DAHİ ŞİZOFREN RƏSSAM

van qoq-rəssam“Balıqçılar dənizin təhlükəli, fırtınaların qorxunc olduğunu bilirlər. Amma bu təhlükələr onları sahildə qalmağa məcbur edə bilməz.”  Vinsent van Qoq

 

Dahi rəssam Vinsent van Qoq 1853-cü il 30 martda Hollandiyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert kəndində rahib Teodor van Qoqun ailəsində dünyaya gəlib. Həyatının müxtəlif dövrlərində rəsm əsərlərinin satıcısı, müəllim və rahib kimi fəaliyyət göstərsə də onu məşhurluğa aparan məhz rəssamlıq bacarığı olmuşdur. Həyatı boyu müxtəlif şəhərlərdə yaşamış Van Qoq 1880-1881-ci illərdə Brüssel, 1885-1886-cı illərdə Antverpendə ressamlıq akademiyalarında təhsil alır və bu dövrdə baş verənlər onun sonrakı həyatında önəmli rol oynayır. 1888-ci ildə Arla köçən Van Qoq ən məşhur əsərlərini ömrünün son dövrlərində çəkib. 27 yaşına qədər rəsm əsəri çəkməyən və bütün rəssamlıq kariyerası həyatının son 10 ilində olan Van Qoq sağlığında heç bir əsərini sata bilməyib. Bunun əsas səbəbi isə yaşadığı dövrdə heç də məşhur olmayan postimpressionizm janrında rəsm əsərləri çəkməsi olub. Belə ki, qardaşı Teo ilə məktublaşdıqda şəkillərinin satıla bilməməsinin əsas səbəbi kimi əksər insanların bu tərz rəsm əsərlərinə müsbət yanaşmamasını görmək olar. Demək olar ki, bütün məşhur əsərlərini çəkdiyi Arla köçdükdən sonra bir çox rəssamlara birgə çalışmaqla bağlı təklif göndərsə də, sadəcə Pol Qogen bu təkliflə razılaşıb. Birlikdə yaşadıqları müddət ərzində aralarında kifayət qədər gərginlik yaşansa da Qoqun dostuna qarşı böyük məhəbbətlə bağlı olması ilə bağlı şayələr gəzməyə başlamışdı. Belə ki, Qogen heteroseksual olsa da, Qoq biseksual idi. Nəhayət Qogen artan gərginlik nəticəsində ondan ayrılmaq qərarına gəlir, mübahisə daha da qızışır və bu hadisə olan gün Van Qoqun qulağı kəsilir. Bu hadisədən sonra Qoqun qulağının kəsilməsi ilə bağlı müxtəlif versiyalar ortaya çıxdı. Bəzi versiyalara görə Qoq özü qulağını kəsmiş, digərlərinə görə isə bu mübahisə nəticəsində Qogen özünü müdafiə etmək üçün onun qulağını kəsmişdi.

van qoq-rəsm əsəriBu hadisə baş verən gün Qoq kəsilmiş qulağını yaylığa bükərək evlilik təklifi etdiyi və rədd cavabı aldığı Raşel adlı fahişəyə verərək “Bu xəzinəni qoru” deyir. Onun həyatı haqqında araşdırma aparıldığı zaman onun fahişələrə qarşı xüsusi bağlılığının olduğu ortaya çıxır. Belə ki, müxtəlif vaxtlarda bir neçə fahişəyə evlilik təklifi etmiş və onlara köməklik etmişdi. Ümumiyyətlə isə Qoq həyatı boyu səfil həyat tərzi keçirən insanlara köməklik etməyə çalışmış, onların həyatını rəsm əsərlərində dəfələrlə canlandırmışdı. Məhz buna görə də onun əsərlərindəki mənəvi iztirabları görməmək mümkün deyil. Ömrünün son illərində öz istəyi ilə dəfələrlə ruhi dispanserlərdə yatan Van Qoqun xəstəliyi günümüzün psixiyatrları tərəfindən adətən şizofreniya olaraq qiymətləndirilir. 1890-ci il 29 iyulda özünə sui-qəsd edir və ölüm ayağında qardaşı Teoya “səfalət heç vaxt bitməyəcək” deyir. Van Qoq ölümündən bir müddət sonra məşhurlaşmağa başladı. Ən acı həqiqət isə odur ki, bu gün milyonlarla dollara satılan və dünyanın ən bahalı rəsm əsərlərindən hesab olunan əsərlərin müəllifi olsa da, Van Qoq sağlığında səfil həyat tərzi keçirmişdi.

“Rəsmlərimin satılmadığı həqiqətini dəyişdirə bilmərəm. Amma bir gün insanlar rəsmlərimin, üzərində istifadə olunan boyadan daha dəyərli olduğunu anlayacaq…” Vinsent van Qoq

 

Hazırladı: Murad Xəlilli

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 8 votes)

Murad Xəlilli

Fitret.az yazarı. Həkim.

 
Facebook

DİLƏNÇİLƏRƏ NİYƏ NİFRƏT EDİRİK?

 Cəmiyyətin bir üzvü olan dilənçilər haqqında da danışmaq lazımdır, çünki kimsə onlarla ünsiyyətdə olsa, onların da adi insanlar olduğunu görəcək. Lakin heç kim cəmiyyətin dilənçilərə olan qəddar münasibətinin qarşısını ala bilməz. Belə görünür ki, hamı dilənçilər və adi işgüzar insanlar arasında mühüm fərqin olduğunu düşünür. 

dilənçi

 Dilənçilər də cinayətkarlar, fahişələr kimi diskriminasiyaya məruz qalırlar. Fəhlələrin işi var, dilənçilərsə işləmir: onlar təbiətcə parazitdirlər. Cəmiyyətdə belə bir fikir var ki, dilənçilər bənna, ədəbi tənqidçilər kimi öz hesablarına yaşamırlar. Bu, heç də təəccüblü deyil, çünki biz insan əsrində yaşayırıq və bu da çox nifrətəlayiqdir.

 Bundan əlavə əgər biri məsələyə daha dərindən baxası olsaq, o zaman dilənçilərlə cəmiyyətdə müəyyən mövqe tutmuş şəxslər arasında o qədər də ciddi bir fərqin olmadığını görərik. Onlar deyir: dilənçilər işləmir. Yaxşı bəs bu iş nədir axı? Hərbi dəniz qüvvələrində çalışanlar şiş uclu külüngü yelləyir. Mühasib rəqəmləri toplayır. Dilənçi isə ilin hər fəslində, varikos yarası olsa da, xroniki bronxitə yoluxsa da küçədə dayanır və.s.

 Bu da digərləri kimi bir məşğuliyyətdir, düzdür elə də yararlı deyil, amma belə baxsaq, bütün mötəbər vəzifələrin hamısı yararsızdır. Və cəmiyyətin bir üzvü olan dilənçilər qazandıqlarını başqalarınkı ilə müqayisə edir. O, əksər açıq dərman satıcıları ilə müqayisədə ən dürüst, “Sunday” qəzetinin sahibindən daha alicənab, kirayəçilərə baxanda daha lütfkardır, bir sözlə parazitdir, amma zərərsiz parazit.

 Bu cəmiyyətdə qıt-qənaət keçinən insanlardan seçilən nadir adamlardandır, dürüstcə desək o, bunun haqqını qat-qat ödəyir. Məncə dilənçi cəmiyyətdə diskriminasiyaya məruz qalmamalı, aid olduğu cəmiyyətdə nifrətə səbəb olmamalıdır.

 O zaman belə bir sual yaranır: dilənçilərə niyə nifrət edirik? – cavabsa belə olacaq, sadəcə olaraq nifrətə layiqdirlər. Məncə bunun səbəbi onların əxlaqi yolla pul qazanmamasındadır. Təcrübi olaraq heç kəs gördüyü işin cəmiyyət üçün yararlı olub-olmamasını eyninə almır, məhsuldar və ya qeyri-məhsuldar olmasını da: əsas məsələ pul əldə etməkdir.

 Müasir həyatda enerji, sosial xidmət və digər sahələrdə əsas məsələ pul əldə etmək, bunu qanuniləşdirmək və daha çox qazanmaqdır. Pul əxlaqın əsas göstəricisidir. Əgər məsələyə bu cür baxılarsa o zaman dilənçilər aşağılanır və bunun üçün də onlara nifrət edilir. Əgər bir dilənçi bir həftəyə dilənməklə 10 funt sterlinq qazana bilərsə, o zaman bu, ləyaqətli iş hesab olunacaq.

 Əgər məsələyə reallıqla yanaşası olsaq dilənçi də bir biznesmendir, hər bir biznesmen kimi o da həyatını pul qazanaraq yaşayır. Müasir dünyadakı insanların bir çoxunun etdiyi kimi o, şərəfini satmır. Onun yalnız bir səhvi var: seçmiş olduğu bu biznes ilə varlanmaq mümkün deyil.

Müəllif: Corc Oruell
Tərcümə edən: Namiq Bağırlı

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus