram. Hörmətlə, Fillis.”

 Beş gündən sonra Eynşteyn məktubu lakonik olaraq cavablandırır. Eynşteynin cavabı bu sual ətrafında Karl Saqanın və yaxud Klavdiy Ptolemeyin düşüncələri ilə yanaşı ahəngdar görünürdü.

“Hörmətli Fillis, Mən sənin sualına bacardığım qədər sadə dildə cavab verməyə çalışacağam. Mənim cavabım:

Alimlər bütün hadisələrin və hətta insanların fəaliyyətlərinin təbiətin qanunları sayəsində baş verdiklərini hesab edirlər. Bu səbəbdən hər hansısa bir alim hadisələrin gedişatına duaların təsir edəcəyini düşünmür. Buna baxmayaraq etiraf etməliyik ki, bizim fövqəltəbii güclər haqqında biliklərimiz bəsitdir. Buna görə həyatımızın sonu və vahid ruh haqqında inanclarımız imana əsaslanır. Elmin müasir inkişafına baxmayaraq, bu inanclar bütün dünyada geniş yayılıb. Bundan savayı, elmin dərinliklərinə varan hər bir şəxs fövqəltəbii bir ruhun, insan ruhundan dəfələrlə güclü bir ruhun Bəşəriyyətin qanunlarını idarə etdiyinə əmin olur. Beləliklə, elm ilə məşğul olmaq insanda digər sadəlövh dini hisslərdən fərqlənən xüsusi bir növ dini hissin yaranmasına gətirib çıxardır.

 Hörmətlə, sizin A. Eynşteyn.”

Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +24 (from 32 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus