PUL – ƏN AZ SORĞULANAN İNANC SİSTEMİ

Xüsusi

pulSiyasi, rəsmi və dini təşkilatlar, sosial sinif, ailəvi dəyərlər də daxil olmaqla  cəmiyyət bir sıra təşkilatlardan ibarətdir. Bu təşkilatların anlayışımız və baxış bucağımıza təsiri çox böyükdür. İçinə doğduğumuz bu vəziyyətlərə görə yaradılırlar və səbəbləndirilirlər. Bütün bu sistemlərin arasında pul sistemi qədər yanlış anlaşılanı yoxdur.  Pul sistemi bu günə qədər  ən az sorğulanmış inanc şəklidir deyə bilərik. Pulun necə yarandığı, onu idarə edənlər və pulun cəmiyyətə təsiri nüfuzun böyük hissəsinin maraqlanmadığı məsələlərdir. Yaşadığımız dünya elə bir dünyadır ki, mövcud zənginliyin 40 %-nə  cəmiyyətin 1%-i sahibdir. Hər gün 34.000 uşağın yoxsulluq və xəstəlikdən öldüyü, nüfuzun 50%-nin gündə 2 dollardan az gəlirlə yaşadığı bir dunyadır.  Bir şeylər düz getmir. Biz fərqində olsaq da, olmasaq da mövcud təşkilatların, sistemin və cəmiyyətin can damarı “pul”dur. Buna görə də pul sisteminin necə işlədiyini  anlamaq, niyə bu şəkildə yaşadığımızı anlamamız üçün vacibdir. Təəsüf ki, iqtisadiyyat qarışıq və sıxıcı qəbul edilir. Bitmək tükənmək bilməyən iqtisadi terminlər və riyaziyyat insanları anlama səyindən uzaqlaşdırır. Gərçəkdə isə iqtisadi sistemə geyindirirlmiş qarışıq maskadan ibarətdir. İnsanlığın qatlanmaq məcburiyyətində qaldığı ən iflic edici prosesi gizləmək üçün planlaşdırılmışdır.

Pul borcdan yaradılır.  Pulun ya da dəyərin borcdan yaxud öhdəlikdən yaradıldığı paradoksu insanların başını qarışdıra bilər. Məsələn: ABŞ bir miqdar pula ehtiyacı olduğuna qərar verir. “FED”dən borc alır. Nəticədə hökumət “FED”ə borclanır. Banklar mövcud aldıqları pula faiz ödəməzlər. Əgər ödəsəydilər pul yarada bilməzlərdi.

Sual: Bəs yeni yaradılmış pula dəyərini verən şey nədir?
Cavab: Hal hazırda dövriyyədə olan pul.

Yaradılmış pul dövriyyədəki pulun dəyərini azaldır. Bu inflyasiya cəmiyyətin üzərindəki gizli vergidir. Bizə göstərilən vəziyyəti düzəltmək üçün dövriyyədəki pulun artırılmasıdır.  Çünki heç kim “Pulun dəyəri ilə oynayaq”, Pulun dəyərini düşürək” deməz.  Gərçək aldatma pulun dəyərini aşağı salmaqdır. Pul yoxdan var edildikdə qənaətlərimiz qalmır. Ortada sadəcə “sərmayə” deyilən şey qalır. Daha çox pul basıb, daha çox inflyasiya yaradarkən dünyadakı inflyasiya probleminin  həllini gözləyə bilərikmi?

pul-borc-köləXatırlayaq – pul borcdan yaranırdı. Maliyyə sistemində pul borcdur, borc da puldur. Nə qədər pul varsa, o qədər borc vardır. Nə qədər borc varsa, o qədər pul vardır. Yəni, cüzdanınızda olan hər bir dollar birinin digərinə borcudur. Hökumət də daxil ölkədəki hər kəs borclarını ödəyə bilsə, dolanımda 1 dollar belə qalmaz. 1835-ci ildə ABŞ tarixində milli borclar tamamən ödənilmişdir. Həmin ildə Andrew Jackson Mərkəzi Bankı bağlamışdır.

Andrew Jackson: “Mərkəzi Bankın hökuməti nəzarətdə saxlamaq üçün arsız cəhdləri göstərməkdədir ki, bu təşkilatın davamlılığı yaxud bənzərinin qurulması ABŞ xalqının sonsuza qədər  aldadılmasına yol açacaq”. Bu mesajın ömrü çox qısa oldu. 1913-cü ildə yeni Mərkəz Bankı quruldu. (FED) Amerikan vətəndaş müharibəsində Prezident Linkoln Avropa bankları tərəfindən təklif edilən yüksək faizli kreditləri diqqətə almamışdır. Müstəqil, borcdan təmizlənmiş pul vahidi yaratmaq istəyirdi. Buna  “Greenback” adı verilmişdi. Avropa: “Greenback”-ə icazə verilməməlidir, çünki ona nəzarət etmək şansımız olmayacaq” deyirdi.

Hal-hazırda FED tərəfindən gerçəkləşdirilən şey dünyadakı bankların çoxunda tətbiq olunan “Müasir köləlik sistemi”dir. Düşünün- borcdan yaradılan pul. İnsanların borcu olduğunda nə edər?  Ödəmək üçün işləyər. Pul ancaq və ancaq borcdan yaranırsa cəmiyyət necə borcdan qurtaracaq? Qurtara bilməz. Məsələ budur.  Heç vaxt geri ödənilməsi mümkün olmayan faiz yaradılmaqdadır. Bu da ödəniş – kölə münasibətini davam etdirəcək.  Gerçəkdə, sadəcə piramidanın təpəsindəki elit insanların faydalana biləcəyi bir imperatorluğu gücləndirir. Onlar dəstəklədikləri şirkətlər və hökumətlə gərçək əfəndilərdir. Gerçək köləlikdə kölələrə ev və yeyəcək verilir. Ekonomik köləlikdə isə insanlar ərzaq və digər ehtiyaclarınıözləri qarşılamaq məcburiyyətindədir. Bu cəmiyyəti öz maraqları istiqamətində istifadə etmək üçün bu günə qədər yaradılmış ən dahianə hiylədir. “Borc” cəmiyyəti fəth etmək və kölələşdirmək üçün yaradılan silahdır. Faiz isə onun cəbhəxanasıdır.  Əksəriyyət bu gerçəyin  fərqində olmadan yaşarkən banklar güclərini artırmaq üçün hökumətlər və şirkətlərlə işbirliyi  edərək daha mükəmməl üsullar yaradır. Dünya Bankı, Beynəlxalq Pul Fondu (İMF) kimi yeni təşkilatlar meydana gətiririlər.

neft-pulBİR İQTİSADİ GÜCÜN ETİRAFLARI:

Şirkətlərimizin göz diktiyi neft kimi qaynaqları olan ölkəni müəyyənləşdirdikdən sonra Dünya Bankı ya da digər qurumlardan o ölkə üçün çox böyük kreditlər təmin edirik. Ancaq pul o ölkəyə getməz. O ölkədə quruculuq işləri ilə məşğul olacaq bizə ait böyük şirkətlərin kassasına girər. Enerji stansiyaları, sənaye bölgələri, limanlar…  Bizim şirkətlərlə bərabər o ölkədəki bir neçə varlının faydalanacağı şeylər. Bunlar əksəriyyətin faydalanacağı şeylər deyil, amma bütün ölkə xalqı borcun altına girir. Bu elə böyük borcdur ki, geri ödəyə bilməzlər və bu planın bir parçasıdır. Daha sonra biz gedib onlara “ bizə çox borcunuz var və ödəyə bilmirsiniz, ona görə də neftinizi bizə ucuz satın, ölkənizdə hərbi baza qurmamıza icazə verin və ya əsgərlərimizi dəstəkləmək üçün dünyanın bir yerinə əsgər göndərin, məsələn: İraq, yaxud növbəti birləşmiş millətlər seçimində bizə səs verin”  deyirik. Ölkəni borca saldıqdan sonra borclarını ödəmələri üçün yenidən borc almalarını təklif edirik və daha çox faiz ödəyirlər. Bu zaman da yeni şərtlər irəli sürərərik ki, bu da o ölkənin qaynaqlarını satması ilə  nəticələnər.

Neft ölkəsi olaraq Azərbaycan da bu təsirlərdən kənarda qalmır. İqtisadi inkişafın sürətlə irəlilədiyi Bakımızda hər an yeni dəyişikliklər: eurovision, avropa oyunları, quruculuq və abadlıq işləri davam edir. Xalqın zehni geriliyi dövlətin iqtisadi irəliləməsinə mane ola bilmir. Hal-hazırkı böhrandan da qorxmaq lazım deyil. Azərbaycan zəngin ölkədir və ona kredit vermək istəyənlər çox olacaq.

Mənbə: Zeitgeist addendum
Hazırladı: Şahanə Nuriyeva

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +19 (from 19 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

OĞRU SİSTEM VƏ DÜRÜST ADAM

Bir zamanlar hər kəsin oğru olduğu bir ölkə vardı. Gecələri hər kəs bir fənər və Levy ilə silahlanıb qonşularının evinə girərdi. Dan ağararkən çuvalını doldurmuş geri döndüyündə öz evinin də soyulmuş olduğunu görərdi.

Beləcə, hər kəs uyğunlaşma içində yaşayardı, kimsənin vəziyyəti çox pis deyildi. Biri birini, o birisini soyar, beləcə son insana qədər gəlinər, sonuncu da o birincini soyardı. Bu ölkədə istər sat, istər al saxtakarlıq demək idi.

oğru sistem və dürüst adam

Hökumət insanlardan oğurlamaq üçün qurulmuş bir cinayət təşkilatı, insanlar da bütün zamanlarını hökuməti aldadaraq keçirirdilər.

Hökumət insanlardan oğurlamaq üçün qurulmuş bir cinayət təşkilatı, insanlar da bütün zamanlarını hökuməti aldadaraq keçirirdilər. Həyat heç bir problem çıxmadan sürürdü; orada yaşayanlar nə zəngindilər, nə də yoxsul. Sonra bir gün -necə olduğunu kimsə bilmir- dürüst bir adam gəlib çıxdı.

Gecələri çuvalını alıb oğurluq etmek üçün çölə çıxmaq yerinə evdə oturur, tənbəkisini tütdurub roman oxuyurdu. Oğrular oraya gəlib də işıq görüncə geriyə qayıdırdılar. Amma bu belə getmədi. Dürüst adama belə rahat bir həyat yaşamaqla havanın ona görə xoş ola biləcəyini, amma kimsəni çalışmaqdan saxlamağa haqqı olmadığını söylədilər. Evdə oturduğu hər gecə bir ailə ac qalırdı. Dürüst adam verəcək bu varlığı sübuta yetirməyib. O da tutdu dan yeri ağarana qədər gecəni çöldə keçirməyə başladı, amma oğurluq etməyə əli gəlmədi.

Dürüst idi, ona görə. Körpüyə qədər gedir, altından suyun axışını izləyirdi. Sonra evinə gəlir, evini soyulmuş tapırdı. Bir həftə keçmədən dürüst adamın beş quruşu qalmadı, yeməyi tükəndi; ev soyulub soğana çevrilmişdi. Amma özündən başqa kimsəni günahlandıra bilməzdi. Problem dürüstlüyü idi; nizamı alt-üst etmişdi. Qarşılığında kimsəni soymadan özünü soymalarına icazə vermişdi. Beləcə, hər səhər biri geri döndüyündə evini soyulmamış tapırdı -Dürüst adamın bir gecə əvvəl soyması lazım olan ev. Çox keçmədən evləri soyulmayanlar özlərinin birilərində daha zəngin olduqlarını gördülər əlbəttə, onun üçün oğurlamaq istəmədilər, digər tərəfdən dürüst adamın evini soymağa gələnlər əlləri boş qayıtdılar, yoxsullaşdılar. Zənginləşənlər körpünün üzərində dürüst adama qatıldılar, onunla birlikdə axan suyu seyrə başladılar.

oğru sistem və dürüst adam

Niyə yoxsullara bir az pul verib bizim üçün oğurlamalarını təşkil etməyək?

Bu qarışıqlığı daha da artırdı. Zənginləşənlərin də, yoxsullaşanların da sayı artdı. Bu dəfə zənginlər gecələri körpünün üzərində keçirsələr yoxsullaşacaqlarını gördülər.

“Niyə yoxsullara bir az pul verib bizim üçün oğurlamalarını təşkil etməyək?” deyə düşündülər. Müqavilələr imzalandı. Maaşlar, faiz təyin olundu. Hər iki tərəf də bir çox saxtakarlıqlar etdi, əlbəttə; insanlar hələ də soyğunçu idilər. Amma nəticədə zənginlər daha zəngin, yoxsullar daha yoxsul oldular.

Zənginlərin bir qismi elə zənginləşdilər ki, artıq oğurlamaları, ya da oğurluq təşkil etmələri lazım gəlmirdi. Amma oğurlamağı buraxsalar çox keçmədən yoxsullaşacaqlardı; yoxsullar bunu təmin edərdi. Onun üçün yoxsulların ən yoxsullarına mallarını o biri yoxsullardan qorumaq üçün pul verdilər.

Beləcə, polis qüvvələri quruldu, həbsxanalar açıldı. Dürüst adamın ora gəlişindən bir neçə il sonra kimsə oğurlamaqdan, soyulmaqdan söz etməz oldu, artıq yalnız nə qədər zəngin və ya yoxsul olduqlarını danışırdılar. Yenə də bir miqdar oğru qalmışdı. Bir də dürüst olan o bir tək adam var idi, o da onsuz da çox keçmədən aclıqdan öldü.

Hazırladı: Bəhruz Nurməmmədov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +21 (from 21 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus