NİTSŞENİN DƏCCALI VƏ MƏSİHİ

Xüsusi


Heçlik. Düşünən insanın müəyyən bir zamandan sonra, suallarına cavab tapmaq üçün başladığı axtarışların sonunda gəlib çatdığı önəmli bir nöqtə. O nöqtə ki, insana onun indiyə kimi düşündüklərinin mənasız, inanclarının əsassız, dəyərlərinin əhəmiyyətsiz olduğunu anladacaq. Və budur, düşünərək özünə davamlı sual verən insan artıq kim bilir nə qədər sürəcək və bəlkə də heç vaxt bitməyəcək nihilizm dövrünü başlatmış oldu.

Biz hər zaman dəyərlərin yıxılmasından çox bəsit bir hadisəymiş kimi danışır və bununla onun mahiyyətini əks etdirməmiş, hətta gizlətmiş oluruq. Axı insanın həyat boyu inandığı Tanrının mövcud olmamasını dərk etməsi, öz varlığına olan inanc və bağlılığının yox olması, qoruduğu əxlaq normalarının çökməsi ağrılı və acılı bir prossesdir… Amma insanı üstün edəcək, güclü iradəsini və xarakterini formalaşdıracaq şey də elə həmin prosses boyu çəkdiyi acı və ağrılardır. Bizim mövzumuz bax burda açılır.

nihilizm-nitsşe-dəccal-məsihÇöküş

Fəlsəfə hər zaman insanlar üçün cəlbedici görünüb. Amma eyni zamanda, həqiqətən öz sualları doğrultusunda müəyyən bir nöqtəyə gəlməyən, sadəcə fikirlərin təsirinə düşərək həyatını bu fikirlər üstündə qurmağa çalışan bir insan üçün böyük təhlükədir. Çünki uçuruma düşən insanın o uçurumdan çıxması üçün zəkası və gücü olmalıdır. Əks halda o, düşdüyü yerdə ilişib qalacaq və heç vaxt çıxa bilməyəcək. Düşüncələrlə zarafat etmək olmaz. Nihilizm düşünən insan üçün qaçınılmazdır. Çünki həyatın mənasını, mövcudluğunu və Tanrını sorğulayırsansa, gerçəklərlə mütləq üzləşirsən. Və bu zaman çöküş baş verir. Səni indiyə kimi ayaqda saxlayan bütün sütunlar, dirəklər çökür. Ancaq bu həmçinin tamamlanma və zərurətdir. Çünki əgər axtarırsansa, sorğulayırsansa demək ki, bütün bunların kökündə bir ehtiyac var. İllərlə filosofların öz fikirləri ilə anlamını daha da genişləndirdiyi bu hadisəyə ilk dəfə Şopenhauer maraqlı və yeni bir fəlsəfi cərəyan yaradacaq şərh verdi. Yuxarıda qeyd edilən fikir məhz onun fəlsəfəyə qazandırdığı yeni baxışdır. O, çöküşü insan üçün qaçınılmaz hesab edirdi və buna iradə adı qoyurdu.

İradə

Şopenhauerin bu fikiri ən çox Nitsşe üçün cəlb edici və düşündürücü görünürdü. Axı mükəmməllik axtarışında olan insan köhnəldiyini, öz gücünü itirdiyini düşündüyü dəyərləri yıxdıqdan sonra necə daha möhtəşəm olanını yaratmaya bilərdi? Bununla da Nitsşe iradə fəlsəfəsini insanlar üçün başa düşülə biləcək hala gətirmiş oldu. Bütün köhnəlmiş dəyərlər, əxlaq normalarını yıxdıqdan sonra insan daha mükəmməl olanını yaradacaq və üst insan olacaq. Bu iradədir. Güclü və zəif insanların ayrıldığı önəmli nöqtə.

Dəccal və Məsih

İnsanlar hər zaman çarəsizlikdən, çöküşdən azad olmaq üçün xilaskarlara ehtiyac duyurlar. Əslində xilasın hər hansısa bir insanda yox fikirdə, onun şəxsində deyil, daşıdığı ideyada olduğunu anlamırlar. Bunun üçün peyğəmbərlər hər zaman məcazi şəkildə həqiqətləri yazmağa və çatdırmağa çalışıblar. Bütün müqəddəs kitablar əslində həqiqətin kodlaşdırılmasıdır. Axı peyğəmbərlər əslində öz dövrlərinin aydını və yenilikçiləridir…

antixrist-nihilizmNitsşenin “Antixrist” (Dəccal) əsərini oxuyanda obrazlaşdırılma mənə çox maraqlı gəlmişdi. Həqiqətən də yaradıcı insanlar öz fikirlərini müəyyən kodlaşdırma ilə göstərməyi… məhz göstərməyi sevirlər. Bütün səmavi dinlərdə bir dağıdıcı var. Yəhudilikdə Armilus, Xristianlıqda Antixrist, İslamda isə Dəccal. Hər kəs bilir ki, Dəccal gələcək, insanları Tanrıya olan inancdan döndərəcək, bir sözlə mövcud dəyərləri yıxacaq. Sonda isə Məsih gələrək onu məğlub edəcək və Tanrının krallığını quracaq, yəni hər şey əvvəlkindən daha yaxşı olacaq. Bu sizə nəyisə xatırladır? Nitsşenin nihilzm zəruridir, mövcud köhnəlmiş dəyərlər yıxılmalıdır və üstün insan yeni və möhkəm olanını qurmalıdır fikiri ilə eyni deyil? Dolayısı ilə mif gerçəklə uzlaşır. Əfsanə realdır.

Dəccal nihilizmdir. O inancları, daxili əxlaq normalarını məhv edəcək. Cəmiyyətin bütün saxta dəyərləri darmadağın olacaq. Sonda isə Məsih, yəni üst insan (və ya yeni fikir) gələcək nihilizmi bitirərək Tanrının krallığını – üstün cəmiyyəti formalaşdıracaq. Çünki Məsih xilaskar deməkdir. Konkret olaraq bir şəxs deyil. Yəhudiliyin Maşiahı, Xristianlığın İsa Məsihi və İslamın Mehdisi əslində Nitsşenin üstün insanıdır. Bütün dahilər hər zaman bir həqiqətdən danışıb, lakin şərhlər və anlayışlar fərqlidir. Güclü insanlarla zəif insanlar bunu hər zaman bir-birindən fərqli şəkildə qavrayır.

Mənbə: Etatist.com
Müəllif: Həbib Rüstəm (Kabus)
Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +21 (from 21 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

İNSAN NƏ ÜÇÜN VAR?

İNSAN NİYƏ VAR?
Təbiətdəki canlılardan fərqli olduğumuza inanırıq. Zəka dediyimiz şeyin bizə qismət olduğunu sanırıq. Ən azından ümumi qənaət belədir. Yəqin digər canlılar üzərində bir təsirimiz və nəzarətimiz var. Yaxşı bu imtiyaz nədəndir? Niyə özünü digər canlıların üzərində hiss edən bir insanlıq mövcuddur?

insan və kainat nə üçün var?Düşünən insan deyə adlandırdığımız canlının xüsusiyyətləri nələrdir? Elmi olaraq digər canlılardan bir ayrılığımız var. İnsanı təbiətdə fərqli edən fiziki heç bir xüsusiyyəti yoxdur. İnsan çöldən baxanda xüsusi deyil. İnsanı insan edən hamılıqla bu sətirləri oxumamızı təmin edən şeydir. Daha yaxşı anlaşa bilmək. Ünsiyyət qurmaq, bir-birimizi anlamaq, bir-birimiz üçün bir şeylər edə bilmək digərlərindən ayrılan nadir özəlliklərimizdəndir.

Günümüzdəki insanın ortaya çıxışında diqqətə çarpan olan tək şey dildir. Bir-birimizə səslənmək, köməyini istəmək, xəbərdar etmək, onu düşünmək insanlığı ortaya çıxarmışdır. “Həyat nədən meydana gəldi?” sualının cavabı da buradadır. Orada da bəzi elementlərin canlı bir hüceyrəni meydana gətirməsini görərik. Bəzi maddələr bir araya gələrək canlılığı meydana gətirmişdir. Həyat, maddə parçalarının bir araya gəlib birlik formalaşdırması nəticəsində baş vermişdır. Bəlkə kainat də belə bir hərəkətin nəticəsidir, ancaq bunu söyləmək çətindir. Maddəni və insanı çöldən görə bilərik, kainatın isə ancaq kiçik bir qisiminə baxarıq. Yenə də parçalarından özünü anlamaq mümkündür.

KAİNAT NİYƏ VAR?
insan və kainat nə üçün var?İnsan niyə varsa, kainat da ona görə var. Həyat insanın var olma səbəbiylə eynidir – ən azından bənzər səbəblərə söykənər. Bir işin səbəbini ancaq onu edən, ya da edəni anlayan qavraya bilər. Biz öncəmizi, səbəbimizi bilmirik. İçində olduğumuz həyatları da yalnız təsvir edə bilirik. Öz aramızda anlaşa bilmədiyimiz dillə kainatın xaricini anlamağa çalışırıq. Aydındır ki, kainatda bir nöqtə belə ola bilməyən insanlığın bu etdiyi kosmik bir komediyadır. Kainatın niyə var olduğu, ya da həyatın niyə var olduğu sualından çox daha həqiqi suallar soruşula bilər. Bunlar “kainat necə var?” “İnsan necə var?” “Nə edirik?” kimi suallardır.

Niyə var olduğumuz sualını mötərizəyə alınca necə qalır geriyə. Necə var olduğumuzu da tarixdəki bir çox axmaqlıq, istismar, səfalət və ehtişam, krallıq, soyluluq kimi şeylərə baxaraq həll edə bilərik. İnsani baxımdan baxsaq səfil və rəzil bir şəkildə varıq. Ən azından dünyanın “ən inkişaf etmiş” millətləri “inkişaf etməmiş” millətlərinə zorla azadlıq aparırsa və yalnız susuzluqdan milyonlar ölürsə insanın necə var olduğuna dair bir şeylər ağla gəlir.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +29 (from 31 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus