TƏCRÜBƏ NƏDİR?

təcrübə1Təcrübə bir hadisəyə, bir mövzuya məruz qalmaq və ya müdaxilə etmək yolu ilə hakim və hazırlıqlı olmaqdır. Yəni daha əvvəl o mövzunu və ya hadisəni yaşamış, görmüş və ya dadmış olmaqdır. Sınaq sözü ilə sinonim, test və praktika sözləriylə yaxın mənalıdır. Elmdəki “sınaq” ilə yaxındır. Elm insanları bir bilgini təcrübə edər, gerçək həyatda sınaqdan keçirərək ölçərlər. Oradan əldə edilən məlumat daha sonrakı bilgilərə işıq tutar. Təcrübə də belədir. Həyatda yaşadığımız hər şey yaxşı şərh edilib mənalandırılarsa, gələcəyə işıq tutar.

Canlılar doğulub böyüyərkən təcrübələri ilə yönləndirilir. Körpəykən yüzlərlə dəfə yıxılmasaydıq, yeriməyi öyrənə bilməzdik. Hər şeyi dadmağa çalışmasaydıq, nəyi yemək lazım olduğunu seçə bilməzdik. Sınayıb yanılmasaq, danışmağı necə öyrənəcəkdik? İnkişafımızın təcrübəyə dayandığını kim inkar edə bilər? Cəhd və yanılmaq öyrənmənin təməlidir. Yalnızca oxuyaraq yanılmadan öyrənə bilərik. Bizdən əvvəlki insanlar təcrübələrini bizə nəql edərək aramızda yaşayırlar.

Hər nə qədər digər insanlar bizə təcrübələrini miras qoyarsa da, fərdi həyatlarımız fərdi səy tələb edir. Öz həyatımıza tətbiq edəcəyimiz prinsipləri və gərəkli məlumatları həyatdan dərs çıxararaq götürərik. Təcrübənin ən əhəmiyyətli şərti, dərs almaqdır. Problemləri və həlləri sintez edərək gələcəyə istiqamətli nəticələr əldə etməliyik. Bir problemlə qarşılaşınca üsyan etmək yerinə həll ortaya qoysaq, həyat boyu bir təcrübə əldə etmiş olarıq. Hər gün, hər an canımızı sıxan bir şeylər vardır. Şikayət etmək yerinə onu sınamaq və gələcək üçün təcrübə formalaşdırmaq lazımdır.

təcrübə-insanTəcrübə yalnız yaşamaqla əldə edilməz. Minlərlə dəfə eyni şeyi yaşayıb dərs almayan insanlar var. Təcrübə, yaşadıqlarımızdan çıxarış edərək daha sonrakı səfərlərdə işimizi asanlaşdıracaq bilgini əldə etməklə ortaya çıxar. Özümüzə suallar verməliyik. Təcrübənin birinci şərti özünə öyrətmək və lazım gəldiyində də soruşaraq ayırmaları istifadə etməkdir. Şərtlərə uyğunlaşma təmin etmək və əvvəlki həyatları sonrakılara işıq kimi saxlamaq təcrübənin nəticələrindəndir.
Həyatın özü də bir təcrübə məhsuludur. Kainatda görünən hər şey səbəbiyyət içərisindədir. Əvvəlki təcrübələr sonrakıları hazırlayır. Maddənin təməli fərqli təcrübələr törətmək üzərinədir. Atomlar və canlılar fərqliliklər törədir. Bizim fərqli fərdlər olmamızdan, hər elementin fərqli strukturlara sahib olmasına və atom altı dünyadakı naməlumluğu qədər uzanan bir təcrübə çalışması vardır. Eyni xətti üst-üstə çəkməyə çalışmaq kimi, həyat da eyni şeyləri kiçik fərqlərlə davamlı yaşadar. Əvvəlki təcrübə sonrakını hazırlayır.

təcrüəHəyatın nə olduğunu soruşmuşduq. Kainatın səbəbini sorğulamışdıq. Ardı arxası gəlməyən həyat zəncirinin çöldən qısaca bir görünüşünü vermişdik. Nəticədə heç bir şey anlamadıq, amma həyatın gedişini gördük. Həyat fərqli təcrübələr təqdim edir. Hamımız bu ana quruluşun bir parçasıyıq. “Fərqlilik” və “təcrübə” üçün fəaliyyətdəyik. Böyük həyat quruluşuna baxdığımızda bizim önəmimizin “təcrübəmiz” olduğunu görə bilərik. Nəticədə hər kəs ölür, ancaq təcrübələri miras qalır. Hər kəs təbiətə qarışır, ancaq yaşadıqlarımız və yaşatdıqlarımız mədəniyyətin ünsürü olur.

“Kiçik davramağı burax, sən özündən keçmiş kainatsan.” Mövlanə Cəlaləddin Rumi

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +16 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ƏDƏBİYYAT VƏ HƏYAT

Kralın biri, hüzurunda hazır-nazır duran saray ərkanından bir bardaq su istəmiş. Saray ərkanın içində mühafızlər, şairlər, təlxəklər, münəccimlər, din adamları və s. varmış. Geniş bir halqa halında Krallarını ayaqda dinləyirlərmiş…

Kral su istəyincə əmri bu şəkildə yerinə gətirməyə başlamışlar:

Şair:
– Uca əfəndimiz və haşmətli Kralımızın əmrindəki bu zərafətə baxın. Belə bir şeir dünya tarixində daha söylənmədi: “Su gətirin, su gətirin, su gətirin…”

Təlxək:
– Əfəndim sizin sözünüzün üstünə söz söylənmədi bu aləmdə: “Su gətirin, su gətirin, su gətirin…

Din adamı:
– Hər kim bunu günde 100 dəfə söylərsə Cənnət köşkləri onu gözləyir, eşq ilə bir daha: “Su gətirin, su gətirin, su gətirin…”

Münəccim:
– Kralımız bu sözüylə gələcək ilin bolluq və bərəkət ilə keçəcəyini xəbər verir, şövq ilə bir daha: “Su gətirin, su gətirin, su gətirin…”

Kahin:
– Mənə bir su gətirin” cümləsinin əbcəd hesabı ilə dəyəri 2015’dir. Kralımız bu ildə qiyamətin qopacağını xəbər verir. O ilə diqqət edin və bu cümləni qəti unutmayın: “Su gətirin, su gətirin, su gətirin…”

Müxtəsər, bir bardaq suyu gətirən olmamış ama hər yan “Su gətirin…” səsləriylə inləmiş… Bir “su ədəbiyatı”-na çevrilmiş… Dildən dilə dolaşmış, hafızlər əzbərləmiş, ən gözəl xəttlərlə yazılıb divarlara asılmış…

 

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ABSTRAKT VƏ MƏNTİQİ DÜŞÜNCƏ. İQ NƏDİR?

abstark düşüncə İQAbstrakt (mücərrəd) düşüncə nədir? Abstrakt (mücərrəd) düşüncə həqiqi varlıqlar barədə əldə olunan məlumatları rəmz halına çevirib onları manipulyasiya etmək bacarığına yiyələnmək, hər hansı bir həll yolunu tapmaq və bu həll yollarını yenə də praktiki olaraq həmin varlıqlar (obyekt) üzərində tətbiq etməkdən ibarətdir. Belə bir səviyyə elmi işlərlə məşğul olan müasir insanlarda kifayət qədər inkişaf etmişdir. Belə ki, elm müasir insanın həyatının böyük bir hissəsini tutmuşdur. Belə bir bacarıq fizika və riyaziyyat alimlərində daha çox inkişaf etmişdir. Uşaqlarda abstrakt düşüncə buludlara “əjdaha” dediyi zaman başlayır. Əgər zabit masanın üzərinə sərdiyi xəritənin lazım olan yerlərinə bir neçə kartof qoyur sonra da hazırladığı planla döyüşdə qalib gəlirsə, bu onun güclü abstrakt bacarığına malik olmasından və bunun sayəsində mövcud çətinliyi həll edə bilməsindən xəbər verir. Yəni əslində abstrakt planı reallığa çevirə bilir. Riyaziyyatdakı bütün bərabərliklər yalnız müəyyən abstrakt düşüncə səviyyəsinə sahib olmaqla həll olunur. Dilin özü isə rəmzlər yığımıdır. Belə ki, inək sözü ilə inəyin özü tam fərqli şeylərdir. İnsan isə sonradan icad etdiyi müxtəlif rəmz və əlamətlərin sayəsində bir çox uğurlu əməliyyatlar apara bilmişdir. Hərbi sahədə istifadə olunan “morz” əlifbasını və ya görmə qabiliyyətindən məhrum olan şəxslərin istifadə etdikləri əlifbanı buna misal çəkmək olar. Rəmz və işarələrlə fikir bildirmək qabiliyyətinə tək insanlar deyil, demək olar ki, bir çox heyvanlar da malikdirlər. Meymunların təhlükə hiss etdikləri zaman çıxardıqları səs və etdikləri hərəkət buna misal ola bilər.

abstark düşüncə İQMəntiqi düşüncənin inkişafı Məntiqi düşüncənin inkişafı – bu bütün proseslər üçün lazım və vacibdir. Bəs məntiq özü nədir? Yunan dilində “logika” kimi tələffüz olunan bu sahə “mülahizələr haqqında elm”, “fikirlərdə və fəaliyyətdə əlaqələr haqqında elm” – məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elm kimi başa düşülməlidir. Məntiq haqqında biliklər təfəkkürlə alındığından, o, düzgün təfəkkür haqqında elm kimi də götürülə bilər. Eyni zamanda məntiq təsdiq və ya təkzib metodları haqqında elm kimi də qəbul edilə bilər. Məntiq qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır. Məlum məsələdir ki, məntiq elmi eramızdan əvvəl Qədim Yunanıstanda meydana gəlmiş və o zamanlar insanlar bu günün müasir insanı kimi düşünə bilməmişdir. Lakin bu günün müasir insanı kifayət qədər düşünə, fikirlərini ifadə edə və çətinliklərini həll edə bilir. Belə olduğu bir halda müasir insanın da məntiqə ehtiyacı var? Heç şübhəsiz ki, ehtiyac duyur və bəlkə də yarandığı və arada olan müddətdən daha çox. Çünki insanın düşünmə qabiliyyəti inkişaf etdikcə fərqli fikirlər meydana gəlir, bu isə çoxsaylı ixtilafların yaranmasına səbəb olur. Bunun üçün də doğrunu yanlışdan ayrıd etməyin tək yolu məntiqdir. Şerlok Holmsın açdığı cinayətlərə nəzər saldıqda onun cinayətlərinin məhz məntiqi mülahizələr əsasında üzə çıxardığını görürük. Məntiqin gücləndirilməsi üçün hər dövrün özünəməxsus üsulları olmuşdur. Məsələn, Qədim Roma və Yunanıstanda labirintlər qurar, onlardan müxtəlif sahələrdə istifadə edərdilər. Müasir dünyamızda azyaşlı uşaqlar üçün pazllardan, müəmmalı şəkillərdən istifadə olunur. İki oxşar şəkil arasındakı fərqlərin tapılmasını, qarışıq yollarla məqsədə çatdıran oyunları, rəqəmlər hazırlanan oyunları buna misal çəkmək olar. Tarixi dəqiq məlum olmayan şahmat və sonrakı dövrlərdə meydana gələn dama, domino kimi oyunlar da məhz məntiqin inkişaf və gücləndirilmə məqsədilə icad olunur.

abstark düşüncə İQİQ nədir? İnsan təbiəti hər zaman ixtiyarında olanları müəyyən miqdarda qiymətləndirməyə can atır. Məsələn, insanın intellektual səviyyəsinin müəyyən olunması üçün “İQ”-dan (ingiliscə intelligence quotient -IQ “ay-kyü”) istifadə edilir. İQ 140-a bərabərdir? Bəs 140 nəyə? Hansı ölçü vahidi ilə? İQ testi əslində insanın intellekt səviyyəsini müəyyən etmək üçün deyil, insan üzərində manipulyasiya etmək üçün yaradılmışdır. Və alət olaraq o özünü çoxdan doğrultmuşdur. Lakin ən böyük nöqsan insanların İQ testlərinə inanmalarındadır. Zaman keçdikcə İQ testləri dəbə düşür və bu günlər kimdən soruşsan dərhal öz İQ deyə bilər. Onlar düz deyir, ya yox, bu artıq başqa məsələdir. Əsas odur ki, hər kəs İQ testinin nə olduğunu bilir. Bəs hansı əsasla İQ testlərini ciddi qəbul etmək olmaz? Əvvəla ona görə ki, bu kimi testlər “təxmini” xarakter daşıyır. Və testin suallarının 80%-ni 1-dən 6-dək olan rəqəmlər və A-dan F-dək olan hərflər təşkil edir. Bu isə bir çox hallarda təsadüfi nəticələr verir. Dəqiq cavab tələb edən suallar vəziyyəti nisbətən stabilləşdirsə də onu köklü şəkildə dəyişə bilmir. İkincisi, ona görə ki, vahid meyarı yoxdur. İQ testləri kifayət qədər çoxdur. Onlar yalnız müxtəlif istiqamətlərdən yönələn suallardan ibarət deyil, o, həm də müxtəlif ölçü miqyasından ibarətdir. Belə ki, testlərdən birində siz 140-dan artığını yığa bilməsəniz də başqa birində asanlıqla 180 yığa bilərsiniz. Üçüncüsü, ona görə ki, testlərin hazırlanmasında onların tərtibatçılarının düşüncə tərzi öz təsirini qoymuş olur. Necə olmasa, onlarda insan həm də olduqca savadlı olur. Dördüncü, ona görə ki, testlərdə məlumatlar çox olduqca səhvlər az olur. Məsələn, testlərdə 40 sual olur ki, bu da çox azdır. Ən əsası isə bu suallar heç nə barədə dəqiq məlumat vermir. Belə ki, suallar müxtəlif sahələrdən, amma yüksək səviyyədə seçilir. Məsələn, aparılan testlərdə yüksək musiqi təhsili olan bir şəxs bir neçə dahi bəstəkarın adını əzbər bilən şəxslə əsla fərlənməyəcək. Bütün bunlardan belə məlum olur ki, intellektual səviyyənin müəyyən olunması üçün istifadə edilən müasir üsullar elə də etibarlı deyil. Və bunlar sadəcə manipulyasiya vasitələridir.

Müəllif: İsmayıl Əhməd

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +23 (from 23 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus