MUSİQİ ZÖVQÜMÜZÜN DÜŞÜNCƏMİZLƏ ƏLAQƏSİ

Xüsusi

musiqiMusiqi zövqünüz düşüncə tərzinizlə əlaqəlidir.

Bu vaxta qədər aparılmış olan araşdırmalar, musiqi seçimimizin birbaşa olaraq şəxsiyyətimizlə əlaqəli olduğunu göstərir. Əslində bunu anlamaq üçün labaratoriyaya girməyimizə, kitablara baş vurmamıza ehtiyac yoxdur; Şüurlu və ya şüursuz etdiyimiz təcrübə və müşahidələrin nəticələri, məlum xarakterə sahib insanların ən azından hansı musiqi növündən xoşlandığının ipucunu verir.

Musiqi  şübhəsiz ki, günlük həyatımızın vazkeçilməz parçasıdır. Evdə, məktəbdə, ofisdə, avtomobildə, nəqliyyatda, idmanda, alış-verişdə, hətta küçədə gəzərkən belə istəkli və ya istəksiz hər an və hər yerdə qulağımıza çatan melodik vibrasiyalar, fərqli ruh hallarını da özü ilə gətirir. Musiqi ifa etmək, günümüzdə məhdud sayda bir kütləyə aid edilsə də, yüz illər öncə nəfəs almaq, danışmaq qədər təbii olan bir şəxsiyyət ifadə formasıydı; hələ də bəzi ibtidai qəbilələrdə bu adət davam edir.

Bəs dünyada modern və ya populyar musiqi olaraq adlandırdığımız günümüz musiqisini təşkil edən neçə kateqoriya olduğunu bilirdinizmi? Musiqi yazıçısı və verilənlər (data) analizçisi olan Glenn McDonaldın yaratdığı bir internet layihəsi – Every Noise At Once – bütün musiqi növlərini və alt növlərini bir yerə toplayaraq, bizlərə musiqili bir xəritə təqdim edir. Layihəyə görə bu an bildiyimiz 1371 ədəd musiqi növü və alt növü mövcuddur. Musiqi avtoritetlərinə görə bu say, getdikcə artmağa davam edir. Hər birimizin özünəməxsus olduğunu nəzərə aldıqda, 1371 musiqi növü əslində heç də qane edici deyil, elə deyilmi?

Musiqi zövqümüzü tam olaraq nəyin təyin etdiyi ilə əlaqədar olaraq, olduqca az biliyə sahibik. Çoxumuz üçün bir mahnını sevib sevmədiyimizə, dinləməyə davam edib etməməyəcəyimizə qərar vermək, yalnız bir neçə saniyəmizi alır. Son zamanlar gerçəkləşdirilən araşdırmalar, musiqi seçimimizin yaşımız, şəxsiyyətimiz kimi gözə çarpan   xarakteristik xüsusiyyətləri əks etdirdiyini  göstərir.

2015-ci ilin iyulunda Cambridge universtitetində bir qrup psixoloq tərəfindən gerçəkləşdirilən və PLOS ONE dərgisində yayımlanan araşdırmada koqnitiv modelimizin musiqi zövqümüz üzərində necə bir rol oynadığı müşahidə edildi. Araşdırmada, düşüncə tərzimizin dinləməkdən xoşlandığımız musiqi növünü yansıtdığını göstərən məlumatlar əldə edildi. Bunu edərkən də  iştirakçılar, empati qurabilmə – sistematikləşdirmə (Empathizing-Systemizing (E-S) Theory) nəzəriyyəsinə görə sinifləndirildi.

Psixologiyada, empati qura bilmə həddindəki fərdi fərqliliklər,  Simon Baron Cohen tərəfindən inkişaf etdirilən və “Empathy Quotient” olaraq bilinən 60 maddəlik anketlə dəyərləndirilə bilinir. Bənzər şəkildə, sistematik düşünmə meyli isə  “Systemizing Quotient” ilə müəyyən edilə bilir. Bu məlumatların müqayisəli olaraq bir araya gətirilməsi ilə empathizing-systemizing (E-S) yaradılır. Bəhsi keçən iki xaraktreistik xüsusiyyətin ölçümü, şəxsin koqnitiv modelini (beyin tipini) ortaya çıxarması baxımından önəm daşıyır. Bu nəzəriyyə təməl alınaraq daha öncə aparılmış olan bir araşdırma, qadınların empati qurmağa meyilli olduğunu, kişilərin isə daha sistematik düşüncə tərzinə sahib olduğunu göstərən dəlillər təqdim edir. Bu fərqli  koqnitiv modellərin əlbəttə neyrobioloji bir təməli də vardır. Misalçün, kişilərdə sistematik düşünmənin, beyindəki hipotalamik və ventral bazal gangliya bölgələrinin ölçüsü ilə birbaşa əlaqəli olduğu görüldü.

Araşdırmada, empati qurmağa  yaxın olanların, yəni başqalarının hislərini, duyğularını asanlıqla anlayabilən və ya təxmin edəbilən və buna uyğun qarşılıq yarada  bilənlərin; hər hansı bir mahnı dinlədiklərində duyğusal və fizioloji reaksiyalar verdikləri təsbit edildi. Sistematik düşünməyə (sistemləri yaradan və qaydaya salan qaydalarla maraqlanma, sistem parçalarını analiz etmə, buna yönəlik qarşılıq yaratma) meyilli olanların, yəni işin riyaziyyatında olanların isə hər hansı bir mahnı eşitdiklərində səs xüsusiyyətlərini, notları, musiqini yaradan faktorları analiz etməyə və başlarında yenidən yaratma istiqamətində reaksiyalar verdikləri müşahidə edildi. Şəxsin empati səviyyəsi və düşünmə tərzinin nə növ musiqidən xoşlandığı ilə əlaqədar ipucları təqdim etdiyi görüldü.

musiqi.4000-dən çox iştirakçının daxl olduğu araşdırma, iştirakçılara 26 fərqli növ və alt növdə, 50 ədəd mahnıya aid 15 saniyəlik parçalar dinlədilib; parçaların ən bəyəniləndən-daha az bəyənilənə doğru sıralanması istəndi. Nəticələrə baxıldığında empati qurmağa meyilli olan iştirakçılar R&B, soft rock, country, folk kimi daha yumşaq, asan anlaşılabilən növdə parçalar dinləməkdən xoşlandığı halda; sistematik düşünənlərin isə heavy metal, hard rock, punk kimi daha qarmaşıq və sərt xarakterə sahib musiqi növlərini seçdikləri müşahidə etdilər. Bu iki fəqli dərketmə-reaksiya vermə (düşüncə yaratma) tərzinin tamamən bir-birindən müstəqil olmadığı isə öncədən aparılan araşdırmalarla vurğulandı.

Araşdırmanı aparan, eyni zamanda bir caz saksafonçusu da olan David Greenbergə görə, araşdırmanın musiqi sənayesi üzərində bir təsiri ola bilər: ”Son illərdə olduqca populyarlaşan musiqi səhifələri, bizlərə nə növ musiqini sevəbiləcəyimizə dair təkliflər vermək üçün istifadə etdikləri alqoritmlərə böyük miqdarda pul ödəyirlər. Fərdi düşüncə tərzimizi bilsələr və ya hesaba qatsalar, bu xidmətlər daha çox məhsuldar hala gələ bilər.”

Professor Simon Baron-Cohen, araşdırmanın olduqca sistematik düşünmə quruluşuna sahib, uclarda yaşayan şəxsləri, misalçün autizmli fərdləri, daha yaxşı anlamamıza yardımçı ola biləcəyini bildirir. Araşdırmaya qatılan Dr.Jason Rentfrowa görə: ”Aparılan araşdırma, musiqinin şəxsiyyətimizi necə əks etdirdiyini ortaya çıxarır. Musiqi; duyğusal, sosial və koqnitiv olaraq kim olduğumuzu ifadə etmənin bir yoludur.”

Araşdırmaçıların tapdıqlarına əsaslanaraq; hansı tip düşünmə tərzinin hansı mahnılarla uyumlu ola biləcəyini göstərən qısa siyahı isə belədir:

Empati Quranlar

  • Hallelujah — Jeff Buckley
  • Come away with me — Norah Jones
  • All of me — Billie Holliday
  • Crazy little thing called love — Queen

Sistematik Düşünənlər

  • Concerto in C — Antonio Vivaldi
  • Etude Opus 65 No 3 — Alexander Scriabin
  • God save the Queen — The Sex Pistols
  • Enter the Sandman — Metallica

Yaşamımız boyunca qarşılaşdığımız min bir fərqli hadisə qarşısında bir tərəf ağır gəlsə də, hər birimiz öz potensialımız daxilində yeri gəldiyində empati qurabilmə, yeri gəldiyində isə sistematik düşünə bilmə qabiliyyətinə sahibik. Bəs musiqi zövqünüzlə müqayisə etdikdə, sizin hansı tərəfiniz ön plana çıxır?

Mənbə: nbeyin.com.tr
Hazırladı: Ceyhun Sultanov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

MƏNƏ ÖYRƏT, MƏNİ QORXUTMA!

   Hərənin öz  həyatından örnək aldığı   həyat təcrübəsi var. Hər birimiz danışarkən öz həyatımızın təcrübəsinə əsaslanırıq. Mütləq bir yaşam yoxdur, birimiz üçün doğru olan digərimiz üçün yanlış, yaxud əksi ola bilər. Çünki,  insanlar gördüklərini fərqli qavrayır.  Mənim xoşbəxt sandığım yaşam sənin həyatına uyğun olmaya bilər. Buna görə də anlatmağa, anlamağa çalışmalıyıq, qorxutmağa deyil. letter-mother-daughter-old-young-black-white-spring-in-the-air İnsan qorxduğu şeylərdən qaçar, anlamadığından , məcbur edildiyi şeylərdən uzaq durar. Allahdan qorxutduz, ondan hiss etmədən  uzaqlaşdılar, sadəcə ad qaldı. Halbuki, ona çatmaq, onu tapmaq lazım idi. Onu sevmək lazım idi. Həyatdan qorxutduz, cəsarət etmədilər həyata atılmağa, quru-quru yaşam sürdülər. Gənclərdə yaşama marağı öldürdüz, qolsuz-qanadsız qaldılar. “Bizim dövrümüzdə belə idi” deyib dövrünüzü təriflədiniz, gənclər gələcəyi naxoş görüb yürüməkdən qorxdular, keçmişi bir yük kimi gələcəyin belinə yüklədiz, gələcək yön ala bilmədi. Günahlarla, səhvlərlə qorxutduz, sanki heç səhv etməmisiniz kimi. Danışdıqlarınızı əməl olaraq nümunə göstərə bilmədiz, kəsəri olmadı. Gəncliyimizdən hürkütdüz bizi, sanki özünüz doya-doya yaşamışdız bu dövrü. “Doğru budur, bunu etməlisən” söyləmə, bu sənsən qoy mən MƏN olum.  İçimdəki məni gömmə. Məni qorxutma, mənə anlat, məni öyrət. Həyatı anlat mənə, nə əldə etdin yaşamdan onu anlat mənə. Mənə həyatı sevdir, mənə anlamları sevdir. Budur yön vermək. Qorxuları sarmayın ürəyimizə. Həmişə qorxduğumuzdan qaçdıq. Bizi həyatı sevə-sevə yaşamaqdan qaçırmayın!  Təcrübənizi paylaşın, bölüşün bizimlə. Mütləq doğru kimi qəbul etdirməyə çalışmayın.

                                                                                                                              Müəllif: Naz Ramizqızı

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +25 (from 25 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook

GERÇƏK, YOXSA HƏQİQƏT?

“Gerçək” kəlməsi çox nisbi anlayışdır. Biz fərqində olaraq və ya olmayaraq öz gerçəyimizi yaradırıq. Qəbul etmə şəkillərimiz, qarşılıqlı əlaqələrimiz və keçmişdən yaddaşımıza həkk olunanlar “bizə görə” bir gerçək anlayışını yaradır. Ancaq bu gerçək  “mütləq gerçək” olmaya da bilər. Çünki tərkibində təhrif olunmalar, yayınmalar, ümumiləşdirmələr var. Bütün bunlar, “mütləq gerçək”dən uzaqlaşdıran vəziyyətlərdir. Yaratdığımız gerçək, bizim psixoloji idarə olunmağımızı qısa müddətə təmin edir və müəyyən mənada kompensasiya (bərpa) mexanizmidir. Daha uzun müddətə isə bu kompensasiya mexanizmi artıq qeyri-kafi  hala düşür. Buna görə də “sənə görə, mənə görə” anlayışlarının yerinə mütləq gerçək mənasını verən “həqiqət” kəlməsindən istifadə etmək istəyirəm. “Həqiqət” özümüzü aldatmadığımız gerçəkdir, mütləq gerçəkdir və insana sadəcə həqiqət mənəvi sakitlik gətirə bilər. Həqiqət və gerçək anlayışları arasındakı fərq daha aydın görünsün və anlaşılsın deyə bəzi nümunələr göstərmək istəyirəm.

Həqiqət təməl, gerçək ondan doğandır.

Həqiqət təməl, gerçək ondan doğandır.

Məsələn, bir ana və atadan yarandığımız həqiqətdir. Amma valideynlərimiz üçün işlətdiyimiz “yaxşı/pis”, “kafi/qeyri-kafi”… kimi qiymətləndirmələr isə bizə görə gerçəklərdir və həqiqət olduğu anlamına gəlməz. Bu anlayışlar arasındakı fərqi göstərmək üçün başqa bir nümunəyə nəzər salaq. Qadın və ya kişi olduğumuz həqiqətdir. Ancaq necə bir kişi və ya qadın olduğumuz isə hər kəsə görə dəyişə biləcək gerçəklərdir. İnsan həyatda gerçək kimliyini-həqiqətini tapmaq üçün, özünü aldatdığı saxta gerçəklərdən qaçmaq üçün mövcuddur. Biz həqiqət və gerçək kəlmələrini eyni mənada işlədirik və aradakı fərqi görməkdə çətinlik çəkirik. Eyni şəkildə duyğu və hiss kəlmələrini də eyni mənada işlədirik. Burada da diqqət yetirilməsi vacib olan bir məqam var. Hiss təməldə olan, duyğu isə onun əsasında formalaşdırılandır. Hiss təbii olaraq mövcuddur, duyğu isə sonradan qazanılandır. Zərərli duyğulardan olan “əsəb”ə nəzər salaq. Əsəb, birincili (primer) hiss deyil. Əsl hiss, “çarəsizlik” hissidir. Özünü çarəsiz hiss edən insan əsəbləşir. Beləcə biz əsl təməl hiss olan çarəsizliyin fərqinə varmadan o şəxsi əsəbi insan kimi qiymətləndiririk. Ən acınacaqlı hal isə həmin şəxsin öz çarəsizliyinə yox, hirsinə əhəmiyyət verməsidir. Əksər hallarda, insanlar alt seqmentə, əsas olana görə yox, görünən (ikincili-seconder) duyğulara görə qiymətləndirilir. Həqiqətə doğru getmədiyimiz, özü, özəyi tapmadığımız müddətdə görünən duyğuları həll etməyə çalışdıqca. sadəcə vaxt itkisinə məruz qalırıq. Çünki həqiqətdən uzağıq. Buna görə də qazanılmış, formalaşdırılmış, özdən uzaq, özü örtməyə çalışan “duyğu” ilə həqiqətdə var olan, təməl anlayış olan “hiss”i fərqləndirmək lazımdır. Duyğuları düşüncə sistemləri də yarada bilər. Düşüncələrimiz eyni hiss üzərindən istər müsbət, istərsə də mənfi duyğular yarada bilər. Duyğu qazanılmış vəziyyətdir və öyrənilə biləndir. Hisslər isə təməldəki əsl anlayışlardır. Ancaq adətən, əhəmiyyət verilmir və ya duyğularla üzəri örtülür. Duyğu, hissi örtə bilər, amma yox edə bilməz. Həmçinin, fərqinə varmadığımız müddətcə narahat edə və hər an üzə çıxa bilər. Hiss eyni zamanda metafizik anlayışdır.
İstər hisslərin, istərsə də duyğuların öz qıcıqları, dalğaları var. Bu qıcıqlar, dalğalar bədənimizin müəyyən nahiyələrində toplanır və rezonans verir (dalğaların üst-üstə düşərək toplanması). Hisslərimiz bədənimizin qəbul edəbiləcəyi qədər qıcıq yaradır. Bu qıcıq sayı çox ola bilər. Amma təbiidir və sağlamlığa zərər yetirmir. Duyğuların qıcıqları isə təbiilikdən uzaqdır və uzun müddət çox sayda qıcıq olması bədənin qıcıq qəbul edəbilmək ritmi ilə üst-üstə düşməyən nəticələrə gətirib çıxara bilər. Biz qısa formada buna “qazanılmış xəstəliklər” deyirik. Bu “qazanılmış xəstəliklər” düşüncə gücü ilə yaranmış psixoloji problemlərdir və bədənin cavab verə bilmək bacarığına uyğun olmayan qıcıqlara verdiyi reaksiyadır. Adətən, biz bunun səbəbini anlaya bilmirik. Səbəb isə çox sadədir. Anlamağa, anlam verməyə çalışdığımız üçün anlamırıq. Anlam qazandırmaq zehnin işidir və zehin anlaya bilsəydi dərk edərdi. Burada isə “anlamaq” yox,  “hissetmək” lazımdır. Daha yaxşı anlaşılsın deyə bir nümunəyə nəzər yetirək.”Yazığı gəlmək” duyğu yaratmaqdır və fayda verməyə də bilər. Hiss edə bilmək isə qarşılaşdığımız vəziyyəti eyniylə “yaşaya bilmək”dir. Qısası, hiss etmək, o şeyi yaşaya bilməkdir. Burada empatidən (qarşındakını anlamaq) daha fərqli bir vəziyyət meydana çıxır. Belə ki, empatidə duyğu işbirliyi olsa da,yenə müəyyən dərəcədə “anlamlandırmaq ” istəyi var. “Hiss edə bilmək” xüsusiyyətimiz isə heç bir anlam verməyə çalışmadan bütün hisslərinlə “o olabilmək” halıdır. Bunun isə zehinlə əldə edilə bilinməsi mümkün deyil. Çünki zehnimizdə böyük bir senzura mövcuddur. Bu senzura vasitəsilə, məlumatlar sanki, zehnimizin filtr sistemindən keçir və beləcə məlumatlar qəlibləndirilir. Çünki zehnin anlaya biləcəyi qəliblər var və o məcburən məlumatları bu qəliblərə salmağa ehtiyac duyur. Zehnin işi anlamaqdır. Ancaq hiss edəbilmədiyiniz bir məlumatı nə anlamaq, nə də dərk etmək mümkündür. Dərk etmək sanki tənlik həll etmək kimidir.

həqiqət və gerçəkZehin bərabərsizliyi bərabərlik halına salmaq üçün doğru məchulu tapmalıdır. Halbuki, zehnimizin sahib olduğu parametrlər duyğu və düşüncələrimiz üçün keçərlidir. “Hiss” isə zehnimizin parametrlərinə sığmayan anlayışdır. Buna görə də zehnimizin aldığı nəticə, hər dəfə ya artıq ya da əksik çıxar.  2 ilə 2 ni topladığınızda hər zaman nəticə 4 alinar. Çünki biz əlimizdəkilərin 2 və 2 olduğunu zənn edirik. Hisslərimizə yetişsək, əlimizdəkilərin sadəcə 2 və 2 olmadığını anlayarıq. Bədənimiz şüuraltında mövcud olan məlumatları bilir. Şüur isə bundan xəbərsizdir. Şüur olanları sadəcə görünənlərə görə qiymətləndirir. Şüur sadəcə gördüyünü dərk edir. Aysberqin suyun altında qalan hissəsini nəzərə almayan gəmi qəzaya doğru getdiyinin fərqində olmaz. Şüur hər dəfə “2+2=4” deyir və inadkarlıqla bu qərarının üzərində durur. Həqiqət isə hiss edilməyi səbrlə və səssizcə gözləyir. Bədənimiz suallarına cavab tapmalı olduğumuz şüuraltının binasıdır. Daşıdığı məlumatlardan xəbərdar olsa da onları dərk etməyə çalışmaz. Çünki dərk etmək zehnin, şüurun işidir. Zehnimizin isə bir şüarı var:
– Nə qədər qarışıq və çətindirsə, o qədər qiymətlidir.

Hazırladı: Murad Xəlilli

 

 

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +21 (from 21 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

XÖŞGÖRÜLÜ OLMAQ (TOLERANTLIQ)

295

Aktual  lüğətə görə : Xoş-fars, görmək-türkcə. Hər şeyi anlayışla qarşılayaraq ola bildiyi qədər xoş görmə vəziyyəti deməkdir. Eyni anlamda olduğu  tolerantlıq, dözümlülük: tolérer-qaldırmaq, dözmək.

Xoş görmək, hadisələrə ön mühakiməsiz yaxınlaşmaqdır. Ümumiyyətlə xor görülən məsələlərə tənqidi baxmaqdır. Xoş görmək bağışlamaq, ya da icazə vermək deyil. Hadisələri və faktları “rədd etməmək”dir. Əslində bir hərəkət deyil . Hərəkətsizlik olduğu deyilə bilər. Çünki bir iş tələb etmir. Tam əksinə, tolerant olmamaq bir hərəkətdir. Xoşgörülu olmayan kimsənin bir əskiklik çəkdiyi və artıqdan məşğul olduğu deyilə bilər.

Tolerant olmamaq, ictimai bir canlı olan insanın birlikdə yaşamaq, fərqlilikləri eyni məxrəcdə görüşdürmək xüsusiyyətini rədd etməkdir. Ən böyük qabiliyyət olan ünsiyyətə maneçilik törətməkdir. Hər hansı bir hadisəyə xoşgörüşsüz yaxınlaşmaq təbiətə və kainata ziddir . Heç bir şey tam olaraq rədd edilə bilməz. Ən qatı qaydaların belə istisnaları vardır. Yazı tolerantlıq haqda olduğu üçün tolerant olmamağa da xoşgörülü baxmalıyıq. Çünki bu, o cümlədən bütün təriflər üzərində uzlaşdığımız şeylərdir və hər şey hər an dəyişə bilər. Bu dəyişməyə varkən heç bir şeyi tam olaraq rədd etməməli, ən azından düşünə bilməliyik. Bir hadisə, obyekt ya da davranışdan çox , ən azından bir fikirə dözə bilməliyik. Nəyin doğru olduğu hər kəsə bağlı olduğu üçün tək olanı göz ardı edə bilmərik.

Tolerantlıq fəlsəfi bir işdir. Fəlsəfə dediyimiz “sonsuz maraq anlayışı”, təbii olaraq xoşgörüşlüdür. Yalnız bunu ifadə etmək əbəsdir. Hazırda bir dözümsüzlük yoxdur. Fərqli fikirlərə qatlanmayan, eqoist şəxsiyyətlərin olmadığı hallara, xoşgörüşlü vəziyyətlər deyilir. Tarixdən və insanlıqdan nümunələr verilə bilər. İlk insanlardan bəri bir yerdə yaşamaq, bir-birinə dözə bilmək ortaq bir anlayışdır. Fərqli kəsləri və bununla birlikdə fərqli fikirləri ortaq bir ideala fokuslamaq xalqların, inancların meydana gəlməsində ana faktordur. İnsanlar bir-birini xoş görməmiş olsaydı hələ də bir-birini öldürüb oğurladıqlarını yeyən primitiv canlılar olardıq. Empati qurmasaq, mərhəmət etməsək danışmaq belə mümkün olmazdı.

Başqa bir adamın həyatını mühakimə mənə görə deyil. Yarğılamalı, seçməli, heçə saymalıyam, ammayalnız özüm üçün. HermanHesse

Anlaşılmazlıq insanın ən böyük xəstəliyidir. Tolerantlıq isə ən böyük çarəsi. Volter

Adam öz yoluna inandıra bilməsi üçün başqasının yolunun səhvini sübut məcburiyyətində deyil . Paulo Coelh

Din  ayaqqabı kimidir. Özünə uyğun bir dənəsini tap və gey. Amma ayaqqabılarını mənə geydirməyə çalışma. George Carlin

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +34 (from 36 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus